Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? – ARAŞDIRMA
Azərbaycanda pensiyaçılar kredit götürməkdə çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, banklar və bank olmayan kredit təşkilatları (BOKT) ya pensiyaçılara kredit verməməyə, ya da ən yaxşı halda məhdud məbləğdə və müddətə kredit verməyə çalışırlar.

Məsələn, Azərbaycanda geniş yayılmış təcrübəyə əsasən, yaşı 70-i keçmiş pensiyaçılar ya kredit ala bilmirlər, ya da yaşı 70-ə çatmamış pensiyaçılara kredit o şərtlə verilir ki, borcun qaytarılması üçün son tarixə pensiyaçının yaşı 70-dən çox olmasın.

Halbuki, Azərbaycanda pensiyaçılar əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər. Bu il iyulun 1-nə ölkədə 1,1 milyon pensiyaçı olub ki, bu da hər 9 nəfərdən biri deməkdir. Pensiyaçılara dövlət hər ay minimum 280 manat, orta hesabla isə 435 manat ödəyir. Bu məbləğin də müəyyən hissəsi kredit ödənişinə yönəldilə bilər.

“Report” mövzunu – pensiyaçılarla bağlı problemin həll yollarını iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri – Əkrəm Həsənov deyir ki, pensiyaçılara kreditin çətinliklə verilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinən haldır: “Təcrübə göstərir ki, pensiya yaşında olan vətəndaşlar kreditlərini rahat ödəyə bilmirlər. Üstəlik, onların krediti qaytarmamış vəfat etməsi ehtimalı var. Odur ki, kredit təşkilatları bu kateqoriyadan olan insanlara ehtiyatla yanaşır. Söhbət təkcə pensiyaçılardan və nağd pul kreditlərindən getmir. Məsələn, orta (45-50) yaşlı insan 25 il müddətinə ipoteka krediti götürmək istəsə, banklar ona da ehtiyatla yanaşacaqlar və çalışacaqlar ki, kreditin son ödəniş tarixinə müştərinin yaşı 65-dən çox olmasın”.

“Pensiyaçılar yalnız dəyəri yüksək olan daşınar və daşınaz əmlaklar (maşın, ev, torpaq) girov qoyub istədikləri məbləğdə və müddətə kredit götürə bilər. Yəni, problemin həlli yolu ancaq bu ola bilər. Girov olmasa, kredit təşkilatları çətin vəziyyətə düşə bilər. Bəzən kredit götürmüş pensiyaçı ölür, övladları isə onların yerinə borcu qaytarmaqdan imtina edirlər. Bu da borc vermiş qurumlar üçün problem yaradır”, – deyə o əlavə edib.

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, bankların və BOKT-ların pensiyaçılarlı ehtiyatlı davranması onların vəfat etməsi ehtimalından çox aylıq gəlirlərinin az olması ilə bağlıdır: “Azərbaycanda orta aylıq əməkhaqqı 925 manat olduğu halda, orta aylıq pensiya bunun 47 %-i qədərdir, yəni heç yarısı da deyil. Bu da pensiyaçıların normal kredit almasına əsas maneədir. Onun da nəzərə almaq lazımdır ki, kredit təşkilatları kredit borcunu birbaşa pensiyaçının kartından tuta bilmir (pensiya ödənişləri üçün seçilmiş vasitəçi-bank istisnadır). Odur ki, pensiyaçılara kreditin çətinliklə verilməsi başa düşüləndir”.

“Pensiyaçılar yalnız əlavə və rəsmi gəlirlərini təqdim etməklə rahat kredit ala bilərlər. Məsələn, kimsə malik olduğu kommersiya obyektinin icarəyə verilməsindən əldə etdiyi gəlirə dair sənəd təqdim edə bilər və pensiyaçı olsa da, çətinlik çəkmədən kredit götürə bilər. Biz bilməliyik ki, kredit sosial yardım deyil. Krediti verən maliyyə qurumu onu faizi ilə birlikdə vətəndaşdan geri almalıdır. Əgər sizin rəsmi gəlirinizi yalnız əmək haqqı təşkil edirsə faktiki olaraq sizin pensiya yaşına çatan zaman gəlirinizdən məhrum olursuz və yalnız pensiya məbləğini təqdim etməklə kredit götürə bilirsiniz. Yəni, kredit təşkilatları istənilən halda vətəndaşın hansı təminata malik olduğuna baxmalıdır”, – deyə o əlavə edib.
 

Bölmənin digər xəbərləri

07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

Dünyapress TV

Xəbər lenti