b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_b00a16ced226bd787a1b18dc7314e37c.png
 

Gürcüstan seçkilərinin nəticələri: Azərbaycan nə qazandı, nə itirdi?

Musavat.com o fikirdədir ki, Gürcüstanda keçirilən son parlament seçkiləri bölgədəki siyasi atmosferi dəyişib.

Açıq söyləmək lazımdır ki, seçkilərin nəticələri Azərbaycanın strateji maraqlarına uyğun formalaşdı. Gürcüstanın iqtidar partiyası olan “Gürcü Arzusu”nun qələbəsi, regiondakı siyasi güc balansını qorumaq baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Seçkilərin nəticəsi isə, Qərbin gözləntilərinə uyğun gəlmədiyi üçün Gürcüstan daxilindəki rıçaqlar işə salınıb və gərginlik yaradılaraq, qalib gəlmiş iqtidarı devirmək təşəbbüsü göstərilir. Bu işdə Fransa vətəndaşı, Qərbin bölgədəki ən nüfuzlu adamı proseslərin başına keçirilib. Bu şəxs, Gürcüstan Prezidenti Salome Zurabişvilidir. Onun prezident kimi səlahiyyətləri məhdud olsa da (Gürcüstan konstitusiyası əsasında), nüfuzu və toxunulmazlığı vardır. Məhz onun çağırışı ilə hazırda Tiflisin küçələrində vətəndaş qarşıdurması yaşanmaqdadır. 

Var sayaq ki, Gürcüstanın hakim partiyası bu dalğaya da davam gətirəcək və bu ilin sonlarına doğru qonşu ölkədə vəziyyət sabitləşəcək.
Bu versiyanı üstün götürərək, Azərbaycan Gürcüstan ilə daha sıx əməkdaşlıq etməli, strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməlidir. 

photo_2024-10-29_00-36-02.jpg (152 KB)

Seçkidə əldə olunan nəticə, Azərbaycanın Cənubi Qafqazda sabitliyi qorumaq və bölgədəki təsirini genişləndirmək məqsədinə xidmət edir.

Azərbaycan və Gürcüstan: strateji tərəfdaşlıq və Fransa ilə diplomatik soyuqluq

Qərbin və xüsusilə Ermənistanın yaxın müttəfiqi olan Fransanın Gürcüstanda müxalifətin qələbəsinə olan ümidləri doğrulmadı. İndi buna görə aranı qatmağa, oyunu pozmağa çalışırlar. Fransa, ümumilikdə Qərb, Gürcüstan Prezidenti Salome Zurabişvilinin gücünü və təsir sferasını yüksəltməyə çalışırdı. Bununla da Ermənistanda olduğu kimi, Gürcüstanda da dövlətin idarəetmə-qərarvermə mexanizmlərinə nəzarəti ələ ala biləcəkdilər. Beləliklə, Güney Qafqazda Azərbaycan təklənəcək, rəsmi Bakının Tiflisə təsir gücü sıfırlanacaqdı. Paşinyan Ermənistanı ilə Zurabişvili Gürcüstanı Fransanın moderatorluğunda Azərbaycana qarşı ittifaq quracaqdı…

Lakin bütün bunlar baş vermədi. Azərbaycanın öz strateji mövqeyini möhkəmləndirərək, Gürcüstanla əlaqələri davam etdirmək və gücləndirmək üçün daha əlverişli şərait yarandı. 

photo_2024-10-28_21-17-07.jpg (191 KB)

Salome Zurabişvili bundan əvvəl də Azərbaycan-Gürcüstan münasibətlərini baltalamağa çalışdı: lakin nə o zaman, nə də indi Azərbaycan ilə Gürcüstan arasında strateji əlaqələrin möhkəmlənməsinə mane ola bilmədi.

Bölgədə sülh və güc balansı: Azərbaycanın gələcəyə baxışı

Azərbaycan üçün Cənubi Qafqazda sülh və sabitlik məsələsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın hədəfi, güc balansını qorumaq və strateji tərəfdaşlıqları möhkəmləndirməkdir. “Zəngəzur dəhlizi”nin açılması və Türk dünyasının birliyi istiqamətində atılan addımlar, Azərbaycanın regional liderliyini və təsir imkanlarını genişləndirmək məqsədi daşıyır.

Üzdə belə görünür ki, bütün əsas güclər – Ermənistan, Azərbaycan, İran, Türkiyə, Rusiya, Fransa və ABŞ – bölgədə sülh müqaviləsinin imzalanmasını istəyir. Lakin hər bir ölkə bu müqavilədə öz maraqlarının təmin olunmasını hədəfləyir. Bu baxımdan, Azərbaycan öz milli maraqlarını qoruyaraq, bu sülh prosesində güclü tərəf kimi çıxış etməyi qarşıya məqsəd qoyub.

Azərbaycanın strateji mövqeyi, Cənubi Qafqazda güc balansını qorumaq və bölgədə sabitliyi təmin etmək üçün yeni imkanlar yaradır. Seçkilərin nəticəsi, Azərbaycanın Gürcüstan ilə mövcud strateji əlaqələrini gücləndirmək və bölgədəki təsirini daha da möhkəmləndirmək baxımından önəmli bir zəfərdir.

Nəticə

Bu zəfəri pozmaq üçün Makron və ümumilikdə kollektiv Qərb hərəkətə keçiblər. İndi Gürcüstanda, Tiflis küçələrində Güney Qafqazın gələcəyi və seçəcəyi yol həll olunur. Azərbaycanın strateji baxışı, bu qarşıdurmada bölgədəki sabitliyi qorumaq və Gürcüstanla strateji tərəfdaşlığı davam etdirməkdir. Azərbaycan, sülh proseslərində öz maraqlarını təmin edərək, bölgədə güc balansını qorumaq və təsirini artırmaq niyyətindədir. Bu, Azərbaycanın regionda liderliyi möhkəmləndirmək üçün mühüm strateji mərhələdir. 

91f4ecbf77e326f7f68749b4154ef321.jpg (332 KB)

Əslində, Tiflisin küçələrində Makron və Paşinyan Azərbaycanla döyüşür: Güney Qafqazın taleyi həll olunur. Baxmayaraq ki, Paşinyan “Gürcü Arzusu”nu təbrik edib. Bu təbrik könülsüzdür, məcburidir və riyakardır. Əslində isə Paşinyan, Gürcüstanın üsyançı prezidenti Salome Zurabişvili ilə eyni mərkəzdən idarə olunur və hər ikisi Fransa Prezidenti Makronun adamlarıdır. Bu baxımdan, rəsmi İrəvanın ürəyi Zurabişvilinin, onun rəhbərliyi altında üsyana qalxan Tiflis müxalifətinin və Qərb qrantyeyənlərinin yanındadır.

 

Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

07 May 2025 Moskva paradına 29 ölkə lideri gələcək – Uşakov siyahını açıqladı
07 May 2025 Almaniyada yeni kansler SEÇİLDİ
06 May 2025 İlham Əliyev Belarusun Baş nazirini qəbul etdi - FOTO
06 May 2025 "Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
06 May 2025 Netanyahu Bakıya gəlirmiş: Son anda bu hadisə baş verib! - İLGİNC...
05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA

Dünyapress TV

Xəbər lenti