![]() |
![]() ![]() ![]() |
|
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi “Biri sənsən, biri mən” mahnısı bu dəfə onun doğma evində, anasının yanında səsləndirilib.
Musavat.com xəbər verir ki, bu barədə "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, tanınmış sənətkar Aybəniz Haşımova həmin nəğməni şəhid generalın əziz xatirəsinə ithaf edərək ifa edib. Sevilən aktyor Füzuli Hüseynovun da iştirak etdiyi görüşdə musiqi bir daha təkcə sənət deyil, həm də xalqın şəhidinə olan dərin ehtiramının ifadəsinə çevrilib.
Mahnı bu dəfə sadəcə musiqi deyildi – bir xalqın şəhidə dediyi minnətdarlıq, bir ananın göz yaşına bürünmüş sevgisi idi. Səslənən hər bir söz, səslənən hər bir nəğmə Polad Həşimovun fədakarlığını, vətən sevgisini və əbədiyyətə qovuşmuş ruhunu yad edən səssiz bir fəryadıdır.
Ziyarət zamanı yaşanan səmimi anlar, duyğulu çıxışlar qonaqlara dərin təəssüratlar yaradıb. Aybəniz Haşımova və Füzuli Hüseynovun bu ziyarəti sənətin yalnız səhnədə deyil, eyni zamanda qəlbdə, yaddaşda və şəhid ruhuna verilən dəyərdə yaşadığını bir daha göstərib.
Həmin duyğulu anların görüntülərini təqdim edirik.
Musavat.com
“Uzak şehir”in Cihanı Ozan Akbaba növbəti dəfə Azərbaycanla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, bu barədə sənətçi Fatih Altaylıya müsahibəsi zamanı danışıb. O azərbaycanlıları özünə yaxın hiss etdiyini bildirib:
“Əslində, Azərbaycan əsilli deyiləm. Amma Azərbaycan mədəniyyəti Qafqazda çox yayılıb. Bildiyim qədəri ilə azərbaycanlılar da bizim kimi Səlcuqlarla birgə gəlib orada kök salan xalqdır. Hamımız nəticədə türkük. Mən onlarla birgə Qafqaz türkü olmaqdan qürur duyuram. Azərbaycanla müqayisədə qarapapaqlar həm musiqi, həm də cəmiyyət tərəfdən çox aşağıda qalıblar. Azərbaycanlılar xüsusilə də musiqi baxımından inanılmaz yaradıcıdırlar. Onları özümə çox yaxın hiss edirəm. Azərbaycanda çox dostum var. Məsələn, Qarabağ azad olunan kimi mən ora getdim. O qədər sevirəm. Çünki ora zamanında bir çox millətin yaşadığı, lakin türk qoxuyan torpaqlardır. Ona görə ora ayrı simpatiyam var”.
Könül
Musavat.com