Ardını oxu...
Tahtacılar, Oğuz Türklerinin Türkmen boylarından gelen, Alevi-Bektaşi inanç sistemine bağlı bir topluluktur. Adlarını, orman işçiliği ve özellikle ağaçla (tahta) olan ilişkilerinden almışlardır. Osmanlı döneminde ve Cumhuriyet’in ilk yıllarına kadar “tahta işiyle” uğraştıkları için bu isimle anılmışlardır. Göçebe ve yarı göçebe bir yaşam sürmeleri, onların tarih boyunca geniş bir coğrafyaya yayılmalarına neden olmuştur.
Göç Yolu: Toroslardan Kazdağlarına
Tahtacıların göç yolları, özellikle yaz aylarında yaylaklara çıkma, kış aylarında ise kışlaklara inme şeklinde, mevsimsel bir düzen içinde gerçekleşmiştir. Göç yolları genellikle Toros Dağları’nın içlerinden başlayarak Ege ve Marmara’ya kadar uzanmıştır. Mersin, bu göç yollarının en önemli başlangıç noktalarından biri olmuştur.
Mersin’den yola çıkan Tahtacı kafileleri sırasıyla Adana, Osmaniye, Kahramanmaraş, Konya, Afyon, Uşak, Manisa gibi güzergâhlardan geçerek Balıkesir’e kadar ulaşmışlardır. Bu hareketlilik sadece bir yaşam biçimi değil, aynı zamanda Tahtacıların kültürel dokusunu da şekillendiren bir unsurdur.
Balıkesir’de Tahtacı Yerleşimleri
Balıkesir’e ulaştıklarında, özellikle Kazdağları’nın eteklerinde bulunan ormanlık ve dağlık bölgeler Tahtacılar için hem ekonomik hem de manevi açıdan uygun alanlar olmuştur. Edremit ilçesine bağlı Doyran Köyü, bu yerleşimlerden biridir. Doyran ve çevresinde yaşayan Tahtacılar, yüzyıllardır Hacı Emirli ve Yanyatır ocaklarına bağlı bir inanç yapısıyla yaşamlarını sürdürmektedir.
Kazdağları bölgesine yerleşmeleri, Osmanlı döneminde özellikle Fatih Sultan Mehmet zamanında gemi yapımı için kereste ihtiyacının artmasıyla hız kazanmıştır. Devlet, bu uzman topluluğu stratejik bölgelerde iskân ederek hem üretim gücünden faydalanmış hem de onları yerleşik hayata teşvik etmiştir.
İnanç ve Kültür Yapısı
Tahtacılar, Alevi-Bektaşi geleneği çerçevesinde ocak sistemiyle örgütlenmişlerdir. Her ailenin bağlı olduğu bir "ocak" vardır ve bu ocaklar, dini rehberlik kadar sosyal dayanışma açısından da önemli rol oynar. Dede–talip ilişkisi kutsaldır. Cem törenleri, semahlar, nefesler ve musahiplik gibi inançsal ritüeller göç yollarında da taşınmış, yeni yerleşim yerlerine kültürel izler olarak kazınmıştır.
Bugün Tahtacılar
Günümüzde Tahtacıların büyük kısmı yerleşik düzene geçmiş olsa da, geçmişten gelen göç yolları ve o yollar boyunca kurdukları ilişkiler hâlâ hafızalarda ve ritüellerde yaşamaktadır. Mersin'den Balıkesir'e uzanan bu yol, sadece bir göç güzergâhı değil, aynı zamanda bir kültür, bir inanç ve bir kimlik yolculuğudur.
Mehmet Özgür Ersan Abdal Özgür Derviş
Kaynakça
1. YolPedia. “Tahtacılar.” https://yolpedia.eu/tahtacilar
(Göç yolları, ocak yapısı, kültürel ve inançsal bilgiler)
2. Küçük, Hüseyin. Kazdağları’nda Bir Tahtacı Köyü: Doyran - Ritüel ve İnanç Pratikleri.
[PDF Belgesi, Yolpedia.eu, 2021]
3. Ocak, Ahmet Yaşar. Babailer İsyanı ve Aleviliğin Tarihsel Temelleri. İstanbul: İletişim Yayınları, 2002.
4. Bozkurt, Mahmut. Alevilikte Ocak Sistemi ve İnanç Yapısı. Ankara: Alevi Bektaşi Araştırma Enstitüsü Yayınları, 2015.
5. Eröz, Mehmet. Türkiye'de Alevîlik ve Bektaşîlik. Ankara: Kültür Bakanlığı Yayınları, 1990.
6. İstanbul Üniversitesi Sosyoloji Araştırmaları Dergisi. “Tahtacı Türkmenlerinin Sosyo-Kültürel Yapısı Üzerine Bir İnceleme.” Cilt 11, Sayı 2, 2005.
7. TÜBİTAK – Türk Kültür Atlası Projesi. “Göçebe Yaşam Biçimleri ve Tahtacılar.”
(Belgesel & saha çalışmaları)
Ardını oxu...
Tarixçi alim Elnur Nəciyev acınacaqlı durumda olan Əbu Müslüm məscidinin yeni fotolarını ictimailəşdirib.

Elnur Nəciyev Demokrat.az-a açıqlamasında bunları bildirib:

“Mən Azərbaycanda çox yer gəzdim və heç bir yerdə bunun alternativini görmədim. Taxtalarından futbol oynamaq üçün qapı düzəldilən, kənd klubu, mədəniyyət evi tikilərkən dirəklərindən istifadə edilən, insanların oturması üçün oturacağa çevrilən nə abidə, nə də məscid gördüm. Belə də olurmuş. Mən tarixi abidələrə zərər verilməsini çox gördüm, amma belə halla heç vaxt qarşılaşmadım”.

Qeyd edək ki, Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dünyada süni mayalanmanı ingilis alimləri Patrik Steptou və Robert Edvards 13 illik elmi araşdırmalardan sonra ilk dəfə 1978-ci ildə tətbiq ediblər. Beləcə Yer kürəsinin süni mayalandırma yolu ilə ilk uşağı - Luiza Braun adlı qız dünyaya gəlıb. Süni mayalandırma keçmiş SSRİ-də 1986-cı, Azərbaycanda isə 2004-cü ildən tətbiq olunub.

TEREF Medicina.az-a istinadən xəbər verir ki, hazırda dünyada süni mayalandırma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Yaponiyada isə hər 11,6 uşaqdan biri ekstrakorporal mayalandırma yolu ilə dünyaya gəlir. Azərbaycana gəlincə, qeyri-rəsmi məlumatlara görə, hər il 1000-dən artıq ailə süni mayalandırma üçün müraciət edir. 2022-ci ildə açıqlanan rəsmi məlumata görə isə 85 000-90 000 süni mayalanma icra olunub. 10 il əvvəl isə bu göstərici 3-4 min civarında olub.

Rəqəmlər göstərir ki, Azərbaycanda süni mayalandırmaya təlabat ildən-ilə artır. Bəs, bu sahədə əsl vəziyyət necədir?

Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Artıq 21 ildir ki, ölkəmizdə süni mayalandırmanın tətbiq olunmasına baxmayaraq, hələ də məsələnin hüquqi cəhətən tənzimlənməsi ilə bağlı ciddi boşluqlar var. Eyni zamanda süni mayalandırma ilə bağlı tibbi praktika qeyri-şəffafdır. Bu isə etik pozuntular və gələcəyimiz üçün ciddi genetik təhlükələr vəd edir. Bu gün ölkədə bu sahədə baş verənlər təkcə fərdi dramlar deyil, həm də cəmiyyətin genetik təhlükəsizliyinə qarşı sistemli bir təhdiddir.

Qanunun qəbulu niyə yubanır?

Qeyd etdiyimiz kimi, uzun illərdir Azərbaycanda süni mayalanma prosedurları həyata keçirilsə də, bu sahənin fəıaliyyətini tənzimləyən qanun hələ də qəbul olunmayıb. 2013-cü ildə hazırlanan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin bəzi maddələri ictimai narazılıq doğurduğundan geri çağırılıb. O vaxtdan indiyədəq bu qanunun qəbulu müşkülə düşüb.

Məlumatlara görə, ötən il bu məsələ Milli Məclisdə yenidən gündəmə gətirilib. Hətta qanun layihəsini hazırlayan deputatlara müəyyən təkmilləşdirmə işləri aparmaq təklif olunub. Amma hansısa səbəbdən sonradan proses yenə də yarımçıq saxlanılıb.

Nəticədə süni mayalanma sahəsində həm tibbi, həm etik, həm də hüquqi cəhətdən tənzimləmələrlə bağlı ciddi boşluqlar mövcuddur.

Donorların təkrarlanması - Genetik fəlakət təhlükəsi

Ən təhlükəli məqamlardan biri eyni donorlardan övlad sahibi olmaq istəyən müxtəlif ailələrdə istifadə olunmasıdır. Bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edir. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər.

Digər vacib məsələ isə qapalı, qeyri-şəffaf fəaliyyət göstərən klinikaların donor məlumatlarına dövlətin nəzarət imkanlarının olmamasıdır.

Çoxdöllü hamiləlik və sağlamlıq riskləri

Azərbaycanda süni mayalanmanın uğurlu alınması üçün bəzən bir neçə embrion eyni anda ana bətninə yerləşdirilir. Bu isə əkiz, üçəm, hətta dördəm hamiləliklərə yol açır. Nəticədə ana ölümü, erkən doğuş, uşaqlarda fiziki inkişaf geriliyi və sağlamlıqla bağlı digər ciddi problemlər ortaya çıxa bilər.

Halbuki süni mayalanma ilə bağlı sərt qanunvericiliyin mövcud olduğu bir sıra ölkələrdə, eləcə də qonşu Türkiyədə embrion sayı qanunla tənzimlənir. Məsələn, bir çox ölkələrdə anan bətninə maksimum iki embrion yerləşdirməyə icazə verilir.

Klinikaların “qara bazarı”: Pul, təzyiq və qanunsuz təkliflər

Qeyri-rəsmi məlumatlara görə, donor olan şəxslərə kişilər üçün 100 AZN, qadınlar üçün 500 AZN ödənilir. Maddi ehtiyac səbəbindən bəzi qadınlar dəfələrlə yumurtahüceyrə verir. Bu, onların sağlamlığı üçün hormonal pozuntular, sonsuzluq və digər ağırlaşmalarla nəticələnə bilər.

Bəzi hallarda isə həkimlər, ailənin övlad sahibi olmaq ümidsizliyindən istifadə edərək, subay qardaşın donor olmasını təklif edir. Bu isə etik və tibbi baxımdan qəbuledilməzdir.

Reklamlar qadağan edilsə də, açıq-aşkar davam etdirilir

2017-ci ildə Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Sənədlə hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağan edilib. Lakin real vəziyyət tam fərqlidir.

Belə ki, bir sıra klinikalar sosial şəbəkələrdə sponsorlu reklamlar yerləşdirir. Bundan başqa televiziya verilişlərində süni mayalanma ilə bağlı uğur hekayələrinin, klinikaların saytlarında isə süni mayalanma əsas xidmətlərdən biri kimi təqdim olunması hallarına rast gəlinir.

Belə ki, bir sıra klinikalar sosial şəbəkələrdə sponsorlu reklamlar yerləşdirir. Bundan başqa televiziya verilişlərində süni mayalanma ilə bağlı uğur hekayələrinin, klinikaların saytlarında isə süni mayalanma əsas xidmətlərdən biri kimi təqdim olunması hallarına rast gəlinir.

Məhkəmə qalmaqalları - Ailələr aldadılır

Ötən il süni mayalanma ilə bağlı baş verən qalmaqal yəqin ki, hər kəsin yadındadır.

Belə ki, süni mayalanma etdirən ailədə boşanma qərarı verdikdən sonra atalıqla bağlı tərəddüdlər meydana çıxmışdı. Xəbərdə bildirilirdi ki, ərlə arvad arasında 2005-ci nikah bağlanıb. Övladı olmayan cütlük dörd il sonra - 2009-cu ildə tibb müəssisələrindən birinə müraciət edərək türkiyəli həkim Öndər Tulumbacının rəhbərliyi ilə süni mayalanma etdiriblər. Nəticədə cütlüyün əkiz övladı doğulub. Lakin uşaqlar doğulandan 7 il sonra cütlük boşanıb və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənib.

Həkim isə ailənin bu məsələdən əvvəlcədən xəbərdar olduğunu iddia edirdi. Bu cür hadisələrin yaşanması bir daha təsdiq edir ki, Azərbaycan süni mayalanma sahəsində hüquqi xaos mövcuddur.

Çıxış yolu nədir?

Əgər bu sahədə nəzarət mexanizmləri və qanunvericilik təcili şəkildə formalaşdırılmazsa, Azərbaycanda gələcəkdə sosial və genetik faciələr qaçılmaz olacaq. Bu səbəbdən də mütəxəssislər hesab edir ki, Azərbaycanda süni mayalanmanı tənzimləyən xüsusi qanun qəbul olunmalı, donorların qeydiyyat sistemi yaradılmalı, limitlər qoyulmalı, embrion sayı ilə bağlı tibbi protokollar tətbiq edilməlidir. Bundan başqa, süni mayalanmanın reklam olunması ilə bağlı qadağaya əməl olunmalı və buna nəzarət gücləndirilməlidir. Eyni zamanda cəmiyyətə süni mayalndırma ilə bağlı düzgün maarifləndirmə aparılmalıdır.

Əlbəttə, sonsuzluqdan əziyyət çəkən ailələrin övlad sahibi olması onlara ümid və xoşbəxtlik bəxş edə bilər. Amma süni mayalanmanın qanunsuz tətbiqi təkcə ailələr ümün deyil, bütövlükdə cəmiyyət üçün faciələrə səbəb ola bilər. Hüquqi, etik və tibbi boşluqların qapadığı qaranlıq otaqlarda gələcəyimiz planlaşdırılır – amma heç kim bu gələcəyin necə olacağını bilmir.
 
Ardını oxu...
Bu gün Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylının (Nəsibov Vəli Alı oğlu) 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, ziyalılar, İkinci Şıxlı kəndinin ziyalıları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
Ardını oxu...
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır.

Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Dünyada 5 minə yaxın dil var, amma onların 200-ə yaxını rəsmi dövlət dilidir. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış ana dilimiz türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır və inkişaf edir, məmləkətimiz kimi müstəqildir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ardını oxu...
Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq sovetlərə daxil respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Yeni sovet konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Azərbaycan dilinin respublikada dövlət dili elan edilməsi birbaşa xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləridir. Məhz onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini qorumuş oldu. Biz vətəndaşlar olaraq bu böyük yolun yolçusu olmalıyıq. Ana dilimizi qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Çünki dilimizi qorumaq Vətəni qorumaqdır.

Müasir dövrdə Azərbaycan dilinin internet və texnologiyada daha geniş yer alması üçün bir sıra layihələr həyata keçirilir. Elektron lüğətlər, tərcümə proqramları, Azərbaycan dilində mobil tətbiqlər və e-kitablara olan maraq artmaqdadır. Dövlət səviyyəsində rəqəmsal məzmunun artırılması istiqamətində təşəbbüslər vardır. Eyni zamanda, süni intellekt sistemlərində, avtomatik nitq tanıma və tərcümə texnologiyalarında Azərbaycan dilinin inteqrasiyası vacib məsələlərdən biridir. Azərbaycan dili yalnız bu günün deyil, gələcəyin də dilidir. Onu yaşatmaq tarixə, mədəniyyətə və gələcək nəsillərə olan borcumuzdur.
Ardını oxu...
Xalq artisti Flora Kərimovanın səsi batıb.

TEREF xəbər verir ki, bu barədə "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyeva bildirib:

"Əməkdaşlarımız indi Flora xanımla əlaqə saxladı. Nasazdır, səsi batıb. Danışa bilmir. Özünüzü qoruyun. Siz bizə lazımsınız".

(Axşam.az)
 
Ardını oxu...
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib. Metronun Gənclik” stansiyasının yaxınlığındakı yenicə istifadəyə verilən istirahət parkında açıq havada paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.
Qeyd edilib ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin və o cümlədən paytaxt Bakı şəhərinin inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib.
Konsertdə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.
Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olmuş, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.
Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
Dünyanın ən gözəl insanı Hollivud aktrisası Demi Mur seçilib.

Oxu.Az xəbər verir ki, "Ən gözəl insan" reytinqi hər il "People" jurnalı tərəfindən dərc edilir.

Bu il nəşrin redaksiyası 62 yaşlı Demi Muru planetin ən gözəl insanı elan etməklə kifayətlənməyib, həm də onunla gözəllik və aktyorluq karyerası haqqında söhbət aparıb. Ekran ulduzu bildirib ki, əldə etdiyi ən böyük azadlıq özünü tam şəkildə olduğu kimi qəbul etməsindədir.

"Bu, kim olduğumu hər gün qəbul etmək hissidir. Bu o demək deyil ki, mənə xoş gələn hissələri qəbul edirəm. Bu o deməkdir ki, mən özümün bütün hissələrini qəbul edirəm", - deyə Mur vurğulayıb və yaşla birlikdə görünüşündə baş verən bütün dəyişiklikləri qəbullandığını əlavə edib.

Qeyd edək ki, "People" jurnalı hər il "İlin ən gözəl insanı" xüsusi buraxılışı hazırlayır. Əvvəlki illərdə jurnalın üz qabığında Culiya Roberts, Mişel Pfayffer, Sofiya Verqara, Sindi Krouford, Codi Foster, Meq Rayan, Mel Gibson, Kortni Koks, Tom Kruz, Leonardo DiKaprio, Nikol Kidman, Beyonse kimi ulduzlar yer alıblar.
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış sənətçi İlyas Salman, üç il əvvəl "BirGün" qəzetinə verdiyi müsahibəsindəki ifadələrinə görə “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhqir” ittihamı ilə mühakimə olunduğu məhkəmədə 11 ay 20 gün həbs cəzasına məhkum edilib. Lakin bu cəza 7 min lirə məbləğində inzibati cərimə ilə əvəz olunub.
İstanbul Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında İlyas Salmanın vəkili və prezident Ərdoğanın vəkili iştirak edib. Prokuror əvvəlki məhkəmə iclasında təqdim etdiyi əsas çıxışını təkrarlayaraq, Salmanın cəzalandırılmasını tələb edib. Prezidentin vəkili də bu mövqeyə qatılaraq sənətçinin cəzalandırılmasını istəyib.

İlyas Salmanın vəkili Selen Sınmaz isə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Vedat Şorli qərarına istinad edərək, işin rədd olunmasını tələb edib. Sınmaz bildirib ki, AİHM, Türk Cəza Qanununun 125 və 299-cu maddələrində eyni cinayətin – təhqirin – iki fərqli şəkildə tənzimlənməsini qanunsuz hesab edib və xüsusilə 299-cu maddənin vətəndaşlar arasında ayrı-seçkilik yaratdığını vurğulayaraq Türkiyəni qanunvericiliyini dəyişdirməyə çağırıb.

Vəkil daha sonra deyib: "Müvəkkilim bir sənətçidir. Onun təhqir məqsədi olmayıb, sadəcə fikir azadlığı çərçivəsində düşüncələrini ifadə edib".

Məhkəmə, Salmanın "Prezidentə təhqir" cinayətini törətdiyini əsaslı hesab edərək əvvəlcə ona 1 il 2 ay həbs cəzası verib. Sonra bu cəza 1/6 nisbətində azaldılaraq 11 ay 20 günə endirilib və sonda 7 min lirə inzibati cərimə ilə əvəzlənib.

Dünyapress TV

Xəbər lenti