Ardını oxu...
“Azərbaycanda çap edilən kitabların tirajı böyük deyil. Yəni yazıçıların bu kitabların satışı ilə dolanmaq imkanı yoxdur. Belə bir şəraitdə yazçılar dövlət tərəfindən dəstəklənməlidir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Sabir Rüstəmxanlı qeyd edib ki, belə bir dəstək ədəbiyyatın inkişafı üçün də əlverişli mühit formalaşdıra bilər:

“Hesab edirəm ki, seçilən müəlliflərə, əsərlərə müəyyən qonarar verilməlidir. Bu olmayanda ədəbiyyatın inkişafı üçün gərəkli mühit yaranmır”.
 
Ardını oxu...
Əlbəttə, mən Nərimanovşşünas deyiləm, amma Azərbaycanımızın bu tarixi şəxsiyyəti haqqında fikir sahibiyəm.
Mənim fikrimcə, nə qədər ki,
1. Nərimanovun üzərindən bolşevik-sovet-Kreml kölgəsi - himayəsi çəkilməyib bu tarixi şəxsiyyətimizin həqiqi mahiyyəti üzə çıxmayacaq, tarixdən dərs alınmayacaq.
Ömrünü `nərimanovçuluğ`a həsr edənlər buna yol verməyəcək.
2. Azərbaycan tarix elmi Nərimanova hələ də sovet şüuru ilə baxmaqdadır, bəzi alimlər qəribə mülahizələr irəli sürürlər. Məsələn biri deyir, `düzdür, Nərimanov Zəngəzurun Ermənistana verilməsi ilə bağlı bəyanatı özü oxudu, amma o, elə vəzifə tuturdu ki, kim olsaydı o mətni oxumalıydı`
Bu yanaşma `Bağırovun yerinə kim olsaydı güllələməliydi` tezisinin eynidir.
Azərbaycanın bəzi alimləri və ya özünü alim yerinə qoyanlar `Bağırov, Moskvanın verdiyi plandan əlavə öz təşəbbüsü ilə daha 2000 adam güllələmək üçün Stalinə şəxsən müraciət etmişdi` deyə bilmirlər. `Onun yerinə kim olsaydı belə edərdi də...` deyəcək qədərdirlər. Hər şeyi zamanın boynuna atırlar. Eyni ilə `Bağırov filankəsi xilas etdi` yanaşması ilə Nərimanov Naxçıvanı xilas etdi, Qarabağı vermədi deyirlər.
3. Nərimanov bütün Azərbaycanı Leninə, qatil bolşeviklərə, daşnaklara verməkdə mühüm rol oynadı. Nərimanov Azərbaycanı, məhz, cümhuriyyətçilərin əlindən alınıb bolşeviklərə və daşnaklara təhvil verilməsində bir nömrəli xidmətçi oldu.
4. Nərimanov, o zamanın təbiri ilə desək, `nərimanovçuluq` Azərbaycanı bugunkü bəlalarına gətirmiş bir yoldur. Azərbaycan bu gün Qarabağ, xaraba ərazilər, işğalda qalan kəndlər, sərhədlərimizin müəyyənləşməsi, Zəngəzur koridoru və digər bu kimi ağır müsibətlərlə uğraşırsa, bu mücadilədə yüz dəfə yıxılıb qalxırsa, böyük itkilər verirsə... bütün bunlar Nərimanovun Azərbaycan xalqına göstərdiyi yanlış yolun - `Azərbaycanın əbədi səadəti Rusiya ilə birlikdədir` kimi naqis maarifləndirmə işinin nəticələridir.
Nərimanovu dövrünün böyük müəllimi, maarifçisi sayanlar, bu müəllimin, bu maarifçiliyin göstərdiyi yolun nəticələrini - Azərbaycanın dirigözlü qətliamını, sərvətlərinin daşınmasını, mütəfəkkirlərinin güllələnməsini, tarixinin, milli kimliyinin torpaqlanmasını görmürlər, görə bilmirlər.
5. Nərimanov Şaumyanla yanaşı Bakı komissarı olduğu vaxtda iki yüz min əhalisi olan Bakıda 14 min insan 3-4 gün içində qətlə yetirildi. Şamaxıda, Qubada və digər şəhərlərdə, kəndlərdə bu qətllərin sayı-hesabı yox idi. Qətliamda iştirak edənlərin cəmi 30%- daşnak idi, 70 %-i rus bolşeviklər idi. Nərimanov gözü önündə baş verən bu qanlı tamaşadan sonra belə yolunu millətinin qatillərindən ayıra bilmədi. Moskvanın Azərbaycanı ona tapşıracağı xəyalı ilə `xalqın adamı` dediyiniz bu zat xalqının qətlinə susdu. `Niyə susdun`, deyənlərə `Moskva məni düz başa düşməz`dedi.
6. Nərimanov iki addım irəlini görə bilməyən bir dövlət adamıdır. Onun siyasi korluğu həm özünü, həm oğlunu, qohum-əqrəbasını, sonuncu əmioğlusunu belə bolşevizmin qanlı caynağında məhv etdi.
Uzun sözün qısası:
7. Nərimanov durduğu yerə (heykəlinə)layiq deyil.
s.a. Onu oradan düşürün, deyə bir iddiam yoxdur.
Amma layiq deyil və min dəfə layiq deyil!
Hər bir Azərbaycan insanı o heykəlin önündən keçəndə başını qaldırıb `sən bu yerə layiq deyilsən` deməlidir.
Və bu sözü deyəcək qədər bilgi sahibi olmalıdır.
 
Ardını oxu...
Mirzağa Əliyev adına Mədəniyyət Evində təsərrüfat müdiri, daha sonra isə Gürgən Mədəniyyət Evində direktor vəzifəsində işləmiş İlham Şahverdiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyası İlham Şahverdiyevin iddiasını təmin etmədiyinə görə apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə çəkişməsi əmək münasibətləri ilə bağlıdır. Pərviz Hüseynov iş üzrə hakim təyin edilib.

İlham Şahgəldiyev bundan əvvəl Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevi məhkəməyə verimişdi. Bu işin nəticəsi haqqında açıq mənbələrdə məlumat yoxdur.

İlham Şahgəldiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsini onun saxta arayış tərtib etməkdə ittiham edir. "Müdir mənim adıma saxta ərizə yazıb sənədin içinə qoyub. Əmək müfəttişliyinə ötürəndə əlində tutmuşam. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Qurum qanun pozuntusunu aşkarlayıb, işə bərpa olunmağımla bağlı məsələ qaldırdı. Amma əməl edən yoxdur", deyə o, mediaya açıqlamasında bildirib.
Ardını oxu...
"İctimai TV"də yayımlanan "Vətəndaş A" serialına görə kanala xəbərdarlıq edilib. Audiovizual Şura İTV-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlandığını əsas gətirərək bu barədə qərar qəbul edib.
Qərarda deyilir ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alımayıb və bununla da, “Media haqqında” qanunun müddəaları pozulub.

Qeyd edək ki, sözügedən Qanununun 14.1.6-cı maddəsinə görə, efirdə əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir.

Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən serial may ayından efirdədir və qısa zamanda böyük izləyici kütləsi toplamağı bacarıb.
Modern.az Audiovizual Şuranın qərarı ilə bağlı “Vətəndaş A” serialının quruluşçu rejissoru Elvin Rüstəmzadə ilə həmsöhbət olub. O bildirib ki, serialın mövzusu bəzi səhnələrdə bu cür ifadələrin işlənməsini tələb edir:

“Amma bu cür ifadələrin açıq şəkildə efirdə yayımlanması qətiyyən nəzərdə tutulmayıb. Efir üçün bu, birmənalı olaraq qadağandır. Sadəcə, biz "Youtube" platforması üçün serialın tam versiyasını, qeyri-etik ifadələrin işləndiyi hissələrin senzura olunmadan verilməsini nəzərdə tuturduq. Adətən bu platformada belə şeylərə icazə verilir. Sadəcə müəyyən qərardan sonra "Youtube"da qeyri-etik ifadələr bağlandı. Televizyada həmin qeyri-etik ifadələrin yayımlanması müəyyən texniki problemlərdən dolayı baş verib. Montaj sırasında gözdən yayınıb və həmin qeyri-etik ifadə televizyaya açıq şəkildə gedib”.
 
 
 
Ardını oxu...
“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

Bu barədə Audiovizual Şuradan verilən məlumatda deyilib.

Bildirilib ki, aparılan mütəmadi monitoriqlər nəticəsində platforma operatorları olan “Artkom.Net” MMC, “Boss Group” MMC və “Shakh Telecom” MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 19-20 noyabr 2024-cü il tarixlərində inzibati xəta haqqında protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.
 
 
 
Ardını oxu...
Rusiyanın paytaxtı Moskvada dezinformasiya ilə mübarizə üzrə beynəlxalq forum keçirilib.

"DİA-AZ"ın xəbərinə görə, "Feyklər barədə dialoq 2.0" forumu çərçivəsində yalan məlumatların yayılması və onunla mübarizə üsulları müzakirə olunub.

Foruma 65 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Argentina, Uruqvay, Peru, Fransa, İrlandiya, İspaniya, İtaliya, Niderland, İsveçrə, Avstriya, Böyük Britaniya, Almaniya, Koreya Respublikası, Sinqapur, Pakistan, Hindistan, İran, Türkiyə, Çin, Nigeriya, Seneqal və Misirdən 1 000-dən çox iştirakçı qatılıb.

Azərbaycanı tədbirdə "Global Media Group", daha dəqiq, "Baku TV RU" kanalı təmsil edib. Məruzəçi qismində "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı çıxış edib.

Daha ətraflı videosüjetdə:

 

Ardını oxu...
  

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib.

Musavat.com xəbər verir ki, səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Titul partiyanı – Nəsimi obrazını Əməkdar artist Ramil Qasımovun ifa etdiyi tamaşada digər rolları Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazı) və başqaları canlandırırlar.

Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, səhnə əsərində Bakı Dövlət Sirkinin artistləri, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Şirzad Fətəliyev (balaban), Elnur Əhmədov (kamança), eləcə də Əmrah Orucov (ud) çıxış edirlər.

İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə birləşdirən opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişdən sonra səhnəyə çıxan operanın libretto müəllifi akademik Rafael Hüseynov İmadəddin Nəsiminin məhz Azərbaycan şairi kimi keçmiş sovetlər dönəmində tanıdılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu deyib. “Nəsimi” operası barədə danışan alim səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
“Bu gün mahnılarımızın əksəriyyətinin sözləri bəsitdir. Bir sözü 100 dəfə təkrar edirlər. Bu təkrara da qulaq asırsan, sanki insana yaxşı olmayan təəssürat bağışlayır. Deməli sənin bu poetikada söz baqajın çox məhddudur, söz tapa bilmirsən, sən necə mahnıya mətn də yaza bilərsən? Ümumiyyətlə sənin mahnı bəstələməyin, mətn yazmağın nə dərəcədə vacibdir?”

Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.

İttifaq sədri bildirib ki, mahnı mətnlərində təzyiq və aşağılayıcı ifadələr üstünlük təşkil edir:

“Əlbəttə ki, bütün bunlar da televiziyalar tərəfindən təbliğ olunur. Bu doğru deyil. Bizim Bəstəkarlar İttifaqında bu illər ərzində çox gözəl əsərlər yaranıb. Onlardan tamaşaçıların xəbəri var? Əlbəttə ki, yoxdur. Çünki bunlar efirlərdə təbliğ olunmur. Reyntinq gətirmir. Bilirsiz musiqidə və incəsənətdə insanların hərəkəti çox ehtiyyatlı olmalıdır. Yavaş-yavaş. Hər şey tədricən baş verməlidir. Birdəfəlik götürüb kəsmək olmur. Biz bir-birimizi incitmədən səhvləri göstərməliyik bu mahnılarda. Bundan da əlavə həmin bəsit mahnıları cəmiyyət özü qəbul etməməlidir. Cəmiyyətin qarşıdurması olmalıdır. Bir bəstəkarın, bir musiqişünasın yox. Bu mahnılarla toylarda külli-miqdarda pullar qazanırlar. Əlbəttə ki, onların bizim köməyimizə ehtiyacları olmayacaq. O düşünür ki, mən səndən çox pul qazanıram. Mən simfonik əsər yazıram, onu sata bilmirəm, amma o bir mahnısı ilə bütün günü toylardadır, gəlib mənim tövsiyyələrinə qulaq asacaq?” deyə xalq artisti bildirib.

Firəngiz Əlizadə bildirib ki, Bəstəkarlar İttifaqı həmin müğənni və bəstəkarlara mane ola bilmir.

“Bu mahnıların əksəriyyəti bizim Bəstəkarlar İttifaqının üzvü olmayan insanlar tərəfindən yazılır. Biz onları bura çağırıb töhmət verə bilmərik. Bu bizim səlahiyyətimizdə deyil. Amma bu bəstəkar, şair özü desə ki, Firəngiz xanım biz gəlmək istəyirik ittifaqa, bəlkə tövsiyyələriniz olar, əlbəttə ki, buyurub gəlsinlər. Biz həmişə buna hazırıq. Bizim hətta belə bir bölməmiz də var. Mahnı yazanların qonorarları elədir ki.. Onlar bura heç gəlmirlər, tövsiyyələrimizə ehtiyacları yoxdur. Zorla gözəllik olmaz. Bunlar özlərindən çox razıdırlar” deyə xalq artisti Firəngiz Əlizadə bildirib.
 
 
 
 

Bu gün Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.
Qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsindən başlayıblar. 
Qeyd olunub ki, Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Tikilinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.
Daha sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıb. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. 
Xarici media nümayəndələri sonda ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir.

Ardını oxu...
Məşhur amerikalı aktrisa Ancelina Colinin maliyyə vəziyyəti pisləşib.
Tribunainfo.az xəbər verir ki, 60 yaşlı Hollivud aktyoru Bred Pitdən boşanması səbəbindən vəkillərin xidmət haqqını ödəmək üçün o, mülkünü satmaq məcburiyyətində qalıb.
“RadarOnline” xəbər verir ki, Coli dəbdəbəli avtomobil və qarderobundan bəzi əşyalar satmalı olub. Cütlük 2019-cu ildə ayrılıb. O vaxtdan bəri onlar arasında əmlak bölgüsü və uşaqların qəyyumluğu ilə bağlı məhkəmə çəkişmələri gedir. Sonsuz məhkəmə çəkişmələri Hollivud ulduzlarının pul kisəsini əhəmiyyətli dərəcədə vurub.
Mənbələrə görə, hazırda sənətçinin xərcləri gəlirlərini xeyli üstələyir. Dostları 49 yaşlı Ancelinanı keçmiş əri ilə məhkəmə çəkişməsinə son qoymağa razı salmağa çalışsalar da, o, hələ də buna razı deyil.
“Ancelina dəli kimi pul xərclədi və indi pulsuz qalmamağın yollarını tapmalıdır”, deyə mənbələr qeyd edirlər.
Aktrisanın maddi vəziyyəti o qədər kritikdir ki, 1958-ci il istehsalı olan “Ferrari” avtomobilini satmaq qərarına gəlib. Onun dəyəri 1,3 milyon dollardır. Bundan əlavə, Coli qarderobundan məşhur dizaynerlərin bəzi paltarlarını satmaq qərarına gəlib. O, həmçinin zinət əşyalarını, xüsusən də Pitin ona verdiklərini satışa çıxarıb.
“Vəkillərlə hər görüş onun üçün böyük hesaba çevrilir. Bu məhkəmə çəkişmələri minlərlə dollara başa gəlir və indi o anlayır ki, Bredlə bütün münaqişələrdə iştirak etmək imkanı yoxdur”, deyə nəşr yazır.
Yeri gəlmişkən, Ancelina və Bred 5 il evli olub. Onların birlikdə altı övladı var: əkizləri Vivyen və Noks, qızları Şilo və Zahara, oğulları Paks və Maddoks. Yeri gəlmişkən, Vivyen atasının soyadından imtina edib. Artıq neçə ildir danışmadığı atası ilə heç bir əlaqəsinin olmasını istəmir.
 

Dünyapress TV

Xəbər lenti