![]() |
![]() ![]() ![]() |
|
Axundov adına Milli kitabxananın əməkdaşlarından redaksiyamıza şikayət daxil olub. Şikayət edən əməkdaşlar bildirirlər ki, kitabxana rəhbərliyi Kərim Tahirov və müavini Ədibə İsmayılova iclas zamanı işçiləri təhqir edir, əlavə işlə yükləyirlər.
Onlar qeyd edir ki, kitabxanada ali təhsilli ixtisaslı kadrlar fəhlə əvəzi işlədilir, kitab daşıdılır, normadan artıq işlədilirlər.
Onu da qeyd edək ki, bu barədə sosial şəbəkədə bir neçə böyük səhifə tərəfindən oxşar şikayət məktubları paylaşılıb.
Məlumat üçün bildirək ki, Kərim Tahirov 20 ildir kitabxananın direktorudur.
Musavat.com-un əməkdaşı şikayətlə bağlı mövqe almaq üçün adı hallanan Ədibə İsmayılova ilə əlaqə saxlayıb.
O, yayılan məlumatları təkzib edib. Ə. İsmayılova bildirib ki, onlarda elə iclas olmayıb:
“Bəlkə kimsə qərəzli yazıb. Bu barədə direktora da məlumat verəcəyəm. Ola bilsin ki, kimsə qəsdən belə bir iş tutub. Biz kimi fəhlə kimi işlədirik ki? Burada hamı ali təhsilli kitabxanaçılardır, kabinetində oturub işlərini görürlər. Hesab edirəm ki, şikayətlər anonim olduğuna görə qərəzlidir”.
Onu da qeyd edək ki, kitabxananın əməkdaşlarının bu kimi şikayətləri daha öncə də ölkə mətbuatında dərc olunub.
Şahanə Rəhimli
Musavat.com
Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım barədə bu gün azadlığa buraxılması barədə qərar verilib.
Prokurorluq Barımın azadlığa buraxılma qərarına etiraz edib.
Ayşe Barım prokurorun etirazından sonra yenidən həbs olunub.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin "inhisarlaşma" səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı "5 milyon dollar qarşılığında reklam əlaqəsi" ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım həbs olunub. (Axşam.az)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda mərhum aktrisa Tünzalə Əliyevadan bəhs olunub.
Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən aktrisa 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olub.
Onun haqqında xatirələrini bölüşən aktrisa Ülviyyə Əliyevanın sözlərinə görə, T.Əliyeva çox sadə, səmimi insan olub.
"Dost kimi ona çox güvənirdim. Sənətdə olduğum 27 ildə Tünzalə kimi partnyorum olmayıb. Bir-birimizi çox yaxşı başa düşürdük. Tünzalə xəstəlikdən sağalmış, şişi getmişdi. Amma bir həftə sonra şiş yenidən əmələ gəldi. Bir gün saytlardan biri zəng edib Tünzalənin vəfat etdiyini dedi. İnana bilmədim. Daha sonra öyrəndim ki, həqiqətən, dünyasını dəyişib. Həmin gün mən teatrda tamaşada oynayırdım. Üzümdə canlandırdığım obrazın maskası var idi, ağlaya-ağlaya rolu oynayırdım. Güclə tamaşanı başa vurub xəstəxanaya yollandım", - deyə Ü.Əliyeva sözlərinə əlavə edib.
Əməkdar artist Dilarə Əliyeva T.Əliyeva haqqında təəssüratlarını bölüşərkən bildirib ki, o, kimyaterapiyadan sonra günlərlə özünə gələ bilmirdi:
"Çəkilişə ağrıkəsicilər vurub gəlirdi. Həmin dərmanları içəndən sonra isə qanı düşürdü. Rolunu bütün gücü ilə oynayır, həmin anı yaşayırdı. Lakin kamera bağlanandan sonra isə halsız olur, gedib divanda uzanırdı. Yemək belə yeyə bilmirdi. Həmişə düşünürdüm ki, onun durumu göz qabağındadır, ölümünə hazıram. Amma dünyasını dəyişəndə gördüm ki, insan heç vaxt belə hallara hazır olmur".
Əslən azərbaycanlı olan türk aktyor Ozan Akbaba yeni paylaşımı ilə azərbaycanlı pərəstişkarlarının marağına səbəb olub.
Reytinglərdə zirvəyə qalxan "Uzak şehir" serialının ulduzu azərbaycansayağı foto paylaşıb.
O, oğlu Ozan Ali ilə birlikdə Azərbaycan mədəniyyətinə xas "Buxara" papaq taxaraq kamera qarşısına keçib.
Pərəstişkarları onun paylaşımına yüzlərlə rəy yazıb. (azxeber.com)