Ardını oxu...
Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Nəhavən şəhərinin İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat” ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.

Bundan əvvəl onlara qarşı irəli sürülən “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı isə ləğv olunub.
 

 

Ardını oxu...
 

Xalq artisti: “Mehriban Ələkbərzadə teatrın düşmənidir”

Son bir həftədir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) baş verən qalmaqal ölkənin  gündəminə çevrilib. Məsələnin mərkəzində isə “Baş” tamaşasının hazırlıq prosesi və Mehriban Ələkbərzadənin teatrın bədii rəhbəri kimi fəaliyyəti dayanır.

Hər şey martın 5-də Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında səhnələşdirilən tamaşanın məşqlərində başlayıb. Tamaşanın quruluşçu rejissoru, “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün teatrın gənc və istedadlı aktrisası Günəş Təqini dəvət edib. Məhz bu seçim teatr daxilində gözlənilməz etirazlara səbəb olub.

İlk etiraz edənlərdən biri Əməkdar artist Mehriban Xanlarova olub. O, müsahibəsində teatr kollektivinin böyük bir hissəsinin Mehriban Ələkbərzadənin fəaliyyətindən narazı olduğunu bildirib: "Biz Mehriban Ələkbərzadənin kollektivə yuxarıdan aşağı baxmasından, aktyorlar arasında ayrı-seçkilik etməsindən narahatıq. Prezident mükafatları və fəxri adlar üçün təqdim olunan siyahıların şəxsi münasibətlərə əsasən tərtib edilməsi bizi qorxudur. İçi mən qarışıq, həmkarlarım narahatdır ki, adlarımız siyahılardan bilərəkdən çıxarıla bilər. Biz özümüz üçün rol istəmirik. Amma teatrın bir kənarında qalmış, istedadı görməzlikdən gəlinən aktyor və aktrisalar var. Bəs niyə onlara səhnəyə çıxmaq şansı verilmir?"

Ardını oxu...

Xalq artisti Əli Nur isə daha sərt mövqe sərgiləyib: “Teatrda nə ağsaqqal var, nə qarasaqqal. Mehriban Ələkbərzadə teatrın düşmənidir. O, "AzDrama"nın qapısından içəri girməyə layiq deyil. Bu teatrda Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov, Əliabbas Qədirov kimi sənətkarlar olub. İndi isə bizi kənara qoyub, "Yuğ" Teatrından gələn adam rəhbərlik edir. Ömür boyu teatra kənardan aktyor-aktrisa gətirib, bu da istedadsızların səhnəyə çıxmasına səbəb olub".

Əməkdar artist Münəvvər Əliyeva isə sosial şəbəkədə sərt paylaşımı ilə diqqət çəkib: ""AzDrama"da repressiya dövrü davam edir. Aktyorlarımız, bəs siz niyə susursunuz? Səhnədə göstərdiyiniz cəsarətdən həyatınıza da pay düşməyəcək? Teatr həyatın kiçik modelidirsə, bu susqunluq nə üçündür?"

Ardını oxu...

Mehriban Ələkbərzadə

“AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadə isə  açıqlamasında ittihamlara cavabında teatr daxilində islahatların aparılmasının vacibliyini vurğulayıb: "Teatr əxlaqına görə daxildə baş verənlər kənara çıxmamalıdır. Narazı olanlar üçün qapım açıqdır. Yeni nəsil gəlməlidir. 60 yaşlı adamın 20 yaşlı rolu oynaması gülməlidir. Bu şounun nöqtəsi qoyulmalıdır".

O əlavə edib ki, Günəş Təqin dəvətli aktrisa deyil, artıq teatrın rəsmi əməkdaşıdır. Bundan əlavə, “Baş” tamaşasında kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor da iştirak edəcək. Onlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar: “Teatrımızın aktyor bazasını gəncləşdirmək və yeniləmək üçün bu addımları atırıq. Bu proses gələcəkdə də davam edəcək”.

Teatr rəhbərliyi baş verənlərə münasibət bildirərək qeyd edib ki, son iki ildə "AzDrama" bir sıra uğurlara imza atıb. Məsələn, Aleksandrinski Teatrında “İblis və...” tamaşasının premyerası keçirilib, Belarus və Gürcüstan milli teatrları ilə memorandumlar imzalanıb və 2025-ci ildə qastrol səfərləri planlaşdırılıb. Rəhbərlik bəzi aktyorların narazılığını yaşlı nəslin gənclərə qarşı qısqanclığı kimi qiymətləndirib: “Bu etirazları konkret şəxsə - Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın uğurlarını təbliğ etmələrini arzu edərdik”.

“AzDrama”da yaşanan bu qalmaqal gənc və yaşlı nəslin qarşıdurmasını, yaradıcı kollektivdəki gərginliyi və islahatlara qarşı münasibətləri bir daha üzə çıxardı. Qalmaqalın necə sonlanacağı isə hələ də açıq qalır.

Xatırladaq ki, Mehriban Ələkbərzadə 2023-cü ilin may ayından etibarən Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. O, 2017-22-ci illərdə Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. 2022-ci ildən 2023-cü ilin may ayına kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
  

Muzey Mərkəzinin bir neçə gün öncə vəzifəsindən azad olunan direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Mərkəzin fəaliyyəti ilə bağlı aparılan yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar edilib.

İşində yol verdiyi ciddi nöqsanlara görə mərkəzin direktoru Liana Vəzirova tutduğu vəzifədən azad olunub.

Muzey Mərkəzində ortaya çıxarılan qanun pozuntuları ilə bağlı materiallar toplanılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

 
 
 
Ardını oxu...
"İndi cavanlar toya gedib oxuyurlar. Elə bilirlər orada oxumaq sənətdir. Toylarda sənət yoxdur. Mən sənətkaram. Mənə Xalq artisti adı veriblər. Çünki mən sənətin içində çalışmışam. Mən toylara getməmişəm. Mən sənət görmüşəm".

TEREF xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Üzləşmə" layihəsində deyib.

O, niyə toylarda çıxış etməməsinə aydınlıq gətirib:

"Ukrayna, Moldova, Belarus, Qazaxıstana qastrollara gedirdik. İndi onlar yoxdur. Toylar pul mənbəyidir. Mən elə yaşdayam ki, rahatam, pensiyaçıyam. Mənə çox lazım deyil. Cavan vaxtlarım olsaydı belə, indi gedib toylarda oxumazdım.

Yuxarıdakılar mənə deyiblər ki, Cavan, xahiş edirik, toya getmə. Sənə hamısını vermişik. Xalq artisti adı, ev vermişik, getmə. İndi sən ayrı adamsan. Mən bunu başa düşdüm. Elə cavanlar var ki, pulu sevirlər, qaçaqaçdır. Həftədə iki dəfə toya gedirəm, nə gözəl deyirlər. Onlara 500 manat verirlər, çıxıb deyirlər 5000 manat veriblər. Sizdən kim soruşub ki, nə qədər veriblər sizə?

Şou-biznes ayrı həyatdır. Gərək elə yaşayasan. Yaşım çoxdur. Bu, həyatdır. Göydəki edir bunları. O, səndən soruşmur. O, belə edir ki, rahat ol, bu cür lazımdır". (Axşam.az)
Ardını oxu...
1996 yılında gerçekleşen, Türkiye Cumhuriyeti tarihinin en önemli skandalları arasında gösterilen Susurluk Kazası'nda hayatını kaybeden Abdullah Çatlı'nın hayatı film oluyor. Onur Tan'ın yazıp yöneteceği filmde Çatlı'ya Vedat İnceefe hayat verecek.

1996 yılında gerçekleşen, Türkiye Cumhuriyeti tarihinin en önemli skandalları arasında gösterilen Susurluk Kazası'nda hayatını kaybeden Abdullah Çatlı'nın hayatı film oluyor.

Kurtlar Vadisi Pusu, Eşkıya Dünyaya Hükümdar Olmaz gibi siyasi gerilim türündeki dizilere imza atan Onur Tan'ın yazıp yöneteceği Çatlı filminde Abdullah Çatlı'ya Vedat İnceefe hayat verecek. Filmin senaryo ekibinde Tan'ın yanı sıra Meral Çatlı ve Babam Çatlı kitabının yazarı kızları Doç.Dr. Gökçen Çatlı ve Öğretim Görevlisi Selcen Çatlı da yer alacak.

/boxofficeturkiye.com/
 
Ardını oxu...
Gözlənilən an gəldi! “Netflix” “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim etdi. Azərbaycan mədəniyyəti, gözlənilməz Bakı yarışının təfərrüatı ilə birgə növbəti dəfə qlobal yayım platformasında daha geniş planda yer aldı.

Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli film deyil, “Formula-1” dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntülərini daha yaxından yayımlayır.

“Netflix” komandası çəkilişi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin texniki dəstəyi ilə həyata keçirib.

Bu mövsümdə 2024 “Formula-1” mövsümünün gərgin mübarizələri, Maks Ferstappenin çempionluq uğrunda əzmkarlığı, “Red Bull”un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.

“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-prisindən öncə ekranlara gəlir.

Siz də bu həyəcanı qaçırmayın! “Netflix”də “Drive to Survive” yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!

 
Ardını oxu...
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
 
Ardını oxu...
Meyxanaçıların Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq arzusu cəmiyyətdə böyük müzakirəyə səbəb olub. Hətta məsələyə AYB sədri Anar Rzayev də münasibət bildirib:

“Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”.

Birlik sədrinin bu açıqlaması isə bəzi yazıçı və şairlərdə narazılıq yaradıb. Qələm əhli meyxanaçılara “Niyə AYB üzvü olmaq istəyirlər” sualına cavab vermələrini istəyir.

Meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında meyxanaçıların yaradıçılıqda onlardan geri qalmadığını bildirib:
“Bizim də onlar kimi geniş yaradıcılığımız var. Onlar da şeir yazır, meyxanaçılar da. Bir halda ki, biz də şeir yazırıqsa, niyə də Yazıçılar Birliyinə üzv olmayaq? Birliyə şeir yazanlar üzv olur da”.

Anar Rzayevin “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər” mesajına gəlincə, Ağamirzə Məmmədov düşünüb addım atacağını diqqətə çatdırdı:

“Fikirləşib, doğru qərar qəbul edərəm”.
 

Ardını oxu...
  

Məşhur rejissor Şon Beyker "Oskar" mükafatı qazanmış "Anora" filminin ideyasını oğurlamaqda təqsirləndirilib. Onu vaxtilə aktrisa olmuş Emili adlı amerikalı qadın ittiham edib.

Qadın bu iddianı sosial şəbəkə hesabında paylaşıb.

"Nəhayət, "Anora" filmini izlədim və susmaqdan yoruldum. 2015-ci ildə mən "The Skill Set" serialının pilot epizodunda çəkildim, burada Enni adlı striptizçini oynayırdım. Enni, zəngin oğlanı tərk etdikdən sonra Brayton Biçdə rus mafiyasının tələsinə düşür", - deyə Emili bildirib.

Serialın ssenarisini Emilinin dostu, gənc ssenarist Alana Messi yazıb. Amerikalı qadın, o zamanlar Şon Beyker ilə əlaqə saxlayaraq pilot epizodu göstərmək istədiyini iddia edir. Onun sözlərinə görə, rejissor onlara gələcək işləri ilə bağlı məsləhətlər verib.

Emilinin dediyinə görə, Beyker yalnız "Anora" ideyasını oğurlamaqla qalmayıb, həm də baş qəhrəmanın məktəbli qız kostyumu ideyasını da mənimsəyib.

Emili açıqlamasında, varlı və nüfuzlu kişilər qadınlardan ideyaları oğurlamasından yorulduğunu, ona görə də bu məsələyə diqqət çəkmək istədiyini qeyd edib. O əlavə edib ki, şöhrət axtarmır və artıq aktrisa kimi fəaliyyət göstərmir. Qadının sözlərinə görə, məlumatı ictimailəşdirməsinə səbəb isə bu yaxınlarda dövlət qurumunda kadrların optimallaşdırılması çərçivəsində işdən çıxarılması olub.

Qeyd edək ki, Şon Beykerin komediya-drama janrında çəkdiyi "Anora" filmi, Enni (Mayki Medison) adlı striptizçini və onun rus oliqarxının oğlu İvanla (Mark Eydelşteyn) münasibətlərini izah edir.//Oxu.Az

Dünyapress TV

Xəbər lenti