Ardını oxu...
Kazaklar, Türkistan'da yaşayan ve çoğunlukla Kazakistan ve Çin'deki Doğu Türkistan Bölgesi'nin bitişik bölgelerinde yaşayan Türk dilli halk. Kazaklar, MS 15. yüzyılda, MS 8. yüzyılda Transoxiana'ya giren Türk kabilelerinin ve MS 13. yüzyılda bölgeye giren Moğolların bir karışımından ortaya çıktı. Kuzeybatı veya Kıpçak kolunun bir Türk dili olan Kazakça konuşuyorlar ve ağırlıklı olarak Sünni İslam'ı uyguluyorlar. 21. yüzyılın başında, Kazakistan'da yaklaşık 10.000.000 Kazak ve Çin'de (çoğunlukla Sincan'da) yaklaşık 1.400.000 Kazak vardı ve Özbekistan, Rusya ve Moğolistan'da az sayıda Kazak vardı. Kazaklar, Özbeklerden sonra Turkistan'da en çok Türkçe konuşan ikinci halktır.
Ardını oxu...
Kazaklar geleneksel olarak yıl boyunca sökülebilir ahşap çerçevelerden yapılmış, keçe ile kaplı, kubbe şeklindeki taşınabilir çadırlarda (ger veya yurt) yaşayan göçebe çobanlardı. Kazaklar, atlar, koyunlar, keçiler, sığırlar ve birkaç deve de dahil olmak üzere hayvanları için otlak bulmak amacıyla mevsimsel olarak göç ederlerdi. Beslenmeleri büyük ölçüde koyun etiyle desteklenen süt ürünlerinden oluşuyordu. Fermente kısrak sütü (kımız) ve at eti çok değerliydi ancak genellikle yalnızca zenginler tarafından bulunabiliyordu. Keçe çadırın içini ve dışını sıcak tutuyordu ve pelerin olarak kullanılıyordu. Deriler giysi, kap ve kayış sağlıyordu; at kılı ipe örülürken boynuz kepçe ve diğer mutfak eşyaları için kullanılıyordu. Kazaklar, Kazakların ana bölümlerinin doğduğu üç oğlu olan bir atadan geldiklerine inanırlar: Kazak Hanlığı'nın doğu, orta ve batı kısımlarını işgal eden Büyük, Orta ve Küçük ordular (ordalar). Bu ordular daha küçük gruplara ayrılmıştı; temel birim, yalnızca ebeveynleri ve evlenmemiş çocukları değil, birlikte kamp yapan evli oğulları ve ailelerini de kapsayan geniş aileydi. Kabile hiyerarşisindeki çeşitli seviyelerdeki grupların şefleri vardı, ancak Kazak ulusu veya ordulardan biri tek bir şef altında nadiren birleşmişti.
Göçebe yaşamları, meralarda yerleşik tarımın tecavüzüyle yavaş yavaş kısıtlandı. 19. yüzyılda, sınırlar boyunca artan sayıda Kazak bazı ürünler ekmeye başladı. I. Dünya Savaşı sırasında ve yine Sovyet yönetimi altında, birçok Kazak baskılar sırasında öldürüldü veya kıtlıklara kurban gitti; diğerleri ise sürüleriyle birlikte Çin'deki Sincan'a veya Afganistan'a kaçtı ve kalan göçebeler sonunda kolektif çiftliklere yerleştirildi. Kazakların çoğu artık koyun ve diğer hayvanları yetiştiren ve ürün yetiştiren yerleşik çiftçilerdir. Ancak Sincan'da birçok göçebe grup kalmıştır.
Fotoğraf: Sasha Gusov
Hülya Yılmaz
 
Ardını oxu...
Şabran şəhəri yaxınlığında aparılan arxeoloji tədqiqatlar nəticəsində Erkən Tunc dövrünə aid olan tarixi nümunələr aşkar edilib.

Həmin tədqiqatlar ərazinin Şəhərgah adlanan hissəsində aparılır.

Tapılan tarixi nümunələr Şabran və ətrafındakı ərazilərin 3000 ildən çox tarixə malik olduğunu göstərir.

Həmin tarixi nümunələrin Sasani hökmdarı Qubad tərəfindən qoyulduğu bildirilib.

Daha ətraflı İctimai TV-nin videomaterialında:

 
Ardını oxu...
 

Paris-2024 Yay Olimpiya Oyunlarının ən səs-küylü iştirakçılarından biri, türk atıcı Yusuf Dikeç qlobal diqqət mərkəzində olan yeni bir seriala mövzu olub.

Musavat.com xəbər verir ki, “Sky Showtime” platformasında yayımlanan və Böyük Britaniya istehsalı olan “Çaqqal günü” adlı serial Dikeçin heyrətamiz dəqiqliyini və təmkinli davranışlarını tamamilə yeni bir baxış bucağı ilə təqdim edərək tamaşaçıları gərginlik dolu macəralara aparır.

Serialda Dikeçin idman dünyasındakı uğurlarının arxasında gizlənən sirli bir keçmiş təsvir edilir. Süjet xətti onun, əslində, gizli əməliyyatlarda iştirak edən xüsusi qatil olduğunu ortaya qoyur.

Oyunlar zamanı sərgilədiyi qeyri-adi atıcılıq bacarıqları, əslində, onun bu gizli missiyalarının bir parçası kimi təqdim olunur.

 

 
 
 
 
 

 

Musavat.com

 
 
 

Ardını oxu...
 

 

Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.

Musavat.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.

Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.

4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir.

Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.

Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.


Ardını oxu...
  

Britaniyalı aktyor Cud Lou “Kreml sehrbazı” kitabını fransız rejissoru Olivye Assayas tərəfindən çəkiləcək film adaptasiyasında Vladimir Putin rolunu oynamağa razılaşıb.

Musavat.com xəbər verir ki, layihə barədə “Deadline” portalı məlumat yayıb.

Film İtaliyanın baş naziri Matteo Renzinin keçmiş müşaviri Culiano da Empolinin eyniadlı romanı əsasında çəkiləcək. Süjet siyasi karyerasının başlanğıcında Putinlə işləmiş siyasi strateq Vadim Baranovdan bəhs edir. Bəzi tənqidçilərin fikrincə, Baranovun obrazı Vladislav Surkovun şəxsiyyəti ilə səsləşir.

“Deadline” ilə müsahibədə Cud Lou oynayacağı rol üzərində işləməyə yeni başladığını və qarşısında böyük bir vəzifə olduğunu hiss etdiyini bildirib.

“Mən hələ də bu barədə bir az şübhə ilə danışıram, hələ də Everestə yaxınlaşıram, baxıb düşünürəm, ya İsa, niyə “hə” dedim. Mən tez-tez “hə” deyəndə belə hiss edirəm”, - aktyor öz emosiyalarını bölüşüb.

Musavat.com

 


VİDEO

Ardını oxu...
 

"Mənim həqiqəti deyəndə itirəcək bir şeyim yoxdur. Mən toylardan dolanan bir insan deyiləm ki, kiminsə adın çəkərəm, o mənim müəyyən işlərimə mane olar. Çox da mane olsun, heç nə dəyişməyəcək".

Bunu hər zaman sakit təbiəti ilə yadda qalan müğənni Pərvin Lətifov "Gün ortası" verlişində Əməkdar artist Çingiz Əhmədovla dialoqu zamanı bildirib.

"Mən qarşımda əyləşən insanla nə danışacağımı bilirəm. Mən iki mahnı öyrənib, dünən-srağagün ortaya çıxan bir insan deyiləm. Mən bütün həyatımı təhsilə həsr etmiş bir insanam", - deyə müğənni fikirlərinə əlavə edib.

Pərvin Lətifovun sərt çıxışına mane olmağa çalışan Zümrüdə cavabı da sakit olmayıb:

"Danışanda icazə verin ya mən fikrimi deyim, problemi ortaya çıxaraq ki, bunun nəticəsi nə olacaq. Amma qoymursunuz danışmağa. Qoymursunuzsa, mənə niyə sual verirsiniz? Mənim danışmağımdan siz qorxursunuzsa, həqiqəti deməliyəm. Çingiz müəllim, siz həqiqəti deməlisiniz".

Pərvinin odlu-alovlu çıxışının ardı videoda:

Titul.az

Ardını oxu...
Aleksandr Dyuma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış “Üç muşketyor” romanı çap ediləndən sonra bir çox filmlər, tamaşalar çəkildi, səhnələşdirildi. Əsərin əsas qəhrəmanları Atos (Armand de Siegue d'Hautville), Aramis (Henri d'Aramitz) və Portos (baron du Vallon de Brassier de Pierrefond) idi.
Bu adları çəkilən şəxslər realda olan kral muşketyorları idi. Onlar Fransa ordusunda xidmət edirdilər və eyni zamanda aristkorat titullarını qoruyrdular. Bəs bu romanda adı çəkilən Dartanyan kim idi?
Əsərdə doğurdanda o "hamı bir nəfər üçün, bir nəfər hamı üçün” kodeksini daşıyan üç muşketyor içərisinə daxil olub, qəhrəmanlıqlar edib və kral muşketyorlarının sevimlisinə çevrilib?
İllərdir Dyumanın bu obrazı hər kəsə qəhrəman kimi təqdim edilir. Lakin real Dartanyan əslində əsərdə olduğu kimi Üç muşketyorun dostu olmayıb, qəhrəmanlıq etməyib, Birmingem sarayına gedib Kraliçanın almaz boyunbağını gətirməyib. İndi isə daha ətraflı:
Sonradan qraf Castelmore kimi tanınan Charles Ogier de Batz Qaskoniyalı idi. Ancaq bu ad heç bir şeylə məşhur deyildi və o, özünü Qaskoniyanın ən varlı ailələrindən birinin adı ilə "Senyor Dartanyan " adlandırmağa başladı, guya qohum olduqları üçün.
Onun barəsində Qatien de Kurtil de Sandras ölümündən 27 il sonra “Müsyö Dartanyanın xatirələri” kitabını yazıb. Kitabda haqqında danışılan Dartanyan tamamilə Dümanın bir əsr yarım sonra öz romanı üçün istifadə etdiyi Dartanyanın əksi idi. Kurtilin orjinal kitabı hazırda Kölndəki kitabxanada saxlanılır və Düma da orda bunu əldə edib, yeni bir qəhrəman yaratmaq qərarına gəlir.
Real Dartayan 1633-cü ildə Parisə gəlir və Qaskon de Trevilin rəhbərlik etdiyi muşketyorlar komandasına qoşulur.
Kitabdan fərqli olaraq Üç Muşketyorla yaxından uzaqdan heç bir əlaqəsi olmur. Fransa-İngiltərə müharibələri dövründə cəmi adı 1640-cı ildə Arras mühasirəsi zamanı döyüşçülər siyahında çəkilir. Başqa heç bir tutarlı sənəd yoxdur ki, onun doğurdanda əsərdə olduğu kimi qəhrəmanlıqları olub.
Onun adı Mazaranin kardinallığı dövründə gündəmə gəlir, qeyd edim ki, Kral XIII Lüdovik və kardinal Rişelye dövründə onu heç kim tanımırdı. Muşketyorlar kralın ölümündən sonra dağlır və Dartanyan - Kardinal Mazarinin kuryeri işinə götürlür. 1648-ci ilin avqustunda Paris üsyan zamanı Mazaranini saraydan çıxarılmasında onun yanında olan Dartanyan 1653-cü ildən sonra onunla birgə Parisə geri qayıdır və ondan sonra onun karyerası başlanır.
1658-ci ildə o, artıq yenidən yaradılan muşketyorlar dəstəsinin kapitan müavini idi. 1659-cu ildə Dartanyan Charlotte de Chanlesi adlı varlı, lakin yaşlı qadınla ailə qurur. İki oğlu olur və sonrda həyat yoldaşından boşanır.
1661-ci ildə Fransanın daxili işlər naziri Fukeni həbs edir və 6 il onun mühafizəsini təşkil edir. Bununla da yüksək hərbi rütbələr alır. 1672-ci ilin yazında Hollandiyaya qarşı müharibəyə hazırlaşan kral onu Lill şəhərinin qubernatoru təyin edir və 24 iyun 1673-cü ildə Maastrixt hücumu zamanı öldürülür. Adətə görə, o, döyüş meydanında digər həlak olmuş əsgərlərlə birlikdə dəfn edilir.
Yəni real Dartanyanın Üç muşketyor ilə dostluğu olmayıb, Kral və kardinal onu realda tanımayıb və kitabda yazılan hadisələrin heç birində iştirak etməyib. Sadəcə bu Dyumanın obrazı olaraq ona bəzək düzək çox verilib.
Zaur Aliyev, dosent
TEREF
Ardını oxu...
İranın Xuzistan əyalətində ərəb etnik qrupundan olan onlarla şair və incəsənət xadimi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edilib.

“İran İnternational” xəbər verir ki, bu barədə məlumatı “Harana” hüquq müdafiəsi saytı yayıb.

Bildirilib ki, hazırda onların 28-nin kimliyi təsdiqlənib.

“Karun” hüquq müdafiə təşkilatının hesabatına əsasən, yanvar ayı başlayandan İranın Əhvaz, Şadqan, Ramşir, Şüştə, Xürrəmşəhr və Susanqard şəhərlərində ərəb etnik qrupundan olan 30-a yaxın İslam Respublikası vətəndaşı yerli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“Haleş” qəzetinin məlumatına görə, Sistan və Bəlucistanda azı 38 nəfər saxlanılıb.

Qeyd edək ki, ötən gün İran polisi bu əyalətdə iki bəluc gəncə atəş açaraq öldürüb.

Bildirilib ki, beynəlxalq insan hüquq müdafiəsi təşkilatının hesabatına əsasən, ötən il İranda azı 2 783 ictimai və siyasi fəal həbs edilib.
 
Ardını oxu...
İllərlə evə qapandı, orden almaq üçün çıxanda isə...

1938-ci il. Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilir. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edir. Konsertlərdən birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşür və yanında əyləşmiş Üzeyir bəyə qızlardan birini göstərib, kimliyi ilə maraqlanır. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verir. Stalin qızı yanına çağırıb, qucaqlayır və alnından öpür: “Sən əsil Azərbaycan gözəlisən” - deyir.

Xan nəvəsi, bəy qızı

Həmin bu Azərbaycan gözəli Bakıda, İçərişəhərdə doğulub boya-başa çatmışdı. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası şəmkirli Bikə xanım Musaxan qızı isə xan qızı idi.

Leyla ailədə tək uşaq deyildi, amma ailənin ərköyünü idi. Atası da ona xüsusi diqqət göstərərdi. 12 yaşında belə atasının qucağında gəzərmiş. Bir qonaqlıqdan, gəzintidən qayıdanda “yoruldum” deyən kimi atası Leylanı qucağına alarmış.

Anası Bikə Əli Bayramov klubuna - qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Səhnəyə çox gənc ikən çıxıb. Heç 16 yaşı tamam olmamışdı, amma Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər qurulurdu. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. Beləcə, Azərbaycan teatrına bir imza daxil olur - Leyla Bədirbəyli.

Tamaşalarda həmişə baş rolları oynayırdı. Öz işinə çox ciddi, məsuliyyətlə yanaşması onu hamıya sevdirmişdi. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Peşəsinə çox sadiq və məsuliyyətli olduğundan onun sirlərinə də dərindən yiyələnib. Məsələn, “Solğun çiçəklər”də Saranı oynayırdı. Tamaşanın sonunda Sara ölür. O tamaşanı Leyla dəfələrlə oynayıb, amma bir dəfə də olsun tamaşa qurtarıb pərdə açılanda o, səhnəyə baş əyməyə çıxmayıb. Deyirmiş, axı Sara ölüb, mən necə çıxıb tamaşaçıların qarşısında baş əyim? Leyla Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun “Məhəbbət” tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin “Tufan”ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində “Pəri cadu” tamaşasında Pəri, “Vaqif”də Gülnar və Xuraman, “Xanlar”da Mehriban, “Solğun çiçəklər”də Sara, “Almaz”da Almaz, “Şərqin səhəri”ndə Dilarə, “Xoşbəxtlər”də İncə, “Əliqulu evlənir”də Qumral, “Kəndçi qızı”nda Göyərçin, “Şeyx Sənan”da Zöhrab, “Uzaq sahillərdə” Ancelika, “Otello”da Dezdemona, “Canlı meyit”də Liza və digər rollar ifa edib.

Gülçöhrəni ona Üzeyir bəy sınaqsız, amma imtahanla verib

1945-ci il gəlib çıxır. Leyla Bədirbəyli artıq həm teatrda, həm də kinoda obrazlar oynayıb, tanınır, sevilir. Stalin “Arşın mal alan” musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə bağlı göstəriş verir. Üzeyir bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir. Gülçöhrə roluna 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib. Filmin çəkilişləri yay aylarında Şüvəlanda gedirdi. Sınaq zamanı rol alınmırmış. Bunu görən Üzeyir bəy Leylanı yanına çağırıb, deyir: “Qızım, mən səni bu filmə çəkə bilməyəcəm. Çünki bu rol səndə alınmır”. Leyla qayıdır evə. Gecə nə isə düşünürsə, səhər yenidən gəlir Üzeyir bəyin yanına və onun roluna sonuncu dəfə baxmağı xahiş edir. Bu dəfə Gülçöhrə obrazı uğurlu yaradır. Üzeyir bəy isə “mən belə dedim ki, gedib öz üzərində çalışasan” deyir. Və beləcə, Leyla Bədirbəyli dünya ekranlarına çıxan “Arşın mal alan” filminə çəkilir.

Leyla xanımın bacısı xatirələrində yazır: “Onda Rəşid Behbudovun Bakıda evi yox idi. Köhnə “İnturist”də qalırdı. Özü də gec evlənmişdi. Anam çox xeyirxah qadın idi. Deyirdi ki, evi yoxdu, yeməyini heç kim bişirmir. Rəşid bizimlə ailəvi yaxınlaşmışdı. Yeznəmizlə də yaxın dost idilər.”

Anasının dişləri onun sevgisinin güdazına gedib

Leyla Bədirbəyli 1937-ci ildə, yəni hələ 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü çox qısa 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. Onların tanışlıqları Filarmoniyadan başlayıb. Kamil Aslanov ixtisasca diş həkimi olub, amma rəqs etməyi xoşlayırmış və gözəl də rəqs edirmiş. O da Əli Bayramov klubuna gedirmiş. Görünür, elə o vaxtdan Leylada gözü olub. Yenə bacısı xatırlayır: “Anam danışardı, bir gün Leyla gəlib deyib ki, yaxşı bir diş həkimi var gedək onun yanına. Yəqin anamın dişi ağrıyırmış. Görünür, onlar görüşürmüşlər, ancaq anama deməyə utanıb. Hər dəfə də anamı aparanda Kamil olun bir dişini çəkirmiş. Anam həmişə deyərdi ki, mən dişlərimi qızımın yolunda qurban elədim. Elçi gələndə isə artıq hər şey bəlli oldu. Anam dedi ki, bunu elə əvvəldən deyərdin, mən də dişlərimi çəkdirməzdim”.

Leyla ilə Kamilin bir neçə il övladları olmur. Bu illər ərzində Leyla Bədirbəyli artıq bütün SSRİ məkanında tanınmış aktrisa olur.

“Arşın mal alan” qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yumoruna valeh oldular. “Arşın mal alan”a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırıldı) layiq görüldülər.

Leyla Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar almışdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi məktub bu sözlərlə qurtarır: “Mən beş oğulun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi Sizin kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram”.

Onun kino taleyi uğurlu olub. Həmişə yüksək insani keyfiyyətlərə malik, milli koloritli qadınların obrazlarını oynayıb. 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilib. Onun “Fətəli xan” və “Koroğlu” filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.

“Onun böyük ürəyi” filmindəki Xalidə rolunda isə aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə obrazı aktrisa Leyla Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan söhbət açan “Görüş” kinokomediyasında məhəbbət mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı Bilqeyisin obrazını Leyla Bədirbəyli yaradıb.

Aktrisa müxtəlif illərdə çəkilmiş “Kölgələr sürünür” filmində Leyla, “İntizar”da Ana, “Sevil” film-operasında Tafta, “Gilas ağacı”nda nənə, “Bizim küçənin oğlanları”nda Leyla, “Çarvadarların izi ilə”də Məfruzə, “Vulkana doğru”da Gülsüm, “Kişi sözü”ndə Ana, “Dərviş Parisi partladır”da Şəhrəbanu xanım, “Asif, Vasif, Ağasif”də nənə, “O dünyadan salam”da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb.

Faciə ardınca faciə

Ailədə də hər şey yaxşılığa doğrudur. İllər sonra 1947-ci ildə ilk qız övladları - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları olur. Ofeliya Bədirbəyli daha bir maraqlı hadisəni xatırlayır. Hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin xəbəri gəlir. Bikə xanım adət-ənənəyə sadiq qalaraq həyat yoldaşının yasını saxlayıb, qırxını verir. 4 ildən sonra gözlənilməz bir hadisə baş verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə olublar. Hətta evləri yaxın olduğu üçün Filarmoniyaya da birlikdə gedib gələrdilər. Bir gün onlar Sara xanımgildə olarkən telefon zəng çalır. Ondan Leylagilin orada olduqları barədə soruşurlar və deyirlər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım çaşır, bilmir nə etsin və Kamili çağırıb, ona deyir. Stol arxasında oturarkən Kamil deyir: “Yeməyimizi burada yedik, çayı da gedək anangildə içək”. Evə yaxınlaşanda Sara Qədimova deyir: “Leyla, gedək evə görək ki, atan qayıdıb”. O isə: “Nə danışırsan, elə şey olar? Atamın xəbəri 3-4 il əvvəl gəlib”. Pilləkənləri qalxanda Sara xanım fikirləşirdi və həyəcan keçirirdi ki, Leyla atasını sağ və salamat geri dönmüş görəndə nə edəcək: “Qapını açanda gördü ki, evdə çoxlu adam var. Əvvəl qorxdu, elə bildi anama nə isə olub. Ancaq içəri girib atamı görəndə qışqırıb ağladı və ürəyi getdi”.

Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl idi, istedadlı idi. Onu sevən, anlayan, qiymətləndirən və həyatın bütün təzyiqlərindən qoruyan həyat yoldaşı vardı. 55 il bir yerdə xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün bunlar Leyla xanımın təravətli qalması üçün stimul idi. Bir gün həyat yoldaşı ona “sənə yeni maşın almaq üçün Almaniyaya gedəcəm” deyir. Leyla xanım maşınları olduğu üçün etiraz edir, “neyniyirsən yeni maşını, mənə bu da bəsdir” deyir. Kamil “o maşın daha sənə yaraşmır” cavabını verir və sabah Almaniyaya biletlə evə gəlir.

Hər şey bir göz qırpımında olurmuş. Ailənin böyüyü sözü deyir, biletlə gəlir və səhəri Almaniyaya yola düşür. Maşını alır, yol uzun olduğu üçün məsuliyyəti öz boynuna çəkməyib, orda yaşayan bir dostu ilə Bakıya doğru yola çıxırlar. Yağışlı havada necə olursa maşın sürüşüb yoldan çıxır və hər ikisi qəzada həlak olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım dərddən şoka düşür.

Ərini ürəkdən sevən həyat yoldaşı üçün bu itkiyə dözmək çox çətin olur. Ancaq bu bəs etmirmiş kimi, dərd üzərinə daha bir dərd gəlir... Heç bir il keçməmiş daha bir faciə baş verir. Leyla Bədirbəylinin böyük qızı Lalə xanımı Kukla Teatrının qabağında maşın vurur. Övlad itkisi də ananın ürəyinə dağ çəkir. İki böyük itki Leyla xanımın ömrünü şam kimi əritməyə başlayır. Bu iki ölümdən sonra özü də tədricən ölməyə başlayır. Həyatdan küsür. Ərinin və övladının itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiyyətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta heç kimlə görüşüb danışmaq belə istəmirdi.


Bunu eşidən ölkə başçısı o vaxt Leyla Bədirbəyliyə “İstiqlal” ordenini təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. Onu həmin təqdimetmə mərasimində görənlər Leyla xanımın niyə evə qapıldığını yaxşı anlayırdılar. Azərbaycan gözəli belə dərd içində, yaşlı, miskin durumda yaddaşlarda qalmaq istəmir. Onu əvvəlki, Gülçöhrə kimi, gül çöhrəli Leyla kimi xatırlamalarını istəyir.

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumur. Dünyasını dəyişən gün də heç kimlə danışmayıb. Hamıdan, həyatdan, taleyindən küskün kimi sadəcə gözlərini yumub və gedib.

İndi onun adını kiçik nəvəsi daşıyır.
 
 
 
Ardını oxu...
79 yaşında qaraciyər və böyrək çatışmazlığından vəfat edən Fərdi Tayfurun 86 mənzil, 7 villa, Marmarisdə yarımada və bir çox daşınmaz əmlakı Türkiyədə müzakirə mövzusudur. Fərdi Tayfur yalnız bir dəfə ailə qurub və bu izdivacdan 5 övladı var. Mirasının da 5 övladı arasında bölünəcəyi bildirilir.

TEREF Kult.az-a istinadən xəbər verir ki, əmlakçılar sənətçinin yalnız Marmarisdəki yarımadasının hazırkı bazar qiymətinin 400 milyon lirə (12 milyon dollar) olduğunu açıqlayıblar. Ümumilikdə isə F.Tayfurun yalnız daşınmaz əmlakı 3 milyard lirə (90 milyon dollar) dəyərindədir.

Türkiyə mediası Tayfurun hər övladına 600 milyon lirə (18 milyon dollar) düşəcəyini açıqlayıb.

Qeyd edək ki, sənətçinin inşaat biznesinə də yatırımlar etdiyi bildirilir.
 

Dünyapress TV

Xəbər lenti