Ardını oxu...
“Kurtlar vadisi”nin Polat Alemdarı Necati Şaşmaz uzun müddət sonra görüntülənib.

Sənətçi tanınmış rejissor Osman Sınavın dəfn mərasiminə qatılıb.

O məscidə girərkən kameralara tuş gəlib.//Olay.az

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyə kinematoqrafiyasının tanınmış simalarından biri, məşhur serial və filmlərin rejissoru Osman Sınav 69 yaşında dünyasını dəyişib. Xərçəng xəstəliyindən müalicə olunan rejissor geridə onlarla yaddaqalan prodüserlik işi qoyub.

Ajans.az xəbər verir ki, Osman Sınav xüsusilə Türkiyə televiziyasının unudulmaz layihələrindən biri olan Kurtlar Vadisi serialının ilk 55 bölümunün rejissoru və prodüseri olub. Serialın reytinq rekordları qıran ilk mövsümündə onun rolu əvəzsiz idi. Daha sonra o, layihəni tərk edib və serial 97-ci bölümlə başa çatıb.

Sınav niyə Kurtlar Vadisindən ayrıldı?

Osman Sınavın serialı tərk etməsi uzun illər müzakirə mövzusu olub. Rəsmi açıqlamalarda onun digər layihələrə yönəlmək istədiyi bildirilsə də, bəzi iddialar serialdakı hadisələrin real həyatda müəyyən şəxsləri narazı salması ilə əlaqələndirilir.

Xüsusilə, Kurtlar Vadisinin 37-ci bölümündə Karagümrük dəstəsinə aid bir obrazın qətlə yetirilməsi real həyatda dəstə liderlərindən biri olan Nuri Ergini hiddətləndirib. Erginin serial prodüserlərini təhdid etdiyi barədə xəbərlər yayılıb.

Osman Sınav isə bu barədə heç vaxt konkret açıqlama verməyib. O, illər sonra iştirak etdiyi proqramların birində “Bu mənim üçün sirr olaraq qalacaq” deyə cavab verib.
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzinin (DİM) bu yaxınlarda təqdim etdiyi Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modeli hələ də müzakirə edilir. Belə ki, məqsəd imtahandan keçən namizədlərə Azərbaycan dilini bilmə səviyyəsini göstərən sertifikat təqdim etməkdir. Xüsusilə əcnəbilər, dilimizi xarici dil kimi öyrənmək istəyənlər imtahan verəcəklər.

Bəs qiymətlər necə olacaq? Bu modelin dünyada İELTS, TOEFL kimi beynəlxalq imtahanlar qədər uğurlu olması mümkündürmü?

Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda heç bir xarici universitet və ya işəgötürən müəssisə Azərbaycan dili üzrə bu tip sertifikatı tanımır:

“Halbuki Almaniyada “Goethe” institunun verdiyi sertifikatlar bir çox universitet və miqrasiya qurumları tərəfindən qəbul olunur. Yaxud Rusiyada ТРКИ (Test of Russian as a Foreign Language) sertifikatı ali təhsil müəssisələrində tələbələr üçün əsas qəbul meyarlarından biridir. Azərbaycan da bu modeli beynəlxalq səviyyədə tətbiq etmək niyyətindədirsə, ilk növbədə xarici universitet və təhsil təşkilatları ilə ikitərəfli tanınma mexanizmlərini formalaşdırmalıdır. Daha bir vacib məsələ qiymət siyasətidir. Hazırda IELTS imtahanının qiyməti ölkədən asılı olaraq 150–250 ABŞ dolları arasında dəyişir. TOEFL üçün bu rəqəm təxminən 180–210 dollar civarındadır. Bu imtahanlar beynəlxalq bazarda rəqabətli və gəlirli sektor hesab olunur.

DİM də Azərbaycan dili üzrə sertifikatı ödənişli edə bilər. Lakin bu ödənişin miqdarı real bazar şərtlərinə uyğun olmalıdır. İmtahan yüksək məbləğdə müəyyənləşdirilərsə, xüsusilə tələbələr və Azərbaycan dilini hobbidən daha çox praktiki məqsədlərlə öyrənən şəxslər üçün bu, əlçatmaz olacaq. Ən yaxşı təcrübələrdən biri, məsələn, Fransada olduğu kimi, dil öyrənənlərə imtahan haqqının bir hissəsini dövlətin və ya qeyri-kommersiya fondlarının subsidiya etməsidir”.

Ekspert bildirib ki, bu təşəbbüs sadəcə bir imtahan modeli deyil, Azərbaycan dilinin beynəlxalq səviyyədə mövqeyini gücləndirmək üçün yeni mərhələnin başlanğıcı ola bilər:

“Bu proses strateji yanaşma ilə, mərhələli, inklüziv və şəffaf şəkildə həyata keçirilərsə, gələcəkdə Azərbaycan dili də dünya dilləri arasında öz yerini tuta bilər. Əks halda, sözügedən model yalnız ölkədaxili formal bir sənədə çevrilər və məqsədinə çatmaz”.
 
Ardını oxu...
Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir.

"DogruXeber.az" xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, - deyə H.Hacıyev vurğulayıb.
Ardını oxu...
69 yaşlı rejissor uzun müddətdir, xərçəng xəstəliyindən müalicə alırdı. 

Qeyd edək ki, O.Sınava bundan əvvəl də bir neçə dəfə xərçəng diaqnozu qoyulub. 
Ardını oxu...
Ötən ilin dekabrında Selçuk Yöntem, Oktay Kaynarca, Özgü Namal və Mehmet Aslantuğ Osman Sınavı evində ziyarət ediblər.
Xatırladaq ki, Osman Sınav “Kurtlar Vadisi”, “Deli yürek”, “Sen anlat Karadeniz” və digər məşhur serialların rejissoru olub.
Ardını oxu...
TEREF
 
 
 

 

Ardını oxu...
“Faydalı işlərin qarşısına həmişə sədd çəkmək istəyənlər tapılır. Son 20 ildə Azərbaycan dilinin nəinki azərbaycandilli əhali arasında korlanmasını müşahidə edirik, eyni zamanda, acınacaqlı haldır ki, KİV-in dilində də ədəbi dil normalarının pozulmasının şahid oluruq”.

Bunu TNS-ə Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktoru, “Qanun” nəşriyyatında buraxılış redaktoru və tərcüməçi Aygün Əziz DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin də imtahana cəlb olunması barədə açıqlamasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum illərdir, çap və elektron mətbuatın monitorinqini aparır, nəticələri ictimailəşdirir: “Çünki dil hər xalqın milli dəyərlərindən biri, hətta birincisidir. Son 15-20 ilin mediasının dilini görəndə, aralarında tanınmış yazıçıların da olduğu yazı-pozu adamlarının danışığını eşidəndə adamın ürəyi ağrıyır. Bütün bunların kökünü təkcə savadsızlığa bağlaya bilmərik. Görünür, burada başqa amillər də var. Bunlardan ən təhlükəlisi dövlət dilinə, ana dilinə olan etinasız, vecsiz münasibətdir”.

İcraçı direktor vurğulayıb ki, dilimizdə oturuşmuş sözlərin naşıcasına sıxışdırılaraq, bizə yaxın dillərdən alınma sözlərlə əvəz edilməsi də heç cür qəbul edilə bilməz: “Bunları adi vətəndaş etsəydi, bəlkə, indi üzbəüz qaldığımız təhlükəli vəziyyət yaranmazdı. Əfsus ki, cəmiyyətə təsir edə bilən, üzdə olan, nümunə götürülməli olan tanınmış simalar öz dillərinin təmizliyini nəinki qoruya bilmirlər, hətta bunu, deyəsən, istəmirlər də. Məleykə xanımın AYB-nin yazıçılarını da imtahana səsləməsi bəziləri tərəfindən etirazla, gülüşlə, nifrətlə qarşılanıb. Niyə? Məgər Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə kimi böyük mütəfəkkir və ədiblərimiz ana dili uğrunda ona görə fədakarlıq ediblər ki, biz onların bizə əmanət qoyub getdiyi dilimizi istədiyimiz kimi formadan formaya salaq, evini yıxaq və hibridləşdirək? Hələ hardasa yüz il əvvəl Üzeyir bəy yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”.

Biz Məleykə Abbaszadənin bu təklifinə müsbət yanaşırıq. Ana dilini bilmək “Dövlət dili haqqında” Qanunun tələbidir. Bu qanuna hörmət etməyən, öz ana dilində normal, orta məktəb şagirdinin səviyyəsində danışa, yaza bilməyən bir Xalq yazıçısına mən necə hörmət edim? Cəmiyyət, oxucu ondan nə nümunə götürsün? Belə insanlar faş edilməli, qınanılmalıdır ki, başqalarına görk olsun”.

Aygün Əziz bildirib ki, səmimiyyətlə və təəssübkeşliklə görülən hər iş faydasını verir: “Yeganə məsələ, sona qədər üstündə durmaqdır. Bu yanaşma kağız üzərində qalmayacaqsa, əlbəttə, müəyyən vaxtdan sonra töhfəsini verəcək. Çünki insanlar danışıqlarına, yazılarına diqqət edəcəklər. Xüsusilə, üzdə olan simalar ictimai qınağa tuş gəldikləri üçün öz üzərlərində işləyəcəklər. Hər şey qanunla, qayda ilə tənzimlənir. Dilin də öz qaydaları, normaları var və onları qorumaq hər kəsin borcudur. Dilimizi qorumasaq, klassik irslə, elə bugünkü dilimizlə gələcək nəsillərin danışdığı dil arasında bir uçurum olacaq. Milli mədəniyyətə bundan böyük zərbə ola bilməz. Bu, artıq görülməsi labüd olan taleyüklü bir işdir və bundan yaxa qaçırmaq, Məleykə xanımın sözlərinə etina etməmək birbaşa olaraq dilini sevməyən adamlara xas hərəkətlərdir və bu cür yanaşmanın cəmiyyətin haqlı qınağına tuş gələcəyinə inanırıq”.

Yazıçı, publisist Əlabbas Bağırov da məsələ ilə bağlı fikirlərini TNS-lə bölüşüb.

O, DİM sədrinin bu çağrışını yazıçıların ələ salınması kimi dəyərləndirib: “Ayıb olsun. Bir o qalmışdı ki, hər cür məşəqqətə sinə gərib, min bir əziyyətə qatlaşa-qatlaşa Azərbaycan ədəbiyyatının adını uca tutan yazıçıları ələ salasınız. Əvvəl özü Azərbaycan dilində normal danışmağı, yazmağı öyrənsin, sonra sərsəm bəyanatlar barədə düşünər.

Məleykə xanım əvvəlcə desin görək, sonuncu dəfə Azərbaycan ədəbiyyatından hansı yazıçının əsərini oxuyub? Barmağını qatlasın. Desin ki, oxumuşam və həmin əsər haqqında beş cümləlik bir fikir bildirsin. Görək, fikir bildirə bilir, yoxsa yox. Amma başqa birinə yazdırmasın, özü yazsın”.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə TNS-ə bildirib ki, əlahəzrət DİM-in verdiyi bu DİK sualın qarşısında DİM-DİK dayana biləcək yeganə qüvvə Azərbaycan ədəbiyyatıdır.

“Əgər bu millət cümhuriyyət qura, bayraq, ordu və himn yarada bilibsə, bütün bunlar məhz Azərbaycan dilinin hesabınadır. Azərbaycan dilini, sərhədlərini qoruyan, onun keşiyində duran və illərlə o sərhədləri irəli çəkən Azərbaycan ədibləridir. Açığı, bu məsələni eşidəndə elə bildim ki, Azərbaycan yazıçıları imtahan götürəcəklər. Sonra məlum oldu ki, sən demə, yazıçılar sorğu-sual olunacaq. Mənə çox maraqlıdır. Görəsən, hansı məmur, hansı icra başçısı hansı komitə sədri Azərbaycan yazıçısından dillə bağlı imtahan götürəcək. Azərbaycan dilinin özü Azərbaycan yazıçısına imtahan verməlidir, nəinki əksinə”.
 
Ardını oxu...
Mədəniyyət Nazirliyində Xalq artistləri – tarzən Möhlət Müslümov, opera müğənnisi Azər Zeynalov, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssam Tahir Məmmədov və şair, folklorşünas, Əməkdar jurnalist Adil Cəmil ilə görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimli Novruz bayramı münasibətilə onlara təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.

Bildirib ki, görüşdə iştirak edən mədəniyyət xadimlərinin hər biri müvafiq sahələr üzrə ölkəmizdə və xaricdə yaxşı tanınır və Azərbaycan mədəniyyətini layiqincə təmsil edirlər.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradıcı insanların əməyinin daim yüksək qiymətləndirildiyini, yüksək dövlət təltiflərinə layiq görüldüklərini deyib.

Adil Kərimli mədəniyyətimizin sayılıb-seçilən imzalarından olan bu insanların fəaliyyətinin Mədəniyyət Nazirliyi tərəfindən də təqdir edildiyini bildirib, onların Fəxri diplomla təltif olunduqlarını diqqətə çatdırıb.

Sonra nazirliyin Fəxri diplomları sahiblərinə təqdim olunub.

Təltif edilən şəxslər fəaliyyətlərinə verilən qiymətə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
 
Ardını oxu...
O, 107 yaşında yeni vəzifəyə təyinat alıb, “İzvestiya” qəzetinin baş rəssamı vəzifəsinə.
Boris Yefimov (Fridlyand) bu yaşında həmkarlarından yalnız bir məsələdə fərqlənib, redaksiya əməkdaşları saat 9-dan axşam saat 6-7-yə qədər işlədikləri halda, rəssamın iş günü axşam saatlarından xeyli keçənə, 10-11-ə qədər uzanıb.
Rəssam olmasına baxmayaraq, Yefimovun həyat təcrübəsindən, gördüklərindən, bildiklərindən həm jurnalistlər, həm araşdırmaçılar, həm də tarixçilər yararlanıblar.
I və II dünya müharibələrinin iştirakçısı, repressiya illərinin canlı şahidi, Xruşov hakimiyyətinin qarışıqlığını, Brejnev dövrünün durğunluğunu, Andropovun sərtliyini, Çernenkonun hiss olunmamazlığını, Qorbaçovun yenidənqurmasını, SSRİ-nin süqutunu görən Yefimovu sovet dövrünün ensiklopediyası da adlandırıblar.
Yefimov SSRİ-də ən populyar karikaturaçı-rəssam sayılıb. Onun karikaturaları xarici ölkələrdə də məşhurlaşıb. +itler isə onu şəxsi düşmənlərinin siyahısına daxil edib.
Yəhudi əsilli Boris Yefimov 1900-cü ildə Kiyev şəhərində anadan olub. 5 yaşından şəkil çəkməyə böyük maraq göstərib. Orta təhsilini başa vurduqdan sonra o, hərbi xidmətə çağırılıb, I Dünya müharibəsinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Kiyev Dövlət Universitetində təhsil alıb.
Sonrakı həyatını Moskva ilə bağlayan Yefimov “Pravda”, “İzvestiya” qəzetlərində, “Krokodil” jurnalında rəssam işləyib.
Yefimovun böyük qardaşı Mixail Koltsov (Fridlyand) həmin dövrdə SSRİ-nin ən tanınmış jurnalistlərindən biri olub.
O, “Pravda” qəzetində xüsusi müxbir, “Oqonyok” jurnalında redaktor, “Krokodil” jurnalında baş redaktor işləyib.
Koltsov müəllifi olduğu “İspaniya gündəliyi” kitabı ilə daha da məşhurlaşıb. Yaradıcılığı ilə bağlı müntəzəm olaraq xarici ölkələrdə olması jurnalisti şübhə altına salıb.
1938-ci ildə “NKVD”-nin rəhbəri Nikolay Yejov Koltsov haqqında Stalinə yazılı məktub ünvanlayıb və onun həbsinə icazə istəyib. Koltsov “Pravda” qəzetinin redaksiyasında heç bir sanksiya sənədi təqdim edilmədən həbs olunub.
Qardaşının həbsindən üç gün sonra Yefimov mərkəzi mətbuatdan uzaqlaşdırılıb.
Hər gün öz həbsini gözləyən rəssam bir müddət nəşriyyatlarda çalışıb. Nəhayət, 1940-cı ildə Yefimovun da adı həbs siyahısına düşüb. Bu dəfə siyahını Stalinə Beriya təqdim edib.
Stalin adları nəzərdən keçirdikdən sonra göstəriş verib:
“Yefimova toxunmayın”.
Qardaşının taleyi ilə maraqlanan rəssama bildiriblər ki, o, on il müddətinə sürgünə göndərilib və ailə üzvləri ilə yazışmağa icazə verilmir. Sonralar isə məlum olub ki, Koltsov həbsindən bir neçə ay sonra güllələnib.
1940-cı ilin sonlarında Yefimov Vyaçeslav Molotovun köməkliyi ilə yenidən “Pravda”ya qayıdıb.
Ardını oxu...
Sonralar verdiyi müsahibələrdə Yefimov həmin ağır illəri belə xatırlayıb:
“Mərkəzi mətbuata qayıtmağıma Molotov kömək etdi. Müharibə başlananda mən hərbi müxbir kimi fəaliyyətə başladım. Amma bu sahədə işləyənlərdən fərqli olaraq mənim üçün nə qonorar var idi, nə də məzuniyyət.
Bir sözlə desəm, Stalinin vəfatına qədər hər gün həbs olunacağımı gözləyirdim. Stalin olduqca qəddar və amansız bir adam idi. Qardaşımın heç bir günahı olmadan, Yejovun bir kəlmə heç bir dəlil-sübutsuz onu “xalq düşməni” adlandırması ilə Stalin güllələnmə hökmünü verdi.
Mənim sağ qalmağım isə möcüzə sayıla bilərdi. Yəqin ki, Stalinə lazım idim. Stalin siyasi karikaturalara qarşı maraqlı idi. Müharibədən sonra müttəfiqlərin arasında soyuqluq yaranmışdı. Həmin ərəfədə məni Kremlə çağırdılar.
Jdanov məni qəbul edib bildirdi ki, Stalinin sənə tapşırığı var. Diqqətlə qulaq asdım. Tapşırıq Eyzenhauerin karikaturasını yaratmaq idi.
Evə qayıtdım. Bu tez əmələ gələn iş deyildi. Amma gecikdirmək də olmazdı. Həmin gün üçün düşündüm ki, cizgiləri atım, qalan işi də sonra görərəm. Eskizi hazırladım. Axşam radioda futbol reportajı var idi, işimi kənara qoyub azarkeşliyimə başladım. Səhəri günü arxayınlıqla işimi davam etdirirdim ki, təxminən günorta saat 3 radələrində telefon zəng çaldı. Dəstəyi qaldırdım. Xəttin o başından ciddi bir səs eşidildi:
İndi sizinlə yoldaş Stalin danışacaq.
Bir necə dəqiqədən sonra Stalinin səsi eşidildi:
Jdanov sizinlə bir satira haqqında söhbət edib. Siz bir siyasi fiqurun karikaturasını yaratmalısınız. Yəqin ki, başa düşdünüz söhbət kimdən gedir. Elə təsvir yaratmaq lazımdır ki, həmin şəxs dişlərinə qədər silahlanmış görünsün.
Yoldaş Stalin, mən elə siz dediyiniz kimi də etmişəm.
Axşam saat 6-da gözləyirik.
Deyilən vaxta cəmisi iki-üç saat vaxt qalmışdı. Bütün diqqətimi cəlb edib işi yekunlaşdırdım.
Saat 6-da karikaturanı gəlib apardılar. İşimə necə qiymət verəcəkləri mənim ölüm-qalım məsələm idi. Səhəri gün zəng edib məni Mərkəzi Komitəyə çağırdılar.
Bu dəfə də məni Jdanovun kabinetinə apardılar. Mən karikaturanın altında kiçik bir şəkilaltı da yazmışdım. Karikaturaya diqqət edəndə gördüm ki, yazdığımın üstündən qırmızı karandaşla düzəliş ediblər. Nəhayət, Jdanov dilləndi:
"Bəyənildi, yalnız şəkilaltı ifadəyə yoldaş Stalin düzəliş verdi. Düzdür, bu karikaturada bir problem var, mən onu yoldaş Stalinə də göstərdim. Eyzenhauerin arxasını çox böyük çəkmisiniz. Amma bu, Stalinin xoşuna gəldi."
Həmin karikatura “Pravda” qəzetində tirajlandı...”
Yefimovun +itlerin şəxsi düşməninə çevrilməsinin də öz tarixi var. 1943-cü ildə Yefimovun mətbuatda gedən karikaturaları “+itler və onun sürüsü” adı ilə kitab şəklində çap olunub. Kitabda +itlerin, Göbbelsin, Herinqin, Bormanın, Ribbentropun, Himmlerin və nasist Almaniyasının digər rəhbərlərinin karikaturaları toplanıb. Həmin kitab +itlerin əlinə düşəndə fürer əsəblərinə hakim kəsilə bilməyib: “Yefimov güllələnməlidir, yox, Yefimov dar ağacından asılmalıdır...”
Ən yüksək titullara sahib olan Yefimov ömrünün son günlərinə qədər fırçasını yerə qoymayıb.
Rəssam 2008-ci ildə 108 yaşında vəfat edib.
 
Ardını oxu...
Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01:25-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Tarixə nəzər salsaq, Novruz bayramının qədim dövrlərdən bəri qeyd edildiyini görərik. Məsələn, Sasanilər dövründə (e.ə. 224-651) Novruz bayramı dövlət səviyyəsində qeyd edilirdi. Hətta Əhəməni şahənşahı I Dara (e.ə. 522-486) Novruz bayramını rəsmi bayram elan etmişdi.

2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Novruz bayramının beynəlxalq səviyyədə tanınması və qorunması baxımından mühüm addım idi.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl dörd çərşənbə qeyd olunur.

Novruz bayramının özünəməxsus adət-ənənələri var: qurşaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Novruz bayramına dair maraqlı inanclar da mövcuddur: "Qapıya atılan qurşağı boş qaytarmazlar", "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.

Ümumiyyətlə, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə əks etdirən ən qədim və ən sevimli bayramlardan biridir. Bu bayram insanları birləşdirir, onlarda xoş ovqat yaradır, yeni ümidlər, arzular oyadır.
 
Ardını oxu...
İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun saxlanılması Türkiyənin əsas gündəminə çevrilib.

Artıq sadəcə siyasi kuluarlardan deyil, incəsənət sahəsindən olanlar da məsələyə münasibət bildiriblər.

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə incəsənətinin məşhur simaları Özge Özpirinçci və Pınar Altuğ İmamoğlunun saxlanılması ilə bağlı paylaşımlar ediblər.

Aktrisa Özge Özpirinçci ilk olaraq sosial media hesabında Əkrəm İmamoğlunun “Özümü millətimə əmanət edirəm” sözlərini paylaşıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti