Ardını oxu...
Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib. Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.

Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günüdür.
 
 
 
Ardını oxu...
Tanınmış şair, jurnalist, millət vəkili Elçin Mirzəbəylini yaxşı tanımasaydım, özünün, kitablarının ruhuna bələd olmasaydım, onun “Azərbaycançı olmaq lazımdır” adlı yazısı məni bu qədər təəccübləndirməzdi.

Əslində, məqalə xoş bir niyyətlə yazılıb. Elçin Mirzəbəyli “yeni dünya düzəni” adı altında dünyada və bölgəmizdə gedən proseslərin alt qatından xəbərsiz, “fundamental nəzəri bilikləri və siyasi təcrübəsi” olmayan adamların bəsit və bəzən də ziyanlı çıxışlarının çaşqınlq yaratdığını vurğulayır və haqlı olaraq bunu tənqid edir.

Türkiyədə baş verən hadisələri ürək ağrısı ilə izləyir və siyasi partiyaların hakimiyyət uğrunda mübarizələrinin Türkiyə cəmiyyətini qarşı-qarşıya qoymasına üzülürük. Demokratiyanın və milli birliyin qorunması bu gün təkcə Türkiyə üçün deyil, Türkiyəyə örnək kimi baxan bütün türk dünyası üçün son dərəcə önəmli və həyati məsələdir. Buna görə də Azərbaycan mətbuatı hadisələrə təmkinli yanaşmalı və “ərdoğançılar”, “imamoğluçular” cəbhələrinə bölünməmlidir.

Seçimi türk milləti edəcəkdir. O da məlumdur ki, son yüzildə azadlıq və bütövlüyümüzün əsas təminatlarından biri olan Türkiyə-Azərbaycan əməkdaşlığı siyasi partiyaların qərarına yox, böyük ənənəsi olan dərin dövlət təfəkkürünə, milli şüura və qardaşlıq duyğusuna əsaslanır. Buna görə də ayrı-ayrı adamların və ya qrupların fikri bu ənənəni dəyişdirə bilməz.

Elçin bəyin yazısında məni təəccübləndirən cəhət toxunduğu bu ciddi mövzuya gözlənilmədən Ayaz Salayevin cəmiyyətdə müzakirələrə səbəb olan və qınaqla qarşılanan televiziya mübahisələrini qoşması və Ayaz Salayevin “insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır” sözünü yazısının əsas motivinə, Ayaz Salayevi isə millətinin taleyinə bağlılıq və milli identikliyin yüksəlməsi nümunəsinə çevirməsi, bunu “azərbaycançı olmaq” çağırışı ilə əlaqələndirməsidir. Məncə, ölkənin taleyinə bağlı olmağın əsas şərtlərindən biri o ölkə xalqının ana dilinə bağlı olmaqdır. Elçin Mirzəbəyli yazır: “Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var: Azərbaycançı olmaq lazımdır! Vəssalam!”

Heç bir Azərbaycan vətəndaşı bu “düstur”a etiraz etməz. Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq, azərbaycançılığın əsas ideoloji xətt olaraq milli taleyimizdəki rolu bəllidir. Lakin nəzərə almalıyıq ki, XXI yüzil “türk əsri” sayılır və Azərbaycan “oz ailəsinə”, yəni türk dünyasına qovuşduqdan sonra sovet dönəmində yasaq edilmiş türkçülük ideyasından kənarda qala bilməz. Hələ keçən əsrin altmışıncı illərindən başlayaraq türkçülük reabilitasiya olunaraq, milli şüurun başlıca hərəkətverici qüvvəsinə və böyük türk ailəsinin əsas idealoji xəttinə, mənəvi gücünə çevrilib. Azərbaycançılıq quzeyli-güneyli azəbaycanlıları birləşdirdiyi kimi, türkçülük də türk dünyasını birləşdirən inkaredilməz bir “düstur”dur. Buna görə də azərbaycançılıq türkçülüyü və türk milli kimliyimizi inkar etmir; bunların birini qabardıb, digərini pərdə arxasında qoymaq olmaz və azərbaycançılıqdan sonra “vəssalam” deməklə də mövzu qapanmır.

Elçin bəy deyə bilər: yazıda mənim belə bir niyyətim yoxdur, “Milli varlığımızı və iradəmizi ifadə etməyin yeganə yolu milli identikliyimizi qorumaq yolu ilə Türk Dövlətləri Təşkilatını gücəndirmək və qlobal təhlükəsizlik çətirinə çevirməkdən ibarətdir” sözlərini də mən yazmışam. Düzdür, yazmısan. Lakin sən türkçülüyü kənara qoyub bu təşkilatı necə gücləndirə bilərsən? Deməli, hər bir türk dövləti öz özəl dəyərlərini - “özbəkliyini”, “qazaxlığını” və s. qorumaqla böyük türkçülük şüuruna yiyələnməli, onu inkişaf etdirməlidir. Məqalədə “vəssalam!” sözü ilə müəllif həm də “milli identikliyimizin” sərhədlərini cızmağa çalışır və bunu məhz Ayaz Salayev nümunəsində görür.

Bir sənət adamı kimi hörmət etdiyim Ayaz Salayevlə ana dilinin və anadilli məktəblərin qorunması ətrafında ilk debat mənimlə olmuşdu. Sonra bu söhbətə başqaları da qoşuldu. Elçin Mirzəbəyli “populist ritorika ədalətli və real yanaşmanın qənimidir” cümləsi ilə öz seçimini edir, ona görə ana dili tərəfdarları “populist ritorika” ilə məşğuldurlar, Ayas Salayev isə ədalətli və real yanaşmanın təmsilçisidir və bizlər onun qənimiyik. Bu yerdə hörmətli millət vəkilindən soruşuram: sən anadilli məktəblərin müdafiəsini hansı haqla, hansı məntiqlə, hansı vətəndaş yanaşması ilə “populist ritorika” hesab edirsən?

“Ayaz Salayevlərin sayı azaldıqca Baləlilərin sayı artacaq”. Bu da Elçin bəyin sözüdür. Bu cümlədə hörmətli millət vəkili anadilli məktəblərimizi aşağıladığının fərqində deyil.

Ayaz Salayev istedadlı adamdır, dostumuzdur və ona olan kobud hücumları mən də pislədim. O cür düşünmək və danışmaq onun haqqıdır. Lakin bu mövqeyi “ölkənin taleyinə bağlılıq” və uşaqlarımızın seçə biləcəyi yol kimi təbliğ etmək yanlışdır. Ayaz Salayev və bir sıra sənətkarımız (o cümlədən Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Fikrət Qoca, Əkrəm Əylisli, Məmməd İsmayıl və başqaları) vaxtilə Moskvada xüsusi sənət kurslarında təhsil alıb, ədəbiyyat və mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayıblar. Onların yarısı orta məktəbdə Azərbaycan dilində oxuyub, yarısı rus dilində. Deməli, burada həlledici amil dil yox, istedaddır. Yəni Ayaz Salayevin istedadı rus dilində təhsil alması ilə bağlı deyil. Baləlilər də bu millətin övladlarıdır və bu adın lağ hədəfi olmasını istəmiriksə, anadilli məktəblərimizin səviyyəsini qaldırmalıyıq, uşaqlarımızı və valideynlərimizi qonşu dövlətin və başqa yabançı dillərin aşiqinə çevirməməliyik.

“Son 10 il ərzində toplumsal intektual və mədəni səviyyəmizin haradan hara endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibimə enmək kimi bir təhlükəni” görən və bundan narahat olan Elçin Mirzəbəylinin bunun qarşısını Salayevlərin sayının azalması ilə əlaqələndirməsi Ayazın Azərbaycan televiziyalarında “Mən fəxr edirəm ki, rus dilində oxumuşam” deyə qışqırmasına haqq qazandırmaqdır, bu milli identikliyi gücləndirmək yox, məhv etmək yoludur və azərbaycançılığa ciddi təhlükədir. Belə çıxır ki, biz mənəvi deqradasiyadan qaçmaq və azərbaycançılığı qorunmaq istəyiriksə, Ayaz Salayevlərin yolunu getməli və dilimizi “türk dili təhlükəsindən” qorumalıyıq.

Milli dəyərlərə qarşı olan heç bir söz ədalətli ola bilməz. Öz Konstitutsiya hüquqlarını, ana dilini qorumaq mövqeyini “populist ritorika” saymağın özü də azərbaycançı olmaq istəyi ilə daban-dabana ziddir.

Mənim anadilli məktəbləri inkişaf etdirmək, qorumaq, uşaqlarımızı ana dilində oxutmaq haqqında dediklərimə bəziləri millətçilik damğası vurur. Bir daha təkrarlayıram, mən uşaqlarımızın xarici dilləri öyrənməsini alqışlayıram, lakin ana dilinin hesabına yox!

Xalqların ana dili qorunmalıdır, düzdür. Lakin yüzillərlə ana dilinə ərəb, fars, rus, Avropa sözləri axanda susan xalqın qardaş xalqların dilindən gələn 10-15 kəlməyə qarşı cəbhə açması anormallıqdır və türk dövlətlərinin inteqrasiyasını istəməyənlərin yad təbliğatı altında formalaşmış türk düşmənçiliyi siyasətidir.

Sabir Rüstəmxanlı... - "AXAR-AZ"
 
Ardını oxu...
Federal hakim Tramp administrasiyasına "Azad Avropa/Azadlıq Radiosu"nun bağlanmasını müvəqqəti qadağan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika telekanalı ABC News məlumat yayıb.

ABC News-un açıqlaması: "Çərşənbə axşamı günorta saatlarında hakim Roys Lamber müvəqqəti məhkəmə qadağası çıxarıb və bu qərar təşkilatın ləğvini dayandırıb. Hakim Tramp administrasiyasının qrupu maliyyələşdirməkdən imtina etməsinin "heç bir fakta və ya əsaslandırmaya söykənmədiyini" və böyük ehtimalla federal qanunun pozulması olduğunu bildirib".

Hakimin deyib: "(ABŞ Qlobal Media Agentliyinin – red.) rəhbərliyi demək olar ki, heç nə izah etməyən bir cümlə ilə RFE/RL-ni bağlamağa məcbur edə bilməz – hətta prezident onlara bunu etməyi əmr etsə belə".

Xatırladaq ki:

•14 martda ABŞ prezidenti Donald Tramp "Azad Avropa/Azadlıq Radiosu" və "Amerikanın Səsi" (VOA) radiosunu maliyyələşdirən ABŞ Qlobal Media Agentliyinin (USAGM) ləğvi haqqında fərman imzalayıb.

•Aİ Tramp administrasiyasının "Azadlıq Radiosu"nun maliyyələşdirilməsini dayandırmaq və "Amerikanın Səsi"nin faktiki yayımını dayandırmaq qərarını şərh edərək bunun ümumi düşmənlərin xeyrinə olacağını bildirib.

•Aİ-nin baş diplomatı Kaya Kallas bəyan edib ki, Avropa İttifaqının "Azadlıq Radiosu"nun maliyyələşdirilməsini avtomatik üzərinə götürmək imkanı yoxdur, lakin vəziyyəti araşdıraraq layihəyə hansı şəkildə kömək edə biləcəyini müəyyən etməlidir.

•19 martda məlum olub ki, RFE/RL media korporasiyası ("Azad Avropa/Azadlıq Radiosu") Donald Tramp administrasiyası və Kari Leykin təşkilatın maliyyələşdirilməsini dayandırmaq qərarına görə federal məhkəmədə iddia qaldırıb. İddiaçılar bildirirlər ki, bu addım ABŞ qanunvericiliyini pozur.
 
Ardını oxu...
“Yeşilçam”ın mərhum aktyoru Tarık Akanın 30 illik sevgilisi, rəqqasə Acun Günay vəfat edib.

TEREF axşam.az-a istinadən bildirir ki, rəqqasə bu gün dünyasını dəyişib.
Ardını oxu...
Xatırladaq ki, aktyorla Günay 1987-ci ildə “Yağmur kaçakları” filmində tanış olub və T.Akanın ölümünə qədər münasibətdə olublar.

Qeyd edək ki, Tarık Akan 2016-cı ildə xərçəngdən vəfat edib.
 
Ardını oxu...
"Gecəniz xeyrə qalsın, uşaqlar!" ("Спокойной ночи, малыши!") verilişinin iştirakçısı Qalina Marçenko vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Starhit.ru məlumat yayıb.

Marçenko 25 il ərzində məşhur uşaq şousunda"Karkuşa" obrazını səsləndirib.

Aktrisanın 88 yaşı var idi.
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Türkiyədə yayımlanan daha bir serial final edir.

Musavat.com axşam.az-a istinadən bildirir ki, "Piyasa" 6-cı bölümdə izləyicilərinə vida edəcək.

Qeyd edək ki, layihədə baş rolları İlayda Alişan və Alp Navruz canlandırır.

Ardını oxu...
Almaniyanın Rips kəndində yəqin ki, dünyanın ən kiçik turist evi açılıb.

AzPost-un xarici mətbuata istinadla xəbərinə görə, onun sahəsi cəmi 11 kvadratmetrdir, lakin mətbəxi, yataq otağı, qonaq otağı və hətta kiçik bir qış bağçası bu əraziyə yerləşdirilib.
Ardını oxu...

Mini-evin sahibləri, həyat yoldaşları Marita Hannemann-Moos və Andreas Moos, köhnə transformator yarımstansiyasını cəmi 1,19 avroya alıblar. Lakin binanın çevrilməsi 140.000 avroya başa gəlib və pandemiyanın çətinlikləri və bürokratik maneələr səbəbindən dörd il çəkib. İndi bu unikal evi gündə 110 avroya icarəyə götürmək olar.

Kiçik ölçüsünə baxmayaraq, otel keyfiyyətində rahatlıq təqdim edir. Birinci mərtəbədə duşlu vanna otağı və isti döşəmə, ikinci mərtəbədə isə divan çarpayılı mətbəx-qonaq otağı var. Damın altında qatlanan nərdivanla əldə edilə bilən əlavə saxlama yeri var.

Ardını oxu...
Moos cütlüyü ümid edir ki, onların layihəsi dünyada ən kiçik yaşayış evi kimi rəsmi şəkildə tanınacaq.

Andreas Moos deyir: “İndiyə qədər qeydiyyatdan keçmiş ən kiçik ev Bad Zeqeberqdədir, lakin o, bizimkindən səkkiz kvadrat metr böyükdür. Düşünürük ki, bizim yaxşı şansımız var”.
 

Ardını oxu...
  

Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC – Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Toronto şəhərində tanınmış caz pianoçusu Etibar Əsədlinin möhtəşəm konserti keçirilib.

Musavat.com xəbər verir ki, tədbir Novruz bayramı münasibətilə təşkil olunub və Kanadada yaşayan azərbaycanlı icmanın mədəni həyatında mühüm hadisəyə çevrilib.

Ardını oxu...

Konsertin açılışında NAC İdarə Heyətinin sədri Dmitri Kirillov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Novruzun Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb və qonaqlara bayram təbriklərini çatdırıb. O, eyni zamanda NAC-in fəaliyyət istiqamətləri barədə məlumat verib, təşkilatın Kanadadakı azərbaycanlı icmasının maraqlarını necə təmsil etdiyini vurğulayıb.

Tədbirdə qonaqlara əvvəlcə Azərbaycanda caz musiqisinin tarixi və onun muğamla sintez olunaraq özünəməxsus forma almasına dair qısa film təqdim olunub. Filmin ardınca Etibar Əsədli və onu müşayiət edən musiqiçilər Azərbaycan muğamı və Üzeyir Hacıbəylinin bəstələrinin cazla sintezini canlı olaraq ifa ediblər. Tamaşaçılar, həmçinin Etibar Əsədlidən bəzi orijinal caz kompozisiyalarını da dinləmək imkanı qazanıblar.

Ardını oxu...

Konsert 500 nəfərə yaxın tamaşaçının iştirakı ilə keçib. İştirakçılar arasında Kanadada yaşayan azərbaycanlılar, yerli sakinlər, eləcə də Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüqar Abutalıbov, Kanada hökumətinin Dövlət Xidmətləri və Transformasiyası naziri Ali Əhsasi və Xarici İşlər nazirinin parlamentdəki təmsilçisi, millət vəkili Robert Olifant da yer alıb.

Qonaqlar Azərbaycan musiqisinin caz üslubunda təqdimatını yüksək qiymətləndirib, konsertin sonunda musiqiçiləri ayaqüstə alqışlayıb və onları bir daha səhnəyə dəvət edib.

Ardını oxu...

Qeyd edək ki, Kanadada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində NAC tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ötən il Turan Manafzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “Yeddi Gözəl” ansamblının konserti də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanmışdı.

NAC – Kanadada yaşayan azərbaycanlıların ictimai və siyasi həyatda maraqlarını təmsil etmək məqsədi ilə 2020-ci ilin 27 sentyabr tarixində yaradılıb və bu günə qədər tam şəkildə diaspor dəstəyi ilə fəaliyyətini davam etdirir.

Musavat.com konsertdən olan foto və videoları da oxucularına təqdim edir.

Musavat.com

 

 
 
 
 
 

 

 

 
 
 
 
 

 

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Məşhur türk serialı final edirTürkiyənin ATV kanalında yayımlanan "Başka bir gün" serialı final qərarı alıb.

Milli.Az xəbər verir ki, ekran işi 10-cu bölümdə izləyicilərinə vida edəcək.

Qeyd edək ki, serialın baş rollarını Ezgi Mola ilə Salih Bademci canlandırır.
 

 
Ardını oxu...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı qalmaqal davam edir.

Əməkdar artist Mehriban Xanlarova növbəti dəfə bədii rəhbər Mehriban Ələkbərzadə haqqında açıqlama yayıb:

“Mehriban Ələkbərzadə, teatrımızın dəyərli aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov uzun müddətdir ki, səhhəti ilə bağlı ciddi mübarizə aparır. Siz isə teatrın bədii rəhbəri olaraq onun vəziyyəti ilə maraqlanmaq üçün hansı faciənin baş verməsini gözləyirsiniz?

Bir rəhbərin borcu sənət adamlarının qayğısına qalmaqdır. Lakin siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki İşçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz.

Sizin işçilərə qarşı laqeyd münasibətiniz artıq təhlükəli həddə çatıb. Sağlam əməkdaşlar sizin üçün görünməz, xəstələr isə yaddan çıxmış rollardır. Çünki sizin başınız teatrı yaşatmağa yox, onu şəxsi hərisliyinizin fonunda idarə etməyə qarışıb. Ən acısı isə odur ki, Rəşad Bəxtiyarov sizin tələbəniz olub. Heçmi vicdanınızın səsini eşitmirsiniz? Heçmi onun halını soruşmaq yadınıza düşmür? Əgər illərlə yanınızda sənət öyrənmiş bir insana bu cür biganəsinizsə, digərlərinə nə edəcəyinizi yalnız Allah bilir. Dahi şairimiz Bəxtiyar Vahabzadənin gözəl bir kəlamı var: “Göydə axtarmasın Allahı insan, hər kəsin vicdanı öz Allahıdır.” Siz bu teatra gəlməmişdən əvvəl burada doğmalıq vardı, səhnə bizim evimiz, sənət isə ailəmiz idi. Amma siz gəldiniz və bizi yetim qoydunuz – öz teatrımızda ögey, doğma ocağımızda isə yad kimi qarşılandıq. Haqlarımız tapdalandığı üçün mübarizə aparmağa məcbur qaldıq. Sənət məbədi nifaq yuvasına çevrilməməlidir, lakin sizin idarəçiliyiniz bu müqəddəs məkanın divarlarına çat saldı. Sənətkarın sağlığı, teatrın taleyi sizin üçün önəm daşımırsa, o zaman siz bu sənət məbədinin rəhbəri deyil, yalnız qaranlıq bir tamaşanın rejissorusunuz!Yaxın günlərdə sizin fəaliyyətinizlə bağlı önəmli faktları ictimaiyyətə açıqlayacağam. Hazırda susmağım səssizlik yox, sadəcə uyğun vaxtı gözləyirəm. Həmkarım Rəşad Bəxtiyarovun səhhəti mənə və onu sevən tamaşaçılara önəmlidir. Buna görə də biganə qala bilməzdim! Çünki sənət fədakarlıq tələb edir, laqeydlik yox”(olay.az)
 
 
 

Dünyapress TV

Xəbər lenti