Ardını oxu...
Türkiyəli aktyor Halil Ergün 45 kilo arıqlamasının sirrini açıqlayıb.
Aktyor buna pəhrizin köməyi ilə nail olduğunu bildirib:
"Səhər bir qaba 4-5 qaşıq qatıq qoyub kivi və ya avokado doğrayıram. Bir qaşıq yulaf əzməsi və bir çay qaşığı bala darçın, qara zirə, kətan toxumu əlavə edib qarışdırıram. Hər gün mütləq bir yumurta yeyirəm. Ümumiyyətlə çörək yemirəm. Axşamlar lobya, mərcimək kimi paxlalılar yeyirəm. Bu qidalar məni kökəltmir. Üstəlik, ət və ya toyuq da əlavə edə bilərsiniz". Axşam.az
 
Ardını oxu...
Amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.

Report-a istinadən xəbər verilir ki, o, ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı paylaşımı repost edərək fikrini bildirib.

“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Qrenell “Amerika Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.
Ardını oxu...
79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun vəsiyyətinin detalları məlum olub.

Oxu.Az xəbər verir ki, daha əvvəl F.Tayfurun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Şirin Gözalıcı "Instagram" hesabında sənətçinin vəsiyyəti haqqında yazmışdı.

"Əslində bu vəsiyyəti özü paylaşmaq istəyirdi, ancaq təəssüf ki, ömrü çatmadı. O, sərvətinin bir qismini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Fonduna, Leykozlu Uşaqların Sağlamlıq və Təhsil Fonduna (LÖSEV) ianə edərək xalqına olan sevgisini və bağlılığını bir daha göstərib", - deyə o vurğulamışdı.

İndi isə məlum olub ki, F.Tayfur ümumilikdə üç milyard Türkiyə lirəsi dəyərində olan sərvətinin 10%-ni fondlara verib. Sənətçi dörd dükanını Türkiyə Silahlı Qüvvələrinə, səkkiz lüks villasını LÖSEV-ə, iki villasını və bir dükanını Darüşşafaka Fonduna bağışlayıb.

Xatırladaq ki, F.Tayfur yanvarın 2-də dünyasını dəyişib.
 
Ardını oxu...
Benin'in Antik Surları: Çin Seddi'nden Daha Uzun ve Unutulmuş Bir Harika.
Günümüz Edo Eyaletinin başkenti olan Benin'de, dünyanın en uzun antik toprak işleri ve görünüşe göre yeryüzündeki en büyük insan yapımı yapı olan Benin surları (MS 800-1400) bulunuyordu.
Surlar, yerel dilde Iya adı verilen setler ve hendeklerden oluşan bir dizi toprak işidir. 15 kilometre (9,3 mil) "Iya" (setler ve hendekler) şehrini ve Benin'i çevreleyen kırsal alanlarda tahmini 16.000 kilometre (9.900 mil) uzunluğundadır.
O zamanlar, muazzam uzunluğu nedeniyle Çin Seddi'nin iki katı uzunluğunda olduğu tahmin ediliyordu; ta ki 2012 yılında (Çinli araştırmacılar tarafından beş yıl boyunca yapılan detaylı ölçümler sonucunda) Çin Seddi'nin uzunluğunun yaklaşık 21 bin km olduğu açıklanana kadar.
İnşa tarihi tam olarak bilinmediğinden tarih konusunda farklı varsayımlar bulunmaktadır
Birinci görüş: Graham Connah, duvarların MS 13. ve 15. yüzyıl ortaları arasında inşa edilmiş olabileceğini öngörmüştür.
İkinci görüş: Patrick Darling, Benin duvarlarının (Esan bölgesinde) MS 1. binyılda inşa edilmiş olabileceğini öngörmüştür.
Duvarlar nasıl inşa edildi:
Duvarlar hendek ve set düzenlemesiyle inşa edilmiştir. Hendek, dış sur oluşturmak için kullanılan kazılmış toprakla iç hendek oluşturmak için açılmıştır.
Kalıntılar:
Benin Duvarları, İngilizler tarafından 1897'de Cezalandırıcı sefer sırasında yıkılmıştır. Duvarın parçalanmış parçaları Edo'da kalmıştır ve bunların büyük bir kısmı sakinler tarafından inşaat amaçlı kullanılmaktadır. Duvardan geriye kalan az miktardaki kısım, gayrimenkul geliştirmeleri için sürekli olarak yıkılmaktadır.
Fred Pearce, New Scientist'teki (11 Eylül 1999) bir makalesinde şöyle diyor: "Toplamda yaklaşık 16.000 km boyunca uzanıyorlar ve 500'den fazla birbirine bağlı yerleşim sınırından oluşan bir mozaik oluşturuyorlar.
2.510 mil kare (6.500 kilometrekare) alanı kaplıyorlar ve hepsi Edo halkı tarafından kazılmış. Toplamda, Çin Seddi'nden dört kat daha uzunlar ve Keops'un Büyük Piramidi'nden yüz kat daha fazla malzeme tüketiyorlar.
İnşa edilmeleri yaklaşık 150 milyon saat kazı gerektirdi ve belki de gezegendeki en büyük arkeolojik fenomendir.”
Ron Eglash adlı etnik bir matematikçi, şehrin planlanan planını sadece şehirde değil, aynı zamanda köylerde ve evlerin odalarında da yer seviyesinde fraktallar kullanarak açıkladı.
“Avrupalılar ilk olarak Afrika'ya geldiklerinde mimariyi çok düzensiz ve dolayısıyla ilkel buldular. Afrikalıların henüz keşfetmedikleri bir matematik biçimi kullanıyor olabilecekleri akıllarına hiç gelmedi.” dedi.
Benin surları, Guinness Rekorlar Kitabı'nda (1974 baskısı) “mekanik çağdan önceki dünyanın en büyük toprak işleri” olarak tanımlandı.
Ayrıca, Benin Şehri, şehrin etrafına çok sayıda ayak yüksekliğinde büyük metal lambalarla sokak aydınlatmasına benzeyen bir yapıya sahip olan ilk şehirler ligindeydi.
Ardını oxu...
Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Tıxlı kəndi ərasizində yerləşən türbəsi baxımsız vəziyyətə düşüb. Bu haqda professor, musiqişünas Abbasqulu Nəcəfzadə Moderator.az-a açıqlama verib:

“Şeyx Heydərin türbəsi baxımsız vəziyyətdədir. Vaxtilə Şeyx Heydər orada basdırılıb, sonra oğlu aparıb Ərdəbildə dəfn edib. Ora bir ziyarətgah kimi olub. İndi gözümüzün qabağında dağılır, üstü sökülüb, qəzalı vəziyyətə düşüb. Buna kim baxmalıdır? Xızı Rayon İcra Hakimiyyətinə deyirsən, deyirlər ki, ora bizim ərazimiz deyil. 5 kilometr arası var da. Siyəzəndən də deyirlər ki, bizdən çox uzaqdır. Uzaqlığın nə aidiyyatı var? O onun üstünə atır, bu onun üstünə! Belə olmaz axı! Gözümüzün önündə o boyda tarixi abidə dağılır. Dəfələrlə gəlib işıqlandırıblar, heç kimin vecinə deyil. Yaxşı, bunu kim etməlidir? İşləyə bilmirsinizsə çəkilin kənara qoy işləyən adamlar gəlsin bununla məşğul olsunlar” deyə professor deyib.

Türbənin görüntülərini sizlərə təqdim edirik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Atabəylik institutunun əsaslandığı məmlük (və ya qulam) sisteminin kökləri Ərəb Xilafətinə gedib çıxır. Belə ki, Əməvi xanədanlığı (661 - 750) hakimiyyətə gələndən sonra geniş fəthlərdən əldə olunan sonsuz sərvətlər ərəblərin ordudan kənarlaşmasına və müharibələrdən yayınmasına yol açdı. Külli miqdarda sərvətlər hesabına dəbdəbəli həyat sürən ərəblər ordunu kənardan idxal etdikləri əsgərlər hesabına doldurmağa başladılar. Bu əsgərlər fəthlər zamanı qənimət kimi əsir götürülən və ya pulla satın alınan qulamlar (qullar) idi. Qulam və ya məmlük adalnan həmin əsgərlər müsəlmanlığı qəbul etdikdən sonra qul statusu qaldırılır və xilafət ordusuna alınırdılar. Zamanla bu adamlar ordu sıralarında yüksələrək əmir, komandan vəzifələrinə yiyələnirdilər.
Qulamlar müxtəlif xalqlardan olmaqla ağ və qara qruplara ayrılırdı. Ağ qulamlar türklər, səkalibə (slavyan), rum (yunan), firəng (avropalı); qara qulamlar isə həbəşi adlanırdı. Qulamların milli mənsubiyyəti onların hansı sahələrdə istifadə edilməsində mühüm amildi. Misal üçün həbəşi deyilən zənci qullar və qulamlar hərəmxana, əyləncə dairəsinə təhsis edilirdi. Rum və slavya qulanlar da eyni məqsədlə istifadə edilərkən, türk qulamlar əsasən ordu sisteminə cəlb edilirdi. Əməvilər dövründə tətbiqinə başlanılmış qulam (məmlük) sistemi Abbasilər zamanı daha da genişlənmiş, xilafət ordusunun özəyini türk əmirlər təşkil etmişdilər.
Qeyd etmək lazımdır ki, xilafət ordusunda qulam sistemindən başqa türk hərbi komandanlar, əmirlər vardı ki, onlar qul statusunda deyildilər və orduya birbaşa əmir adı ilə gəlmişdilər. Afşin, Əbu Sac Divdad, Boğa əl-Kəbir belələrindən idi.
Mənşəcə Doqquz Oğuz türklərindən olan Tulun Samani hakimlərindən Nuh ibn Əsadın qulamı idi. Nu ibn Əsad hər il Bağdada göndərdiyi hədiyyələrlə birlikdə Tulunu da xəlifəyə göndərmiş və beləcə onun xilafət ordusunda hərbi fəaliyyəti başlamış və komandan vəzifəsinə yüksəlmişdi. Tulunun oğlu Əhməd Misirə vali göndəriləndən sonra xilafət ərazisində ilk türk-müsəlman dövlətinin (Tulunilər dövləti 868 - 905) əsasını qoymuşdur.
Böyük Səlcuqlu dövləti ortaya çıxdığında İslam dövlət təşkilatının
bir çox qurum və quruluşlarının funksiyasını qoruyub saxladı. Bu qurumlardan biri də qulamlıq sistemi idi. Atabəylərin əsasən qulamlardan (məmlüklərdən) seçilməsi onların sultana daha sədaqətli və öz peşələrində daha intizamlı olmaları idi. Buna görə də Səlcuqlar dövründə çox yayılmış bir ifadə işlədilir: "Sadiq birqulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü
istəyər, qulam isə uzun yaşamasını". Bu fikri XIV əsrdə yaşamış ərəb mütəfəkkiri İbn Xəldun da təsdiq edir.
Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə
atabəylik idi. Atabəy vəzifəsinə qədər həmin qulamlar orduda 20 il xidmət edərək əmir statusuna yüksəlməli idilər. Buna görə də, atabəylik qulam sisteminin bir parçası, daha doğrusu onun son mərhələsi hesab olunurdu. Demək olar ki, Səlcuqlu atabəylərinin tamamı qulam sistemindən çıxan əmirlər və komandanlar olublar. Bu səbəbdən atabəylik institutu qulam sisteminə əsaslanırdı. Azərbaycan atabəyi Şəmsəddin Eldəniz də qulam sistemindən çıxan türk komandanlardan idi.
Əkbər N.Nəcəf. Aran Atabəyləri
Əkbər N.Nəcəf. Sacilər
Елбрус Вахидов
TEREF
 
Ardını oxu...
Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə MTV və Dünya TV kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilib.

Audiovizual Şuradan Hurriyyet.az-a verilən məlumata görə, 03 fevral 2025-ci il tarixində, saat 21:28-də MTV kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub.

Bildirilib ki, həmçinin həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunub və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19:40-da"Dünya TV kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulub.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.
 
Ardını oxu...
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.

TEREF "Qafqazinfo"a istinadla xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.

Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.

Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980-1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.
Ardını oxu...
Əksər tarixçilər qeyd edirlər ki, Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianovu 1806-cı il fevralın 8-də Hüseynqulu xan öldürəndən sonra şəhəri başsız qoyub qaçıb. Bu barədə vaxtilə məndə yanlış mənbələrə güvənib yazmışam. Lakin yeni məlumatlar üzə çıxdıqca yanlışlığımı düzətlmək zamanı gəldiyini düşünürəm.
Xanın generalı öldürməsinə səbəb isə Sisianovun onun qarşısında diz çöküb açarları təhvil verməsini tələb etməsi olub. Qeyd edim ki, Xanın nümayəndələri qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyirlər. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
- Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir və qalanın içindən çıxır və “diz çök” sözündən sonra onu ŞƏXSƏN güllələyir. Soyuq silahlarla işləməkdə mahir olan Hüseyn-Kuli xan uzun xəncəri çıxarıb generalın başını kəsdi. Artıq başı kəsilmiş cəsəd yerə yıxılır. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan atəş açaraq generalı öldürməyib. Bunu birbaşa XAN-ın özü edib və düşmən yerə yıxılan zaman: "səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım."-deyib
XAN ona generalın yazdığı “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən. ." məktubunda olan sözləri ona bağşlaya bilməzdi.
Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, bədənin doğram doğram elədi. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə belə cavab verdi.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı ...
Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
Rus ordusunun generalın ölümündən sonra Hüseynqulu xan Bakını dərhal tərk etməyib. Şəhərin müdafiəsində durub, çünki ruslar general öləndən sonra çəkilib getmişdilər. Lakin sonradan general Bulqakovun yeni ordu ilə gəlməsindən sonra öz yaxın adamı Kazım bəyi onunla danışlqlar aparmağa göndərir. Beşbarmaq dağı yanında Kazım bəy generala Xan və ailəsinin bağışlanmayacağı təqdirdə şəhərdə hər kəsin son nəfəsinə qədər döyüşəcəyini deyir.
Bakıya yaxın olan Bulqakov yenidən hərbi əməliyyatlara başlamaq istəmədi. Bakı xanının rus qoşunlarından “təhlükəsizliyinə zəmanət” verdi. Vəziyyəti yaxşı bilən Bulqakov özünü təqdim edən fürsəti əldən verə bilmədi və hətta guya etimad əlaməti olaraq Borisoglebsk Dragoon Alayında polkovnik-leytenant rütbəsində xidmət edən oğlunu Kazım bəylə şəhərə göndərdi.
Xan sona qədər döyüşmək niyyətində olub,lakin rusların sayca çoxluğu onu şəhərin sakinlərini məhv edilməkdən qorumaq üçün tərk etməsinə səbəb olub.
Bakı xanı dəniz və quru tərəfdən hücuma məruz qaldığını görüm Bulqakovun onu aldatdığını başa düşdü və Bakının açarlarını Kazım bəy generala təqdim edən zamanı yeraltı yolla şəhərdən ailəsinin təhlükəsziliyi üçün Qaradağ ərazisinə, dəniz kənarına gedir və ordan da gəmi ilə Qacar dövlətinə köçür. Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdır:
"Sabahını düşünən insan heç vaxt igid ola bilməz"
Bakı işğal olunandan sonra müqavimətdə iştirak edən bəziləri sürgünə göndərilir. Generalın qərarına etiraz edən Xanın qohumlarınin bəziləriisə indi Qala qapıları meydanı adlanan (Xanlıq dövründə carçı meydanı asılır) asılır və güllələnir.
Xüsusilə Bakı xanı Hüseynqulu хan Təbrizə qaçan zaman Bakının açarlarını şəhərin açardarı, İçərişəhər məscidinin axundu Ağa Seyid Məhəmmədə verdiyi üçün onu şəhər meydanında böyük işgəncələrə məruz qoyurlar. Ruslar açarların harada olmağından xəbərdar olsa da, heç bir şeyə nail ola bilmir. Bu özbaşınalığa dözməyən rus əsgərləri şəhərin hörmətli şəхsi olan aхunda divan tutmaq üçün ona 100 çubuq vururlar. Aхund 87 çubuqdan sonra ölür. Bu çirkin niyyətlərindən doymayan ruslar axundun 12 yaş olan oğlu Mir Cəfəridə incitmək istəyirlər. Lakin camaat uşağı ələ verməyib, gizlədir.
Xan Ərdəbil şəhəri yaxınlığında, 8 həyat yoldaşı, 17 qızı və 5 oğlu ilə yaşayır. Burda rəhmətə gedir və Kərbəlada dəfn edilir..
MƏNBƏLƏR: 1) из воспоминаний о Цицианове генерал-майора Тучкова (С. А. Тучков. Записки. СПб., 1908 2) Лапин В. В. Цицианов. — М.: Молодая гвардия, 2011 3) Искендерова М.С. Бакинское ханство. Баку: Чашыоглы. 1999, 212 с) «Покоренный Кавказ: Очерки исторического прошлого и современного положения Кавказа». - Спб., 1904, с. 320 5) Материалы к истории Персидской войны 1826-1828. - В кн.: Кавказский
сборник, т. ХХУП. - Тифлис, 1908, с.
Zaur Aliyev dosent
 
 
 

Dünyapress TV

Xəbər lenti