Ardını oxu...
Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir.
Üzeyir Hacıbəyli
Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur.
Ona görə Azərbaycan ədəbi dili ilə əlaqəli hər bir proses dövlətin nəzarətində olmalı, burada kortəbiiliyə, yaxud özfəaliyyətə yer verilməməlidir. Çox təəssüf ki, son illər bir sıra təşkilatların etinasızlığı üzündən dilimizin leksik, qrammatik, orfoqrafik və s. normalarının pozulması kütləvi hal alıb.
"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyi ölkə ərazisində, xüsusən Bakı şəhərində dövlət dili normalarının pozulması hallarını müəyyən etmək üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bu ilin avqust ayında Bakı Metropoliteninin “Gənclik” stansiyasında aparılan monitorinq zamanı reklam lövhələrində dövlət dilinin istifadəsi zamanı kobud xətaya yol verildiyinin şahidi olduq. Reklam mətni belədir: “Yerə atılan hər çöp sağlamlığa zərbə, mədəniyyətə həqarətdir”.
“Həqarət” sözünü qoyaq kənara, “çöp” deyərkən söhbət nədən gedir? Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin izahlı lüğəti”nin I cildi 1966-cı ildə akademik Əliheydər Orucov tərəfindən hazırlanıb, sonradan akademik, AMEA Dilcilik İnstitunun direkroru Ağamusa Axundov tərəfindən nəşr üçün təkmillşdirilib. Lüğətdə “çöp” sözünün aşağıdakı mənaları verilib:
1. Taxta, ağac, saman və s. parçacığı.
2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s.
3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı.
4. bakteriya. Çöp şəklində mikrob, basil. Vərəm çöpü.
Aydındır ki, reklamda bunlardan heç biri yox, məhz zibil nəzərdə tutulur.
Göründüyü kimi, deyilən reklam lövhəsində Azərbaycan dilinin leksik norması kobud şəkildə pozulmuşdur. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 7.2. maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”.
Qeyd edək ki, Bakı şəhərində metrodan gündə orta hesabla yarım milyondan çox sərnişin istifadə edir və ədəbi dil normalarını pozan reklamlar vətəndaşların haqlı narazılığına səbəb olur. Amma "Bakı Metropoliteni" QSC-nin rəsmiləri bundan narahat deyil. Onlar nəinki bu səhvləri aradan qaldırmır, üstəlik, bu işdə onlara yardım etmək istəyən fərd və qurumlara nöqsanların aradan qaldırılacağı barədə yalan vədlər verir, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa etina etmirlər.
Bu il sentyabr ayının 9-da yuxarıda qeyd edilən pozuntu ilə bağlı deyilən qurumun elektron poçtuna məktub yazdıq. Qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab almadığımız üçün zəng etməli olduq. Mətbuat xidmətinin rəhbəri olduğu deyilən Bəxtiyar Məmmədov adlı şəxs şifahi şəkildə bildirdi ki, reklam mətnində heç bir səhv görmürlər: “Çünki ölkənin bəzi yerlərində “zibil” əvəzinə “çöp” sözündən istifadə edilir. Həm də “zibil” sözü neqativ məna daşıyır. Ona görə dilçilər bu barədə düşünsə, yaxşı olar”.
"Bakı Metropoliteni" QSC-yə təkrar müraciət edərək, yazılı cavab tələb etdik. Nəhayət, oktyabrın 30-da aparat rəhbəri Tərlan Dadaşovun imzası ilə məktub aldıq.
Məlum olur ki, cənab Tərlan Dadaşov da iş yoldaşı Bəxtiyar Məmmədov kimi dilçilərə “ustad dərsi” keçməyə çalışır.
Əsas mətləbə keçməzdən əvvəl qeyd edək ki, cavab məktubundan göründüyü kimi, cənab Dadaşov aparat rəhbəri olduğu qurumun saytı ilə elektron poçt ünvanını fərqləndirə bilmir:
“Sizin 9 sentyabr 2024-cü ildə, "Bakı Metropoliteni" QSC-nin info@metro.gov.az rəsmi saytının elektron ünvanına etdiyiniz müraciətə cavab olaraq, bildiririk ki....”. Hörmətli Tərlan Dadaşov, info@metro.gov.az "Bakı Metropoliteni" QSC-nin rəsmi saytı yox, elektron poçt ünvanıdır.
İndi keçək hörmətli Tərlan Dadaşovun bizə ünvanladığı yüngül danlaq, itab, izah, məzəmmət dolu məktubunun əsas hissəsinə. Məktubun elə ilk cümləsinin ikinci hissəsi və ikinci cümləsi Vikipediya kimi qeyri-ciddi mənbədən plagiatdır və səhvdir. Müəllif yazır ki, “Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur”.
“Copy-paste” edilən bu cümlədəki durğu işarəsi səhvini qoyaq kənara, fikir özü yanlışdır. Çünki heç bir dil başqa bir dilə və ya dillərə mənsub ola bilməz. Dillər əsasən qohumluq əlaqəsinə görə dil ailələrinə aid edilir, dilə və ya dillərə mənsub olmur.
Daha sonra oxuyuruq: “Başqa dil qruplarında oldugu kimi, bu qrupa daxil olan dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən cox yaxındır”. Bu cümlə də Vikipediyadan plagiatdır və səhvdir. Əvvəla, məlum olur ki, bizə dil dərsi keçmək istəyən hörmətli Tərlan Dadaşov özü və ya cavab məktubunu yazdırdığı şəxs (düzünü Allah bilir) bəzi mətləbləri orta məktəb şagirdləri səviyyəsində də bilmir. Çünki dil ailəsi və onun struktur vahidi olan ailədaxili dil qrupu ayrı-ayrı anlayışlardır. Məsələn, türk dilləri ailəsi 2 qola (budağa) bölünür: şərqi hun budağı, qərbi hun budağı. Bu budaqların isə bir neçə qrupu var. Bizim dilimiz qərbi hun budağının Oğuz qrupunun Oğuz-səlcuq yarımqrupuna aiddir.
İkincisi, dil ailələri heç də hər zaman qohumluq əlaqələrinə görə formalaşdırılmır. Dünyanın müxtəlif yerlərində bir çox dilləri məhz ərazi prinsipi ilə dil ailəsi kimi bir çətir altında toplayıblar. Onların bir çoxunun, iddia edildiyi kimi, “morfoloji və sintaktik cəhətdən cox yaxın” olmağından söhbət belə gedə bilməz. Çünki bu cür dil ailələrində bəzən bir sıra dillər hətta tipoloji cəhətdən fərqli olurlar (yəni biri iltisaqi, digəri amorf və ya biri flektiv, digəri inkorporlaşan və s. ola bilər. Tipoloji cəhətdən fərqli olan dillər isə heç vaxt morfoloji və sintaktik cəhətdən yaxın ola bilməz. Bu sözləri Şimali Qafqazın bəzi avtoxton dilləri haqqında da demək olar, çünki onların bir çoxu sırf ərazi prinsipi ilə bir ailəyə aid edilib).
Cənab Tərlan Dadaşov məktubumuza qanunvercilikdə nəzərdə tutulan müddətdə yazılı cavab vermək tələbimizdən o qədər qeyzlənib ki, Azərbaycanın dövlət dilinin, istinad etdiyi lüğətin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin adını yazanda belə səhvə yol verib.
“Bakı Metropoliteni” QSC-nin aparat rəhbəri hələ də bilmir ki, dilimizin rəsmi adı Azərbaycan türkcəsi yox, Azərbaycan dilidir. Çünki nə Konstitusiyamızdan xəbəri var, nə də “Dövlət dili haqqında” Qanundan. Əsas Qanunumuzun 21-ci maddəsində birmənalı şəkildə deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa baxaq: “Maddə 1. Dövlət dilinin hüquqi statusu. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur”.
Anlamaq lazımdır ki, bu və ya digər dövlət təbii inhisarının səlahiyyətli şəxsi rəsmi cavab məktubunda dövlət dilinə özbaşına yeni ad qoya bilməz.
Məktub boyu bizi yumşaq şəkildə məzəmmət edən və dil dərsi keçməyə çalışan hörmətli Tərlan Dadaşov reklam lövhəsində yol verilən leksik pozuntuya bəraət qazandırmaq üçün “çöp” sözünün qulağından tutub, onu izahlı lüğətə aparmaq əvəzinə, alternativ saydığı və dəstək ala biləcəyini güman etdiyi ünvanlara doğru dreyf edir. Əvvəlcə həmin sözü avral rejimində M.Kaşğarlının lüğətinə (lüğətin adının yazılışında orfoqrafik səhvə yol verib) aparır, sonra güzarı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə (muzeyin adının yazılışında orfoqrafik səhvə yol verib) düşür və orada Tənzilə Əhmədova-¬Eldemir adlı şəxsin çıxışından (mövzunun adının yazılışında orfoqrafik səhvə yol verib) mədəd umur.
Daha sonra “milli dil kimi formalaşmış dillərdən ortaq dil düzəltməyin donkixotluq olduğunu” bildirən mərhum akademik Tofiq Hacıyevin yazdıqlarını unudan və ya onlardan bixəbər olan hörmətli Tərlan Dadaşov “çöp” sözünü zibil mənasında leksikamızda adaptasiya etdirmək üçün İsmayıl Qasprinskinin ortaq ədəbi dil xülyasına da lobbiçilik etməyə çalışır.
Lap sonda isə o, xalq arasında deyildiyi kimi, “ümidi qatma sapına dönəndə” “türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması”nın razılaşdırılmasını reklam lövhəsində "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 7.2. maddəsinin pozulmasına bəraət qazandırmaq üçün qoşqu-arqument kimi sırımağa uğursuz cəhd edir.
Yeri gəlmişkən, cavab məktubundakı bir sıra cümlə və ifadələrdən şeytan da baş aça bilməz, heç bir məzmun nizamı olmayan, eklektik şəkildə birləşdirilmiş söz və söz birləşmələrində nə deyildiyindən, böyük ehtimalla, məktubu imzalayan şəxsin özünün də xəbəri yoxdur (hələ punktuasiya səhvlərini demirik):
- “...”zibil” sözünün ədəbi dilinin tətbiqi normaları ilə ziddiyyət təşkil etməməsini...”;
- “Bu xüsusda "çöp" sözünün qədim turk dilinin tarixi etimologiyasına nəzər salınması yetərlidir”;
- “Bununla bağlı, qeyd edilən nümunə əsasında bu gün də ədəbi dilə heç bir ziddiyyət təşkil etmədən, dilimizin leksik, morfoloji xüsusiyyətlərinə mənfi təsir göstərmədən danışıq dilində əbədiyyət qazanaraq, xalqımızın mədəniyyətində ailə və məişət davranış xüsusiyyətlərinin bariz nümunəsi olan çəkdiyimiz nümunə əksinə, dilimizin və mədəniyyətimizin zənginliyindən, onun özünəməxsusluğundan xəbər verir”.
- “Lakin yanlışlıq nümunələri axtararkən, dillərin bir-birinə müsbət təsirləri fonunda gətirdiyimiz dəlillərin əsassız olmamasına, qaldırdığımız məsələnin həssaslığına, onun bu günün reallıqları baxımından izahlı lüğətdə qeyd edilmiş təfsirləri və izahları da daxil olmaq1a, ciddi pozuntu olmaması da əsaslı qəbul edilə bilər”.
- “Bu tarixi məqamda əminik ki, qeydlərimizin heç də əsassız olmaması ilə bağlı daha bir dəlili qəbul etməkdə etirazınızın olmayacağı qənaətindəyik”.
Bu siyahını uzatmaq da olar. Oxucular arasında Azərbaycan dili və ədəbiyyat müəllimi varsa, bu yazıya məmnuniyyətlə “2” yaza bilərlər. Amma bunu yazan şəxs orta məktəb şagirdi deyil. Taleyin istehzasına baxın ki, nəqliyyat sektorunu təmsil edən və aparat rəhbəri olduğu Bakı Metropoliteninin saytında, stansiya və keçidlərində hökm sürən orfoqrafik xaosdan narahat olmayan cənab Dadaşov həmin səhvlərin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna və "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin rəhbərliyinə “ustad dərsi” keçməyə cəhd edir.
Xatırlatmaq istərdik ki, “Bakı Metropoliteni” QSC-nin əsas vəzifəsi, Nizamnaməsində deyildiyi kimi, “...Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən” ibarətdir. Bu və ya digər sözün leksik məna dairəsini, onların konkret məna çalarlarını müəyyən edib rəsmiləşdirmək isə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun müstəsna hüququdur və “Bakı Metropoliteni” QSC bu hüququ mənimsəyə bilməz.
Biz deyilən məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutuna müraciət edib, rəsmi cavab almışıq. 16 oktyabr 2024-cü il tarixdə FADMM-ə daxil olan məktubu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi dosent Vəfa Abdullayeva-Nəbiyeva imzalayıb. Məktubda deyilir: “Azərbaycan dilinin izahlı lüğəti. IV cild, səh.672-də “zibil” sözünün evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı mənaları qeyd olunur. Həmçinin bu sözün əsasında yaranan zibilatan, zibildaşıyan, zibilxana, zibilləmək, zibillik kimi sözlər də Azərbaycan ədəbi dilində aktiv formada işlənir.
Qeyd olunan nümunədə "ətrafı zibilləndirən tör-töküntü, tullantı" mənasında “çöp” sözü əvəzinə “zibil” sözünün işlənməsi leksik məna baxımından ədəbi dil normalarına daha müvafiqdir. “Zibil” sözünün məcazi mənada "lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan, çox pis, yaramaz, murdar, alçaq, razil adam, yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam" kimi neqativ mənaları da var (Azərbaycan dilinin izahlı lüğəti. IV cild səh.673). Lakin reklam mətnində sözün həqiqi mənası nəzərdə tutulur və söz hər hansı neqativ məna kəsb etmir”.
Bilmirəm, “Bakı Metropoliteni” QSC-nin ofisi yerin altındadır, ya üstündə, amma bir şey məlumdur ki, məzkur qurumda dövlət başçısının çıxışlarını ya dinləmir, ya da daha pis - dinləyir, amma etina etmirlər. Əks təqdirdə reklamda yol verilən leksik norma pozuntusuna belə gülünc iddialarla bəraət qazandırmağa cəhd etməzdilər.
Azərbaycan Prezidentinin çıxışından seçilən aşağıdakı sitatlar çox mötəbər mənbədən - dövlət başçısının saytından (president.az) götürülüb:
1. “Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər”. Prezident İlham Əliyevin xalqa müraciəti, 01 dekabr 2020-ci il.
2. “Yollar bərbad, binalar dağılmış, hər tərəf zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar”. Prezident İlham Əliyevin Aydın Kərimovu videoformatda qəbul edərkən etdiyi çıxışdan, 27 yanvar 2021-ci il.
3. “Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”. Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışından, 28 may 2023-cü il.
4. “Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısınn çıxışından, 11 iyul 2023-cü il.
“Bakı Metropoliteni” QSC-nin həddini aşıb mötəbər dilçi mütəxəssislərə tövsiyə vermək eşqinə düşən rəsmilərinə müraciət edirəm: Bəs deyirdiniz, “zibil” sözü söyüş kimidir, “ədəbi dilin leksik normalarının tələbinə əsasən ədəbi dildə söyüşlərin, kobud və loru sözlərin işlədilməsinə yer verilmir”. Dövlət başçısı söyüşlə danışır? Siz Azərbaycan ədəbi dilini cənab Prezidentdən daha yaxşı bilirsiniz?
Nəhayət, “Bakı Metropoliteni” QSC-nin məzkur şəxsləri özlərinə əziyyət verib, respublikanın aparıcı informasiya agentliyi, həm də ədəbi dil normalarına riayət edilməsi baxımından mötəbər mənbə hesab olunan Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbərlərinə baxsalar, görərdilər ki, azertag.az saytında “zibil” sözü 595 dəfə işlənib. “Çöp” sözündən isə 42 dəfə istifadə edilib və o heç vaxt “zibil” sözünün sinonimi kimi işlədilməyib. Bir neçə nümunə verək:
1. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöp axtarırlar” (14 oktyabr 2023-cü il).
2. “Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib” (25 noyabr 2022-ci il).
3. “Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər” (28 may 2024-cü il)
Əgər iddia etdiyiniz mülahizələrlə “zibil” sözünü “çöp”lə əvəz edirsinizsə, çöp elə zibildirsə, onda bu cümlələri necə anlayaq?
Avropa dövlətləri bizim gözümüzdə zibil axtarırlar?
Qədim türk əlifbası nümunələri zibil şəkilli olub?
Qulaq təmizləyici zibildən istifadə infeksiyaya səbəb ola bilər?
Göründüyü kimi, “Bakı Metropoliteni” QSC-nin rəsmiləri ədəbi dildə oturuşmuş və əsas mənasında heç bir neqativlik olmayan “zibil” sözünü dildən çıxarıb, “çöp” sözü ilə əvəz etmək özbaşınalığının ədəbi dilə necə zərbə vurduğunun fərqində deyillər.
P.S. Nəhayət, bizə deyilən və yazılan cavabdakı tövsiyə və məzəmmət tonu barədə. Psixologiyada Danninq-Krüger effekti deyilən bir anlayış var. Alimlər müəyyən ediblər ki, danışdığı sahə üzrə “asimanı risimandan ayıra bilməyənlər” (Nizami Gəncəvi) fikir yürüdəndə hamıdan cəsarətli olurlar. Müvafiq sahənin tədqiqatçıları deyir ki, bu, metakoqnitiv təhrifdir, psixoloji paradoksdur. Ona görə aldığımız şifahi və yazılı cavabdan əsla təəccüblənmədik. Təəssüflənmək hüququmuzu isə əlimizdən kimsə ala bilməz...

Vasif Sadıqlı - Bakupost.az
 
Ardını oxu...
  

Türkiyənin məşhur "Möhtəşəm yüz il" serialının ulduzu Meryem Uzerli həmin serialda çəkilməsinə təəssüflənir.

M.Uzerli etiraf edib ki, şəxsi həyatını qura bilməyib və özünü yaxşı ana hesab etmir.

"Aktyor həmişə öz ruhunun bir parçasını verməlidir. Mən ideal ana deyiləm, düzünü desəm, insanın ideal olması mümkün deyil. Amma hər gün çox çalışıram", - deyə aktrisa bildirib.

Kinotənqidçi İlona Yegiazarovanın sözlərinə görə, bunun səbəbi "Möhtəşəm yüz il"in çəkilişlərində hökm sürən sərt şərtlərdir. O əmindir ki, məhz bu layihədə iştirak M.Uzerlinin öz ailəsini qurmasına mane olub.

"Çəkilişlər 16 saat davam edirdi. Heç bir şəxsi həyat, istirahət yox idi. O, emosional cəhətdən tükənmişdi. Onun psixoloji vəziyyəti həqiqətən dəhşətli idi. Bundan əlavə, onun sevgilisi Can Ateşin pis reputasiyası var idi və bu barədə onu çoxları xəbərdar etmişdi", - deyə ekspert fikrini bölüşüb.

Qeyd edək ki, aktrisa iki uşaq böyüdür. 2014-cü ildə türk biznesmeni Can Ateşdən Lara adlı qızı dünyaya gəlib, lakin nikah pozulub. 2021-ci ildə aktrisanın ikinci övladı dünyaya gəlib, amma o, atasının adını hələ də açıqlamır.//Oxu.Az

Ardını oxu...
Respublikaçı kimi Kaliforniya qubernatoru olmuş Arnold Şvartsenegger ABŞ-ın hər iki aparıcı siyasi partiyasını tənqid edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Bild” bildirib.
"Sizinlə səmimi olacağam: hazırda heç bir oyunu bəyənmirəm. Mənim respublikaçılarım azad bazarın faydalarını unudub, kəsiri şişirdiblər və seçkilərin nəticələrini rədd edirlər. Demokratlar isə kəsiri idarə etməkdə daha yaxşı deyillər. Mən narahatam ki, onların yerli siyasəti cinayəti artıraraq şəhərlərimizə ziyan vurar”, - Şvartsenegger deyib.
Bununla belə, prezident seçkiləri ərəfəsində o, demokratlara doğru meyillənir, çünki o, Tramp haqqında yaxşı fikirdə deyil.
“Səsinizə hörmət etməyən namizəd, tərəfdarlarını Kapitoliyaya hücuma göndərən və bunu seyr namizəd; donorlarına və mənim kimi digər zəngin insanlara kömək edən vergi endirimlərindən başqa heç bir siyasəti həyata keçirmək qabiliyyəti olmayan namizəd, onunla razılaşmayan amerikalılara Çin, Rusiya və Şimali Koreyadan daha böyük düşmən kimi baxan bir namizəd bizim problemlərimizi həll etməyəcək”, - aktyor bildirib.
O, hesab edir ki, hətta "proqramları ilə razılaşmasa da" ABŞ yalnız Kamala Harris və Tim Uolzla "bir ölkə kimi irəli gedə bilər". Onun fikrincə, Birləşmiş Ştatların mənafeyi partiya mənsubiyyətindən üstündür.
 
Ardını oxu...
Şah İsmayılın təsvir olunduğu ehtimal olunan hissə
I Şah İsmayılın hərbi yürüşləri, döyüş və ov səhnələrini, o cümlədən Çaldıran savaşını təsvir edən bir neçə miniatür mövcuddur.
Lakin, Avropa təsviri sənətində Çaldıran döyüşünü təsvir edən yeganə rəsm əsəri İtaliyanın Palermo şəh. "Palazzo Mirto Sarayı" Muzeyində qorunub saxlanılır.
Ardını oxu...
Əsərin müəllifi barədə məlumat yoxdur.
Maraqlıdır ki, "Çaldıran döyüşü" tablosunda təsvir olunan coğrafi relyef və təbiət mənzərəsi həmin əraziyə bənzərliyi ilə diqqət cəlb edir.
Ardını oxu...
Buna görə də, hesab etmək olar ki, bu tablonun müəllifi döyüşün baş verdiyi ərazinin coğrafi quruluşu haqqında məlumatlı olmuşdu.
Elşad Əliyevin, "Avropa təsviri sənətində Şah İsmayıl Səfəvi ikonoqrafiyası" kitabından
Milli Kimlik
TEREF
 
Ardını oxu...
Çörək istehsalında istifadə olunan kəpək son illərdə sağlam pəhriz üçün sağlam qida kimi məşhur olub.
Hibiny xəbər verir ki, revmatoloq və nevroloq, akademik Pavel Evdokimenko aşkar edib ki, kəpək təkcə bağırsaqları təmizləmir, həm də orqanizmdəki digər proseslərə də faydalı təsir göstərir.Bu barədə o, özünün rəsmi saytında yazıb və Primorye İctimai Televiziyası məlumat yayıb.O, xüsusilə yulaf və buğda kəpəklərini - B vitaminlərinin və böyük miqdarda lifin mənbələrini vurğulayıb.Lif bağırsaq hərəkətliliyini normallaşdırır, bu da çəki azaltmağa kömək edir. O, həmçinin xolesterin və şəkər səviyyəsini aşağı salır, hipertansif xəstələrdə qan təzyiqini aşağı salır.
 
Ardını oxu...
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun paytaxtdakı "Bayaz" nəşriyyatında özbək dilində təkrar nəşr olunan "Əmir Teymur" tarixi romanının təqdimatı keçirilib. Kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, şair və yazıçılar, tələbələr iştirak edib.

Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, onun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb.

Universitetin prorektoru Gülnoza Əhmədova bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Azərbaycan və Özbəkistanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib.

Alim və tərcüməçi Babaxan Şərif deyib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Cığır" və digər romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.

Alim "Əmir Teymur" romanının bədii dəyəri haqqında söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.

Filologiya elmləri doktoru, professor Boqijon Toxliyev Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanlarında bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini söyləyib. Elə buna görə də əsərlərində müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri oxucuları özünə çəkir.

Professorlar Səadət Muxammedova, Abdulla Uluqov, Behbud Batirov və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Deyilib ki, indiyədək yazıçının dünyanın 25-dən artıq ölkəsində 50-dən çox kitabı çap olunub. Yunus Oğuz "Attila" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır.

Sonda müəllif çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə universitetə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uşaqlığından bəhs edən cizgi filminin nümayişinə iki gün qalmış Avropa kinoteatrları heç bir üzrlü səbəb olmadan onu nümayiş etdirməkdən imtina ediblər.

Flmin rejissoru Kamuran Aina Türkiyənin “Cumhuriyyet” qəzetinə müsahibəsində iddia edib ki, buna səbəb erməni lobbisidir.

Rejissorun bildirib ki, Avropada güclü mövqeyə malik olan erməni lobbisi cizgi filminin nümayişinə qadağa qoyulmasına nail olub.

Aina vurğulayıb ki, indi yenidən icazə alıb filmin Avropada nümayişi üçün çalışırlar və uğura yaxındırlar./Publika.az
 
Ardını oxu...
Bu gün Xalq yazıçısı Mirzə İbrahimovun doğum günüdür.

Kulis.az Bədirxan Əhmədlinin "Mirzə İbrahimov: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım" - Azərbaycan dili uğrunda mücadiləsi üzərinə" yazısını təqdim edir.

"Ey mənim xalqım, ey mənim ümidim və pənahım. Ürəyimin istiliyi səndəndir. Fikrim işığını səndən alır. Həyatımın hər yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Gözəl binalar üçün mənə daş yonduran sənin eşqindir. Yolların kənarında ağac əkdirən, səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul yetirmək həvəsini alovlandıran, qolumdan tutub "Yaz!" deyən sənsən". Bu sətirlər M.İbrahimovun "Böyük dayaq" romanının qəhrəmanı Rüstəm kişinin dilindən səslənir. Ən çətin günlərində onun yeganə dayağı xalq olur, xalqa söykənir. Ancaq kim deyə bilər ki, yazıçı burada həmin günlərdə (roman 1957-ci ildə yazılıb!) dil uğrunda mücadiləsinə görə Moskva və həmvətənləri tərəfindən çarmıxa çəkilərkən hər kəsin ondan üz döndərdiyi bir zamanda məhz özünü və taleyini nəzərdə tutmamışdır!? Burada M.İbrahimovun həyatının ən təlatümlü və həyatı üçün qorxulu anlarının, milli mücadiləsində gəldiyi son qənaətinin izlərini görürük. Bu, görkəmli yazıçı və ictimai xadimin dil uğrunda uzunmüddətli mübarizəsinin bədii obrazın dilindən səslənmiş təzahürüdür. O, mənsub olduğu xalqı, onun dilini çox sevmiş və həyatı boyu müdafiəsində durmuşdu.
Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mücadiləsini üç mərhələyə ayırmaq olar:

1. Bir yazıçı kimi bədii əsərlərində dilin bütün zənginliklərindən istifadə edir, obrazlar yaradır, təbiət və cəmiyyət təsvirləri ilə dilə təbii sevgi, məhəbbət, maraq yaradır. Bu proses onun bədii yaradıcılığının əvvəlindən sonuna qədər davam etmiş və hekayə, roman, publisistika, tərcümələrində təzahür etmişdir.

2. Azərbaycan dili ilə bağlı məqalələr yazaraq, onun tarixini, bugününü və gələcəyini bəlirləyir, necə deyərlər, gələcək hadisələrə - milli oyanışa altyapı hazırlayır. Bu proses daha çox yazıçının 40-50-ci illər Təbriz dövrünü əhatə edir və təkcə nəzəri məqalələri ilə kifayətlənmir, həm də Cənubi Azərbaycanın azadlığı uğrunda mücadilə aparır.

3. Azərbaycan dili uğrunda respublikada və Moskvada onun funksionallığını artırmaq, dövlət statusu almaq üçün əməli hərəkətə keçir və sonrakı mərhələdə bir millətin oyanışına səbəb olan milli mücadiləyə rəvac verir. Bu proses 50-ci illəri qapsayır və sonrakı dövr üçün milli hərəkata stimul verir.

Yazıçının ana dilindən maksimum istifadə etməsi məsələsi, bəlkə də, ən mühüm, lakin görünməyən, alt qatda olan məsələlərdən biridir. M.İbrahimov bədii, publisist və elmi yaradıcılığında dilinin incəliklərindən maksimum istifadə edirdi. Əlbəttə, dil elə bir şeydir ki, onun maksimum istifadəsinin sərhədlərini bəlirləmək çox çətindir. Ancaq M.İbrahimovun bədii nəsrində bunun aydın mənzərəsini görmək mümkündür. Onun yaradıcılığında bədii dilin inkişaf səviyyəsi, yad mühitdən qorunması, saflaşma və dilə sonsuz sevgi, məhəbbət var. "Cənub hekayələri" ilə həsrətin və vətən eşqinin bütün rənglərini məhz bədii dilin vasitəsilə oxucuya çatdırırdı. "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları ilə bədii dilin roman təfəkkürünün inkişafında yeni mərhələsi olur.

Yazıçı ana dilinin ədəbi normalarına son dərəcə həssaslıqla yanaşır, bütün yaradıcılığı boyu bədii dili zənginləşdirir. O, bədii dilin özünün "loqorifması"na diqqət yetirir və yazıçının vəzifəsinin ömrü boyu onu öyrənmək olduğunu yaxşı dərk edirdi. Bədii dillə bağlı belə bir fikri aktuallığını indi də qoruyub saxlayır: "...bədii dil yalnız bədii əsərlərin dili deyildir. Obrazlı, ifadəli bədii dilin yaradıcısı hər şeydən qabaq, xalqdır. Obrazlı söz xalq dilinin ümumi qazanında qaynayıb yetişir və ancaq oradan xalq həyatı, xalq şüuru ilə birlikdə bədii ədəbiyyata keçir". Məhz bu dilin vasitəsilə yazıçının əsərlərində müxtəlif hadisələrin (tarixi və müasir!), insan psixologiyasının, düşüncələrinin maksimum ifadəsi ilə qarşılaşırıq. Onun nəsr dilində bəlirli bir təmkinlilik, intonasiya və ritm var; bu xüsusiyyətlər yazıçı nəsrinin xarakterini, səviyyəsini, intellektuallığını və təsviretmə imkanlarını artırır. "Yazıçının silahı dildir" formulu M.İbrahimovun məqalələrində işlətdiyi və özünün də yaradıcılığı boyu ən çox söykəndiyi ən mühüm faktorlardan biridir. Əsərlərinin dili üzərində dönə-dönə işləməsi yazıçının dilin estetik funksionallığına və gözəlliyinə xüsusi əhəmiyyət verdiyinin sübutudur.

M.İbrahimovun bədii dilin mətndə yeri, estetik təsir gücü ilə bağlı düşüncələri sadəcə yazıçı fəhminə əsaslanmırdı; onun dərin elmi-nəzəri, praktik, qrammatik əsasları vardı. Bir çox məqalə və çıxışlarında nitq və onun gözəlliyinin, insanın mənəvi aləminin, təfəkkürünün yalnız səlis dil ilə mümkün olduğunu ifadə edirdi. 1930-1950-ci illərdə orfoqrafiya, əlifba, terminologiya kimi məsələlərin müzakirəsində nüfuzlu söz sahibi olaraq yazıçı mövqeyini dəfələrlə təsdiqləmişdir. Yazıçı fikirlərində dil, onun tarixi və bugünü ilə bağlı aktual problemlərə yüksək vətəndaşlıq mövqeyindən yanaşırdı. Azərbaycan dili məsələsi yazıçını o dərəcədə məşğul etmişdir ki, yalnız bir yazıçı kimi deyil, bir ziyalı, alim kimi də münasibətini bildirmişdir. "Dilimizin inkişaf yolları haqqında" (1944) məqaləsində dilin nəzəri və tarixi problemləri yüksək professionallıqla təhlil olunur. Yazıçı burada dilin tarixinə ekskurs edir və bir xalqın inkişafındakı rolunu yüksək dəyərləndirirdi. Yazıçı üçün "Xalq tərəqqi etdikcə, ictimai həyat təkmilləşdikcə dil də tərəqqi edir və təkmilləşir. Dil tam mənasilə canlı bir orqanizmdir...", - arqumenti sonrakı yaradıcılığında öz təsdiqini tapır. Dilin tarixi mənsub olduğu xalqın, millətin tarixini əks etdirir; bu dil xalqın sərhədlərini daim genişlədə bilir, qəbilə və tayfalar inkişaf edərək ümumi bir dilə ehtiyac duyur. Tarix göstərir ki, hər bir xalq öz sərhədləri uğrunda mübarizə ilə yanaşı, özünün mənəvi sınırları uğrunda da mücadilə aparır; bunun içərisində onun dili və ədəbiyyatı öndə gəlir. İmperiyaların hər hansı bir ərazini işğal edərkən əvvəlcə onun dilini qadağan etməsi fikri yazıçının yaşadığı ən böyük imperiyanın da mahiyyətini reallıqla əks etdirirdi. Yazıçı burada Roma, ərəb, İran imperiyalarının adını çəksə də, məntiqi nəticə yaşadığı imperiyanı da onun içinə qatırdı. Belə bir mesajını da mütləq şəkildə çatdırırdı ki, bunlara baxmayaraq, Azərbaycan xalqı işğallara sinə gərərək öz varlığını və dilini qoruyub saxlamışdır. Yazıçı işğalçıların bu mərhələlərdə mənəviyyatımıza vurduğu yaralara da toxunur; tarix boyu böyük sənət və "dil abidələrimizin məhv edilməsi və talan olunması" ağrılarını xatırladır. Azərbaycan dilinin yaxın tarixi ilə yanaşı, iki minillik dövründən bəhs edir: "Müstəbidlər dilimizi və tariximizi məhv etmək üçün onun ən gözəl abidələrini oğurlamış, ya da yandırıb dağıtmışlar. Buna görədir ki, biz indi, məsələn, iki min il qabaqkı dilimizlə müasir dilimiz arasındakı münasibəti və tarixi əlaqə tellərini meydana çıxarmaqda bu qədər böyük çətinliklərə rast gəlirik". Bu sətirlər yazıçının çağdaş müstəbidlərə və işğalçılara tarix üzərindən etirazıdır. Dilimizdə, ədəbiyyatımızda və tariximizdə kök salmış qədim izlərin araşdırılması yönündə yeni istiqamətlər müəyyən edən M.İbrahimov bütün bunların elm adamlarını qorxutmadığını və bu istiqamətdə yeni araşdırmalar aparıldığını cəəsarətlə dilə gətirir. Qədim zamanın dumanı altında itmiş həqiqətləri üzə çıxararkən Midiya, Novruz bayramının atributları, Dədə Qorqud, eləcə də XI-XIII əsrlərdəki yazılı ədəbiyyatımızda gizlənib qalan dil faktorundan çıxış edir. Yazıçı Azərbaycan dili və tarixinin inkişaf yolu haqqında sistemli bir konsepsiya ortaya qoyur; Nəsimi, Xətai, Füzuli, Qurbani, Vaqif, M.F.Axundzadə, H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Nəzmi dilinin ərəb, fars təsirinə qarşı gizli və açıq mübarizədə qalib ayrılmasını şərtləndirən faktorları qiymətləndirir. Yazıçının dilimizin keçmişini iki min illik tarixə aparıb çıxarması isə yalnız sonralar dil tarixi ilə bağlı araşdırmalarda üzə çıxacaq...

Mirzə İbrarhimov müasiri olan yazıçı və şairlərin dil probleminə, tərcümə məsələlərinə də toxunur və bədii ədəbiyyatın, dilin inkişafındakı etkisi üzərində dayanır. "Ədəbiyyat dilin cəbbəxanası" kimi daim onun inkişafını şərtləndirir. Ədəbiyyat dili saflaşdırır, yad sözlərdən təmizləyir, ona lətafət, incəlik gətirir. O, yazıçı dili ilə döyüşçü silahını yanaşı tutur. Bədii əsərdə sadəcə dilin normativ qanunlarına əməl etmək azdır; məhz dil vasitəsilə təfəkkür ifadə olunur, təşbehlər, ifadə vasitələri ilə onu canlandırır. Bununla yanaşı, dilin inkişafında tərcümələrin də böyük rolu olduğunu və milli dili gəlişdirmək üçün bir çox xalqların tərcümələrə böyük önəm verdiyini yazır. Lakin hər cür tərcümə də dilin inkişafını şərtləndirmir; bu cəhətdən yalnız keyfiyyətli tərcümələr hesabına dil daha da zənginləşə bilər: "Bizim dediyimiz odur ki, hər hansı bir xalqın şüurunu, dilini başqa təfəkkürün, başqa dilin meyarı ilə ölçmək yanlış bir yoldur. Bu yoldan birdəfəlik əl çəkmək lazımdır. Çünki bir dili başqa bir dilin qanunları ilə ölçmək, yaxud o qanunlara tabe etmək düzgün yol deyildir. Hər dilin ancaq öz qanunları və öz ifadə formaları müqəddəs və gözəldir". Aydındır ki, yazıçı burada başqa dil dedikdə rus dilini nəzərdə tuturdu və kiril əlifbasının tətbiqi zamanı bəzi rus dili qrammatik normalarının milli dilə tətbiqinə etiraz edirdi. Yazıçı həm də dilimizdə olan əcnəbi sözlərin yersiz işlənməsinə qarşı çıxırdı və bu fikrini vaxtilə Rusiyada bəzi adamların rus dilində və təfəkküründə yaxşı bir şey tapmayaraq Qərbə meyilli olmalarını, dili əcnəbi sözlərlə doldurmalarını təsadüfən müqayisə etmirdi. Bununla da dilimizə daxil olan çoxlu əcnəbi sözlərin yanlışlığına elə rus dilinin keçdiyi tarixi təcrübə örnəyi ilə nail olurdu. Dilimizdə rus və beynəlxalq dillərdən alınan istilahların isə ancaq Azərbaycan dilinin qrammatika və tələffüz qaydalarına uyğunlaşdırılmasının tərəfdarı kimi çıxış edirdi.

Mirzə İbrahimov "Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək" (1944) məqaləsində yenidən ana dili probleminə qayıdır və bu işin məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisindən başlanmasını zəruri hesab edirdi. Yazıçı dilin gözəlliyinin qorunması ilə bağlı yenə də tarixə müraciətlə onu xalqın tükənməz xəzinəsi hesab edirdi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nəsimi, Füzuli, Vaqif, Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani, Sabir kimi şair və yazıçıların böyük sənət əsərlərini bu dilin vasitəsilə yaratdıqlarını bildirir. Dil və ədəbiyyatın tədrisinə kiçik bir məsələ kimi deyil, xalqın mənəviyyatı və bir dövlət məsələsi olaraq yanaşması yazıçının bu məsələyə nə qədər önəm verdiyinin sübutudur. Onun fikrincə, ədəbiyyat və dil müəllimlərinin uşaqlarda yaxşı yazmaq və danışmaq qabiliyyətini inkişaf etdirməsi vacib amillərdən biridir. Görünür ki, M.İbrahimov Azərbaycan dilini inkişaf etdirməyin yolları üzərində çox düşünmüş və bunun bir yolunu da tədris prosesində görmüşdür.

Mirzə İbrahimov 1945-ci ilin noyabrında "Azərbaycan dili" məqaləsini yazır. Bu ona görə önəmlidir ki, məqalə Təbrizdə yazılır. Bu zaman Təbrizdə cərəyan edən hadisələr kontekstində Azərbaycan dili probleminin qaldırılmasının önəmi çoxdur. Belə ki, M.İbrahimov Cənubi Azərbaycanda azadlıq hərəkatının və milli mücadilənin başında duranlardan biri idi. Hətta onun burada "Əjdəroğlu" adı ilə əfsanəvi şəxsiyyət olaraq tanınması ilə bağlı xatirələr vardır. Yazıçı Qılman İlkin M.İbrahimovun Təbrizdəki fəaliyyətindən bəhs edərkən burada daşnakların faşistlərlə birləşərək Cənubi Azərbaycanı Ermənistanın tərkibinə qatmaq istəklərinin üzərindən xətt çəkməsini xatırlayır: "Onlar (daşnaklar-B.Ə.) Cənubi Azərbaycana daxil olmuş ordunun tərkibindəki azərbaycanlı döyüşçülərə qarşı gizli təbliğat aparırlar. Hətta əhali içərisində şayiə yayırlar ki, Cənubi Azərbaycan tezliklə Ermənistana qatılacaqdır. Bununla əlaqədar Mirzə (İbrahimov-B.Ə.) məni çağıraraq bu mövzuda qəzetdə ("Vətən yolu" qəzeti nəzərdə tutulur-B.Ə.) çıxış etməyi tapşırdı. Mən yayılan xəbərləri daha dərindən araşdırıb öyrəndikdən sonra qəzetin növbəti sayında "Daşnaklar faşist agentləridir" adlı məqalə ilə çıxış etdim".

Cənubi Azərbaycanın milli azadlıq mücadiləsinin bədii salnaməsi isə yazıçının "Gələcək gün" romanında realist şəkildə təsvir edilib. Buna görədir ki, yazıçının burada yazdığı "Azərbaycan dili" məqaləsi təsadüfi xarakter daşımırdı. Yazıçı məqalənin əvvəlində "Dil bir xalqın mənəvi cəhətdən birləşməsində, öz həyat və mübarizəsini təşkil etməsində qüdrətli bir vasitə və silahdır", - qənaətinə gəlir və müstəmləkəçilik və işğalçılıq meyillərini pisləyirdi. Bir qədər də açıq şəkildə İranın müstəbid və zalım hakimlərinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətləri indiki zamanda Hitler Almaniyasının başqa xalqlara və millətlərə qarşı vəhşi münasibəti ilə müqayisə edirdi. Bu vəhşət bir çox xalqların milli mədəniyyət və ana dilini aradan qaldırmaq üçün törədilirdi. Yazıçı məqalədə keçmişə ekskurs edərək dilin xalqın özü qədər qədim olduğunu və tarixi bir inkişaf yolu keçdiyini faktlarla izah edir. Bu tarixi inkişaf yolunda Azərbaycan xalqı həmişə öz dilini qorumuş və böyük sənət əsərləri yaratmışdır. M.İbrahimovun gəldiyi nəticə bundan ibarətdir: "Azərbaycan dili Azərbaycan xalqının mənəvi dövləti və milli iftixarıdır. Azərbaycan dili dünyanın mədəni və müasir dillərindəndir. Bu dildə bizim ata-babalarımız əsrlər boyunca bəşəriyyətin mədəniyyət xəzinəsini ölməz elm və mədəniyyət inciləri ilə zinətləndirmişlər. Bu dildə Azərbaycanın qəhrəman oğul və qızları böyük sənət, elm və ədəbiyyat nümunələri yaratmışlar".

M.İbrahimovun bir-birinin ardınca yazdığı Azərbaycan dili məqalələri təsirsiz qalmır; 40-cı illərin sonu 50-ci illərin əvvəllərində məhz elə Mirzə İbrahimovun sədrliyi ilə keçən Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin müşavirəsində respublikanın bütün idarə və müəssisələrinin Azərbaycan dilinə keçməsini təmin etmək üçün 15 nəfərdən ibarət komissiya yaradılması barədə qərar qəbul edilir.

50-ci illərdə Azərbaycan Ali Sovetinin sədri işləyən M.İbrahimov dil ətrafında cərəyan edən hadisələrin baş rejissoru idi. 1956-cı ilin iyulunda Moskvaya gedərək bu məsələni SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilovla razılaşdırmaq onun üzərinə düşür. Moskvadan qayıdan M.İbrahimov Azərbaycan KP MK-ya göndərdiyi məktubunda yenə də xalqın tarixinə müracət edərək işğalçıların uzun müddət xalqı "zülm və təzyiq" altında saxlasalar da, Azərbaycanın milli istiqlalını, dövlət və mədəniyyətini məhv etməyə çalışdıqlarını, lakin buna nail ola bilmədiklərini yazır və indiki dövlətin milli siyasətinin də buna yol vermədiyini qətiyyətlə bildirirdi: "Sovet dövründə əldə etdiyimiz böyük qələbələrdən biri Azərbaycan dilinin dövlət səviyyəsinə qalxmasıdır. İstər kənd, rayon, şəhər partiya və sovet təşkilatlarında, istərsə respublika təşkilatlarında Azərbaycan dili dövlət dili kimi işlənir. Söz yox ki, getdikcə bu vəziyyət genişlənəcək və möhkəmlənəcəkdir. Bu vəziyyət respublikanın Konstitusiyasında əks olunmalıdır". M.İbrahimov məktubunda Konstitusiyaya ediləcək əlavəni Ali Sovetin həmin il avqustun 15-də keçiriləcək sessiyasında müzakirə etməyi məsləhət görürdü. Sessiyada Konstitusiyaya əlavə qəbul edildi və bununla da Azərbaycan dili rəsmi dövlət dili statusu aldı.

Bu illəri Mirzə İbrahimovun həyatının və fəaliyyətinin ən məhsuldar və qızıl dövrü kimi səciyyələndirmək olar. 1957-ci ildə Nazim Hikmətin Bakıya gəlişi zamanı respublika cameəsi ilə görüşlərinin əksəriyyətində onu M.İbrahimov müşayiət edirdi. Yazıçı Nahid Hacızadə yazır: "O zaman Mirzə İbrahimov sözün əsl mənasında xalqın sevimlisinə, ümid yerinə çevrilmişdi. Böyük ədib Azərbaycan SSR Ali Sovetinin sədri kimi çox böyük işlər apardığına görə ümumxalq sevgisi qazanmışdı. Həmin illər yaddaşlarda özünəqayıdış və milli oyanış illəri kimi qaldı.

Mirzə İbrahimov idarə və müəssisələrdə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi haqqında fərman imzalamışdı. Sovetlər Birliyinin dünyaya meydan oxuduğu, rus şovinizminin tüğyan etdiyi bir vaxtda bunun necə böyük risk, hünər və qəhrəmanlıq tələb etdiyini hamı yaxşı başa düşürdü".

N.Hacızadənin yazdığına görə, Nazim Hikmət universitetdəki tələbələrlə görüşünə də Mirzə İbrahimovla gəlir. Məhz bu görüşün Azərbaycan ədəbi mühitinə təsiri ilə bağlı çoxlu fikirlər vardır. Universitetdə divarlara vurulmuş lövhələrin heç birində rus dilində yazılmış elanlara rast gəlmək mümkün deyildi. Bununla onlar Nazim Hikmət və Mirzə İbrahimova "Biz sizin yolunuzu tutmuşuq", - mesajını verirdilər. Görüş ərəfəsində bir tələbənin Nazim Hikmətə "Əgər bir azərbaycanlı özgə dildə oxuyub, özgə dildə düşünüb, özgə dildə yazarsa, onu azərbaycanlı adlandırmaq olarmı?", - sualına Nazim Hikmət "Əgər bir adam Çin dilində təhsil alırsa, fikri, düşüncəsi çinli kimi qurulubsa, onu Çin mütəxəssisi hesab etmək olar. Öz ölkəsinə, xalqına onun o qədər də dəxli yoxdur", - cavabını verir. Lakin Mirzə İbrahimovun cavabı çox kəskin olur: "Gözlənilməz halda Mirzə İbrahimov ayağa qalxıb: "Belələri əclafdır!", - deyə qışqırdı.

O, məhvərindən çıxmışdı, necə də qəzəbli idi.

Əllər göyərçin kimi çırpındı, alqış səslərindən zal birdən-birə necə kükrədi, coşdu!". Əslində isə M.İbrahimovun bu qəzəbi, sadəcə, tələbənin sualına deyildi, həmin günlərdə onun Azərbaycan dili uğrunda mücadiləsinə qarşı çıxan milli və qeyri-milli "opponentlərinə" idi. M.İbrahimovun bu zaman gənclər arasında çox məşhur olduğu ilə bağlı plenum iştirakçılarından birinin çıxışında deyilirdi: "Onlar bir sıra millətçi dalğalar qaldırıblar və İbrahimov yoldaş bu məsələnin təşəbbüskarı olduğu üçün istər-istəməz onu özlərinin milli qəhrəmanına çeviriblər. Adamların bir hissəsi, xüsusən gənclər, tələbələr buna uyublar. Mirzə İbrahimov hər dəfə çıxış eləyərkən sürəkli və uzun müddət kəsilməyən alqışlar da bundan irəli gəlir".

Mirzə İbrahimovun mübarizəsi öz nəticəsini verir və Azərbaycan dilinin dövlət statusu Konstitusiyada öz əksini tapır. Lakin M.İbrahimovun işi bununla bitmir, bəlkə əksinə, bundan sonra başlayır. Çünki Konstitusiyaya dil ilə bağlı bu əlavəyə ermənilər və digər millətlərin öyrədilmiş nümayəndələri qarşı çıxaraq Azərbaycanın "Lenin milli siyasətini" kobud surətdə pozduğuna dair həm mərkəzə məktublar yazırlar, həm də ermənicə və rusca çıxan qəzetlərdə etirazlarını bildirirdilər. Guya bu qanunun qəbul edilməsi respublikada millətçiliyin güclənməsinə səbəb olmuşdur. Görünür, bütün bunlar Mirzə İbrahimovu yenidən bu məsələyə qayıtmağa vadar etmiş və 1956-cı ildə "Azərbaycan dili dövlət idarələrində" məqaləsi ilə çıxış etmişdir. Bu məqalə yazıçının əvvəlki məqalələrindən kiçik olsa da, siyasi tutumu və ictimai rezonansı baxımından olduqca əhəmiyyətlidir. Məqalənin hər bir cümləsi və fikri milli hədəfə yönəlmişdi. Bunun üçün yazıçı mövcud sistemin ideoloji bazasından da istifadə edərək Lenin milli siyasətinin nəzəri prinsipləri (böyük və kiçik millətlərin hüquq bərabərliyi, zülm və təzyiq və s.) ilə fikirlərini əsaslandırır. Yazıçı uzaq tarixə getmir, birbaşa mətləbə keçərək indiki zamanda imperializmin milli zülmü gücləndirməsi, milli adət-ənənələrə alçaq nəzərlə baxması, təzyiqi artırması nəticəsində Asiya və Afrika xalqlarının bu zülmə qarşı istiqlal mübarizəsinə istinad edir. Məhz bunun sayəsində Asiya və Afrikanın əzilən xalqları ayağa qalxaraq imperializm boyunduruğunu qırıb atmış və azadlığa çıxmışdı. Yazıçının fikrincə, yalnız azadlıq və bərabərlik olan yerdə özünün böyük və yaradıcı, insani mahiyyətini tam olaraq meydana çıxara bilir. Zor olan yerdə isə məhəbbət və sədaqətdən danışmaq nahaqdır: "Müstəbid quruluşların tarixi aydın sübut edir ki, zor və təzyiq cəmiyyətdə ancaq ikiüzlülüyü, riyakarlığı, şübhə və etimadsızlığı artırır. Təzyiq altında olan millətlə təzyiq göstərən millət arasında həqiqi dostluq mümkün deyildir. Hətta gəlişigözəl sözlər belə burada kömək etmir". M.İbrahimov sovet cəmiyyətinin adını çəkmir, ancaq bütün dedikləri Azərbaycan dilinə və xalqa qarşı münasibəti olduğu kimi göstərirdi. Yazıçı Britaniya birliyini ("Britaniç millətlər birliyi") misal çəkir və bu birliyin imperialist üstünlük və imtiyazlar üzərində qurulduğunu deyir. Ona görə də bu birlikdə mübarizə səngimir və qurtarmır, əksinə getdikcə qızışır. Gəldiyi qənaət də Azərbaycan dilinin bugününü aydın əks etdirirdi: "...bu mübarizə o zaman qurtara bilər ki, bu xalqlar həqiqi azadlığını əldə etsin, bu zaman həqiqi dostluq və birlik yarana bilər".

Bu fikirlərdən dərhal sonra M.İbrahimov çar Rusiyasının qeyri rus xalqları "ən kobud və vəhşi jandarm üsulu" ilə əzmə siyasətini kəskin şəkildə tənqid edir və onun milli mədəniyyətlərə və milli dillərə qarşı təcavüzkar hərəkətini pisləyir. Çarizm Rusiyasının hətta milli qırğınlar törətdiyini, başqa xalqları məhv etmək və imperiya içərisində "əritmək" məqsədilə rusları zorla ucqarlara köçürdüyünü yada salır. Əlbəttə, sovet dövründə "inqilab"dan əvvəlki dövr rəsmi siyasətdə bu və ya digər şəkildə tənqid edilirdi, ancaq M.İbrahimovun məqaləsində qoyduğu imperiya və milli dil məsələsi bu şəkildə heç zaman tənqid obyekti olmamışdı. Azərbaycan xalqının öz dilini xarici işğalçıların hücumundan qoruyub saxladığını, ona ana dilini unutdurmağa çalışanların isə xalqın nifrətindən başqa bir şey qazanmadığını bildirirdi. M.İbrahimov bundan sonra sovet dövrünə keçir və bu dövrdə də vəziyyətin dəyişmədiyi aydın olur. Aydın olur ki, sovet dövrünün ilk onilliyində dövlət idarələrində Azərbaycan dilinin işlədilməsinə xüsusi diqqət yetirilirdi: "Lakin təəssüflə demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir. Bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə və laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır". M.İbrahimov indiki zamanda Azərbaycanda "bir xalqın yüksəlməsi"nin "o birinin əzilməsi" hesabına ola bilməsini mümkünsüz hesab edərək qəti şəkildə hökm verirdi: "Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda bu, hər bir xalqın pozulmaz hüququdur. Bu hüquqa hörmət etmək hamının vətəndaşlıq borcudur".

M.İbrahimov bu fikirlərində mənsub olduğu xalqın böyük həqiqətlərini ifadə edirdi. "Kommunist" qəzetinin ilk səhifəsində "Azərbaycan dili dövlət idarələrində" məqaləsini dərc etdirməsi onun bu yolda dönməz olduğundan xəbər verirdi. Bu, həm də həyatını riskə atması demək idi. Məqalənin Azərbaycan KP MK-nın ikinci katibi Yakovlev tərəfindən tərcümə etdirilərək Moskvaya göndərilməsi və ondan sonra mərkəzdən gələn təlimatlarla yazıçıya və respublika rəhbərliyinə qarşı hücumlar məsələnin nə qədər vacib və əhəmiyyətli olduğundan xəbər verirdi.

1959-cu ilin fevralında Moskva nümayəndəsinin iştirakı ilə Azərbaycan KP MK-da keçirilən plenum, əslində Mirzə İbrahimova qurulmuş məhkəmədən başqa bir şey deyildi. Buna baxmayaraq, M.İbrahimov əvvəlki mövqeyindən bir addım da olsun geri çəkilmir. Plenumdakı çıxışında Ali Sovetə işə gələndə hər həftə onlarca adamın şikayətini aldığı və yerli dilə göstərilən etinasızlığın dil uğrunda mübarizəyə başlamağın zəruriliyini bir daha təsdiq edərək "Biz belə işlərə qarışmalı, ona qarşı çıxış eləməli idik", - deyir. M.İbrahimov fikrini yenə də müqayisə ilə əsaslandırır: "Əgər mən Hindistanı görməsəydim, İranda, Finlandiyada və başa ölkələrdə olmasaydım, görməzdim ki, orada nələr baş verir, kiçik xalqlar necə əzilir, onların dilləri necə sıxışdırılır". Yarım saatlıq çıxışında natiq dil uğrunda mübarizəsində doğru yolda olduğunu bir daha təsdiqləyir. Onun bu nitqini Xeyrulla Əliyev Xosrov Ruzbehin müdafiə nitqi ilə müqayisə edərək yazır: "O vaxtlar heç yerdə işləməyən, öz taleyi ilə yenə də üz-üzə tək qalmış Mirzə İbrahimovun plenumda çıxışı lap Xosrov Ruzbehin "müdafiə nitqi" kimi bağlı salonları yararaq bütün ölkədə əks-səda doğurmuşdu".

Müzakirənin sonunda yenidən söz alan M.İbrahimov iyirmi ilə qədər mübarizəsini apardığı Azərbaycan dili siyasətinin arxasında durur və geri çəkilmir. Onun üçün "dil məsələsi çox böyük və vacib məsələdir". Onun fikrincə, bu məsələdə cəsarətli hərəkət etmək lazımdır. O, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya əlavə edilməsini "böyük addım" hesab edir. Ancaq görünür ki, M.İbrahimovu bu milli ideyanın həyata keçirilməsində yarı yolda qoyanlar da olmuşdur. "Ölüm-dirim" məsələsinə çevrilən bu plenumda özünün tək qaldığını, onu bu yolda tək qoyanlara açıq şəkildə etiraz edirdi: "Bu prinsipial məsələlərdə (dövlət dili nəzərdə tutulur-B.Ə.) mən MK bürosunun, şəxsən Mustafayevin (birinci katib İmam Mustafayev-B.Ə.) razılığı olmadan bir addım belə atmamışam. Lakin o mənim üçün anlaşılmaz olan ikitərəflilik göstərdi. Bir neçə nazirlikdə Azərbaycan dilinin tətbiqi ilə əlaqədar məsələnin Rəyasət Heyətində müzakirəsi onun razılığı ilə hazırlanmışdı, Lakin müzakirə günü o gəlmədi... Rəyasət Heyətinin iclasının başlanacağını ona bildirəndə o cavab vermişdi ki, xəstədir. Biz Rəyasət Heyətinin iclasını onsuz keçirdik. Səhəri gün isə o sağaldı...". Moskvadan gələn partiya funksionerləri məsələni araşdıraraq bu nəticəyə gəldilər ki, məsələyə yenidən baxılmalıdır. Onların yazdığı arayışda ən çox tənqid olunan Mirzə İbrahimov idi. Bəzi milli ziyalılar da çıxışlarında M.İbrahimovu tənqid edərək onun məqaləsinin "millətçi ünsürlərə və demaqoqlara" öz çirkin niyyətlərini həyata keçirmək üçün bəhanə verdiyi qənaətinə gəlirdi. Azərbaycan KP MK-da keçirilən məsələnin yenidən müzakirəsi zamanı M.İbrahimova qarşı hər cür ittihamlar səsləndirilir. Bu çıxışların əsas məğzi M.İbrahimovun buraxdığı səhvləri boynuna alması və onu kəskin tənqid üzərində qurulmuşdu.

Mirzə İbrahimov indi iki mövqeyə qarşı döyüşürdü; həm qeyri millətlərin hücumlarına sinə gərir, həm də milli "ziyalılar"ın ona qarşı hücumlarına kəskin cavablar verirdi. Xüsusilə, 1959-cu il plenumunda ona qarşı hücumlar çoxalmağa başladı. Burada vəzifəlilər, nazirlər, idarə rəhbərləri fəallıq göstərirdi. Moskvanın işə qarışması ilə mövqelərini dəyişdirənlər də var idi. Azərbaycan dilinin idarələrdəki vəziyyəti ilə bağlı yaranan komissiyada mövqeyini dəyişdirənlər də az deyildi. Bəziləri bunun "tələsik" olduğu qənaətinə gəlir, "ehtiyatlı olmağı" tövsiyə edirdilər. Kənddən gəlmiş bir partiyaçı isə: "Məgər bütün məsələ "Ə", "Ö", "E" hərflərinin yazılışının dəyişdirilməsinin başındadır? Bu məqalənin çap olunması, doğrudan da, millətçilik hisslərini qızışdırmaq məqsədini güdür. Bu isə yaxşı məqsəd deyil", - deyə yazıçını günahlandırırdı. Çıxışların birində "Mənə belə gəlir ki, bundan xırda burjua, millətçilik təmayülünün üfunətli qoxusu gəlir", - fikri səsləndirilmişdi. Biri isə bütün bunları mənasız hesab edərək "Dillə bağlı milli müstəsnalıq, yaxud dilin sıxışdırılması haqqında söhbətlər nəyə lazımdır?", - deyirdi. Yaxud: "Sizin çıxışınız (M.İbrahimov nəzərdə tutulur-B.Ə.) dəyəri bir qəpik olan hiylənin nəticəsidir", "Əslində bu, qaş qayıran yerdə göz çıxarmaqdır", "Onun fikirləri təmiz kəndli psixologiyası, kəndli nəzəriyyəsidir", "Bu qoxumuş niyyətlərdir..." kimi fikirlər səsləndirilirdi. Biri isə uzun müddətdir respublikada olmadığından və Azərbaycan dilini az bildiyini etiraf edərək M.İbrahimovun çıxışını "arqumentsiz" və "əsassız" hesab edirdi: "Nəyə görə siz bizim respublikanın məsələlərinin həllinə dal qapıdan girirsiniz? Əsas qapıdan girin. Görün bizim sənayedə nələr yaradılıb". Natiq çıxışında Xruşşov yoldaşın nitiqini yaxşı başa düşmək üçün iki dəfə oxuduğunu və ondan estetik zövq aldığını bildirir və partiya vəzifələrinin sözsüz yerinə yetiriləcəyinə söz verir. M.İbrahimova qarşı bu ittihamlar alqışlarla qarşılanır. Çıxışlarda bu fikirlər də səslənir: "Bu yolla ki, Mirzə İbrahimov gedir, həmin yolla xalqın mənafeyinə xidmət etmək olmaz", "Vətənpərvərliyi inhisara almağınız düzgün deyil axı...", "Bu cür yazıçılar əsl həyatı tanımırlar" və s. Respublika Nazirlər Sovetinin rəhbərlərindən biri isə deyir: "Mən bir məsələ - dil məsələsi üzərində dayanmaq istəyirəm. Məsələn, bildir, yaxud inişil dövlət dili haqqında fərman vermək nə dərəcədə zəruri idi? Belə bir zərurət var idimi? Şəxsən mən belə hesab edirəm ki, heç bir zərurət yox idi. Bu fərmanla nə demək istəyirdilər? Guya Azərbaycanın öz sərbəst dili yoxdur?".

Biri isə sanki bu mübarizənin xalqa heç bir dəxli yoxmuş kimi: "Bizdə Azərbaycan dilinə qarşı mübarizə aparan kimdir ki? Yoldaş Mirzə İbrahimov, siz Azərbaycan dili uğrunda kiminlə ölüm-dirim mübarizəsi aparmaq istəyirsiniz?", - deyə yazıçını günahlandırırdı. Ən dəhşətlisi isə o idi ki, onunla bu yola çıxmış bir çox vəzifəli büro üzvləri plenumda yazıçını tək qoymuşdular. Rayonlardan birinin partiya komitə katibinin çıxışı isə lap 30-cu illəri xatırladırdı: "Bizdə M.İbrahimov kimi yazıçılar çoxdur. Təklif eləyirəm ki, onlar kənddə işləməyə göndərilsinlər. Qoy onlar kənddə yaşayaraq müəyyən vəzifə tutsunlar və bundan sonra yazsınlar (alqışlar)". Həmin çıxışçı bir alqışı da nitqinin sonunda alır: "Onun (M.İbrahimovun-B.Ə.) fikirləri təmiz kəndli psixologiyası, kəndli nəzəriyyəsidir. Mən bəyan eləyə bilərəm ki, Azərbaycan partiya təşkilatı Bakı partiya təşkilatı həmişə Lenin partiyasının qabaqcıl dəstəsi olmuş və əbədi olaraq belə qalacaqdır. Yaşasın beynəlmiləlçilik! (alqışlar)". Maraqlı burasındadır ki, milli "ziyalılar"dan fərqli olaraq Moskvadan plenuma göndərilmiş MK Rəyasət Heyətinin üzvü N.Mühiddinov M.İbrahimovun bu mübarizəsini təqdir etməsə də, ona "əziz İbrahimov", "ağıllı adam", görkəmli yazıçı", "bədii söz ustası", "Azərbaycandan kənarda da yaxşı tanınan" və s. epitetlərlə böyük hörmətini gizlətməmişdi. Halbuki bu cür epitetlər "milli ziyalıların" nitqində yox dərəcəsində idi. M.İbrahimovun bu qeyri-bərabər mübarizəsində yeganə silahı intellekti, elmi-nəzəri erudisiyası, yapışdığı yeganə arqument isə, nə qədər qəribə də olsa, "Lenin milli siyasəti" idi. Çoxları onun bu arqumentləri qarşısında aciz qalırdı... M.İbrahimovun müzakirədəki son çıxışı böyük bir vətəndaşlıq dərsi və cəsarət rəmzidir: "Mənim vətəndaşlıq vəzifəm mənə diktə etdi ki, Azərbaycan dilinin tətbiqi haqqında çətin məsələni qaldırım. Mən öz fəaliyyətimlə bağlı adamlarla, ziyalılarla daha çox ünsiyyətdə oluram, ona görə vicdanım mənə diktə etdi ki, insanların ürəyində narazılıq yaratmış bu anormal vəziyyəti aradan qaldırmaq üçün tədbir görmək lazımdır, məhz bu vəziyyət məni məcbur etdi ki, öz fikrimi deyim".

M.İbrahimov çıxışında Azərbaycan dilinin dövlət dili statusu almasından yaranan çətinliklərlə bağlı da fikirlərini bildirdi. Ən əsas məsələ, bütün ittihamların ona qarşı yönəlməsinə baxmayaraq, özünü mərdliklə müdafiə edir, məsələnin xalqın məsələsi olduğunu və böyük bir ədalətsizliyə yol verildiyini bütün varlığıyla dərk edirdi. Bu isə onun məqalələrindəki nəzəri mövqedən və əməli fəaliyyətindən bir addım da geri çəkilməməsini göstərirdi. Bununla bağlı sonuncu "Azərbaycan dili dövlət idarələrində" məqaləsi də kəskin tənqidə məruz qalmasına baxmayaraq, o, yenə də mövqeyində qalırdı. Azərbaycan Elmlər Akademiyasında "Azərbaycan dili" məqalələr toplusundan ibarət kitabının nəşr edilməsi Mirzə İbrahimovun bu məsələyə nə qədər böyük önəm verdiyini və öz mövqeyində qaldığını sübut edirdi. "Azərbaycan dili" kitabı xalq tərəfindən olduqca rəğbətlə qarşılansa da, antiazərbaycanlılar tərəfindən tənqid edildi və bunun müəyyən nəticələri də oldu. Bütün bunlar Azərbaycan dili məsələsinin sıradan bir iş olmadığını və əsl qəhrəmanlıq, böyük vətəndaşlıq və cəsarət tələb etdiyini göstərirdi. Azərbaycan idarə və təşkilatlarında məktublaşma və sənədləşmənin Azərbaycan dilində olması milli ruhun ifadəsi oldu. Lakin imperiya siyasəti buna dözə bilmədi, onu "xalqlar dostluğuna qəsd etməkdə", "millətçilikdə" "öz vəzifəsindən sui-istifadə etməkdə" günahlandırırdılar. 1959-cu ildə keçirilmiş plenumda isə MK-nın ideoloji işlər üzrə katibi çıxışında M.İbrahimovun kütləvi surətdə buraxılmış "Azərbaycan dili" kitabından MK bürosunun xəbəri olmadığını iddia edir və "həmin məqalələrin nəşri zəhmətkeşlərin, gənclərimizin tərbiyəsi işinə böyük ziyan vurur", - qənaətinə gəlirdi.

Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mübarizəsi uğurla nəticələndi; Azərbaycan dili Konstitusiyada dövlət dili statusu aldı. Baxmayaraq ki, bu işdə müəyyən ləngimələr, qarşısına çəkilən sədlər də oldu. Bütövlükdə, Azərbaycan dili uğrunda mübarizə xalqın milli mücadilə əzmini bərpa etdi. Bunun qarşılığında isə Mirzə İbrahimovun şəxsi həyatında ağır günlər başladı. Azərbaycan Ali Sovetinin sədri vəzifəsindən çıxarıldı, "millətçi" damğası vuruldu, bir müddət işsiz qaldı və gələcək fəaliyyətində əngəllərlə qarşılaşdı. Onun Azərbaycan dili ilə bağlı yazdığı nəzəri məqalələri, Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi həyatının ən mənalı anları, fəaliyyətinin vacib mərhələsi və göstərdiyi vətəndaşlıq zirvəsi idi. Buna görə ona nə qədər ittihamlar edilsə də, işdən çıxarılsa da, vəzifə verilməsə də, onu sındırmaq, əzmək istəyənlər olsa da, yazıçı heç zaman sınmadı. Yazıçı bütün varlığıyla xalqına, onun tarixinə, dilinə bağlıydı və hər zaman da xalqı onu ən çətin vəziyyətdən belə çıxarırdı. Yazıçı özü isə həyatının bu günlərini "Böyük dayaq" romanında belə ifadə edirdi: "Alçaq əllər, məni uçuruma itələyəndə dadıma sən çatmısan, amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan".

Araşdırmalar təsdiq edir ki, Azərbaycan dili uğrunda mübarizə M.İbrahimovun şəxsi təşəbbüsü ilə olmuşdur; bu mübarizənin əsası onun bədii dilə həssaslığından, milli idealın həyata keçirilməsi yolundakı məqsədyönlülüyündən irəli gəlmişdir. Bunun üçün yazıçı 1943-cü ildən başlayaraq müxtəlif məqalələr yazmış, xüsusilə, Azərbaycan Maarif Komissarı işləyərkən bu ideyanı təhsil müəssisələrində həyata keçirməyə çalışmışdır. 50-ci illərdə Azərbaycan Ali Sovetinin sədri vəzifəsində işləyərkən əvvəllər elmi-nəzəri cəhətdən işlədiyi bu ideyanı praktikada həyata keçirmək üçün hərəkətə keçmiş və Nazirlər Kabinetinin sədri Sadıq Rəhimov və Azərbaycan MK katibi İmam Mustafayevlə razılaşdıraraq məsələnin həllinə nail olmuşdur. Sonrakı proseslərdə milli mücadilə yolunda tək qalan yazıçı bunun bədəlini işdən çıxması və "millətçilik" damğası ilə töhmətləndirilməklə ödəyir, lakin həyat da onun mücadiləsinin doğruluğunu sübut etdi və müstəqillik uğrunda mübarizəyə təkan verdi.

Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mücadiləsi bütöv bir xalqın ruhunu yenilədi, dirçəltdi, onu psixoloji cəhətdən yeni mərhələyə hazırladı. Ana dili ideyası artıq cəmiyyətə elə sirayət etmişdi ki, onu xalqın yaddaşından silmək, təmizləmək mümkün deyildi; necə deyərlər, artıq təkan öz işini görmüş, milli ruh beyinlərə, ürəklərə işləmişdi. Azərbaycanın bir əsrdəki ikinci müstəqilliyi Mirzə İbrahimovun ömrünün qürub çağına (lakin bu dövrdə də onun möhtəşəm fəaliyyətini yada salmaq lazımdır!) düşdü, yeni gələn nəsillərin 80-ci illərin əvvəllərindən yazıçının yaradıcılığına və şəxsiyyətinə yersiz, qərəzli və əsaslandırılmamış hücumları, sistemin bütün qüsurlarını ona aid etmələrindən irəli gəlirdi... Artıq ömrünü başa vurmuş sovet sisteminin adamı kimi qələmə verənlər, ünvanına layiq olmadığı "tənqidlər" söyləyənlər də oldu. Lakin bütün bunlar onun xidmətlərinə zərrəcə adekvat deyildi. Azadlıq havasında olan yeni nəsil özü də bilmirdi ki, müstəqilliyin əldə edilməsində, dilinin, varlığının, milli ruhunun qorunub saxlanılmasında, bədii düşüncədə yaşadılmasında Mirzə İbrahimovun xalq yaşadıqca həmişəyaşayacaq misilsiz xidmətləri olmuşdur.
 
Ardını oxu...
Xalq artisti Faiq Ağayev sosial şəbəkələrlə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə” layihəsində danışıb.
O bildirib ki, feysbuk onun üçün ən yaxşı platformadır:

"Mənə görə ən yaxşısı feysbukdur. Orada həm fikir bildirmək olur, həm də müzakirə etmək. İnstaqram Qobustan kimidir. Orada ancaq divar şəkilləridir. Mənim sənətim üçündür, Tiktok da həmçinin. Lakin seçəsi olsam, feysbuku seçərdim. Orada elə qəşəng statuslar olur. Bəzən daxilən sənlə razılaşmıram, başa düşürəm ki, bu məsələdə düz edirsən. O dəfə biri yazıb ki, "Efirdə biabırçılıq”. Mənə də maraqlı gəldi. Girdim baxdım ki, biri o birinin zarafatla bir az tükündən kəsir. Yazdım ki, burada biabırçılıq nə var? Yəqin başa düşdü ki, qatıq tutmadı. Xəbəri tez sildi. Ya da hansısa xanım həmkarım haqqında yazırlar ki, elə biabırçı paltar geyindi ki... Baxırsan ki, öz xanımı və qızı qat-qat betərini geyinir, amma başqasına dərs verir. Belə zülm olar? Bilirsiniz, niyə edir? Özündən fikri yayındırır ki, o tərəfə bax, nə baş verir... Ümumiyyətlə, kütləvi aldatmağın səbəbini anlamıram. Ya sevgisizlikdir... Dünyada yaşayan 8 milyardın 4 milyardı sosial şəbəkələrdədir. Misal üçün deyirəm... Bu qədərmi vacibdir, hamı artist olsun, fotosessiya paylaşsın? Sənin uşağın arxa planda özünü öldürür ki, yemək ver, sən video çəkirsən ki, yeməyin tərifini verirəm... Özü də elə zəhləm gedir, dilini bilmir, başqa sözdən istifadə edir. Sən birinci uşağını yedizdir, sonra tərif ver. İdmana da gəlirlər, video çəkirlər, çıxırlar. Baxırsan ki, heç idman etmədi. Bu, sevgisizlikdən irəli gəlir, tərif istəyirlər ki, insanlar onlarını tərifləsinlər. Özləri özlərinə inanmırlar, onlara kənardan kiminsə tərifləməsi vacibdir. Ondan da böyük fəlakət yoxdur, bu, asılılıqdır. Mənə bunları demək asandır, çünki mən sosial şəbəkələr olmayanda da yaşamışam. Canlı ünsiyyət yoxdur. İnsanlar bir-biriləri ilə danışmağı yaddan çıxarıblar.

Mərhum insanı paylaşmağın dini tərəfdən əleyhinə deyiləm. Çünki onun üçün nə qədər rəhmət səslənsə, Allah onun günahlarını bağışlayar. Amma ölü insanla şəkil çəkdirənlər də olub. Bu insanı dəlixadan necə buraxıblar ki, get ölmüş nənənlə şəkil çəkdir, geri qayıdarsan. Mən şokdayam. Belələri üçün adətən deyirlər ki, heyvanına şükür, pərvərdigarə. Yaxşı ki, mən sənətdəyəm. Bizim sənətdə yalanlar, doğrular bir-birinə qarışdığı üçün... Amma hansısa bir Pakizə xala belə hərəkət edəndə adam şok olur. Mən indiyə qədər bir dənə də canlı yayım açmamışam. Ehtiyac yoxdur, mən efirlərim, belə söhbətlərim var, bəs edir. Deyək ki, filankəs Pərvizlə danışmır, konsertə çıxmır, Zəfər Günündə Şuşada çıxış etmir, bəlkə ona diqqət lazımdır? Amma anlamıram, bu adam başa düşmür ki, yeri səhv düşüb?".
 
Ardını oxu...
 
 

 

 

SSRİ Xalq artisti Sofiya Rotaru iki ildən artıqdır ki, ictimaiyyət qarşısına çıxmır.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir müğənnilik fəaliyyətini dayandıran və tənha, hamıdan uzaq həyat yaşayan 77 yaşlı ifaçının İtaliyaya köçməsi, orada villa alması barədə şayiələr yayılıb.

 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.

İndi müğənni gözlənilmədən Kiyevdə görüntülənib. Rotaru sosial şəbəkələrdə ərinin məzarını ziyarət etməyə gəldiyini elan edərək özünü xatırlatmaq qərarına gəlib.

Onun musiqiçi həyat yoldaşı Anatoli Evdokimov 2002-ci ildə vəfat edib. Rotarunun həyat yoldaşı Kiyevdə dəfn edilib. O vaxtdan bəri sənətçi hər il onun ölüm günündə qəbiristanlığa yollanır.

O, səhifəsində yerləşdirdiyi fotoya “Yeganə” şərhini yazıb.

Qeyd edək ki, ailə dostları Rotarunun Ukraynanı oğlu Ruslan Evdokimov və nəvəsi Anatoli ilə baş verən yüksək qalmaqala görə tərk etdiyini söyləyib. 2022-ci ilin martında müğənninin oğlu və nəvəsi səfərbərliyin qızğın vaxtında ölkəni tərk etmək istəyərkən Ukrayna-Moldova sərhədində saxlanılıb. Ruslan və Anatoli Moldovaya keçmək üçün qayıqla Mogilev-Podolskidə Ukrayna sərhədini qanunsuz keçməyə cəhd ediblər. İndi oğlu, Rotaru vəgəlini Svetlana İtaliyada yaşayır. Müğənninin nəvəsi Anatoli ABŞ-yə köçüb. Müğənninin nəvəsi Sofiya da orada məskunlaşıb.

Ardını oxu...

Dünyapress TV

Xəbər lenti