![]() |
![]() ![]() ![]() |
|
Beynəlxalq Muğam Mərkəzində Türk Ağsaqqallar İctimai Birliyinin (TAİB) Mədəniyyət Komitəsinin sədri, görkəmli sənətkar Aybeniz Haşımova və Sənət Akademiyasının tələbələrinin konserti keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr edilən konserti Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət edib.
Bədii rəhbər və dirijor Azərbaycan və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçən gecə yüksək səviyyədə, tamaşaçıların alqış sədaları altında səhnəyə çıxan uşaq və yeniyetmələrin heyranedici ifaları yaddaqalan olub. Sənət Akademiyasının tələbələri böyük sənətkar Aybəniz Haşımovadan əxz etdikləri sənətin incəliklərini yüksək səviyyədə təqdim ediblər, bir çox hallarda tamaşaçıları təəccübləndirməyi bacarıblar. Əməkdar artist Aybəniz Haşımovanın ecazkar ifaları, tələbələri ilə səhnəni paylaşması, korifey sənətkarların, bəstəkarların əsərlərini təqdim etməsi, “Azərbaycan” mahnısını onu ayaq üstə alqışlayan tamaşaçılarla birgə ifa etməsi yaddaqalan olub. Retro mahnıları yüksək səviyyədə ifa edən, hətta aktyorluq məharətləri ilə də heyrətləndirən tələbələr Azərbaycanın ifaçılıq sənətinə yeni səslərin gəldiyinə, səhnəmizin yeni rəşidlərinin, şövkətlərinin doğulduğuna inam yaradır.
Musavat.com-un əməkdaşı bildirir ki, konsert gecəsində iştirak edən tamaşaçılar arasında Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov da olub. Gecədə aparıcılığı da öz üzərinə götürərək, məclisi yüksək səviyyədə idarə edən Əməkdar artist bir neçə dəfə tarixə ekskurs edərək onun səsini mərhum prezident Heydər Əliyevin, həmçinin Həsən Həsənovun şəxsən dinlədiklərini, bəyəndiklərini və bu hadisələrin onun sənət aləmində mühüm rol oynadığını söyləyib. Konsertdən sonra Aybəniz xanımla Həsən Həsənovun, onları əhatəyə almış insanıarın əhatəsində səmimi söhbəti, sənətkarın diplomata minnətdarlığını bir daha dilə gətirməsi ilə bağlı kadrları təqdim edirik:
ELŞAD,
Musavat.com
Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir.
Musavat.com xəbər verir ki, səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Oktyabrın 14-də Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib.
Görüşdə Budapeşt sirkinin direktoru, Budapeşt Beynəlxalq Sirk Festivalının rəhbəri, Şərqi Avropa Sirk Assosiasiyasının prezidenti, Macarıstanın keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan sirkinin (Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkının baş direktoru Lyudmila Kuznetsova və digər qonaqlar iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizdə sirk sənətinin zəngin ənənələri olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda da yaxşı tanınır.
Söhbət zamanı sirk rəhbərləri öz təcrübələrini bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın quruması və qarşılıqlı birgə layihələrin icrası müzakirə olunub. Eyni zamanda təmir dövründə yüngül konstruksiya tipli sirkin, şapitonun qurulması ilə bağlı müzakirə aparılıb, bu mənada, Macarıstan sirkinin təcrübəsi diqqət mərkəzinə çəkilib.
Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.