Ardını oxu...

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.

"DogruXeber.az" xəbər verir ki, paylaşımda deyilir:

“Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”

Ardını oxu...

 

 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.

"DogruXeber.az" xəbər verir ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm”.

 
Ardını oxu...
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Ardını oxu...
Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"DogruXeber.az" xəbər verir ki, təbrikdə deyilir:

"Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.

Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"
Ardını oxu...
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də (AzTV) yoxlamalar başlayıb. Tribunainfo.az Konkret.az-a istinadən xəbər verir ki, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.

"DogruXeber.az" bildirir ki, bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünlanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.

Ancaq dəfələrlə zəng etməyimizə baxmayaraq nə telefonlara, nə də yazılı sorğumuza cavab verən oldu.

Ancaq əldə etdiyimiz məlumata görə, yoxlamalar Hesablama Palatası, yaxud Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

P.S. Qeyd edək ki, bundan əvvəl də televiziyada ciddi yoxlamalar aparılıb. Müəyyən edilən mühüm nöqsanlara baxmayaraq, AzTV rəhbərliyi haqqında heç bir ölçü götürülməyib.
Ardını oxu...
İmam Şamilin mübarizə, əsirlik və hicrət hekayəti

Heç olmasa bir dəfə Dağıstana və ya Çeçenistana getmisinizsə, bələdçilərdən bu adam haqqında, yəqin, eşitmisiniz. Qafqaz müharibəsi dövründə Şamil adı ön planda idi —Qafqazın Rusiyadan müstəqil qalması uğrunda onillərlə mübarizə aparan lider məhz o idi. Onun şəxsiyyəti tarixçilər arasında birmənalı qarşılanmasa da, bu insan haqqında danışmağa dəyər.

Şamil 1834-cü ildə əvvəlki imam — Həmzət bəyin öldürülməsindən sonra imam elan olundu.

Onun şəxsiyyətini mübahisəli edən təəccüblü bir fakt var: ömrü boyu Qafqazın müstəqilliyi uğrunda vuruşan Şamil 1866-cı il sentyabrın 6-da Rusiya imperiyasına sədaqət andı içdi. 1869-cu ildə isə o, ümumiyyətlə, irsi zadəgan tituluna layiq görüldü. Bunun necə baş verdiyini anlamaq üçün Qafqaz müharibəsinin tarixini qısa da olsa xatırlamağı təklif edirik.

Qafqaz müharibəsinin tarixinə qısa ekskurs

Qafqaz müharibəsi 1817-ci ildə kifayət qədər aydın səbəbdən başladı: Rusiya imperiyası Qafqaz torpaqlarında möhkəmlənmək istəyirdi, məğrur dağlılar isə öz müstəqilliklərini qorumağa çalışırdılar. Rusiya üçün əsas hədəflər Dağıstan, Çeçenistan və Abxaziya idi — bu ərazilər vasitəsilə imperiya artıq tərkibinə qatdığı Cənubi Qafqaz torpaqları ilə əlaqəni təmin edirdi.

Müharibənin başlamasından bir il əvvəl Qafqazda baş komandan təyin edilən general Yermolov Çeçenistan və Dağıstan bölgələrinə qarşı ardıcıl və fəal hücuma başladı. Proses qalaların tikintisi və təhlükəsiz yolların salınması ilə müşayiət olunurdu. Lakin yerli əhalinin yaşadığı müstəqil aulların planlı şəkildə məhv edilməsi problemi həll etmədi, əksinə, vəziyyəti daha da gərginləşdirdi.

Beləliklə, XIX əsrin 20-ci illərində Qafqaz xalqları arasında islam ideyalarına və liderlərə tam itaət prinsiplərinə əsaslanan xüsusi bir ideologiya formalaşmağa başladı. Nəticədə Dağıstan və Çeçenistan ərazisində hərbi-teokratik dövlət qurumu – imamət yarandı. Birinci imam dağlıları öz müstəqilliklərini qorumağa çağıran Məhəmməd oldu. Onun ölümündən sonra imamlığı Həmzət bəy qəbul etdi.

Zaman keçdikcə Rusiya imperiyası alışmadığı bir müharibənin içinə sürükləndi. Bu müharibədə yalnız hərbi strategiya deyil, həm də yerli əhalinin xarakteri və müstəqillikdən imtina etməmək kimi kütləvi arzusu həlledici rol oynayırdı.

Həmzət bəyin 1834-cü ildə ölümündən sonra imam vəzifəsini Şamil qəbul etdi. Onun rəhbərliyi altında keçən illər dağlılar üçün Qafqaz müharibəsinin ən uğurlu dövrü oldu. Şamil yalnız Şimali Dağıstanda silahlı mübarizəni davam etdirmədi, həm də imamətin sərhədlərini genişləndirməyə cəhd edərək, Osetiya və Kabardaya da daxil oldu.

Ardını oxu...
İmam Şamil kim idi və necə simvola çevrildi?

Gələcək lider Şamil təxminən 1797-ci ildə Avar kəndi olan Gimridə anadan olub. Uşaqlığında tez-tez xəstələnirdi, lakin yaşa dolduqca sağlamlığı bərpa olundu və möhkəmləndi. Doğulanda ona Əli adı verilsə də, bir müddət sonra Şamil adlandırıldı.

1828-ci ildə imam elan edilən Qazi Məhəmmədlə Şamil hələ uşaqlıqdan dostlaşmışdı. Gənclər sıx əlaqə saxlamaqda davam edirdilər, Şamil də dostu ilə birlikdə silahlı mübarizəyə qoşulmuşdu. 1832-ci ildə Gimri kəndində baş verən döyüş zamanı Qazi Məhəmməd həlak oldu, lakin Şamil xilas ola bildi. Ardınca imam vəzifəsini Həmzət bəy icra etməyə başladı, lakin o da bu vəzifədə uzun müddət qala bilmədi. Nəhayət, 1834-cü ildə Şamil imam seçildi və məhz bu zaman özünün qeyri-adi liderlik bacarıqlarını tam şəkildə tətbiq etməyi başladı.

Şamil dağlıları Rusiya imperiyasına qarşı mübarizədə birləşdirməyə və eyni zamanda onların itaətini təmin edərək öz nüfuzunu bərqərar etməyə nail oldu. 1837-ci ilə qədər Qafqaz ordusu öz mövqelərini az-çox saxlaya bilirdi. Lakin Rusiya imperiyasının hərbi üstünlüyünü anlayan imam Şamil atəşkəsə razılıq verdi.

Amma sakitlik qısa sürdü — cəmi bir il sonra Şamil rus ordusuna qarşı yenidən mübarizəyə başladı və həm də bu dəfə olduqca uğurla. Rusiya imperiyasının əsgərləri say üstünlüyünə baxmayaraq, bir neçə dəfə məğlubiyyətə uğradılar. Nəticədə, Şamil şimali-şərqi Qafqazın böyük bir hissəsini geri aldı və rus hərbçilərinə qarşı “sakit savaş” aparmağa başladı — onların qalalarını vaxtaşırı narahat edirdi.

Şamilin rəhbərliyi altında müharibənin ən uğurlu dövrü 1843–1847-ci illər oldu. Bu dövr ərzində ona Dağıstan və Çeçenistanın demək olar ki, bütün dağlılarını birləşdirmək və ideologiyası şəriət prinsiplərinə əsaslanan müstəqil dövlət qurmağa başlamaq müyəssər oldu. Onun rəhbərliyi ilə yeni dövlətdə həm məişət, həm də hərbi məsələləri əhatə edən ictimai qaydalar toplusu — özünəməxsus bir “konstitusiya” qəbul edildi. Bununla belə, Şamil ənənəvi icmaya toxunmadı və nəticədə bu icma yeni dövlətin sosial dayağına çevrildi. Bəzi aullarda yeni qanunlar toplusuna qarşı narazılıq olsa da, ümumilikdə Şamilin dövlət quruculuğu sahəsindəki fəaliyyəti xeyli uğurla gedirdi.

İmam 25 il ərzində Rusiya imperiyasına qarşı müqavimət göstərməyi və öz dövlətində hakimiyyətini saxlamağı bacardı.

Lakin 1850-ci illərin əvvəllərində Şamilin hərbi qüvvələri zəifləməyə başladı, imamın özünə qarşı isə narazı çeçenlər üsyan qaldırlar: onlar Şamilin yaratdığı qaydalarla yaşamaq istəmirdilər.

Əsirlik həyatı

İmperator Nikolayın vəfatından sonra taxta II Aleksandr çıxdı və Qafqaz canişini vəzifəsinə knyaz Baryatinski təyin olundu. Yeni rəhbərin gəlişi ilə Şamil daha çox məğlubiyyətlərə uğradı və nəticədə Günib dağına çəkildi.

Baryatinski Şamillə danışıqlar aparmaq və qan tökülməsinin qarşısını almaq istəsə də, imam təslim olmağı rədd edir və düşməni mübarizəni davam etdirməyə çağırırdı. Bir dəfə də imtina cavabı alan Baryatinski, nəhayət, Şamil və döyüşçülərinin olduğu dağlara hücum əmri verdi.


Şamil kənddə qalan qadın və uşaqları təhlükə altında qoymamaq üçün düşməyi qərara aldı. O, tezliklə edam olunacağına əmin idi. Lakin imam və tərəfdarlarının təəccübünə rəğmən, Şamil öldürülmədi, Kaluqaya göndərildi, orada ona və ailəsinə məscidi olan ev və illik 15 min rubl məvacib verildi.

Bir neçə ildən sonra, 26 avqust 1866-cı ildə Şamil çara sədaqət andı verdi, daha üç il sonra isə zadəgan statusu aldı. 1869-cu ildə Şamil ailəsi ilə birlikdə Mədinəyə köçdü, 1871-ci ildə orada xəstələnib vəfat etdi.

Hazırladı: Yadigar Sadıqlı
mənbə:burda
 
Ardını oxu...
“Bu həyəti heç vaxt satmaram. Milyon versələr də satmaram. Sözün düzü heç istəməyiblər də. Bura bizim nəslimizdən qalan ev və həyətdir. Evə, həyətə bir o qədər də əl gəzdirməmişik ki, nəyisə dəyişə bilərik. İstəmişik ki, tarix olduğu kimi qalsın. İndi gələcəkdə kimə qismət olarsa, o restovrasiya edər. Evin içini təmir etmişik. Çünki film əsasən balkonda və həyətdə çəkilib. Ev qızlarımındır. Onlara vermişəm. Onlar da deyirlər ki, heç vaxt satmarıq. Yadigar qalıb da”

Bunu Moderator.az-a açıqlamasında “Yuxu” filminin çəkildiyi həyətin sahibi Zülayə Əhədova deyib. O daha sonra əlavə edib:

“Ev hamıya maraqlı gəlir. Yoldan keçənə, qohum-qonşuya. Hətta o gün bir uşaq mənim üçün su gətirir, deyir ki, eşitmişik bu evdə “Yuxu” filmi çəkilib. Görürəm ki, maraqlı gəlir. Mən bu evdə yaşayıram. Çoxu deyir ki, yerli turistlər gəlsin, baş çəksinlər. Mən belə şeyləri sevmirəm. Heç uşaqlarım da razı olmaz. O vaxt yoldaşım sağ idi, çəkilişə o razılıq vermişdi. Düzdür, yaxşı ki, film çəkildi və tarixə düşdü. Hətta filmdə çəkilməyə mənə də dəvət etmişdilər, çəkilmədim. Sonra qonşu qadınlar çəkildi. Hansı ki, Nəsibə xanım ağlayır, orada yanında olan qadınlar qonşularımızdır. Həyətə görə o avxt 10 şirvan pul vermişdilər. Onu da aparıb qoyduq “Vahid bank”-a, bank da bağlandı” deyə o bildirib.

Zülayə xanım bildirib ki, filmin çəkilişlərindən sonra baş qəhrəmanlar bir dəfə də olsun bura gəlməyiblər:

“Filmin çəkilişlərində iştirak edənlərdən əksəriyyəti dünyasını dəyişib. Cahangir Novruzov o vaxt gəlmişdi. Bəhram Bağırzadə, Əliabbas rolunu oynayan İlham Qasımov, Bahar rolunu canlandıran Ayan Mirqasımova bir dəfə də olsun bu həyətə gəlməyiblər. Elə filmin çəkilişlərindən çıxanlardır. Əlbəttə ki, istərdim gəlib getsinlər” deyə ev sahibi bildirib.
Ardını oxu...
 
Ardını oxu...
 

İyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.

Milli.Az xəbər verir ki, konsertin ardınca təşkil olunan ziyafətdə rəsmilər və sənətkarlar birgə rəqs edib.

Stilist Elnur Həsənovun paylaşdığı kadrlarda Mədəniyyət naziri Adil Kərimlinim rəqsi xüsusilə diqqət çəkib.

 
 
 
Ardını oxu...
İsmayıllının Lahıc kəndində “Diz Əli” adlanan ərazidə və Fit qalasının yaxınlığında sirli partlayış səsləri eşidildiyi iddia edilib.

Bu hadisə bölgədə yaşayanların diqqətini çəkib. Dediklərinə görə, ərazidə gizli qazıntı aparılıb.

“Ayın 7-də Niyalda dörd partlayış oldu. Məlumata görə, guya Cavanşirin xəzinəsi qalıb, onu axtarırlar. Daha 2 partlayış da baş verdi. Gedib gördüm ki, hər yeri dağıdıblar. Bizim abidəni dağıtmağa heç kimin haqqı yoxdur”, – hadisə şahidi söyləyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsindən Mücü kəndi istiqamətində 5-6 kilometr məsafədə dağlıq relyefdə yerləşən Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Müraciətinizə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.

Qeyd olunan qanun pozuntusu barədə Dövlət Xidmətinə məlumat daxil olmuş və dərhal məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət olunub. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq aparılır. İstintaq işləri başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Kulis.az Turan Cavidin atası Hüseyn Cavid haqqında xatirələrini təqdim edir.

Bəllidir ki, Hüseyn Cavid ədəbi yaradıcılığa şeirlə başlamışdır. Dramaturgiya janrına

isə 1910-cu ildə müraciət edərək ilk birpərdəli "Ana" pyesini yazmışdır.
Onun 1910-1937-ci illər arasında yazmış olduğu pyeslərinin sayı 20-dən çoxdur. "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz”, "Səyavuş", "Xəyyam", "İblisin intiqamı", "Telli saz", "Şəhla", "İblisin ilhamı", "Atilla", "Koroğlu” kino ssenarisi və başqa əsərlərini göstərmək olar.

Təəssüflə qeyd etməliyik ki, son 4 pyes, ssenari və adları bizə bəlli olmayan daha başqa əsərlər əlimizdə deyildir.

1920-ci ildən yazmağa başladığı "Azər" dramatik poeması üzərindəki işini 1937-ci ilə qədər davam etdirmiş, lakin tamamlaya bilməmişdir.

Hazırda əlimizdə olan 13 dram əsərindən 11-i müxtəlif vaxtlarda səhnədə tamaşaya qoyulmuşdur.

Məlum hadisələrlə əlaqədar olaraq atamın arxivi mühafizə edilməmişdir. Lakin əlyazmalarından "Şeyx Sənan", "Şeyda", "Knyaz" və "Səyavuş” pyeslərinin, eləcə də "Azər" poemasından bir sıra parçaların ilk variantları müəyyən xoş təsadüf nəticəsində bizdə qalmışdır.

Atam Firdovsinin anadan olmasının min illiyinə həsr etdiyi "Səyavuş” pyesi üzərində 1932-ci ildən işləməyə başlamışdır. Bir ümumi dəftərin sol səhifələrində pyesin nəsrlə yazılmış variantı işlənmişdir. Sağ səhifələrində isə faciənin nəzmlə yazılmış variantına rast gəlirik. Pyesin ilk variantının adı "Südabə” olmuşdur.

"Azər" dramatik poemasından bizim əlimizdə bir ümumi və bir neçə şagird dəftəri vardır.

Poemanın bəzi parçaları, misal üçün “Azər düşünürkǝn”, "Məsciddə", "Əsgərlər təlim edərkən", "Şərqə doğru", "Yaşamaq və yaşatmaq" və başqaları bu əlyazmasından istifadə edilərək 1958-ci ildə "Seçilmiş əsərlər”də ilk dəfə nəşr olunmuşdur.

1935-ci ildə tamamlanmış "Xəyyam" pyesi Azərbaycan SSR-nin on beş illiyi münasibətilə elan olunmuş müsabiqədə mükafata layiq görülmüşdü. Pyesin avtoqrafı olmasa da, vaxtilə başqası tərəfindən üzü köçürülmüş əlyazması 1957-ci ildə bu sətirlərin müəllifinə əsəri Yerevan şəhərindən tapıb gətirmək nəsib oldu. Atam, vaxtilə "Xəyyam" pyesinin Yerevanda yaşayan dostlarından birinə göndəribmiş.

Atam həmişə yanında cib dəftəri saxlayardı. Ora hər cür qeydlər edərdi. Zaman və məkandan asılı olmayaraq onu düşündürən obrazların monoloqunu, müxtəlif dialoqları həmin dəftərçəyə yazardı. Əlimizdə olan bir neçə cib dəftərində "Knyaz", "Səyavuş", "Xəyyam" və başqa pyeslərdən, “Azər" poemasından və digər əsərlərdən monoloq və dialoqlara, başqa-başqa şeir parçalarına və bir sıra qeydlərə rast gəlmək olar.

Atam bir dramaturq kimi səhnə əsərlərinin tamaşa taleyi ilə çox maraqlanar və onların səhnədəki təcəssümündə yaxından iştirak edərdi. O, əsərlərinin quruluşunda iştirak edən yaradıcı heyətlə: rejissor, aktyor, rəssam, bəstəkar və başqaları ilə çox tez-tez söhbət edər, onlara məsləhətlər verərdi. Tamaşanın hazırlandığı ilk gündən ta ilk tamaşa gününə qədər məşqlərə müntəzəm gedərdi. Sonralar da vaxtı olduqca pyesin növbəti tamaşasına gedib baxar, aktyorların oyununu izlərdi. Tamaşa zamanı hər hansı bir aktyorun mətni özbaşına dəyişməsinə, özündən söz artırmasına qəti etiraz edərdi. Belə halları heç xoşlamazdı.

İncəsənət xadimləri arasında da onun çoxlu dostları var idi. A.M.Şərifzadə, R.Təhmasib. İ.Hidayatzadə, Kazım Ziya, H.Sarabski, M.H.Atamalıbəyov, Ülvi Rəcəb, Mərziyə xanım M.A.Əliyev, Sidqi Ruhulla, A.Tuqanov və başqaları ilə görüşləri zamanı teatra, ədəbiyyata və incəsənətə aid məsələlər haqqında uzun-uzadı söhbətlər edərdi.

Teatr sənətini çox sevdiyi üçündür ki, o uzun müddət məhz teatr texnikumunda Azərbaycan ədəbiyyatından dərs demişdir.

Yadımdadır... Atamın yaxın dostları bizə qonaq gələrkən o ya saatlarla oturub onlara qulaq asar, dərin xəyala dalardı, bəzən isə öz adətinin əksinə, müəyyən bir hadisə ilə əlaqədar olaraq çox alovlu, ehtiraslı, uzun-uzadı danışardı. Belə hallar, xüsusilə Azərbaycan xalqının tarixindən, ədəbiyyat və sənət məsələlərindən danışarkən olardı.

Atamı yaxşı xatırlayıram. Onun bəzi xasiyyətləri, hərəkətləri, rəftarı aradan uzun illər keçməsinə baxmayaraq, indi də mənim xatirimdədir. O, ailədə çox həssas, qayğıkeş, mülayim, xoşrəftar idi. İşlədiyi zaman sakitliyi sevərdi. Ona görə də yeni əsər üzərində adətən gecələr və səhər tezdən işləyərdi. O, təxminən gecə saat üçə qədər işlədikdən sonra bir qədər yatar, dan ağarmamış oyanıb səhər saat 7-ə qədər işləyərdi. Buna görə də qardaşımı və məni məktəbə o, yola salardı. Biz oyanarkən, artıq çayımız, yeməyimiz hazır olardı. Anamın səhər tezdən oyanıb bizi yola salmasına heç razı olmazdı.

O, bizim dərslərimizlə də maraqlanar, dərslərimizin hazırlanmasına, bədii əsərlərin mütaliəsinə nəzarət edərdi. Maraqlandığımız məsələlər barəsində, xüsusən ədəbiyyat və incəsənətə aid suallara o həmişə çox geniş və ətraflı məlumat verərdi. O bunu çox səbirlə, təmkinlə və böyük həvəslə edərdi.

Atam gündüzlər ya gecə yazdıqları hissələrin üzərində yenidən işləyər, ya da yazdıqlarının üzünü köçürməklə məşğul olardı. Gündüzlər və ya axşamçağı o işləyərkən evdəkilər çox sakit hərəkət edər, yavaş səslə danışar, ona mane olmamağa çalışardılar. Atamın əsərləri, xüsusilə pyesləri üzərindəki işi çox maraqlı idi. O işlədiyi zaman ətrafındakıları hiss etməzdi. Bəzən uzun müddət sakit vəziyyətdə yazı masası arxasından durmadan çalışardı. Bəzən isə otaqda var-gəl edə-edə bir obrazın sözünü və ya monoloqunu, müəyyən bir dialoqu və ya yazdığı şeirin bir bəndini ucadan deyərdi, həm də müxtəlif surətlərin sözlərini onların xarakterinə müvafiq şəkildə söylərdi. Görünür, yazdıqlarının yaratdığı qəhrəmanların dilində necə səslənəcəyi də onu maraqlandırırdı. Sonra yenə susar, yazı masasının arxasına keçərək düşüncəyə dalar və yenidən yazardı...

Atam hələ gənclik illərində çox mütaliə etdiyinə görə gözlərini həddindən artıq yormuş, zəiflətmişdi. Həkimlərin məsləhətilə o nisbətən az oxumalı, gözlərini qorumalı, özünü çox yormamalı idi. Mütaliəsiz isə keçinmək mümkün deyildi. Ona görə də ailə üzvləri: anam, qardaşım və mən ərəb əlifbasını da bildiyimiz üçün bacardığımız köməyi edə bilirdik. Bizə ǝrǝb əlifbasını müxtəlif vaxtlarda onun özü öyrətmişdi. Əvvəlcə, yeni evləndikləri zaman anama dərs demiş, sonralar qardaşıma öyrətmişdi. Mənə isə, 4-cü sinifdə oxuduğum zaman öyrətdi. Bu əlifbanı bilməyim, atamın əlyazmalarından, eləcə də çox əvvəllərdə nəşr edilmiş əsərlərindən, həm də müxtəlif ədəbiyyatdan və dövri mətbuatdan istifadə etməyə imkan verir. Əlifbanı öyrəndiyim vaxtdan keçən illər ərzində, hər dəfə bu əlifba ilə nəşr olunmuş ədəbiyyatdan, sənədlərdən, əlyazmalarından və s. istifadə etdikdə, atamı böyük minnətdarlıqla yad edirəm".

Evdə kimin hansı saatda vaxtı olurdusa onun üçün oxuyurdu. Bəzən bu işi anam daha çox görməli olurdu. Mən atamın "Koroğlu" kino ssenarisi üzərindəki işini yaxşı xatırlayıram. Yeddinci sinifdə oxuyurdum. Bu onun üzərində işlədiyi son əsər- lərindən idi. Bununla əlaqədar olaraq istifadə etdiyi ədəbiyyatın, kitabların böyük əksəriyyətini mən oxuyurdum. Bu, sadəcə, oxu çərçivəsində qalmırdı. Yeri gəldikcə çox maraqlı, ətraflı izahlar verir, təhlil edirdi.

Əsərlərinin üzünü köçürməkdə də kömək edirdik. İndi onun əlimizdə olan son pyesi "İblisin intiqamı" əsərinin üzünü anam köçürmüşdü. Bəzi səhifələrdə pyesə etdiyi əlavələri, dəyişikliyi görmək mümkündür.

Atam yazdıqları haqqında, planları, düşüncələri haqqında müntəzəm olaraq anamla söhbət edərdi. İndiki kimi xatırlayıram... Anam kresloda oturar, atam da bütün söhbəti müddətində otaqda gəzişərək bəzən sakit, təmkinlə, bəzən isə çox ehtirasla, həyəcanla danışardı. Belə hallarda nə anam yerindən qalxar, nə də biz söhbətlərinə mane olardıq. Belə vəziyyət çox vaxt bir saatdan da artıq çəkərdi. Biz belə halların çox tez-tez şahidi olurduq.

Kitablarımın içərisində mənə çox əziz olan bir kitab var. Atamın mənə hədiyyə verdiyi "Səyavuş" pyesi! O günü yaxşı xatırlayıram... Atam yenicə çapdan çıxmış "Səyavuş” pyesindən bir neçə nüsxə almış, kitablardan qohumlara, dostlara, tanışlara hədiyyə vermək üçün onları yazmaqla məşğul idi. Mən də yazı masasının yanında dayanıb yazılanları bir tərəfə qoyur növbəti kitabın yazılmasına baxırdım. Hələ hamısının yazılıb qurtarmasını gözləmədən bir uşaq sadəlövhlüyü və marağı ilə: "Bəs mənim kitabım hanı?" sualı ilə müraciət etdim. Əvvəlcə gülümsündü. Sonra adəti üzrə alnımdan öpdü. Böyük məhəbbət və səmimiy- yətlə, çox sakit və mülayim səslə: "Bütün kitablarım sənin deyil- mi?" cavabını verdi. Şubhəsiz ki, növbəti kitablardan birini qar- daşıma, birini də mənə hədiyyə verdi. Qardaşıma verdiyi kitabda "Sevgili Ərtoğrola bir yadigar. Bakı, dekabr, 1934", mənim kitabımda isə "Sevgili Turanıma bir yadigar. Bakı, dekabr, 1934" sözləri yazılmışdı... Hər iki kitab çox səliqə ilə saxlanmışdır.

Teatr sənətinə maraq məndə çox kiçik yaşlarından oyanmışdı. Hələ orta məktəbdə oxuyarkən bizi məktəbdən müntəzəm olaraq Gənc Tamaşaçılar Teatrına aparardılar. Eyni zamanda ailǝ üzvlərilə birlikdə Azərbaycan Dövlət Dram teatrının tamaşalarına da baxmağa gedirdim. Atam bir qayda olaraq baxdığımız tama- şaların bizə - qardaşıma və mənə necə təsir etdiyi ilə və necə başa düşməyimizlə maraqlanar və müxtəlif suallar verərdi. Ərtoğrol məndən bir neçə yaş böyük olduğuna görə və yaxşı hazırlığına görə onun cavabları daha doğru və əsaslı olurdu. Bizi dinlədikdən sonra özü gördüyümüz tamaşanı təhlil və izah etməyə başlar, çox maraqlı fikirlər, mülahizələr söylərdi. Onun teatr sənəti haqqında dediklərini indi xatırlaya bilmədiyim üçün çox-çox təəssüflər edirəm.

Lap kiçik yaşlarımdan müntəzəm olaraq baxdığım tamaşalar və evdə onların ətrafında gedən danışıqlar, atamın bizə qonaq gələn sənət dostları ilə görüşləri zamanı etdiyi söhbətlər məndə teatr sənətinə maraq və məhəbbət oyatmış, sonralar bu məhəbbət daha da dərinləşmiş, nəhayət, teatrşünas ixtisasını seçməyimə səbəb olmuşdur. Bunun üçün isə mən yalnız və yalnız atama minnətdaram.

1981
 

Dünyapress TV

Xəbər lenti