Ardını oxu...
Rusiyanın “Azimuth Airlines” hava yolu şirkəti Gürcüstan və Rusiya arasında birbaşa uçuşlara başlayır.

Məlumatı Gürcüstanın Mülki Aviasiya Agentliyi yayıb.

Qurumun məlumatında bildirilib ki, sözügedən aviaşirkət Avropa İttifaqının sanksiyalar siyahısında deyil və bu gün ona birbaşa uçuşlara başlaması üçün zəruri icazə verilib.

Məlumatda qeyd olunub ki, aviaşirkət bu il mayın 17-dən etibarən Moskva-Tbilisi-Moskva istiqamətində həftədə 7 reys həyata keçirəcək.
 
Ardını oxu...
DİA.AZ: - Medianın İnkişafı Agentliyi özünün müstəqil mətbuata təzyiqləri ilə yox, həm də gizli maliyyə işləri də diqqətləri cəlb etməkədərir. DİA.AZ bildirir ki, artıq bir neçə dəfə Əhməd İsmayılovun başında durduğu bu qurumun təkcə tender məsələsində etdiyi qanunsuzluqlarla bağlı yerli KİV-də faktlar açıqlanıb, amma öz rıçaqları hesabına Əhməd müəllim həmin məlumatların bir qədər kölgəyə çəkilməsinə, gündəmdən çıxarılmasına nail ola bilsə də, bu heç də problemli durumu inkar etmir.

Zəruri QEYD: Əgər Medianın İnkişafı Agentliyinin hörmətli nümayəndələrinin konkret olaraq bu mövzuda DİA.AZ-a hansısa susalı yaranarsa, cavablamağa hazırıq və faktları da təqdim edə bilərik ki, məsələnin nə yerdə olduğunu xatırlasınlar... Bu heç...

Bu dəfə də Medianın İnkişafı Agentliyinin eyni qaydada TENDER məsələsində ilişməsi faktı ortaya çıxır.

Rəsmi xəbərə görə, Medianın İnkişafı Agentliyinin "İstehlak yönlü müxtəlif xidmətlərin satınalınması" tenderi ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Ləğv edilmə mətnində bildirilir ki, müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqə etibarsız sayılsın.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Hər halda, hər addımbaşı QANUNDAN DANIŞAN Əhməd müəllimin məhz MALİYYƏ İŞLƏRİNDƏ qanunların yanından keçmə cəhdləri anlaşılan deyil.

Sonda: Böyük məmnuniyyətlə Əhməd İsmayılovu dinləyə bilərik. Hərgah ki onun üçün müstəqil mətbuatı dinləmək ÇOX AĞIRDIR...
 
Ardını oxu...
Hamam mədəniyyətdir. Hər bir xalqın folklorunda hamamla bağlı xeyli maraqlı fikirlər tapmaq olar. Məsələn, bizim folklorda “Köhnə hamam, köhnə tas”, “Dəvə dəlləklik eylər köhnə hamam içində” və s. Bir də dahi Üzeyir bəyin dünyaca məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın toy məsələsi yada düşür.
Ümumiyyətlə, hamamlar azərbaycanlılar üçün bir ünsiyyət məkanıdır. Hətta yüz illər öncə azərbaycanlı kişilər həftə sonunu hamamda keçirməyi, pürrəngi çay içə-içə qəlyan çəkməyi, nərd oynamağı seviblər. Qadınlarda hamamda vaxt keçirməyi, oradan -buradan söhbət etməyi seviblər. Hətta XIX əsrin sonu, XX əsrin əvvəllərində qışda hamamlarda ədəbi-bədii məclislər qurulurmuş. Qəzəlxanlar, meyxanaçılar öz şeirlərini deyirmiş.
Düzdür indi bu ənənələr sıradan çıxıb. Amma hamama getmək həvəsi heç də insanlarda azalmayıb. Hamamların sayının artması da bunu təsdiqləyən mənzərədir. Bir daha qeyd edirik ki, hamam mədəniyyətinin tarixi çox-çox qədimlərdən başlayır. Amma dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq məlumat yoxdur. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur.
İndi isə bu qısa ekskursdan sonra keçək bu günümüzə. Məlumdur ki, sovet dövründə Bakı şəhərində hamamlar çox az sayda idi. Amma son on illərdə Bakı şəhərində hamamların sayı durmadan artır. Amma hamam məsələsində də bir pərakəndəlik var. Məsələn, Bakıdakı ən məşhur hamamlardan biri Atilla hamamıdır.
Məlumdur ki, Atilla dünyada məşhur türk imperatoru olub. Onun adını hamama vermək heç bir məntiqə uyğun gəlmir. Son illərdə istifadəyə verilən müasir hamamlar həm də kompleks istirahət mərkəzləridir. Bu mərkəzlərdə giriş pulu, çimmək pulu, masaj pulu, kisələnmək pulu, çay pulu, pivə pulu və s ödəməlisən. Yəni müasir hamamlar kasıb təbəqənin cibinə uyğun deyil. Buralarda daha çox icra başçıları, nazirlər, deputatlar və digər imkanlı şəxslər istirahət edir. Paytaxt Bakıda, dənizin kənarında fəaliyyət göstərən müasir-modern hamamlardan biri də “HamamBat”dır. Bu hamam da müasir istirahət kompleksidir. Məqaləni yazarkən Bakıdakı məşhur hamamların qiyməti ilə bağlı xırda bir araşdırma apardıq. Məlum oldu ki, bu hamamların arasında ən bahalısı “HamamBat”dır.
Təsəvvür edirsinizmi, bu hamama qadınların daxil olması 150, kişilərin daxil olması isə 50 manatdır. Hansı ki başqa hamamlarda daxil olma pulu 25-30 manatdır. Biz hələ “HamamBat”dakı masajın qiymətindən, hovuzun qiymətindən, süpürgənin qiymətindən, bir çaynik çayın qiymətindən və s danışmırıq. .
Görəsən, bu hamamda qiymətlərin 4-5 dəfə baha olmasının səbəbi nədir..? Bir məsələ də maraqlıdır.
Görəsən vətəndaşlara bu qədər baha qiymətə qulluq edən “HamamBat” istirahət kompleksi dövlətin büdcəsinə nə qədər vergi ödəyir..?
Bu artıq dövlət qurumlarının səlahiyyətinə aiddir. Ümid edirik ki, İqtisadiyyat nazirliyi, Dövlət Vergi Xidməti bu məsələ ilə maraqlanacaq.
gundelik baki.com

Ardını oxu...
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.

Toplum TV xəbər verir ki, şirkətlər məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayıblar. Onlar gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildirir:

“Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı. Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb", - məlumatda qeyd olunub.

Müraciətdə bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb”.

Müraciətdə həmçinin 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiymətinin 33% bahalaşdığı diqqətə çatdırılıb:

“Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır. Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq. Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir. Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır”.

Toplum TV
Ardını oxu...
Bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnozlaşdırılan ümumi buğda istehsalı indiyəqədərki ikinci ən böyük istehsal həcmi ola bilər.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna dair məlumatda deyilir. Bildirilib ki, aprel ayında Avropada əksər ölkələrdə yüksək miqdarda yağıntıların olması torpağı “doyuzdurub” və bu, 2023-cü ildə buğda məhsulu üçün perspektivləri yaxşılaşdırıb. Bunun nəticəsində FAO-nun Avropa İttifaqı üzrə hasilat proqnozu bir qədər artırılaraq 139,5 milyon tona çatdırılıb.

Eyni zamanda, İspaniya və Portuqaliyada yağıntı çatışmazlığının nəticələri hasilatın perspektivlərinə müəyyən qədər kölgə salıb.

“Rusiyada yağıntıların bərabər paylanması sayəsində ümumilikdə zəmilərin vəziyyəti yaxşıdır. 2023-cü ildə istehsal təxminən 83 milyon ton təşkil edəcək ki, bu da 2022-ci ilin rekord göstəricisindən aşağıdır”, - təşkilatın məlumatında deyilir. FAO-nun 2022-2023-cü illər mövsümü üçün qlobal taxıl istehsalı üzrə hazırkı proqnozu ötən ayın proqnozu ilə müqayisədə 7,7 milyon ton artırılıb. Hazırda o, 2 milyard 785 milyon ton təşkil edir ki, bu da ötən ilki rekordla müqayisədə yenə də 1 % azdır.

Qeyd edək ki, ötən il Rusiya-Ukrayna müharibəsi ilə dünya taxıl bazarında böhranı yaşansa da sonradan “Taxıl dəhlizi”nin açılması bu istiqamətdə müəyyən irəliləyişə gətirib çıxardı. Tədricən isə dünya bazarlarında ərzaq buğdasının qiyməti ucuzlaşmağa başladı.

İstehsal həcmində yüksək artım müşahidə edilərsə, ölkəmizdə çörəyin qiymətində ciddi azalma müşahidə edilə bilərmi?

TEREFA.AZ-ın məlumatına görə, Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanın çörək bazarı, istehsal sektoru tələb və təkliflə tənzimlənsəydi, qiymətlərə müsbət təsirlə bağlı proqnoz vermək olardı:

“Hazırda dünyada ərzaq buğdasının qiyməti kifayət qədər ucuzlaşıb. Məsələn, 1 il bundan öncə Rusiyanın ərzaq buğdası 400 dollara qədər bahalaşmışdı. Ancaq indi Rusiya buğdasının 1 tonu dünya bazarında 250 dollardır. Bizim idxal etdiyimiz əsasən 4-cü sinif buğdadır. Həmin 4-cü sinif buğda əsasən Rusiyanın daxili bazarında dövriyyədədir. Beləliklə, Azərbaycanda çörək bahalaşdıqdan bəri buğdanın qiyməti dünya bazarında 50 faiz ucuzlaşıb. Ancaq bu, çörəyin qiymətinə təsir edibmi? Hansı mağazada çörəyin qiyməti qalxmışdısa, o qiymətə də satılır. Məsələn, təndir çörəyinin qiyməti yenə də 70 qəpikdir. Bundan sonra da dünya bazarında buğdanın qiyməti ucuzlaşmaqda davam edəcək. Xüsusilə də Rusiyada yüksək məhsuldarlıq gözlənilir. Ötən il Rusiya 45 milyon ton buğda ixrac etdi ki, bu il 40-43 milyon ton planlaşdırırlar. Bu rəqəm ötən ilkindən az olsa da, 10 illik tendensiyaya baxsaq görərik ki, 40 milyon Rusiya üçün yüksək göstəricidir. Bununla yanaşı, dünya bazarının digər iştirakçıları, Hindistan, Meksika, Fransa, ABŞ və digər Avropa ölkələrində də ərzaq buğdasının məhsuldarlığının yüksək olacağı gözlənilir və bu da dünya bazarında qiymətin ucuzlaşmasına gətirib çıxaracaq”.

O bildirib ki, Azərbaycan bazarı inhisarçı bazar olduğuna görə istehsalçı qiymət ucuzlaşdıqda öz mənfəətindən itkiyə məruz qalır:

“Ona görə də hökumətin təklifi olmadan un və un məhsullarının qiymətinin aşağı düşəcəyini düşünmürəm. Burada məsələyə hökumət müdaxilə etməlidir. Çünki bazar azad, rəqabətli bazar deyil. Əgər rəqabətli bazar olsaydı çörəyin qiyməti 50 fazi ucuzlaşmalı idi. Hökumətin müdaxiləsi vacibdir. Əslində bazar iqtisadiyyatında hökumət qiymətə qarışmamalıdır. Ancaq bazar iqtisadiyyatında rəqabət olmalı, inhisarçılıq aradan qaldırılmalıdır. Hökumət inhisarçılığı aradan qaldırmağı bacarmırsa, inhisarçıların da əhalini soymasına imkan verməməlidir. Unun 1 kiloqramının maya dəyəri 48 qəpiyə başa gəlir. 1 kiloqram undan da 2,5 çörək hazır olur. Demək ki, 1 çörəyin material dəyəri 22-23 qəpik təşkil edir ki, əl əməyini də nəzərə alsaq ümumilikdə 25-27 qəpiyə başa gəlir. Ancaq istehlakçıya 65-70 qəpiyə satılır. Maksimum olaraq 30 qəpiyə başa gəlsə və 70 qəpiyə satılırsa, demək yarıdan da çox üstünə əlavə dəyər gəlir”.
Ardını oxu...
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

EIA-nın aylıq hesabatına görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 650 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnoz göstəricisinə bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.

Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub.

2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub. (fed.az)
Ardını oxu...
Bazarda köhnə avtomobillərin, yəni yaşı 10 ildən çox olanların ehtiyat hissələri bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, qiymət artımı 10-15 faiz arasında dəyişir.

Satıcılar bildiriblər ki, bu, özünü daha çox zavod buraxılış tarixinə görə, yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin ehtiyat hissələrində göstərir.

Satıcılar bahalaşmanı həmin avtomobillərin ehtiyat hissələrinin xarici ölkələrdə tükənməsi ilə əlaqələndirirlər:
“Səbəblərdən biri detalların xarici ölkələrdən yüksək qiymətə alınmasıdır”.

Alıcılar isə qiymət dəyişikliyinin son 1 ay ərzində daha çox hiss olunduğunu qeyd ediblər.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Putin sanksiyalardan yayınmaq üçün fərqli ölkələrdən stifadə edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri Federal Statistika Komitsinə istinadla məlumat yayıb.

Məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən sanksiyalar fonunda Almaniyadan MDB ölkələrinə ixrac olunan bir sıra malların həcmi iki dəfə artıb. Xəbərdə Rusiyanın bir sıra məhsulları bu ölkələr üzərindən əldə etdiyi bildirilir.
Ətraflı

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə alman məhsullarının Tacikistana tədarükü əvvəlki illə müqayisədə 150 faiz, Belarusa 77 faiz, Qırğızıstana isə 994 faiz artıb.

Bundan əlavə, kimya məhsullarının Qazaxıstana ixracının 129 faiz, Ermənistana isə 110 faiz artdığı deyilir. Həmçinin, elektrik avadanlıqlarının Ermənistana tədarükü 344% faiz, Özbəkistana isə 105 faiz artdığı bildirilir.

Eyni zamanda, Qazaxıstana metal məmulatlarının ixracında 137 faiz, geyim ixracında isə 88 faizlik artımın olduğu vurğulanır.
Ardını oxu...
“Son 7 ildə kənd təsərrüfatının heyvandarlıq sektorunda ciddi geriləmə müşahidə olunur. Tək bir faktı deyim ki, son 7 ildə heyvanların baş sayı 1 milyon azalıb. Bu çox qorxulu rəqəmdir”.

TEREF.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O geriləmənin səbəblərini də aydınlıq gətirib:

“Bildiyimiz kimi 2015-ci ildən başlayaraq fermerlərin istifadəsində olan bütün otlaq sahələri alınaraq əkin dövriyyəsinə qatıldı. Bu ərazilərdə pambıq əkilməyə başlanıldı. Beləcə, fermerlərin nəzarətində olan geniş otlaq sahələri əldən çıxdı. Otlaq sahələrinin sıradan çıxarılması da heyvandarlığın inkişafına böyük zərbə oldu. Bundan sonra heyvandarlıqla məşğul olan fermerlər bu sahədən əl çəkib pambıqçılıqla məşğul olmağa başladılar. Nəticədə, ilbəil təkcə ət yox, süd və digər heyvandarlıq məhsullarının istehsalı azaldı.

Ətin qiyməti son 5 ildə 8-10 manatdan 15-18 manata qədər artıb. Süd məhsullarının qiymətində isə qiymət artımı daha çoxdur. Hazırda marketlərdə südün və qatığın litri 2-2.5 manata təklif olunur. Kərə yağı isə artıq 20 manatdan baha satılır. Təbii ki, yerli istehsalın azalması ixracın həcmini artırır. Təsadüfi deyil ki, ət idxalı son vaxtlar 24 faiz çoxalıb. İdxalın artması isə həm əhalinin güzəranını pisləşdirəcək, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradacaq”.

Akif Nəsirli qeyd edib ki, “Pambıqçılığın inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2022-ci ildə pambıq istehsalı 500 min tona çatdırılması nəzərdə tutulub:

“Lakin, ötən il heç bunun yarısı qədər pambıq istehsal olunmadı. Bu da onu göstərir ki, ölkəmizdə pambıqçılığın inkişaf perspektivləri yoxdur. Yaxşı olardı ki, Kənd Təsərrüfatı Nazirliyi pambıqçılığı inkişaf etdirmək inadından əl çəksin. Bunun əvəzində hər kəsin və dövlətin maraqlarına tam uyğun sahələrin inkişafına diqqət edilsin. Bu sahələrdən biri də təbii ki, heyvandarlıqdır.

Yaxşı olar ki, örüş sahələri yenidən fermerlərin ixtiyarına qaytarılsın. Fermerlərin heyvandarlığa olan marağı yenidən dirçəldilsin. Bir faktı deyim. Kənd təsərrüfatı məhsullarının idxalına hər il 2 milyard dollar xərclənir. Gəlin görək pambıqçılıqdan nə qədər gəlir götürürük? Maksimum 200 milyon. Bu da idxala xərclənən pulun 1/10-i qədərdir.

Əgər heyvandarlıq və digər ərzaq məhsullarının istehsalına diqqət artırılsa, ən azından bu 2 milyard ölkəmizdə qalar.

Üstəlik, ölkəmizin ərzaq təhlükəsizliyi tam təmin edilər. Əks təqdirdə ölkəmiz daha ağır günlərlə üzbəüz qala bilər”.

Dünyapress TV

Xəbər lenti