Ardını oxu...
Regionlarda yenicə yetişdirilmiş kartof sahələrdə qalıb. Fermerlər alıcı tapmadıqlarına görə məhsul yığmağa lüzum görmürlər. Deyirlər ki, kartofun tarladan toplanmasına çəkilən xərc, onun alışına təklif edilən vəsaitdən çoxdur. Ona görə də fermerlər çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyət Cəlilabad rayonunda daha acınacaqlıdır.

Məsələ ilə bağlıi Millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndik. DİA.AZ-ın xəbərinə görə, Bizim.Media-ya açıqlamasında o vəziyyətdən xəbərdar olduğunu bildirdi:

“Cəlilabad fermerləri bu il bol kartof yetişdiriblər. Amma bol məhsulu realizə edə bilmirlər. Ona görə də bəzi fermerlər kartofu hətta sahələrdən yığmaq belə istəmirlər. Çünki, yığım üçün lazım olan vəsait satış pulundan xeyli çoxdur. Ən narahat edici məqam odur ki, onların böyük bazarlara çıxışı yoxdur.

Hazırda Bakı və digər şəhərlərdəki ticarət məntəqələrində satılan kartofun qiyməti ilə Cəlilabaddakı kartofun qiyməti arasında ağlagəlməz fərq var. Bu fərq necə yaranır bilmirəm. Amma bildiyim odur ki, Cəlilabadda külli miqdarda kartof sahələrdə zay olub gedir”.

Millət vəkili Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə operativ müdaxilə etməsini vacib sayır:

“Hazırda həm dövlətimizin, həm də Kənd Təsərrüfatı Nazirliyinin imkanı var ki, fermerlərdən istehsal etdikləri bütün kartofu alsın və böyük bazarlara çıxartsın, ya da ki, regionlardakı soyuducu anbarlar yığsın. Üzü payıza bazara çıxardıb satsın.

Əgər bu addım atılsa, həm fermerlər ziyandan sığortalanmış olar, həm də gələcəkdə bazardakı süni qiymət artımının qarşısı alınmış olar. Açığı deyim ki, əgər fermerlərə dəstək olunmasa çətin ki, gələn il Cəlilabadda bu qədər məhsul yetişdirilsin”.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin də mövqeyini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, indiki halda yaxşı olar ki, hökümət fermerlərə anbar təminatında yardımçı olsun:

“Üstəlik, müvafiq dövlət qurumları fermerlərə xaricdə və daxildə sərfəli müştəri axtarmalıdır. Bəziləri deyir ki, faraş kartofu anbarda uzunmüddətli saxlamaq olmur. Bu kökündən yanlış fikirdir. Çünki, faraş kartofun saxlanma texnologiyası var. Bu texnologiyanı öyrənmək lazımdır. Üstəlik ən qısa zamanda fermerləri anbarlarla təmin etmək gərəkdir ki, onlar min bir əziyyətlə yetişdirdikləri məhsulla baş-başa qalmasınlar”.

Akif Nəsirli bu sahədəki dünya təcrübəsindən də danışıb:

“Dünya təcrübəsində belə vəziyyətlərdə xüsusi addımlar atılır. Məsələn ABŞ-da bu sahəyə cavabdeh olan dövlət qurumu hər il ciddi planlaşdırma aprır, gözlənilən məhsuldarlığı qabaqcadan müəyyən edir. Buna uyğun da bazar müəyyən edir.

Əgər istehsal olunan məhsul bazarın tələbatından çoxdursa, onda hökümət həmin məhsulu fermerdən alıb ya ixrac edir, ya da ki, anbarlara vurub saxlayır. Hökümət bütün riskləri qarşılayır ki, fermer ziyan görməsin və növbəti il üçün məhsul istehsalında daha həvəsli olsun. Buna hökümətin kənd təsərrüfatı məhsullarının tənzimlənməsi siyasəti deyirlər. Hazırda bizim dövlətin də fermerlərə kömək etmək üçün böyük imkanları var”.
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit başa çatıb.
Hesablama Palatasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi, eləcə də həmin şəxslər üzrə kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair auditi zamanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığı müəyyənləşdirilib.

Belə ki, Komitə tərəfindən Qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib.

Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib.
 
Ardını oxu...
Azərbaycanda məşhur “Şah Market”lər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynartinfo-nun məlumatına görə, nizamnamə kapitalı 98256 manat, qanuni təmsilçisi Hacıyeva Qənirə Ələkbər qızı olan “Şah Market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 368 min 12 manat 34 qəpik vergi borcu var.
Ardını oxu...
Qənirə Hacıyeva təsisçisi olduğu marketlər şəbəsi ilə bağlı yaranan vergi borcuna görə Ali Məhkəməyə müraciət edib.
Bundan əvvəl bütün məhkəmələrdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə qərar çıxarılıb. Qənirə Hacıyevanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
 
Ardını oxu...
“Taxıl sazişi” çərçivəsində Rusiya-BMT memorandumu üzrə məsləhətləşmələrin növbəti raundu Cenevrədə olacaq.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin xəbər verib.

Onun sözlərinə görə, görüş iyunun 9-a təyin olunub.
Nazir müavini qeyd edib ki, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının baş direktoru Rebekka Grinspan təmsil edəcək.

Mənbə: İnterfaks
 
Ardını oxu...
Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bildirilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
 
Ardını oxu...
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.
 
Ardını oxu...
Türk lirəsinin dəyər itirməsindəki sürət ötənilki sıçrayışa nisbətdə bir qədər aşağıdır. Yeni hökumətlə bağlı xəbərlər maliyyə çevrələrini gözləmə modusuna salmışdı. Bu sırada əsas diqqət xəzinə və maliyyə naziri Mehmet Şimşeke yönəlib.
Mehmet bey 2007 ci ildən türk hökumətində maliyyə naziri postunu tutub. Hökumət içərisindəki mübahisələr üzündən 2018 ci ildə istefa verməyə məcbur oldu. Onun istefasından sonra türk lirəsinin katastrofik enşi başladı.
Şimşək nazir olduğu illərdə türk lirəsini 10 il ərzində sabit saxlamaqla bərabər qərb investisiyalarını Türkiyəyə yönləndirməklə yadda qalıb. O, istefa etdiyi günün sabahı bütün unvestisiyalar çəkildi və lirə dirəyə çarpdı.
Kürdəsilli Mehmet bəy 8 qardaşin içərisində təhsil ala bilmiş tək qardaşdir. İngilis və türk vətəndaşlığı var. “Bank of America”nın aparıcı strateqlərindən biri olan Mehmet bəyi finans çevrələrində “Mister Garant” ayaması ilə də çağırırlar. Onun adı olduğu yerlərə investorlar qaçaraq gedərlər.
Şimşek bəyin ekonomi sorumlusu kimi tam yetkisi olacaq və qarşısında duran əsas vəzifə də qərbin maliyyə çevrələrilə əlaqələri genişlətmək və Amerika parasını Türkiyəyə soxmaqdır. Vaşinqton bunun əvəzinə Ankaradan nə istəyəcək. Təbii ki Kremldəki arkadaşının başını. Verəcəkmi? Məncə yox. Umud Mehmet kişiyə qalıb.
Elxan Həsənli
Teref.az
Ardını oxu...
Rusiyanın “Opening” bankı Türkiyə və Azərbaycandakı fiziki şəxslərin hesablarına və bank kartlarına köçürmələrin göndərilməsi imkanını işə salıb.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

Bir əməliyyat üçün maksimum məbləğ 15 min rubl təşkil edir. Vəsaitlər dərhal və komissiyasız olaraq milli valyutada hesablanır.
Ardını oxu...
İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.

Bu barədə Tribunainfo.az-a Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.

Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.
 

        
Ardını oxu...
Azərbaycan artan tələbatı nəzərə alaraq, Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü 28-ci “Xəzər neft və qazı” beynəlxalq sərginin və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, təchizat coğrafiyası genişlənəcək, çünki Azərbaycan qazına tələbat artır. Son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib, Əliyev deyib.

O əlavə edib ki, Avropaya qaz nəqlini artırmaq üçün çox işlər görülməlidir. TANAP (32 milyard kubmetrə qədər) və TAP (20 milyard kubmetrə qədər) qaz kəmərlərini genişləndirmək lazımdır.

“Bizə Avropanın digər boru kəmərləri sistemlərinə, o cümlədən Transbalkan boru kəmərinə maneəsiz çıxış lazımdır”, – Əliyev qeyd edib. Beləliklə, bütün bu məsələlər birgə səylərlə həll edilməlidir, çünki onlar xeyli investisiya tələb edir. “Ona görə, əlbəttə, biz əmin ola bilərik ki, hasil etdiyimiz qazın əlavə həcmi öz istehlakçısını tapacaq”, – Əliyev deyib.

Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən istehsal olunan “yaşıl” enerjinin təchizatçısına çevrilməyi planlaşdırır.

Həmçinin ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrin köməyilə istehsal olunan elektrik enerjisinin və “yaşıl” enerjinin ixracatçısına çevrilməyi planlaşdırır.

Azərbaycan alternativ enerji mənbələrinin mühüm potensialına, əsasən də Xəzərdə öz sektorunda 157 GVT külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir.

Avropaya enerji körpüsünün (Qara dənizin dibilə elektrik kabeli) çəkilməsi layihəsinə toxunan Əliyev deyib ki, elektrik enerjisi nəqlinin həcmi ən azı 4 GVT olacaq.

Azərbaycanın imzaladığı sazişlər və memorandumlar 25 GVT “yaşıl enerji” istehsalını nəzərdə tutur. Alternativ energetikanın inkişafı Azərbaycana qazdan istifadəni azaltmağa imkan verəcək və ölkə qalan həcmləri ixrac edə biləcək.

*17 dekabr 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy sualtı elektrik kabelinin inşası üzrə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılmasını, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq.
 

Dünyapress TV

Xəbər lenti