Ardını oxu...
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) elektrik enerjisinin verilişi bərpa edilib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenego” şirkətinin məlumatında bildirilib. Qeyd olunub ki, AES yenidən Ukraynanın energetika sistemi ilə əlaqələndirilib.

Xatırladaq ki, “Ukrenergo”nun bu gün səhər yaydığı bəyanatında Dnepr rayonuna Rusiyanın hücumu nəticəsində yüksək gərginlikli xətlərin zədələndiyini, nəticədə Zaporojye AES-ə elektrik enerjisinin verilişini kəsildiyini bildirilmişdi.
Ardını oxu...
Yeni tədris ilindən məktəbli formalarının yenilənəcəyi bildirilir.

Teref.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə danışıb.
O ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib.
Etibar Əzimovun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən, də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq.
E.Əzimov həmçinin formaların qiymətlərindən də bəhs edib.

Daha ətraflı:

 
Ardını oxu...
ABŞ Ermənistanın “Medisar” müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.

Sənəd ABŞ-nin federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.

ABŞ Ticarət Nazirliyi Ermənistanın sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.

Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) ABŞ-nin Rusiya əleyhinə sanksiyaları ilə üzləşib.
Digər şirkətlər Rusiyanın ölkənin hərbi-müdafiə kompleksinə dəstək verən 69 müəssisəsi və Qırğızıstanın “Tro.Ya” elektron avadanlıq və komponentlərin tədarükünü icra edən şirkətidir.

Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.

Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-nin sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.
 
Ardını oxu...
Kanada Rusiyaya qarşı məhdudiyyətlərinin siyahısını genişləndirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin dərc etdiyi sənəddə deyilir.

Məhdudiyyətlər Rusiyanın Baş Prokurorluğuna, Təhsil Nazirliyinə, “Delovaya Rossiya”ya, o cümlədən Ümumrusiya Xalq Cəbhəsinə, Ümumrusiya Tələbə Xilasetmə Korpusuna, humanitar proqramlara dəstək verən Rusiya Humanitar Missiyasına, Gulfstream Xeyriyyə Fondu və Nikea MMC-yə tətbiq edilib.
Ardını oxu...
Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib.

APA-nın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib.

Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.
 
Ardını oxu...
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Ardını oxu...
Mayın 17-dən Azərbaycanda daha bir bank azaldı. “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Mərkəzi Bank (AMB) bununla bağlı İdarə Heyətinin qərarını onun məcmu kapitalının nəzərdə tutulan minimum miqdarından az olması ilə izah etdi. “Günay Bank” ASC-dən qərara, hələlik, münasibət almaq mümkün olmayıb.

Dünyada 2014-2015-ci illərdə neftin kəskin şəkildə ucuzlaşmasından bəri Azərbaycanda təqribən 20 civarında bank ləğv edilib.

AMB vurğulayıb ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6, kredit portfelində 1, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir: “”Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.

Deputat Rüfət Quliyev mövzu ilə bağlı “Turan”a deyib ki, Azərbaycan bank sektorunda sağlam rəqabət var: “Burada sadəcə normal və sağlam rəqabətdir. Bizdə aktiv işləyən 25 (hazırda 24) bankdan 8-10 bank qala bilər. Amma bu, yalnız o deməkdir ki, onlar məsuliyyətlidirlər. Onlar dövlətin, ölkə maliyyə sisteminin, əmanətçilərinin qarşısında məsuliyyət daşıyır”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, Azərbaycan bank sektorunda inhisarçılıq var. Onun vurğulamasına görə, inhisarçı banklar faktiki olaraq bir əldən idarə olunurlar və bir-biri ilə bağlıdırlar: “Düzdür, sahiblər formal olaraq müxtəlif ola bilər, amma faktiki olaraq bir əldən idarə olunur”.

Hüquqşünasın fikrincə, əvvəl balaca bankları bazardan çıxarmağa başlayıblar, amma get-gedə orta banklara da növbə çatacaq. “Mərkəzi Bankın adətən banklara iradı odur ki, kapitalları azdır. İndi məlum olur ki, “Günay Bank” ötən həftə elan verib ki, iyulun 5-də səhmdarların ümumi yığıncağı çağırılır və gündəlikdə yalnız bir məsələ olub – kapitalın artırılması. İndi sual olunur – əgər səni, doğrudan da, kapital narahat edirsə, bir ay yarım gözləyə bilməzdin? Buradan bir nəticə çıxır: kapitalı artıracaqlarını görüblər və imkan verməyiblər”, -Ə.Həsənov AzadlıqRadiosuna bildirib.

O deyir ki, Azərbaycanda bağlanan 21 bank var və yalnız bəzilərinin sığortalanmayan əmanətlərinin cüzi hissəsi vətəndaşlara qaytarılıb: “Qalanlara isə formal olaraq deyir ki, pul yoxdur. Avropada və ABŞ-da isə kreditorlar komitəsi var və onun ləğvetmə prosesinə geniş nəzarət səlahiyyətləri var. Bizdə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank nəzarət edir. Yəni, bizdə sistem qanunvericilik səviyyəsində elə qurulub ki, Mərkəzi Bank ləğv edir, ötürür Fonda və kreditorları yaxın buraxmırlar”.
Ardını oxu...
Əkrəm Həsənov: “Kiçik və orta bankları bağlayırlar ki, 4-5 iri bank üçün şərait yaransın”

Mayın 16-da Mərkəzi Bankın (MB) qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. MB açıqlamasında bildirib ki, bankın kapitalının miqdarı müəyyən edilmiş minimumdan az olduğu üçün belə qərar verilib.

Bankın mayın 11-də, yəni 5 gün bundan əvvəl yaydığı məlumatda qeyd olunur ki, iyulun 5-də “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə isə nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.

“Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədov mayın 7-də haqqın.az saytına müsahibə verib. O, müsahibəsində narazılıq edib ki, “Günay Bank”-a dövlət heç bir dəstək göstərmir.

““Günay Bank” ASC-nin bank sektorundakı payı 5 faizdir. Bu bank Azərbaycana hansı zərəri verə bilər? Nə qazana, nə itirə bilərik? O böyük bankların dərdin çəkmək lazımdır ki, dövlət onlara 17 milyarda qədər pul verdi.

31 ildir fəaliyyət göstəririk, Mərkəzi Banka 1 manat da borcumuz yoxdur. Hansı ki, böyük banklarda bu, 400 milyon, 600 milyondur. Onların 10 faizi bizdə olsa, bəlkə də qol-qanad açıb inkişaf edərdik”- bankın sədri deyib.

Hüquqşünas Əkrəm Həsənov Abzas Media-ya deyir ki, “Günay Bank” son 5 ildə bağlanan 5-ci bankdır. Buna qədər "AG Bank", "NBC bank", "Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilib.

“Son 10 ildə Azərbaycanda bankların yarıdan çoxu bağlanıb. Burada əsas məqsəd bank sektorunu tam inhisar altına almaqdır. Kiçik bankları sıradan çıxarıb, böyük banklara şərait yaradırlar. Azərbaycanda istənilən böyük biznesin arxasında hansısa dövlət qurumu və ya dövlət məmuru dayanır”- Ə. Həsənov deyir.

Hüquqşünas deyir ki, Elman Rüstəmovun Mərkəzi Banka sədrlik etdiyi dövrdə banklar üçün məcmu kapitalın miqdarı 5 milyon manatdan 50 milyon manata qaldırılıb.

Onun sözlərinə görə, ABŞ və Avropada kapital tələbi 3-5 milyondur.

“Yəni, hər bankın 50 milyon pulu olmalıdır. Niyə olmalıdır, bu da məlum deyil. Elə bil sizə deyirlər ki, sizin də mətbuat orqanınızın bu qədər pulu olmalıdır, AZTV-nin də. Niyə? Məgər keyfiyyət və səmərəlilik böyüklüklə ölçülür? Azərbaycanın ən böyük bankı Beynəlxalq Bankdır, ən səmərəsiz bank da odur. Bir neçə il əvvəl müflisləşib bağlanmaq təhlükəsi ilə üzləşmişdi, dövlət ora 5 milyard manat qoyub, bankı qurtardı. Bu, bir siyasətdir ki, kiçik və orta bankları "kapitalı uyğun deyil" bəhanəsilə bağlasınlar. Ən bariz nümunə “Günay Bank” ASC-dir”.

Mərkəzi Bank açıqlayıb ki, "Günay Bank"-da 40 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.

"Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib.

Əkrəm Həsənov deyir ki, kiçik və orta banklar

bağlananda sahibkarlar əmanətlərini geri ala bilmirlər.

“Kiçik banklar bağlananda kreditorların əmanətləri sığortalanır, ancaq adətən sahibkarlara ya az kompensasiya çatır, ya da heç nə çatmır. Çünki Əmanətlərin Sığortalanması Fondu bankın ləğvi prosesində banka aid əmlakları satıb pula çevirir. Əvvəllər də faiz almasına baxmayaraq ilk olaraq öz payını götürür, sonra kreditorların pullarını qaytarır, ən son sahibkarlardır. Onlara da ya az pul çatır, ya da çatmır. Bunu görən sahibkarlar da kiçik və orta bankların müştərisi olmaqdan qorxurlar. Çünki bu bankların hamısının bağlanmaq ehtimalı var”- hüquqşünas deyir.

Sosial şəbəkə hesabında məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq.

Onun sözlərinə görə, bu, ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir:

“Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”.

“Günay Bank” 1992-ci ildə yaradılıb. Mahmud Məmmədov “Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri olmaqla yanaşı, “Günay Sığorta”nın Direktorlar Şurasının sədridir.
 
Ardını oxu...
"Ümid edirik ki, Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirmək üçün bütün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirəcək".

Bunu BMT baş katibinin sözçüsü Stefan Ducarik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və mayın 18-də razılaşma əldə olunması gözlənilir: "Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir".

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Paket sazişi həmçinin Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.
Ardını oxu...
Bakının qızıl bazarında bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.

Satıcılar da təsdiq edirlər ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.

Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.
Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtaliya istehsallı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.

Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.

Daha ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti