Ardını oxu...
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi antirusiya sanksiyaları
fonunda Qazaxıstan Rusiyadan yan keçərək neft ixracını artırmağa davam edir.
Bu barədə “Reuters” məlumat dərc edib.
Məlumata görə, birinci rübün yekunlarına əsasən, Qazaxıstan neft şirkətləri Transxəzər dəniz
marşrutu ilə – Aktau limanından Bakıya qədər xarici bazarlara 163,4 min ton neft tədarük edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstan üçün ənənəvi olan Novorossiysk limanından yan
keçməklə ixrac 6 dəfə artıb.
Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) ixrac terminalının yerləşdiyi Qara dəniz
vasitəsilə Qazaxıstan neftinin ixracını ekoloji risklər və II Dünya müharibəsi mədənlərinin
axtarışını əsas gətirərək dəfələrlə əngəlləyib.
İndi CPC terminalı normal işləyir, lakin Qazaxıstan şirkətləri xammalı Rusiya limanları vasitəsilə
satmağa qorxurlar, çünki bu, sanksiyaların pozulması olacaq.
İqtisadiyyat
Ardını oxu...
"Tesla" şirkətinin 1,5 milyard dollarlıq səhmlərinə sahib olan 17 iri iş adamı İlon Maskı səhv idarəetmədə günahlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" investorların bəyanatına istinadən məlumat yayıb.

İnvestorlar Maskdan asılılığın aradan qaldırılmasına nail olmaq niyyətindədirlər və bunun üçün ona sadiq top-menecerləri də işdən çıxarmağı təklif edirlər.

Maskla bağlı şikayətlər istehsalçının üzləşdiyi problemlər siyahısına əlavə olunub. Daha əvvəl şirkət 2022-ci ilin sonuna qədər avtomobil tədarükünün orta illik artımı hədəfinə çatmadığını bildirmişdi.

Bu arada ABŞ Ədliyyə Departamenti, Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi və Kaliforniya Avtomobil Nəqliyyatı Departamenti "Tesla"nın avtopilot sistemindəki problemlər barədə məlumatlara görə araşdırmalar aparır.

2023-cü ilin aprel ayının ilk həftəsində "Tesla"nın səhmləri istehsalçının rüblük hesabatının dərcindən sonra 10,8 faiz dəyərdən düşüb. Bildirilib ki, bu ilin əvvəlində "Tesla" anbarlarında elektrik avtomobillərinin sayı onun məhsullarına olan tələbatın azalması səbəbindən çoxalıb. Eyni zamanda, istehsalçı əvvəllər öz avtomobillərinin qiymətlərini bir neçə dəfə aşağı salıb.

İlon Mask "Tesla" və "SpaceX"-in baş icraçı direktorudur və eyni zamanda keçən il aldığı "Twitter" sosial şəbəkəsinə rəhbərlik edir.
 
Ardını oxu...
Aprelin 20-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib, dövlət büdcəsinə yenidən baxılması üçün tapşırıqlar verilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı hökumətə verdiyi tapşırıqlar, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

Yekunda 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Ardını oxu...
Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarının təsdiq edilməsi barədə” qərar verib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərarla “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi” aşağıdakı redaksiyada verilib:
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu il dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Dəyişikliyə qədər idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri, siroplar, bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
TEREF.AZ “Turan”a istinadla xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının 2021-ci il hesabatına görə, Azərbaycana idxal edilən aqrar məhsullarının 30, qeyri-aqrar məhsullarının isə 26.2 faizindən gömrük rüsumu tutulmur. Həmin ildə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilmişdi ki, idxalın dəyərinin 59 faizi gömrük rüsumundan azaddır. Lakin buna baxmayaraq, qiymətlərdə nəinki azalma, hətta artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin analoji dövrünə nisbətən 13.8 faiz təşkil edib. Ərzaq məhsullarında bu rəqəm 17.1 faiz göstərilir. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha yüksək olduğunu düşünürlər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, sonuncu qərar bilavasitə ölkəyə idxal olunmuş həmin malların qiymətinə öz təsirini göstərəcək: "Çünki sahibkar öz gətirdiyi malların qiymətinə də əlavə qiymət qoyur və bir sıra hallarda bu qiymətlər çox ədalətsiz müəyyən olunur. Bu da nəticədə qiymətlərə təsir göstərir və biz ölkədə qiymətlərin süni şişirdilməsinin şahidi oluruq. İstənilən halda Nazirlər Kabinetinin malların idxal rüsumundan azad edilməsi qərarı özünü qiymətlərdə büruzə verəcək".
Deputat gələcəkdə də malların gömrük rüsumundan azad olunması prosesinin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.
İqtisadçı, işadamı Nazim Bəydəmirli xatırladır ki, koronavirus pandemiyası vaxtı sərhədlərin bağlı olmasını nəzərə alaraq hökumətə gömrük rüsumlarını sıfırlamaq təklif edilmişdi: "Amma hökumət buna getmədi, baxmayaraq ki, bir çox ölkələrdə həmin rüsumlar ləğv olundu. Hətta geridə qalmış Rusiyanın Gömrük Komitəsi idxal zamanı malların minimal qiyməti ilə rəsmiləşdiriləcəyini əvvəlcədən bəyan edib. Sahibkar da hesablayır, onun gətirəcəyi malları gətirməyə dəyər, ya da ki, dəyməz".
O vurğulayıb ki, bütün bu qərarlar iqtisadi analizdən sonra verilir: "Azərbaycanda isə qiymətləri artıran gömrükdür. Bu qiymət artımı sahibkarların gətirdiyi mallara statistik dəyər adı ilə bəyannamə qiymətlərinin tətbiqinə görədir".
Bəydəmirli hesab edir ki, daxili bazarlarda qiymət artımına təsir edən əsas faktorlardan biri hökumətin tarif siyasətidir: "Hansı ki əhalinin həyatına mənfi təsir edir. Hökumət bazar iqtisadiyyatı adını qoyaraq sovet sistemində planlı iqtisadiyyatda olduğundan daha betər idarəçilik edir. Burada feodal üsullardır - qapını kəsərək sahibkarı artıq vəsait ödəməyə məcbur edirlər. Yəni, ölkədə bahalaşmanın əsas səbəbi hökumətin fəaliyyətidir".
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan əvvəllər bildiriblər ki, sahibkarların şikayətlərini araşdırmağa hazırdırlar.
Ardını oxu...
Son dövrlər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi addımlar atılıb, mühüm işlər həyata keçirilib. 2004-cü ildən başlayaraq qəbul olunan dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin nəqliyyat infrastrukturu yenilənib, bütün bölgələrdə yenidənqurma və müasir standartlara cavab verən sosial müəssisələr - təhsil, elm, tibb, mədəniyyət mərkəzləri inşa olunub, qaz, elektrik, rabitə-internet, su və kanalizasiya xətlərinin çəkilməsi və yenilənməsi prosesi sürətlə gedib, sahibkarlığın inkişafı, əhalinin məşğulluğun təmin olunmasıyla bağlı ciddi işlər görülüb. Həyata keçirilən fəaliyyət müsbət nəticələrini verməkdədir.
Bu istiqamətdə aparılan uğurlu işlərin davamı olaraq Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində sayca 25-ci “Asan Xidmət”mərkəzinin açılışında iştirak etdi. Dövlət başçımız səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə bildirmişdir: “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir.”
Müsahibə zamanı Dövlət başçısı qeyd edib ki, bu il büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq: “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcək.”
Prezidentİlham Əliyev müsahibədə Ermənistanla sülh danışıqlarına da toxunub: “Bildiyiniz kimi, danışıqlarla bağlı, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.

Aysel Mənsimova - politoloq
 
Ardını oxu...
Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 faiz, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Həmçinin gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr də 15 faiz gömrük rüsumundan azad ediləcək.

01 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Qeyd edək ki, bu ilin fevralın 8-də Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib.
İdxal mallarının gömrük rüsumundan azad edilməsi ərzaq qiymətlərinə nə dərəcədə təsir edə bilər? Adətən, istehsalçılar gömrük rüsumlarını əsas gətirərək qiymət artımının qaçılmaz olduğunu bildirir. Amma Baş nazirin qərarında gömrük rüsumundan azad edilən mallar sırasnda çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr də var. Yəni bu malların gömrük rüsumundan azad edilməsi çörək və un məmulatlarının, ətin, yumurtanın, tropik meyvələrin ucuzlaşmasına niyə səbəb olmamalıdır?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, idxal rüsumu başqadır, əlavə dəyər vergisi başqa:

- Baş nazirin qərarında gömrük rüsumundan azad edilən malların siyahısı verilib. Bu, idxal rüsumudur. Bir də var 18 fazi əlavə dəyər vergisi, hansı ki məhsulun üzərinə əlavə edilir, bu rüsum götürülməyib. Doğrudur, çörəyə, yumurtaya ƏDV tətbiq edilmir. Amma bütün digər, əksər mallara ƏDV tətbiq edilir. Çörəkdə ƏDV yoxdur, un məmulatlarının digərlərində isə var. Bu da qiymətin ucuzlaşmasına imkan vermir. Ümumiyyətlə, iqtisadiyyatın normal bazar münasibətləri şəraitində inkişafı üçün gömrük rüsumunun, hətta ƏDV-nin faizinin də azaldılması əsas şərt deyil. Əsas şərt inhisarçılığın aradan qaldırılmasıdır. İnhisarçılıq varsa, istəyirsən gömrük rüsumunu ləğv et, ƏDV-ni azalt və ya ləğv et, vəziyyət dəyişməyəcək. Yumurta ƏDV-dən azaddır, qiymət düşür? Əksinə, bəzi vaxtlarda qiymətdə kəskin artım baş verir. Ona görə də qiymət monopoliyasının qarşısını almaq üçün əvvəlcə inhisarçılığın qarşısı alınmalıdır. Bu edilmirsə, güzəştlərin effekti olmayacaq.

F.İbrahimov qeyd etdi ki, idxal olunan bir sıra malların gömrük rüsumundan azad olunma müddətinin uzadılması, əslində kənd təsərrüfatı, heyvandarlıq üçün müsbət tendensiyadır:

- İdxal rüsumundan azad edilən mallar arasında görürük ki, heyvan yemi, yem əlavələri, gübrələr, bitki toxumları var. Bunlar kənd təsərrüfatını stimullaşdıran amillərdir. Tutalım, bir fermerin 5 min baş heyvanı var, amma o, yem bazası baxımından korluq çəkirsə, təsərrüfatını böyütməyə risk etmir. Heyvan yemi, yem əlavələri gömrük rüsumundan azad edilirsə, bu, fermerə təsərrüfatını genişləndirmək imkanı yaradır. Həmçinin də gübrələr, bitki toxumları bitkiçilik, bostançılıqla məşğul olanların imkanlarını artırır.

Bir sıra malların gömrük rüsumundan azad edilməsi qiymət siyasətinə necə təsir edəcək məsələsinə gəlincə, hesab edirəm ki, bu qərar qiymət artımının qarşısını almaq üçün yox, qiymətlərin stabil qalması üçündür. Yəni heç olmasa, bundan sonra qiymətlər bahalaşmasın. Ümumiyyətlə, qiymətlərə dövlət nəzarəti formalaşmalıdır.
 
Ardını oxu...
“2021-2022-ci illərdə illik inflyasiya səviyyəsi kifayət qədər yüksək olub – hətta rəsmi bəyan olunan rəqəmə görə 2 il dalbadal 13-14% təşkil edib”.

Gununsesi.info bildirir ki, bunu iqtisadi ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, əmanət faizləri inflyasiya göstəricisindən nə qədər aşağıdırsa, demək insanların bu maliyyə yatırımı formasındakı sərvəti də o qədər çox dəyərsizləşir: “Yenə də rəsmi məlumata görə manatla depozitlərin illik faizi son 2 ildə 9% ətrafında olub. Bu faizlərlə inflyasiya arasında fərq daha azdır – təxminən 4-5%.

Amma valyuta ilə depozitlərdə məsələ fərqlidir: nəzərə alsaq ki, Azərbaycanda əhali istər sandıq, istərsə də bank yığımlarında dollara üstünlük verir, güman ki, valyuta depozitləri də əsasən dollar hesablarında saxlanılır.
Manat-dollar məzənnəsi dəyişməz qaldığı üçün valyuta depozitlərinin manat ifadəsində məbləği də sabit qalır. Amma dollarla depozit faizləri çox aşağıdır – orta hesabla 1-1,5%.
Bu halda inflyasiya ilə depozit faizi arasında fərq 12-12,5% təşkil edir. Yəni 10000 dollarlıq depozitinizin müqabilində ildə 150 dollar faiz gəliri əldə etdiyiniz halda, sərvətiniz 1000 dollar dəyərsizləşir.

Ölkədə maliyyə bazarları inkişaf etmədiyi üçün vətəndaş üçün alternativ yatırım alətləri yoxdur – əmanət tək ünvan olur.
Əmlak bazarında isə qiymətlər son dərəcək yüksək olduğu, eləcə də əmlak likvid yatırım aləti olmadığı üçün xüsusən kiçik əmanət sahibləri üçün cəlbedici ola bilməz.
Çox anormal stiuasiyadır – vətəndaşın sərvətinin dəyərsizləşmə sürətilə kiçik qrup bankların timsalında zənginlərin zənginləşmə sürəti paralel düz mütənasibdir”.
Ardını oxu...
Azərbaycanda son aylar bəzi tərəvəz məhsullarında kəskin bahalaşma müşahidə olunur. Paytaxtın marketlərində pomidorun qiyməti 5 manatdan bahadır. Kartof və soğanın 1 kiloqramın ortalama qiyməti isə 1 manat 50 qəpikdir. Üstəlik, Bakı şəhərində mövcud olan əksər bazarlarda da tərəvəzlərin qiyməti marketlərdəkindən bir o qədər də fərqlənmir. Əyalətlərdə isə daha ucuz məhsul almaq mümkündür.

Amma bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının rəsmi artımı fonunda baş verir. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin analoji dövründə bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb. Üstəlik, Azərbaycandan pomidorun ixracının da azaldığı bildirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk üç ayında Azərbaycandan 31 milyon 170 min dollar dəyərində 24 min 491 ton pomidor ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracı 7 milyon 653 min dollar və ya 24.6 faiz, dəyər ifadəsi ilə 7 min 272 ton (29.7 faiz) azalıb.

Kənd Təsərrüfatı Nazirliyinin aqrarbazar.az saytından da görmək olur ki, ötən illə müqayisədə həm pomidor-xiyarın, həm də kartofun qiyməti artıb. Ötən ildə pomidorun orta qiyməti supermarketlərdə 2.5-3 manat göstərilsə də, bu il həmin qiymət 5-5.5 manatdır.

Saytın məlumatına görə, kartofun qiymətində dəyişiklik baş verməyib, soğanın qiyməti isə 80 qəpikdən 1.4 manata qədər artıb. Belə çıxır ki, pomidor son bir ildə 100 faiz bahalaşıb. Halbuki rəsmi inflyasiyanin ölkə üzrə 14 faizdən az olduğu vurğulanır.

Fermerlər isə qiymət artımını gübrə və selitranın qiymətinin artması ilə əlaqələndirirlər.

AzadlıqRadiosuna danışan bir fermer pestisidlərin (zərərvericilərə qarşı kimyəvi maddə) qiymətinin kəskin qalxdığını deyir: “Əvvəl bunları Ukraynadan, Rusiyadan gətirirdilər. Rusiya-Ukrayna müharibəsinə görə qiymət qalxıb…”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Turan”a bildirib ki, süni qiymət artımı var: “Bunun qarşısını almaq çox çətindir. Düzdür, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparır, müəyyən tədbirlər həyata keçirilir, amma hamısını əhatə etmək qeyri-mümkündür”.

Deputatın fikrincə, qiymətlər sahibkarların aralarında aparılan danışıqlar nəticəsində təyin edilir: “Yəni, bir mağazada qiymət ucuz, o birində isə baha olsun deyilən bir şey yoxdur. Hamısında qiymət eyni səviyyədədir. Ona görə də Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, bazarda sabitlik olsun, sahibkar qabağa çıxıb məhsulunu sata bilsin. Bu, çox vacib məsələdir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmlinin AzadlıqRadiosuna deməsinə görə, elə kənd təsərrüfatı məhsulları var ki, Azərbaycanda istehsalı yetərincə deyil: “Amma xiyar-pomidor Azərbaycanın tələbatından iki dəfə artıq istehsal edir. Ona görə də bir hissəsini ixrac edir. Məhsulun maya dəyəri də bir elə artmayıb. Qonşu Türkiyədə pomidorun qiyməti Azərbaycan manatı ilə 2-2.2 manatdır. Azərbaycanda isə 5-5.50 manatdır”.

Ekspert hesab edir ki, bunun səbəbi həmin sahənin istehsal və satışının monopoliyada olmasındadır: “Uzun illərdir ki, dövlət büdcəsi hesabına oliqarx-məmurlar və onların qohumları istixanalar açdılar. Digər istehsalçıları iki il əvvəl tamamilə sıradan çıxartdılar. İndi çox az sayda istehsalçı bununla məşğul olur. Yəni, inhisarçılar pomidoru istehsal edir, bazara verir və qiyməti də onlar diktə edir”.

O vurğulayıb ki, Azərbaycanda soğanın istehsalı da kifayət qədərdir: “Dünyada adambaşı illik istehsalı 13 kiloqramdırsa, bizdə 29-30 kiloqram istehsal olunur. Amma onun saxlanması primitiv qaydada həyata keçirilir və daha çox itkiyə gedir. Yayda qiymət kəskin aşağı düşəcək, çünki fermer çalışır ki, məhsulu bazara çıxarıb hamısını satsın və canını qurtarsın. Amma saxlama şəraiti yaxşı olarsa, soğanı saxlayıb qışda da normal qiymətə satar. Belə olan şəraitdə də Azərbaycanda idxala ehtiyac qalmaz və hətta biz soğanı ixrac edə bilərik”.

Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda kartof istehsalı azalıb, ona görə də qiymətdə artım var: “2005-ci ildə indikindən daha çox kartof istehsal edilirdi. Bu müddət ərzində əhalinin sayı 1.7 milyon artıb. Belə olan halda, məhsulun istehsalı azalıb, bu da o deməkdir ki, idxaldan asılı vəziyyətdəyik. Digər tərəfdən, kartofu gətirənlər də inhisarçılardır və qiyməti onlar müəyyən edir”.
 
Ardını oxu...
Böyük Britaniya kralı III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinqə (745 milyon dollara) çatır ki, bu da onun anası Kraliça II Elizabetin (1926-2022) sərvətini üstələyir. 2022-ci ilin may ayında dərc olunan hesablamalara görə, mərhum kraliçanın sərvəti 370 milyon funt sterlinq (460 milyon dollar) olaraq qiymətləndirilib.

Məlumata görə, yeni kral təkcə anasından aldığı miras sayəsində deyil, həm də Kornuol hersoqluğunun uğurlu idarəçiliyi sayəsində belə əhəmiyyərli nəticə əldə edə bilib. Söhbət monarxa məxsus olan daşınmaz əmlak kolleksiyasından gedir.

III Çarlz hələ Uels şahzadəsi ikən 2011-2022-ci illərdə hersoqluğun gəlirini 42,6% artıraraq ildə 25,4 milyon funta (31,5 milyon dollar) çatdırıb. Ölkə daxilində hersoqluğa daxil olan 130.000 akr (52.600 hektar) ərazinin, habelə Londondakı 260 fermanın və bir stadionun ümumi dəyəri demək olar ki, 50% artaraq 1.04 milyard funta (1.3 milyard dollar) çatıb.

Bildirilir ki, təkcə 2012-ci ildən 2022-ci ilə qədər əlahəzrət qraflığa sahib olmaqdan 212,7 milyon funt sterlinq (264 milyon dollar) məbləğində gəlir əldə edib və könüllü olaraq ondan tələb olunmayan gəlir vergisini ödəyib.

Qeyd olunur ki, 74 yaşlı monarx həm də qənaətcilliyi ilə tanınır. Belə ki, o, tez-tez uzun illər əvvəl aldığı kostyumları geyinir və elektrik enerjisinə qənaət etməkdə çox diqqətlidir.
 

Dünyapress TV

Xəbər lenti