“Atletiko” böyükhesablı qələbə ilə “Real Madrid”i geridə qoydu – VİDEO
İspaniya La Liqasında 35-ci tur davam edir.

Oxu.Az xəbər verir ki, “Atletiko” öz meydanında “Osasuna” ilə qarşılaşıb.

Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Yannik-Ferreyra Karraskonun hesabı açdığı matçda digər qolları Saul Niqez və Anxel Korrea vurublar. Qələbə sayəsində xallarını 72-yə çatdıran “Atletiko” 2-ci pilləyə yüksəlib.

Komanda bir oyun çox keçirdiyi “Real Madrid”i bir xal üstələyir.

 

Dünyapress TV

Xəbər lenti