Hatayda dağılan binanı tikən və barəsində həbs qərarı çıxarılan iş adamı ifadə verib
Hatayda zəlzələlərdə dağılan "Renesans Residence"in həbsdə olan podratçısı Mehmet Yaşar Coşqun prokurorluğa verdiyi ifadədə binanın niyə dağıldığını bilmədiyini və bunun onun evə getmək istəməsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələdən sonra Monteneqronun paytaxtı Podqoritsaya qaçmaq istəyərkən İstanbul Hava Limanında saxlanılan və bu gün hakim tərəfindən barəsində həbs qərarı çıxarılan Mehmet Yaşar Coşkun prokurorluğa verdiyi ifadəsində bildirib ki, Antis Yapı İnşaatın sahibi və podratçısıdır. Firmanın digər ortağının isə qardaşı olduğunu deyən Coşqun "Renesans Residence"in ortağı olduğu şirkət tərəfindən tikildiyini bildirib.
“Həmin binanın tikintisinə 2011-ci ildə başlanıb, 2013-cü ildə tamamlanıb. İki illik tikinti müddətində heç bir problem olmadı, tikintini qəzasız başa çatdırdıq. Bina 10 ildir istifadədədir, bu müddət ərzində heç bir problem yaşanmayıb. Sonradan binada əsaslı dəyişiklik edilməyib, biz qanunvericilikdə nəzərdə tutulan bütün prosedurları yerinə yetirmişdik. Dəmir-beton konstruksiyasını İstanbulda həyata keçirdik. Bu işi Yapı İnşaat adlı şirkətə verdik. Yadımdadır, bu şirkətin də iki ortağı var idi".
Daha sonra iş adamı binanın niyə çökdüyünü bilmədiyini bildirib.
"Renesans Residence"in də niyə çökdüyünü bilmirəm. "Renesans Residence" tikilərkən yeraltı tədqiqat aparılıb və yaxşı vəziyyətdə idi. Bütün lisenziyalar alınıb, lazımi nümunələr həm bələdiyyə, həm də tikinti yoxlama firması tərəfindən götürülüb. Tikinti işləri zamanı lazımi ekspertizalar aparıldı və onlara nəzarət təmin edildi. Bu mərhələlərdə heç bir problem olmadı. Əslində biz "Renesans Residence"i tikərkən onun tikintisini mərhələ-mərhələ foto və videoya çəkdik. Məncə, onlar kompüterlərdə saxlanılır. Bacarsam, sonra təqdim edəcəm".
M.Yaşar Coşqun binanın çökməsi ilə bağlı öz ehtimalını bildirib:
"Bununla bağlı ağlıma yalnız bir şey gəlir: Düşünürəm ki, zəlzələnin dalğa uzunluğu indiyədək baş vermiş bütün zəlzələlərdən fərqlidir. Bundan əlavə, zəlzələ yerə çox yaxın, bir neçə kilometr aralıda olduğundan bu qədər dağıntılar ola bilər. Fevralın 6-da ard-arda iki zəlzələ baş verib. Episentri Elbistan olan ikinci zəlzələ daha şiddətli zəlzələ olub. Mən zəlzələ mütəxəssisi deyiləm, bunlar mənim təxminlərimdir".
O, nə üçün Monteneqroya getdiyini də açıqlayıb:
"Monteneqroya səfərim əvvəlcədən planlaşdırılsa da, təyyarə biletini fevralın 8-də almışdım. Zəlzələ nəticəsində “Renessans Residence”in çökməsi və Monteneqroya getməyim arasında heç bir əlaqə yoxdur. Mən şübhəsiz ki, araşdırmadan qaçmaq üçün Monteneqroya getməyə çalışmadım. İşimlə əlaqədar Monteneqroya gedirdim. Plana, layihəyə, qanunvericiliyə uyğun tikinti aparmışıq. Ona görə də üzərimə atılan iddiaları qəbul etmirəm" - deyə o vurğulayıb.
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti