İstanbulda zəlzələ xəbərdarlığı: “Hər an baş verə bilər”
Seysmoloq Hartmann: “Yaxınlaşan təhlükəni dərk etmək lazımdır”

“6 fevral zəlzələsi İstanbul zəlzələsini gecikdirdi. Lakin bu, İstanbul üçün ağrılı bir ön xəbərdarlıqdır”.

Bunu Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) professoru Marko Bohnhoff deyib.

Xəbəri Türkiyənin “Cümhuriyyət” qəzeti yayıb.

Marko Bohnhoff xəbərdarlıq edib ki, rəsmi rəqəmlərə görə 16 milyon insanın yaşadığı İstanbul üçün 7,4 bal gücündə zəlzələ gecikir: “Bu, hər an baş verə bilər”.

M.Bohnhoff Şimali Anadolu fay xəttinin İstanbula yaxın olması səbəbindən erkən xəbərdarlıq sistemlərinin etibarsız olduğunu bildirib.

Hannoverdəki Federal Geologiya Elmləri İnstitutundan seysmoloq Gernot Hartmann da oxşar açıqlama səsləndirib: “Mövcud zəlzələlər İstanbulun zəlzələ riskini dəyişməyib, orada zəlzələ riski hələ də yüksəkdir”.

Ancaq İstanbul zəlzələsinin nə vaxt baş verə biləcəyini təxmin etməyin mümkün olmadığını xəbərdar edən Hartmann əlavə edib ki, zəlzələ yaxın gələcəkdə, hətta onilliklər sonra da baş verə bilər: “Ona görə də yaxınlaşan təhlükəni dərk etmək lazımdır. İndidən hazırlaşmaq vacibdir”.

Fevralın 6-da Türkiyənin cənub şərqində 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 22 minə çatıb.
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti