Beynəlxalq reytinqlərdə bizim universitetlər niyə görünmürlər?
"Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır.

Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır:

"Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".

Bəs universitetlərimizin hələ də reytinq problemi yaşamasına səbəb nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, əvvəlki illərə nisbətən bizim universitetlər artıq reytinqlər uğrunda ciddi mübarizə aparmağa başlayıb:

Onun sözlərinə görə, bu mübarizənin özü də müsbət dinamikadır:

“Artıq bizim universitetlər dünya səviyyəsində bir reytinqə girirlər Universitetlərin reytinqə düşməsi üçün bir çox məsələlər nəzərə alınmalıdır. Bizdə universitetlərdə tədqiqat problemi var.

Yəni universitet reytinqə girirsə, burada tədqiqat aparan alim hər hansı universiteti təmsil etməlidir. Məhz bu problem tezliklə həll olunmalıdır. Həmçinin, ali məktəbin reputasiyası və perestiji çox önəmlidir.

Bundan başqa işə götürənlərin prestijli olması da vacib rol oynayır. Yəni həmin universitetin məzunlarını kimlər işə götürür. Məsələn, İqtisad Universitetinin məzunu gedib marketdə satıcı işləyirsə, bu perestijli hesab olunmur. Yəni onun bitirdiyi təhsilə uyğun onu işə götürmüş sayılmır”.

Ekspert qeyd edib ki, reytinq məsələsində həll olunması vacib olan olduqca önəmli məsələlər var:

“Bundan başqa, müəllim-professor heyətinin tələbə sayına uyğunluğu əsas götürülən cəhətlərdən biridir. Həmçinin, Azərbaycan alimlərinin universitetdəki alimlərə istinad sayı da önəmlidir. Azərbaycan alimlərinin beynəlxalq jurnallarda məqalələrinin sayı, məqalələrin lokal yox, qlobal olması və s. məsələləri misal çəkə bilərik. Əlavə olaraq, reytinq cədvəlinə məlumatlar daxil olunarkən tam əhatəli daxil olmalıdır ki, qiymət verilə bilsin. Müxtəlif beynəlxalq retinqlər də var.

Məsələn, “Ul Greenmetric 2024" dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb. Bu da bir reytinq hesablayıcıdır. Orada əvvəl 4 Azərbaycan universiteti yer alırdısa, indi bu say 12-dir. Hazırda özəl universitetlər də reytinq uğrunda mübarizə aparır. Əvvəlki reytinqlərdə Sumqayıt Dövlət Universiteti vardı. Artıq reytinqlərdə region universitetlərindən Mingəçevir Dövlət Universitetini də görürük.

Artıq universitetlər səhvlərini düzəltməyə başlayıb və reytinq uğrunda mübarizəyə qalxır. Məhz universitet bundan sonra işə götürdüyü müəllim ilə və ya tələbəsi ilə maraqlanacaq ki, o işlə təmin olunsun. Həm tələbələrin, həm də universitetdə dərs keçən müəllim-professor heyətinin şəraitinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görüləcək. Yəni reytinq uğrunda mübarizə bu məsələlərin də müsbət dinamikada inkiŞafına şərait yaradır”.
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti