Ölkədə yeni zorbalıq “moda”sı: həkimi döymək - SENSASİON YAZI
Deputat deyir ki, tibbi personalı iş başında döyməyə görə çox ciddi cəzalar müəyyənləşməlidir
Təcili yardım işçilərinin döyülməsi ilə bağlı xəbərlərə artıq mətbuatda tez-tez rast gəlinir. Xəstəsi öldükdən sonra həkimi döyən, gec gəldi deyə həkimi döyən, istədiyi iynəni vurmadı deyə həkimi döyən...

Son olaraq Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb. Hadisə Suraxanı rayonunda axşam saatlarında baş verib. Belə ki, çağırışa gedən həkim Mətin Səmədovu döyüblər.

Kəllə-beyin travması alan həkim müxtəlif dərəcəli xəsarətlərlə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti stabildir. Polis orqanları hadisənin baş vermə səbəblərini araşdırır.

Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Döyülmələr səbəbindən təcili yardımda işləməyə gələn həkimlərin sayı azalıb.

Bəs həkimlər niyə döyülür? Bunun qarşısını almaq üçün nə etməliyik?

Millət vəkili Aydın Mirzəzadə deyir ki, həkimləri iş başında döyməyə görə çox ciddi cəzalar müəyyənləşdirilməlidir: “Buna görə bir neçə nəfər cəzalansa, başqalarına da dərs olar. Bununla bağlı çox böyük maariflənmə işləri aparılmalıdır. Bir peşəkar həkimin formalaşmasına 15-20 il vaxt lazımdır. Onlar bizim sağlamlığımızın keşiyində dururlar. Bir milləti bədbəxt etmək istəyirsənsə, onun həkimini və müəllimini savadsız et. Həkimə əl qaldırmaq yolverilməzdir və bağışlanmamalıdır. Belə hallara qarşı hərtərəfli mübarizə aparılmalı, cəzalar müəyyənləşdirilməlidir. Həkimlərin bir çoxunun övladları tibb sahəsinə getmir. Bu, mənə elə gəlir ki, cəmiyyət üçün həyəcan siqnalı olmalıdır. Cəmiyyətin bu məsələyə münasibəti dəyişməlidir. Bizim çox gözəl həkimlərimiz var, işlərinin peşəkarıdırlar. Mən özüm də həkim xidmətinə müraciət edirəm və onların fəaliyyətindən çox razı qalıram”.

Professor Adil Qeybulla deyir ki, tibb işçiləri müdafiəsizdir və buna görə də döyülürlər: “Tibbi işin təşkilatçılıq sahəsində çox böyük qüsurlar var. Buna baxmayaraq, həkimlərə qarşı zorakılığın edilməsi cəmiyyətin tibb işçilərinə münasibətindən xəbər verir. Xaricdə bütün həkimlər icbari tibbi sığortaya cəlb edilib. Orada səhiyyənin peşəkarlığına da güvən var. Bu cür hadisələr nadir hallarda ola bilər. Bizdə isə milli səhiyyəyə güvən yoxdur. Ona görə də insanların səhiyyə işçilərinə münasibətində bir qəzəb var. Bu işi törədən adamlar istənilən halda cəzalanmalıdır. Həkimi döymək barbarlıqıdır. Bununla yanaşı, kiminsə tibb işçisindən şikayəti varsa, bu araşdırılmalı, təqsirinin olması sübuta yetirilməlidir. Yalnız bundan sonra cəza tədbiri tətbiq etmək olar”.

"Ankara" klinikasının baş həkimi Zülfüqar Yusifov deyir ki, belə hadisələr dünyanın hər yerində olur: "Məsələn, qardaş Türkiyədə belə hallara həddən artıq çox rast gəlinir. Regionlarda həkimlərə fiziki güc tətbiq olunur. Azərbaycanda isə sığortanın işə düşməsi həddindən artıq pasiyent kütləsinin həkimə müraciət etməsinə səbəb olub. Bu müraciətlərin çoxluğu böyük növbələr yaradır. Bir sıra prosedurlar stress altında həyata keçirilir. Bu da öz növbəsində aqressiyaya səbəb olur və bir sıra zorakılıqlara yol açır. Lakin heç bir hadisə həkimi döyməyə səbəb ola bilməz. Bu məsələdə pasiyent və onun yaxınını da nəzərə almaq lazımdır. Mümkün qədər çalışmaq lazımdır ki, xəstəxanalarda növbələr doğru şəkildə qurulsun. Qəbul qaydalarına riayət edilsin. Digər servis imkanları pasiyentlər üçün yüksək səviyyədə qurulsun. Sonda bir daha qeyd edirəm ki, bu tibdir, hər cür ağırlaşma gözləniləndir. Hətta dərman reseptlərində belə əks-təsirlər göstərilir. Tibb müəssisələrində də xəstə yaxınlarına hər cür prosedurdan qabaq məlumatlar verilir. Görünür, insanlar buna diqqət yetirmirlər deyə bu kimi reaksiyaların şahidi oluruq".

Şəhanə RƏHİMLİ,
Musavat.com
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti