Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.

Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür. Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.

İdman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.

Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır:

“Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.

Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə. Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur. Messi hər paylaşımına görə milyonlar alır. O, Azərbaycanla bağlı paylaşım edəcəksə, bunu da pulla edəcək. Özü də böyük məbləğ qarşılığında. Etməyəcəksə, deməli, səfərlə bağlı razılaşmada bu bənd yoxdur”.

N.Muxtarlı deyib ki, Messini bir gün Azərbaycana gətirmək üçün ən az 2-3 milyon avro ödəməlisiniz.

“Üstəlik digər məşhurlar da onunla gəlib. Onların səfər xərcləri, qonaqlara veriləcək bahalı hədiyyələr və ödəniləcək sanballı məbləğ…

Adnan Əhmədzadə Messi və dostlarına milyonlar verib, onları Azərbaycana gətirir ki, özünü reklam etsin. Vəssalam! Messinin səfərinin Azərbaycana gətirdiyi “xeyir” budur. Bəs Adnanda bu qədər vəsait haradandır? Bu isə heç kimi maraqlandırmır”.

Adnan Əhmədzadə Kimdir?

Adnan Əhmədzadə Azərbaycanın tanınmış ictimai, biznes və idman xadimlərindən biridir. O, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) daxilində müxtəlif mühüm vəzifələrdə çalışmışdır və eyni zamanda beynəlxalq əlaqələrdə rol oynamışdır.

Karyerası və İdarəetmə Təcrübəsi

Adnan Əhmədzadə uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutmuşdur:

2006-2007-ci illər: Nəqliyyat və Ekspedisya Departamentinin müavini;
2007-2008-ci illər: Ticarət Əməliyyatlarında Kommersiya Riskləri Departamentinin rəhbəri;
2008-2010-cu illər: İqtisadi Əməliyyatlar Departamentinin müavini;
2010-2019-cu illər: SOCAR Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin baş direktoru;
2018-ci il: SOCAR Treydinqin icraçı direktoru;
2019-cu il: SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini.

Biznes Fəaliyyəti

2023-cü ildə Adnan Əhmədzadə ABDA İnvest Holdinqin təsisçisi və sədri olmuşdur. Bu holdinq tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun sahib olduğu şirkətlər arasında İspaniyada və İngiltərədə qeydiyyatdan keçmiş daşınmaz əmlak və investisiya ilə məşğul olan qurumlar da mövcuddur.

İdman və İctimai Fəaliyyət

Adnan Əhmədzadə idman sahəsində də fəal iştirak edir. O, 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti olaraq bu idman növünün ölkədə inkişafına töhfə verir.

Şəxsi Həyatı və Maraqlı Faktlar

Adnan Əhmədzadə ailəlidir, dörd övladı var. Maraqlı məqamlardan biri, onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycanda səfərinin təşkilində mühüm rol oynamışdır. Adnan Əhmədzadə həmçinin Ronaldinyo kimi digər tanınmış futbolçularla əməkdaşlıq etmişdir.

Əhmədzadə həmçinin Ronaldinyo və Xuan Laportanın Bakı səfərlərini təşkil etmişdir.

Nailiyyətləri

2015-ci ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu, neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə verilmiş yüksək qiymətdir.
 

Bölmənin digər xəbərləri

07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina

Dünyapress TV

Xəbər lenti