Milli Məclis Avropa Parlamentinin qeyri-obyektiv qətnaməsinə etirazını bildirib
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir.

Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir. Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altına alınır.

Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir. Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir.

Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Beləliklə, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunmuşdur. Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulmuşdur.

Təəssüf ki, Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Qeyd edilməlidir ki, bu cür qətnamələr son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin də əleyhinə çıxırdı.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq".
 
 
 

Bölmənin digər xəbərləri

07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO
06 May 2025 İmamoğlu: "“Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur”"
06 May 2025 Milli Məclisin deputatı Rusiyaya niyə buraxılmayıb? – TASS-dan əcaib xəbər
06 May 2025 Azərbaycanlı milyarderlər “Lyublinskoye Pole” ticarət mərkəzini aldılar - TƏFƏRRÜAT
06 May 2025 İran qonşusunu hədələdi: - Azərbaycanı, yoxsa Ermənistanı?
05 May 2025 Moskva aeroportunda nələr yaşanıb? – Badamovla Rusiyaya gedən deputat danışdı
05 May 2025 Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB
05 May 2025 “Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqada öldürüldü
05 May 2025 Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
05 May 2025 Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
05 May 2025 26 il əvvəl evdən çıxdı -10 dəqiqəyə Asiyadan Avropaya keçdi
05 May 2025 Türkiyəyə qarşı “1915 kartı”nı ortaya qoyurlar
04 May 2025 İranda gecə saatlarında DƏHŞƏT YAŞANDI - VİDEO
04 May 2025 Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA: “Hər an baş verə bilər, fasiləsiz olaraq…”
04 May 2025 Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi

Dünyapress TV

Xəbər lenti