Ardını oxu...
Ermənistan mətbuatı və sosial şəbəkələri erməni silahlı bölmələrinin bu gün Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribatla bağlı ziddiyyətli məlumatlar yayır.

Teref.az APA-ya istinadən xəbər verir ki, erməni təbliğat ruporu bununla haqsız olduqlarını özləri ortaya qoyur.

Ermənistan mediası və sosial şəbəkələrinin erməni seqmenti təxribatla bağlı yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer alıb.

Bildirilib ki, həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub həmçinin Gözəlyan da yaralanıb.

Bundan az sonra isə erməni təbliğat maşını növbəti məlumatı uydurub.

Erməni mənbələrinin həmin məlumatında isə Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olunur. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır.

Lakin təkcə elə bu ziddiyyətli məlumatların yayılması təxribatın məhz Ermənistan tərəfindən törədildiyini, Azərbaycan Ordusunun isə buna adekvat cavab verdiyini göstərir.

Azərbaycan Ordusunun baş vermiş təxribatla heç bir əlaqəsi olmadığı açıq-aydın görünür.

Bu hadisə isə həm də erməni mediasının yalan maşınının hələ də işlək olduğuna işarədir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Bu gün baş verənlər bir daha onu göstərir ki, Ermənistan və ona havadarlıq edənlər regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyillər”.

Teref.az bildirir ki, bu sözləri Musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert vurğulayıb ki, bu təxribat Ermənistan və ona havadarlıq edənlər tərəfindən həyata keçirilib:

“Mən konkret olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin dünənki açıqlamasına əsasən demək istəyirəm ki, bu təxribatın həyata keçirilməsində əsas məqsədlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə gətirilməsi idi. Rusiya səfiri onun dərhal həyata keçirilməsi üçün artıq hazır olduqlarını bildirdi. Bundan əlavə, unutmayaq ki, Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ABŞ-da səfərdə idi. Onun səfəri də bəzi dairələrdə - konkret olaraq İranda, Rusiyada, onların vassalı olan Ermənistanda çox böyük narahatlıqla qarşılandı. Baş verən təxribatın bir elementi də həmin görüşlərlə bağlıdır.

Allah şəhidlərimizə rəhmət etsin! Yaxınlarına Allahdan səbr diləyirəm”.

Polkovnik xatırladıb ki, Ermənistan çox ciddi itkilərə məruz qalıb:

“Onlar Gorusun Dığ kəndi ərazisindəki mövqelərini itiriblər, darmadağın ediliblər. Ölənləri, yaralıları var. Azərbaycan ordusu bundan sonra da düşmənin bütün təxribatlarının qarşısını almaq gücündədir. İstər sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə olsun, istərsə də Ermənistan ərazisi olsun – fərq etməz. Düşmən yaxşı-yaxşı fikirləşməlidir ki, gələcəkdə bu cür təxribatları davam etdirəcəyi təqdirdə cavabları çox sərt, amansız olacaq”.
 
Ardını oxu...

Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərində yeni yüksəklikləri nəzarətə götürdükdən sonra rəsmi Bakı 10 Noyabr Bəyanatının praktiki tənzimlənməsi üçün imkanlarını artırır.

Azərbaycan Bəyanatın 4-cü maddəsinin, qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması müddəası üzrə vaxtı və qaydaları konkretləşdirmək üçün aktivlərini çoxaldır. Bu, Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 9-cu maddənin icrasına da əlavə stimul yaradır.

Texniki məsələlərin həlli üçün Azərbaycan Rusiya ilə danışıqları intensivləşdirə bilər. Beynəlxalq siyasət cəbhəsində isə hərbi-siyasi rəftarlarının hüquqa söykəndiyini göstərməyə davam etməlidir.

Azərbaycanı Qarabağda tələyə salmaq istəyənlər böyük miqyasda əziyyət çəkməkdə davam edirlər, çünki Bakı bir neçə hədəfi ard-arda sıradan çıxardı:

Birincisi: Rusiyanın Ruben Vardanyan planının “Qarabağ hissəsi” iflasa uğradı.

İkincisi: Azərbaycan Qarabağdakı ermənilərlə təması bərpa edərək Rusiyanın planlarındakı digər nöqtəyə də toxunaraq onu kənara atdı. Qərbin isə insan hüquqları üzrə manipulyasiyalarının yersiz olduğunu göstərdi.

Üçüncüsü: Nəhayət, hərbi-siyasi tədbirlərin davamı kimi Qarabağda və Şərqi Zəngəzurun Laçın istiqamətində yeni yüksəkliklərə nəzarəti ələ keçirdi.

Beləliklə, Rusiyanın və Qərbin Qarabağ ermənilərinin sülh, təhlükəsizliyini bəhanə edən tezislərini süquta uğratdı.

Lakin düşünmək olmaz ki, Rusiya və Qərb Qarabağla bağlı siyasətlərindəki ambisiyaları geri çəkəcəklər, əksinə, onlar daha da genişlənə bilər.

Bakı preventiv cavab olaraq reallıqları əlində olan imkanlar hesabına irəliyə aparmağı davam etdirəcək.

Proseslər və onun nəticələrində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi də, Rusiya da, Qərb də ortaq maraqlar hesabına platforma təsis edə bilərlər.

Bircə Ermənistanın manevr və imkanları dar çərçivəyə girir və İrəvanın regional arxitekturanın gələcəyi üçün həll yolları təqdim etmək imkanları heçə enir.

Resursları azalan Ermənistana hansı dövlət strateji kredit verəcək – yəqin ki, Azərbaycan bu suala cavab axtarışlarını İrəvanın siyasətini ayaqda tutmaq istəyən mümkün kanalları qapatmaq iradəsilə göstərir.

Bildirmək yerinə düşər ki, Ermənistanın dünyaya çıxışı üçün iki pəncərə var: İran və Gürcüstan.

Ancaq Gürcüstan Azərbaycan-Ermənistan mübahisələrində neytrallığını elan edib ki, bu da İrəvana sərf etmir. Çünki neytral olmaq Rusiyadan Ermənistana Gürcüstan üzərindən silah-sursat daşınmasını bloklayır. Ermənistanın yeganə ümid yeri İrandır. Lakin burada başqa bir təhlükə də çıxır.

İranın Ermənistanı diri tutmaq üçün ona silah-sursat verməsi artıq təəccüblü gəlmir.

İşin qarışıq tərəfi budur ki, Tehran Moskva ilə güclənən əlaqələrini əsas gətirərək İran vasitəsilə Rusiya silahlarının Ermənistana daşınmasına şərait yarada bilər.

Rusiyanın Ermənistana silah vermək ehtimalları yenidən münaqişə yaratmaq cəhdi kimi şərh oluna bilər.

Üstəgəl, mübahisəli məsələlərin tənzimlənməsi üzrə yeganə münsif olmaq səyləri kimi qiymətləndirmə almalıdır. Hər iki ehtimal və mümkün perspektiv risklər Azərbaycanı narahat etməyə bilməz. Buna görə də Azərbaycan silah trafikinə nəzarəti artırmağa və diplomatik-siyasi kanallar vasitəsilə İrəvana “barıt ixracı”nın qarşısını almağa çalışır.

Qərbin isə Ermənistana silah tədarük etmək imkanları yoxdur, çünki o silahların gətirilməsi fiziki baxımdan problemlər yaradır. Beləliklə, Ermənistanın müdafiə qabiliyyəti sarsılır və onun sülh üçün Bakının təkliflərini qəbul etməsindən başqa çarəsi qalmır.

Üstəgəl, Ermənistanın Azərbaycan-Türkiyə ittifaqına qarşı balanslaşdırıcı güc formalaşdırması çətin görünür.

Lakin nəzərə almaq lazımdır ki, Ermənistan təqdim edilən seçimləri də qəbul etmir.

Belə olan halda Azərbaycan genişlənən hərbi-siyasi tədbirlərini və danışıqlar üçün diplomatik arqumentlərini cavab olaraq ortaya qoyacaq.

Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ
Ardını oxu...
Azərbaycan 10 Noyabr Bəyanatı imzalanandan sonra Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv kəşfiyyat-nəzarət tədbirləri həyata keçirib.
Bu əlamətləri göstərən informasiyalar az olmayıb, hərçənd ki, həmin yayılan məlumatların dəqiqliyini təftiş etmək imkanlarımız olmayıb.
Bəzi informasiyalar özləri iddia səviyyəsində olsa belə, bu elə ümumi planın tərkib hissəsi idi. Azərbaycan getdikcə kəşfiyyat imkanları və texniki vasitələr hesabına vizual nəzarət imkanlarını gücləndirmişdi, hətta Qarabağdakı erməni əhali arasındakı vahimə yaradan hadisələr belə olurdu.
Sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Azərbaycanın həyata keçirdiyi tədbirlər həmin ərazilərin suveren çətirimiz altına keçməsi yönündə mühüm addımlardır.
Hadisələr diqqətlə izlənilməlidir, Azərbaycanın “səssiz müharibə” ilə bir çox əraziyə nəzarəti bərpa etməsi yuxarıda qeyd etdiyim kəşfiyyat-nəzarət həmlələrinin həlledici nəticəsidir.
Təbii ki, bir çox hadisəni, hərbi əməliyyatları, onun nəticələrini, danışıqları, verilən bəyanatları nəzərə alsaq, inam artır ki, Azərbaycan Xankəndiyə də, Xocalıya da nəzarəti bərpa edəcək.
Zəngəzur dəhlizinə gəlincə, onun açılması beynəlxalq zərurətlərdən doğur. Ancaq Ermənistan dəhlizlə bağlı öhdəliyindən yayınır.
Ona görə də, Azərbaycan dəhlizin açılması üçün şərtlərini hərbi miqyasda göstərməkdən başqa seçimə malik olmaya bilər.
(Globalinfo.az üçün şərhim)
Aqşin Kərimov
Teref.az
Ardını oxu...
Sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Express” nəşrində dərc olunan “Azərbaycan Hirosimasının müharibə aparan torpaqlarından” adlı məqalədə deyilib.

“Bəzi hesablamalara görə, bu ərazidə azı 400 min mina yerləşdirilib. Keçmiş təmas xətti ən çox minalanmış ərazidir”, - yazıda qeyd olunub.

Ağdam rayonuna səfər edən məqalə müəllifi dağıntı və xarabalıqların, demək olar ki, total xarakter daşıdığını vurğulayıb:

“Mövcud sübutlar təkzibedilməz şəkildə bu torpaqlarda Azərbaycan xalqının, onun mədəniyyətinin hər hansı izini yox etmək üçün hesablanmış və düşünülmüş cəhddən danışır”.

“Bir vaxtlar rayon ipək və toxuculuq istehsalı ilə ün qazanmışdı. Digər şeylərlə yanaşı, parlaq rəng çalarları ilə tanınan Qarabağ xalçaları da burada istehsal olunurdu. Burada Qarabağ atları da yetişdirilirdi ki, onlardan biri də ötən ilin mayında Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə ərməğan edilmişdi”, - nəşr xatırladıb.

Məqalədə bildirilib ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi sonucunda Azərbaycan itirilmiş ərazilərini qaytara bilib.

“Hazırda iki tərəf arasında gərginlik yüksək olaraq qalır və uzunmüddətli sülh sazişinin real perspektivi gözlənilmir”, - müəllif qənaətə gəlib.

Jurnalist qeyd edib ki, ermənilərin törətdiyi böyük dağıntıların bəlkə də ən parlaq və sərt sübutu bəzən “Qafqaz Hirosiması” adlandırılan Ağdam şəhəridir.

“Ağdam müharibədən öncə 40 000-dən çox əhalisi olan dinamik ticarət mərkəzi idi, lakin amansız hava “xalça bombardmanına” uğramış şəhəri xatırladan xarabalığa çevrildi. Yalnız keçmiş dram teatrının, poçt şöbəsinin və mərkəzi qonaq evinin bəzi divarları qalıb”, - yazıda bildirilib.

Eyni zamanda, britaniyalı jurnalist qeyd edib ki, işğaldan azad edilmiş ərazilər “küldən çıxan feniks quşu” kimi bərpa olunacaq və Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin oraya qaytarılması məsələsini siyasi gündəliyin əsas bəndi kimi qarşıya qoyub:

“İnfrastrukturun bərpası proqramının ən diqqətçəkən xüsusiyyətlərindən biri bərpa olunan enerji və sıfır CO2 emissiyası ilə bağlı öhdəlikdir. Qarabağda günəş, külək və su enerjisi şəklində çoxlu yaşıl enerji mənbələri var. Onun bərpa olunan potensialı ildə 10 giqavatdan çox qiymətləndirilir”.
 
Ardını oxu...
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib.

Teref.Az XəzərNews.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub:

"Göründüyü kimi Qarabağda yol tikintisinə son 2 il ərzində 5 milyard manata qədər vəsait qeyri-şəffaf və hesabatsız xərclənib. Bir sözlə Qarabağ büdcə pullarının silinməsi üçün qapalı və əlverişli məkana çevrilib".

Q.İbadoğlu Qayıdış planında yer alan bəzi məqamlara da diqqət ayırıb:

"Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı 936-dan 316-dək endiriləcək. Ən çox azalma Qubadlıda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən 24-cü saxlanılacaq. Bu göstərici Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə planlaşdırılıb".
Ardını oxu...
Bu gün Ağdaban soyqırımının ildönümüdür.

"Report" xatırladır ki, soyqırımın baş verməsindən 31 il ötür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın işğaldan azad edilən Ağdam rayonu ərazisində ermənilərin vandallığını sübut edəcək daha bir fakt ortaya çıxıb.

Manset.az xəbər verir ki, yayılan görüntülərdə rayonun Şıxbabalı kəndində qəbiristanlığın ermənilər tərəfindən necə dağıdıldığı öz əksini tapıb.

Videoda həmçinin bir yaşlı Aynurənin qəbrinin yerlə bir edildiyi aşkar görünür.

 
Ardını oxu...
Rəşad Bayramov: “Ermənilər anladılar ki, Vardanyan amili gərginliyi daha da artırır, Azərbaycanın təzyiqlərini gücləndirir”
Erməni oliqarx, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "dövlət naziri" Ruben Vardanyan seperatçıların daxilindəki ziddiyyətləri tənqid edib.

"Niyə 10 il əvvəl Ermənistanı və Artsaxı xilas etmədiniz" sualına Ruben Vardanyan belə cavab verib: “Mən xilaskar deyiləm. Mən xilaskarlara yox, məsuliyyət daşımağa, irəli getməyə, insanlara rəhbərlik etməyə hazır olan liderlərə, liderlərə inanıram. On il əvvəl Artsaxda güclü hökumət var idi, o, Artsax xalqı üçün uyğun hesab etdiyi bir ölkə qururdu. Mən buna inandım və onlara kömək etdim. Etdiyimin yaxşı bir hərəkət olduğunu düşündüm. Bəlkə də müdrikliyim kifayət deyil, amma əminəm ki, bir xilaskar ola bilməz. Biz reallığa və başımıza gələnlərə vicdanla baxmalı, tənqid etməkdən qorxmamalı, həm də yaxşı gələcəyə sahib olmaq üçün bunu konstruktiv şəkildə etməliyik”.

Göründüyü kimi, Vardanyan demək istəyir ki, Araik Arutunyanın hakimiyyəti sabun köpüyü kimi bir şeydi. Bu mövqe əslində onların arasında ciddi ziddiyyətin olduğunu və Rubenin Qarabağa həqiqətən Rusiya tərəfindən göndərildiyini sübut edir.

Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, guya erməni soydaşlarının taleyinə biganə qalmayaraq onlara dəstək üçün Qarabağa gələcəyi ilə bağlı fikirləri meydana çıxan kimi ifşa olundu: “Azərbaycanda hamı bunun Kremlin yeni Qarabağ oyunu olduğunu bəyan etdi və ciddi etiraz fikirləri yüksəldi.

Vardanyanın gəlişi ilə Qarabağda yaşayan ermənilər arasında narazı kütlə xeyli artdı. Separatçıların “rəhbərliyi” arasında qarşıdurmalar başladı, çünki tərəflərdən heç biri qanunsuz əldə edilən pullardan əl çəkmək istəmirdi. Vardanyanın isə öz pullarını Qarabağda ac-yalavac ermənilərə xərcləmək fikri yox idi. Vardanyan Qarabağda çox qalmayacağını yaxşı bilirdi. Kremlin onu Paşinyanın yerinə hazırladığını, eyni zamanda, Azərbaycanın da onun Qarabağda yaşamasına çox göz yummayacağını hamıdan daha yaxşı anlayırdı. Ona görə də imkan varkən bir az da pul qazanmaq üçün təbii sərvətlərdən gələn gəlirləri də ələ keçirmək məqsədi güdməyə başladı. Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolundakı ekoloji aksiyası Vardanyanın planlarını pozdu. Qarabağdan pul qazana bilmədiyini və öz pullarının xərclənəciyinin görən Vardanyanın tezliklə Qarabağdan qaçmağa meylləndi. Vardanyan üçün üç variant qalırdı: ya Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs ediləcəkdi, ya qaçacaqdı, ya da fiziki olaraq hansısa formada məhv ediləcəkdi. Görünür, Vardanyan ikincini – qaçmağı seçdi. İndi Vardanyan “vəzifəsindən istefa” edə, ya etməyə bilər – bu artıq texniki məsələdir. Bir sözlə, “Vardanyan layihəsi” baş tutmadı, Azərbaycana təzyiq elementi kimi işləmədi. Eləcə də Vardanyanın özü nə Qarabağdakı ermənilərin dəstəyini qazana bildi, nə də vəziyyətlərini düzəldə bildi. Ermənilər anladılar ki, Vardanyan amili daha da gərginliyi artırır, Azərbaycanın təzyiqlərini gücləndirir. Məhz buna görə də o, gündəmdə qalmağın yeganə yolunu Araiki tənqid etməkdə görür”.

Məhəmmədəli QƏRİBLİ
 

Dünyapress TV

Xəbər lenti