Ardını oxu...
Rusiya sülhməramlı kontingentinin komandanı, general-polkovnik Lentsovun Bakıda apardığı müzakirələr heç bir nəticə verməyib.

TEREF.AZ cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, general-polkovnik A.Lentsovun rəhbərlik etdiyi Rusiya sülhməramlı kontingentinin komandanlığı bu həftə Bakıda olub və Azərbaycan tərəfi ilə vəziyyəti müzakirə edib:

“Müzakirələrin nəticələrinə əsasən, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan şərtlərin dəyişdirilməsi və bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Ən qısa zamanda yeni görüş planlaşdırılır, onun nəticələri barədə əlavə məlumat verəcəyik”.

Xatırladaq ki, Lentsov Laçında qoyulmuş buraxılış məntəqəsi barədə müzakirə aparıb.
 

Ardını oxu...
Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yaydığı məlumata görə, yaxın günlərdə Qarabağda yaşayan ermənilər mitinq keçirməyə hazırlaşırlar.

DİA.AZ-ın məlumatına görə, JAMAZ.İNFO həmin qəzetə istinadən xəbər verir ki, mitinqin may ayı keçirilən bayramlardan biri ərəfəsində təşkili gözlənilir.

Məlumatda qeyd edilir ki, mitinqin təşəbbüskarı Qarabağda son zamanlar Azərbaycana qarşı imza toplayan bir qrup gənclər və Ermənistanın deputatı

Taquhi Tovmasyandır. Tovmasyanın iddiasına görə, iki gün ərzində Qarabağda Azərbaycandan ayrılmaq, Laçın dəhlizinin açılması, habelə Azərbaycanın Ermənistanla sərhəd buraxılış məntəqəsini ləğv etməsi “tələbi” ilə 5000-ə yaxın imza toplayıb.

Bundan başqa, həmin “təşəbbüskar”lar idda ediblər ki, guya, Azərbaycan Qarabağda “etnik təmizləmə” aparmaq istəyir, “soyqırım siyasəti” həyata keçirir və 10 noyabr razılaşmasını pozur. Mitinq də məhz bu tələblə keçiriləcək ki, həmin hallar dayandırılsın.

“Joqovurd”un yazdığına görə, artıq mitinq hazırlıqlarına başlanılıb. “Ola bilsin ki, Qarabağdakı hakimiyyət, eləcə də müxalifət bu mitinqdə iştirak etsin”.

P.S. Qarabağda yaşayan ermənilər dinc yaşamaq fikrindən uzaqdırlar. Əvvəla, Azərbaycan Qarabağda hər hansı soyqırım və ya etnik təmizləmə işləri aparmır. Əgər belə bir niyyətimiz olsaydı, indiyə orada bir erməni belə qalmazdı. İkincisi, Qarabağda etnik təmizləmə və soyqırım siyasətini elə ermənilər özləri həyata keçiriblər. 30 il ərzində 800 min insanı yurd yuvasından qovub, Xocalıda soyqırım törədən də elə ermənilər olub.

Əgər onlar Xankəndidə hər hansı mitinq keçirmək istəyirlərsə, buyursunlar. Amma Azərbaycan tərəfi də əliboş oturub gözləməməlidir. Birincisi, bunun qarşısını almaq üçün xəbərdarlıq etməli, əməl edilməyəcəyi təqdirdə, təsirli addımlar atmalıdır. Çünki Qarabağdakı separatçılara meydan vermək olmaz. Bu prosesləri yenidən 1988-ci ilə qayıtmasına səbəb ola bilər.

İkincisi, Ermənistan parlamentinin üzvlərinin Qarabağdakı aksiyalara qatılması rəsmi Bakı tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, separatçılıqla məşğul olmaq kimi qəbul edilməli və bunun qarşısını almaq üçün zəruri addım atmalıdır. Hətta zərurət olarsa, həmin deputatların həbsini belə həyata keçirmək lazımdır. Ki, qoy, onlara görk olsun.

Ardını oxu...
Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyan mayın 5-də ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Linn Treysi ilə görüşüb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən NEWS.am-a verilən məlumatda belə deyilir

"...Görüş zamanı həmsöhbətlər Cənubi Qafqazda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar . 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarının qeyd-şərtsiz yerinə yetirilməli olduğunu vurğulayan səfirlər mayın 1-4-də ABŞ-da keçirilən üçtərəfli danışıqların əhəmiyyətini vurğulayıblar.

Ermənistan səfiri həmkarının diqqətini Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü(guya-S.L.) nəticəsində regiondakı vəziyyətə, o cümlədən Dağlıq Qarabağdakı(keçmiş-S.L.) böhranlı vəziyyətə cəlb edərək, üçtərəfli bəyannamənin 6-cı bəndinə kobud şəkildə zidd olaraq Laçın dəhlizinin qanunsuz blokadaya alınmasını(guya-S.L.) vurğulayıb. Bundan əlavə, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb" -xəbərdə belə deyilir.

Ardını oxu...

Zəruri şərh:

Xatırladaq ki, xanım Linn Treysi 2019-cu ilin fevralından 2022-ci ilin sentyabrınadək ABŞ-ın Ermənistandakı səfiri kimi çalışıb. Bu müddət ərzində, xüsusən 2020-ci ilin 44 günlük savaşından sonra o, dəfələrlə Azərbaycanın Qarabağdakı ermənilərə status verməli olması haqda çıxışlar edib, Ermənistan-Azərbaycan sərhədinə gələrək oradakı hərbçilərlə görüşüb və s. L.Treysi Moskvada ABŞ-ın Rusiyadakı səfiri kimi fəaliyyətə başladıqdan sonra – 2023-cü ilin fevralında öz xahişi ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən qəbul edilib. Qəbula görə təşəkkürünü bildirən Linn Treysi 2022-ci ildə Azərbaycana səfərini xatırlayıb, Prezident İlham Əliyevlə görüşün ona olduqca müsbət təsir bağışladığını deyib və ölkəmizin qonaqpərvərliyi haqqında xoş təəssüratları ilə bölüşüb. O vurğulayıb ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə normallaşmasında maraqlıdır...

Amma artıq indi situasiya dəyişib. Və yəqin ki, Xarici İşlər Nazirliyi tezliklə Polad Bülbüloğlunun da ABŞ-ın Rusiyadakı səfiri ilə görüşünü təşkil edərək Ermənistan səfirinin Azərbaycan haqqında xanım Treysiyə söylədiyi hədyanların yalan və böhtan olduğunu anladacaq...
 
Ardını oxu...
"Əslində biz qardaş Türkiyədən Vaşinqton görüşləri ilə bağlı pozitiv xəbərlər eşitməli idik".
DİA.AZ xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Hülusi Akarın çıxışından danışarkən deyib.
O söyləyib ki, biz mayın 1-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həddini aşan açıqlama verdiyini unutmamalıyıq:
"Bu açıqlamada "Tərəflər yalnız Rusiyanın iştirakı ilə hansısa sənədə imza atma bilər. Biz bu prosesdə yoxuqsa, qabulediməzdir" deyilmişdi. Türkiyə də ağıllı siyasətçi və generallar var. Onlar Rusiyanın Qarabağ məsələsində həm əvvəllər, həm də indiki mövqeyini açıq şəkildə görürlər. Akarın narahatlığı da bundan qaynaqlanır. Yəni Letsovun Volkovu yanına salıb Bakıya gəlməsi və nəzarət buraxılış məntəqəsi ilə bağlı hərəkətləri hər birimizi qayğlandırır”.

Ekspert bildirib ki, genişmiqyaslı əməliyyatların və toqquşmanın olması mümkün deyil:

"Sadəcə lokal xarakterli toqquşmalar ola bilər. Çünki Rusiya qan axmasına və tərəflər arasında gərginliyin yaşanmasına çalışacaq. Buna görə də Hülusi Akar belə fikirlər səsləndirib. Həmçinin H.Akar ermənilərin xislətini bilir. Bu səbəblə də Ermənistanın Moskva görüşlərindən sonra, Rusiyanın təxribatları və vədləri qarşısında danışıqlar prosesini pozmasından narahat olduğunu ifadə edir. Yəni Akarın başqa bir narahatlığı yoxdur. Lakin hələlik gördüyümüz mənzərə odur ki, Ermənistanın Xarici işlər naziri Vaşinqtonda danışıqlar aparır, Paşinyan isə Çexiyada Azərbaycanla münasibətləri pozmaq həddinə gətirə biləcək bəyanatlar verir. Qardaş Türkiyəni belə açıqlamalar verməyə vadar edən addımlar bunlardır".
Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib. Akar sül sazişinin imzalanması nə qədər yubanarsa, yeni münaqişə riskinin bir o qədər yüksək olduğunu deyib.
"Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır", - Hulusi Akar vurğulayıb.
 
Ardını oxu...
Xankəndi separatçılarının rəhbəri Araik Arutyunyan və qondarma "dövlət naziri" dünən ikinci dəfə sülhməramlıların yeni komandanı Aleksandr Lentsovla görüşüb. Lentsov onları öz qərargahında qəbul edib və Laçın yolu ilə bağlı müzakirələr aparılıb. Lentsov yaxın günlərdə Bakıya gedəcəyini və məsələ ilə bağlı danışıqlar aparacağını bildirib. Bu, ötən həftə təyinat alan Lentsovun Arutyunyanla 2-ci, separatçılarla 3-cü görüşüdür. Qeyd edək ki, Həkəri körpüsü üzərində sərhəd-keçid məntəqəsi qurulduqdan sonra erməni separatçılar və Ermənistan rəsmiləri 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndini əsas gətirməyə çalışırlar. Halbuki Ermənistan tərəfi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxmasını və Zəngəzur dəhlizinin açılmasını təmin etməməklə bəyanatın maddələrini çoxdan pozublar. Əvəzində isə Azərbaycanın humanitar yol kimi maneəsiz gediş-gəlişə şərait yaratdığı Laçın yolundan silah, mina daşınması və Qarabağdakı qanunsuz silahlıların yenidən toparlanması üçün sui-istifadə ediblər. Hazırda yol humanitar məqsədlər üçün açıqdır, lakin Ermənistan artıq bu yolla silah-sursat, mina və şəxsi heyət daşıya bilmir.

TEREF.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, rus sülhməramlı kontingentinə rəhbərlik edən Aleksandr Lentsovun ermənilərdən yana addım atacağı gözlənilən idi. Professor bildirib ki, Lentsovun həyat yoldaşı ermənidir:

"Lentsovun Bakıdan öncə İrəvana getməsi qəbuledilməz, separatçılarla 3 dəfə görüş keçirməsi isə qanunsuzdur. Qondarma rejimi təmsil edənlər separatçılar, terrorçulardır. Onlarla sıx təmasda olmaq yolverilməzdir. Bu məqam Bakıda rus generalın diqqətinə çatdırılmalıdır və şübhə yox ki, çatdırılacaq. Rusların ermənilərlə birgə təxribatçı addımlarını çox görmüşük. Sülhməramlıların rəhbərinin ilk səfərini İrəvana etməsi də səbəbsiz deyil. Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması erməni cəmiyyətində narahatlığa səbəb olub. Rusiya Ermənistanı yenidən tam nəzarətə götürmək üçün gedişlər edir, yollar axtarır. Daha doğrusu, Moskva İrəvanın nazı ilə oynayır. Lentsov İrəvana getməklə, Qarabağda separatçılarla görüşməklə keçid məntəqəsinin müzakirə olunacağını, bununla bağlı görüşlər keçirəcəyini göstərməyə çalışır. Təbii ki, bunlar boş, mənasız cəhdlərdir. Azərbaycan Laçın yolundakı postu götürməyəcək və bir addım geri atmayacaq. Lentsov bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil".
Ardını oxu...
Azərbaycan-Ermənistan sərhədində Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan nəzarət-buraxılış məntəqəsində 24 saat peşəkar xidmət göstərilir.

Bu barədə AzTV reportaj hazırlayıb.

Bildirilib ki, hava şəraitinin kəskin dəyişməsinə və gecə saatlarına baxmayaraq sərhədçilərimiz iş başındadırlar.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Həmin reportajı təqdim edirik:
Ardını oxu...
Dağlıq Qarabağdan imtina edən hər kəs Ermənistanda dövlətə xəyanətdə mühakimə olunacaq.

Bunu Milli Assambleyanın mayın 2-də keçirilən iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib.

“Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qoruya bilməyənlərə, eləcə də onların nəslinə ölkəmizdə yer olmayacaq. Ermənistan ordusunu, eləcə də Dağlıq Qarabağ Müdafiə Ordusunu zəiflədənlər bağışlanmayacaq. Erməni kimliyinin dayaqlarından birinə - Erməni Apostol Kilsəsinə hücum edən hər kəs qovulacaq...”, - Vardanyan “siyahı”nı davam etdirərək deyib.

Onun sözlərinə görə, Ermənistanla müqayisədə güc heç bir şey deyil.

“Və xahiş edirəm, indicə təsvir etdiyim Ermənistan Respublikasının mövcud olacağına şübhə etməyin”, - deyə müxalifətçi yekunlaşdırıb.\\Unikal
 
Ardını oxu...
Bu gün Ermənistan parlamentinin növbəti iclası başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti yayıb.

Mənbə yazır ki, Qarabağ separatçıları birgə "parlamentlərarası komissiya"nın iclaslarının çağırılması ilə bağlı (o cümlədən onlayn rejimdə) Ermənistan parlamentinə bir neçə rəsmi sorğu göndərib, lakin Ermənistan parlamentinin rəhbərliyi bu müraciətlərə cavab verməyib.
 
Ardını oxu...
Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə çıxılmaz vəziyyətə düşən Xankəndidəki separatçı-terrorçu rejim mövcudluğunu saxlamaq üçün son varianta əl atır: erməni əhalisi adından “müqavimət hərəkatı”na start verilib;

Separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır. Ermənilər tarix boyu əl atdıqları qondarma “etnik təmizləmə”, “soyqırımı” kimi kartlarını bu dəfə də işə salıblar. Kampaniyanın təşkilatçısının separatçı rejim olduğu şübhəsizdir. Separatçıların qondarma “başçısı” Araik Arutyunyanın “imzatoplama kampaniyasına” qoşulması da bundan xəbər verir.

Kampaniyanı başladan ermənilər bəyan ediblər ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsinin götürülməyəcəyi məlumdur, beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazisində atdığı addıma müdaxilə edə bilməz, edə bilmir də. Hətta ermənilərin güvəndiyi Rusiya da reallıqla barışıb. O zaman sual yaranır: separatçıların göstərişi ilə danışan bir qrup erməni “başqa yollara əl atacaqlar” dedikdə nəyi nəzərdə tuturlar?

Bunun diqqəti cəlb etmək üçün istifadə edilən şantaj olduğu aydındır. Lakin istisna deyil ki, separatçı rejim öz mövcudluğunu qorumaq üçün erməni əhalisini qırğına verə bilər. Separatçıların əlində silah-sursatın olduğu sirr deyil, əhalini silahlandıra və Laçın postuna, eləcə də ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinə qarşı təxribatlar törədilə bilər. 2021-ci ilin noyabrında erməni terrorçu Norayr Mirzoyanın Şuşa postuna bomba atması təcrübəsi də yenidən terror kartının istifadə edilməsi ehtimalını önə çıxarır.

Dünyapress TV

Xəbər lenti