Xankəndi 3 yerə parçalandı:
Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejim yenidən fəallaşıb.

Belə ki, qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan yenidən meydanlara qayıdıb.

O, yenidən separatçı rejimdə “vəzifə” almağa çalışır. Hətta son keçirilən mitinqdə Samvel Babayanın “dövlət naziri” təyin olunmasını tələb edilib.

Separatçı rejimin “Milli Assambleyasının sədri” Artur Tovmasyan isə bu istiqamətdə müəyyən addımlar atacağını bildirib.

Həm Artur Tovmasyanın, həm də özünü qondarma rejimin rəhbəri adlandıran Araik Arutyunyanın Samvel Babayanla “siyasi məsləhətləşmələr” aparacağı da qeyd olunur.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Xankəndidə yeni bir qüvvə ortaya çıxıb.

Bəs bunun arxasında kim dayanır və nə hədəflənir?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, hər dəfə Azərbaycanla Ermənistan arasında sülhə dair yaxınlaşma olanda bir sıra ssenarilər işə düşür:

“Yəni bir sıra pozucu fəaliyyətlər müşahidə olunur. Bu gün də biz proseslərin içindəyik. Onu da yaddan çıxarmayaq ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dair tarixi anlar yetişəndə Ermənistan parlamentinə silahlı hücum oldu. Nəticədə parlamentin sədri və baş nazir güllələndi. Həmçinin, bir sıra deputatlar da terror aktının qurbanı oldu.

Xatırladım ki, 2016-ci ildə də belə bir an yetişəndə Ermənistanın radikal terrorçu "Sasna Tsrer" təşkilatının nümayəndələri İrəvanda polis idarəsinə basqın etdilər və ümumi daxili-siyasi gərginliyin yaradılmasına səbəb oldular. Sanki bu gün də Ermənistan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqdan sonra separatçı qurum daxilində müxtəlif pozucu fəaliyyətlərin şahidi oluruq. Burada Samvel Babayan aktuallaşma başlayır.

Bir müddət öncə Ruben Vardanyanın da sönük bir mitinq keçirdiyini qeyd etməliyik. Bununla yanaşı, Araik Arutyunyana qarşı müxtəlif planlar icra olunmaqdadır. Onun başqası ilə əvəz olunması və ona qarşı bir alternativin formalaşdırılması həm də İrəvanın siyasi kursuna bir müqavimət kimi qələmə verilir. Artıq separatçı qurum, Rusiya və Ermənistan arasında da müxtəlif fikir ayrılıqları olduğu görünür”.

Politoloq hesab edir ki, Xankəndidəki proseslərin arxasında Nikol Paşinyan və Rusiya ola bilər:

“Bu, Nikol Paşinyanın siyasi vizyonuna təsir etmək üçün də atılan addımdır. Paşinyan da burada iki məqsəd güdə bilər. Birincisi, baş verən neqativ halları əsas gətirərək, sülh müqaviləsini imzalamaq üçün hərəkətə keçə bilər.

Yəni sülh müqaviləsi imzalayaraq bütün bu proseslərin səngiməsinə çalışa bilər. İkinci ssenaridə isə Paşinyan baş verən daxili təlatümləri və narazılıqları əlində kart kimi istifadə edərək prosesi uzada bilər. O, əlbəttə ki, yaranan imkanlardan özü üçün fürsət kimi istifadə edəcək.

Ərazidə Rusiya sülhməramlılarının olduğunu da nəzərə almaq lazımdır. Təbii ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansa, sülhməramlıların fəaliyyət müddəti bitdikdən sonra regionu tərk etməli olacaqlar.

Rusiya isə bütün təsir imkanlarını genişləndirmək üçün Xankəndidəki proseslərin arxasında dayan bilər. Müxtəlif kartları işə salaraq, regiondakı destruktiv niyyətlərini siyasi zəminə sürükləyə bilər. Ona görə də burada Rusiya faktoru da çox ciddi qəbul olunmalıdır”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti