Ardını oxu...
Tanınmış aparıcı Aytən Səfərovanın qızı Türkiyə universitetinə qəbul olub.

Tribunainfo.az xəbər verir ki, aparıcı qızının Tekirdağ Namiq Kamal Universitetinin Psixologiya fakültəsinə daxil olduğunu canlı efirdə öyrənib.

Belə ki, Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Ramal Şəmşədli aparıcıdan onun pərəstişkarı olan abituriyentin qəbul xəbərini səsləndirməsini xahiş edib.

Qəbul olan şəxsin öz qızı olduğunu öyrənən aparıcı göz yaşlarını saxlaya bilməyib, kövrəlib.

 
 
 

Ardını oxu...
Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.

Bu, övladın valideyni öldürməsi ilə bağlı yayılan ilk cinayət xəbəri deyil. Son aylarda bu tip məlumatları demək olar ki, tez-tez oxuyuruq. Təəssüf doğuran məqam isə bundan ibarətdir ki, cinayət hadisəsini törədənlərin əksəriyyəti yeniyetmə olur. Bunu yeniyetmələrin kriminal aləmə meyilli olması ilə əlaqələndirənlər də var. Bir çoxları belə düşünürlər ki, yeniyetmələrin cinayətə meyilli olmasının əsas səbəbi kriminal aləmlə maraqlanmaq, "kriminal avtoritet"olmaq istəyidir.

DİA.AZ-ın məlumatına görə, psixoloq Gülnar Orucova Cebhe.info-ya açıqlamasında bildirib ki, son zamanlar ailə üzvlərinə qarşı törədilən cinayət sayı yad şəxslərə qarşı törədilən cinayət sayından daha da çox olur:

"Cinayətlərin sayının statistikasına nəzər yetirsək görərik ki, artım var. Əvvəllər yad insanlara qarşı cinayət hadisələri daha çox baş verirdisə, son illər yaxın qohumlara qarşı da cinayət törədilir. Son iki il ərzində "oğul anasını öldürdü", "oğul atasını öldürdü" kimi xəbərləri çox oxuyuruq. Ümumiyyətlə, heç bir halda bir insanın digər insanın həyatına qıymasına haqq qazandırmaq olmaz. İstər “namus üstündə”, istər başqa səbəblərdən olsun, buna haqq qazandırmaq düzgün deyil və digərlərini cinayətə təşviq etməkdir.

Övladın onu dünyaya gətirən, böyüdüb-başa çatdıran insanın canına qıyması doğru sayılmaz. Bir məqama diqqət çəkmək istəyirdim. Analar öz övladlarını mərhəmətli böyütməyə çalışsınlar. Biz nə qədər övladımızı mərhəmətli böyüdürüksə, o mərhəmət bizə də yansıyır. Övladımıza şiddət göstəririksə, bir müddət sonra o kini, nifrəti bizə qarşı göstərməyə başlayır".

Psixoloqun sözlərinə görə, yeniyetmələrin kriminal aləmə meyilli olmasında valideynlər qədər məktəblərdəki sistem də günahkardır:

"Son dönəmin yeniyetmələrinə baxın. Yeniyetmələr sanki özlərini kriminal aləmin üzvləri kimi, avtoritet kimi göstərirlər, bəzən o avtoritetlərin sözlərindən istifadə edirlər, onların döymələrini bədənlərinə vurdururlar. Bu, doğru tərbiyə metodu deyil. Valideyn buna heç bir reaksiya vermirsə, bunun da fəsadları olur. Valideyn olaraq övladımızı nəzarətdə saxlamalıyıq. Bu məsələdə həm də məktəblər günahkardır.

Məktəblər çətin tərbiyə olunan uşaqları gizlədir, onların törətdiyi əməli ört-basdır etməyə çalışırlar. Niyə ört-basdır edirsiniz? Hüquq-mühafizə orqanlarına bildirmək lazımdır və o yeniyetmə üçün tədbir görülməlidir. Amma biz onu gizlətməyə çalışırıq. Yalnız iş böyüyəndə polisə müraciət edirik. Rəhbərlər "məktəbimizin adına xələl gələr" düşünürlər, bir də görürlər ki, yeniyetmə artıq cinayət törədib".

Psixoloq qeyd edib ki, namus üstündə törədilən cinayət hadisələrinə haqq qazandırmaq digər insanları da cinayətə təşviq etməkdir:

"Heç bir oğulun ananı “namus üstündə” öldürməsi doğru deyil. Ondan imtina edə bilərsən, sevməyə bilərsən, ananla görüşməyə, əlaqəni kəsə bilərsən və yaxud ananı doğru yola çəkə bilərsən. Mən sosial şəbəklərdə rəyləri oxuyuram, yazırlar ki, düz edib. Namus üstündə bir insanı öldürməyə haqq verirlər. Belə deyildikcə digər insanları da aqressivləşdirir, cinayətə təşviq edirsiniz.

Biz niyə geriyə inkişaf edirik? Azərbaycanda həyat yoldaşı olmayan bir insanın ikinci bir şəxslə münasibət qurmasına, ailə qurmasına, dostluq etməsinə əxlaqsızlıq kimi baxırlar. Amma bu belə deyil. Heç nəyin təsdiqi olmadan bir insanın həyatına qıymaq doğru deyil. Təsdiqi olsa da, bu, cinayətə haqq qazandırmır".
 
Ardını oxu...
Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xasarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Hadisə ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğu da məlumat yayıb.

"Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir", - məlumatda bildirilir.
 
Ardını oxu...
İspaniya Kralı VI Felipe və Kraliça Letiziyanın 17 yaşlı qızı şahzadə Leonor hərbi təhsil və təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, gənc şahzadənin hərbi məktəbdə ilk gündə çəkilmiş fotoları İspaniya mətbuatında dərc olunub.

İspaniya taxt-tacının varisi Leonor krallıq ənənələri çərçivəsində üç il hərbi məktəbdə təhsil alacaq.

Şahzadə Leonorun Saraqosa Hərbi Akademiyasında ilk günündə hərbi formada çəkilmiş fotoları ölkəsində gündəm olub.

Dəbli geyimləri ilə anası Kraliça Letiziyanın yolunu davam etdirən şahzadənin bu fərqli imici maraqla qarşılanıb.
Ardını oxu...
 
Ardını oxu...
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır. Təəssüf doğuran məqam budur ki, son illər qadın cinayətlərinin sayı artıb. Cari ilin yanvar-iyun ayları ərzində qadınlara qarşı törədilmiş cinayətlərin sayı 9,0 faiz artıb. 2021-ci ildə 46, 2022-ci ildə isə qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib. Rəqəmlərin artmasının bir çox səbəbləri var.

TEREF.AZ bildirir ki, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bu sahədə olan boşluqlardan danışıb:

"Məişət zorakılığına məruz qalan şəxslərin müdafiə mexanizmi çox zəifdir. Mühafizə orderi gec verilir, bəzən məhkəməyə müraciət ediləndə, dövlət rüsumu istənilir. Bu da qanundakı boşluğu göstərir. Qısamüddətli orderi icra hakimiyyətləri verməlidir, lakin QHT nümayəndələri, vəkillər orderlərin alınmasında çətinlik çəkir. İcra hakimiyyətinin rəhbərləri bu orderlərin verilməsindən yayınır.

Hesab edirlər ki, bu rayonun statistikasını korlayır, məşiət zorakılığını açıb-ağartmaq istəmirlər. Polislər də bu yanaşmanı bilirlər. Ona görə də məişət zorakılığı barədə onlara şikayət ediləndə dərhal ciddi tədbirlər görmürlər".

Onun sözlərinə görə, polislər üçün də məişət zorakılığına məruz qalan vətəndaşlarla işləmək üçün prosesual təlimat qaydası yoxdur:

"Ümumiyyətlə, polislərin hansı prosesual qaydada işləməsinə dair təlimat yoxdur. Biz deyirik ki, xüsusi təlimat olmalı və polislər o təlimat əsasında fəsliyyət göstərməlidir. Amma göstərilən fəaliyyətdə çox ciddi yanlışlıqlar var. Məişət zorakılığının qurbanı olan insanlarla, onu törədənlərlə necə rəftar etmək lazımdır- bununla bağlı vahid sənəd yoxdur. Polislər də çox zaman hesab edir ki, bu, məişət məsələsidir, barışdırmağa çalışırlar. Hətta deyərdim ki, bir çox polis müəssisələri bilmir ki, məişət zorakılığının qurbanları üçün sığınacaq var, qurbanların həyatı da təhlükədədirsə, onları dərhal sığınacağa yerləşdirmək lazımdır".

O, sığınacaqların sayının artırlması məsələsinə də toxunub:

"Ölkədə də sığınacaqların sayı həddən artıq azdır. Məişət zorakılığı da artır, ağır faciələlərlə sonlanır. Böyük şəhərlərdə, region mərkəzlərində sığınacaqların sayını artırmaq lazımdır ki, şəxslər öldürülmədən sığınacağı yatırılsın. Birincisi, məişət zorakılığı ilə mübarizə üzrə polislərin fəaliyyəti üçün təlimat hazırlanmalıdır, mühafizə orderlərinin verilməsi prosesi sadələşdirilməlidir, əlçatan olmalıdır, sığınacaqların sayı artırılmalıdır. Hökumət məişət zorakılığı ilə mübarizə sahəsində çalışan ictimai təşkilatların genişlənməsinə dəstək verməlidir. Təəssüf ki, bunu çox görmürük".

Ə.Mustafayevin fikrincə, psixoloqlar da bu məsələdə yardıma açıq olmalıdır:

"Sığınacaqlarda psixoloqlar var. Ora yerləşdirsələr, qurbanların reabilitasiyası aparıla bilər. Ya da heç olmasa, yardım mərkəzləri yaratmaq lazımdır. Buna çoxdan ehtiyac var. Xaricdə belə bir təcrübə var ki, bir dəfə zorakılıq törədən şəxs qeydiyyata alınır, onunla da polislər, psixoloqlar davamlı işləyir. Qurbanlar öz yerində, amma zorakılığa məruz qalan şəxslərlə də psixoloqlar, polislər müntəzəm olaraq işləməlidir. Bunun üçün də dövlət tərəfindən addım atılmalıdır ".
 

  

Ardını oxu...
Britaniyalı tibb bacısı Lyusi Letbi yeddi yeni doğulmuş körpəni öldürməkdə və daha altı körpəni öldürməyə cəhddə günahkar bilinib.

Belə bir hökmü işə 2022-ci il oktyabrın 10-dan baxılan Mançester Məhkəməsinin münsiflər heyəti elan edib.

Letbinin 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına qədər Çester Xəstəxanasında işlədiyi müddətdə etdiyi hərəkətlər məhkəmənin diqqət mərkəzində olub. Ümumilikdə, hazırda 33 yaşlı qadına qarşı 22 ittiham irəli sürülüb və münsiflər heyətinə nəticə çıxarmaq üçün 110 saatdan çox müşavirə lazım olub. Qəzetinin məlumatına görə, ittihamların hər biri üzrə nəticələr ötən günlərdə verilib, lakin bütün məlumatlar yalnız cümə günü açıqlanıb, çünki bundan əvvəl onun qismən dərcinə qarşı qadağa var idi.

Nəşr Letbini müasir Britaniya tarixində uşaqların ən pis seriyalı qatili adlandırır. Onunla bağlı yekun qərar avqustun 21-də açıqlanacaq. Günahkar olduğu cinayətlərin məcmusuna əsasən, keçmiş tibb bacısı qalan günlərini dəmir barmaqlıqlar arxasında keçirməlidir.

Eyni zamanda, polis qızın digər qətllərdə də əli ola biləcəyinə inanır və Letbinin 2012-ci ildən 2016-cı ilə qədər işlədiyi iki xəstəxananın - Çester və Liverpulun neonatal şöbələrində 4 minə yaxın uşağın qalması ilə bağlı məlumatları yoxlayır.
The Daily Telegraph
 
Ardını oxu...
ABŞ-də erməni təxribatının qarşısını alan həmvətənimiz Aludə Zeynalova məhkəmə qarşısına çıxarılacaq.

"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində həmvətənlərimizə qarşı erməni təxribatı davam edir.

İki gün əvvəl BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən erməniləridən biri Meri Cobanyan aksiyada iştirak edən həmyerlimiz Aludə Zeynalovadan şikayətçi olub. M.Cobanyan A.Zeynalovanı onu üçüncü dərəcəli xəsarət yetirməkdə təqsirləndirib. A.Zeynalova Nyu-York polisi tərəfindən saxlanılıb.

Bu gün A.Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində (“New-York County Criminal Court”) hakim qarşısına çıxarılacaq. ABŞ dövlətinin A.Zeynalova hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, Cənubi Azərbaycan əsilli Doran Khoıee Abbası həmyerlimizin bu gün məhkəmə zalından azadlığa buraxılacağını, ancaq şikayət üzrə prosesin davam etdiriləcəyini deyib.

Azərbaycan ABŞ-dəkı səfirliyindən “Report”a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılıb və bundan sonra da atılacaq. Qeyd olunub ki, səfirlik əməkdaşları Nyu-Yorkdadır və A.Zeynalova ilə bağlı baş verənləri yaxından izləyirlər.

Xatırladaq ki, iki gün əvvəl Nyu-Yorkda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın Laçın yolunu bağlanmaqla humanitar böhran yaratdığına dair iddialarına etiraz məqsədilə BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçiriblər. Bir qrup erməni dinc aksiyanı pozaraq həmvətənlərimizə qarşı təxribat törədib. Ermənilərin Azərbaycan bayraqlarını çırmaq istəmələri həmvətənlərimizin ciddi etirazı ilə qarşılanıb. Bu zaman qarşıdurma baş verib. Həmvətənlərimiz Aludə Zeynalova və Amerika-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova hadisə ilə bağlı dindirilmək üçün polis bölməsinə aparılıb. M.Vahabova polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Həmvətənlərimizə qarşı təxribat törədən və hadisə yerində həbs olunan Sulyanı Cobanyan polis tərəfindən dindirildikdən sonra azadlığa buraxılıb.
 
Ardını oxu...
Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin məhkəmə baxışı başlayıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizə Seyidovanın vəkili vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O bu məqsədlə "siçan dərmanı" alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Sonradan bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, ona ərinin evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o, Mehdi Məmmədli ilə danışıb və ərinin həmin gün öldüməyi tapşırıb. M. Məmmədli də sifarişə uyğun olaraq, dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gozləyib. Əli Seyidli evinə daxil olarkən M. Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

İttihama münasibət bildirən Əzizə Seyidova özünü təqsirli bilməyib.
Digər təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev özlərini qismən təqsirli bilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı evin qarşısında öldürülüb. Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin törətdikləri məlum olub.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib.
 
Ardını oxu...
44 yaşlı azərbaycanlı qadın Könül Hüseyn 4 uşağı ilə Türkiyədə köməksiz vəziyyətdə qalıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı o, Miqrasiya İnformasiya Mərkəzinə müraciət edib və kömək istəyib.

Qadın bildirib ki, 4 qız uşağı ilə gecələri küçədə qalmağa məcbur olur. Özünün və uşaqlarının sənəd problemi olduğu üçün vətənə qayıda bilmir.

Bakıda anadan olan Könül 2007-ci ildə İraq vətəndaşı Husseyn Al Kamalla tanış olub, rəsmi nikaha girib. İlk qızı 2008-ci ildə Bakıda dünyaya gəlib. Lakin əri burada iş tapa bilmədiyindən İraqa, Kərkük şəhərinə köçüblər. Orda döyüşlər getdiyi və ailədə şiddət gördüyü üçün boşanmağavə qaçmağa cəhd edən Könül sonda əri ilə yenidən Bakıya qayıdıb. Burda daha 2 övladı dünyaya gəlib. Onlar Bakıda Könülün ailəsinin dəstəyi ilə yaşayıblar. Ailədaxili problem və işsizlik səbəbindən 2012-ci ildə yenidən Türkiyəyə üz tutublar. Ərinin qardaşı Türkiyədə yaşadığından burda dolana biləcəklərinə ümid ediblər.

Türkiyədə ailənin 4-cü övladı doğulub.

Uşaqların atası bu il avqustun 10-da ailəsini xəbərsiz tərk edərək, yoxa çıxıb. Onun harda olduğu məlum deyil.

Ayrı-ayrı vaxtlarda müxtəlif ölkələrdə doğulduqları üçün uşaqlardan biri İraq, biri Türkiyə, ikisi Azərbaycan vətəndaşıdır.

Hazırda İstanbulda köməksiz vəziyyətdə olan Könül vətənə, ailəsinin yanına qayıtmaq istəsə də, uşaqların başqa ölkə vətəndaşı olması buna əngəl yaradır. 2 uşaq atasının icazəsi olmadan Türkiyədən çıxarıla bilməz. Könülün Türkiyədə otel və ya kirayədə qalmağa pulu yoxdur. Onlar İstanbulda küçədə gecələyir.

Uşaqların sənədlərinin düzəlməsi və ya atanın tapılıb razılıq alınması, rəsmi sənədləşmə üçün azı 3-6 ay vaxt lazımdır. Azərbaycanda da ona yardım edəcək kimsə yoxdur.

O, imkanı olanlardan ən azı bir yer tapıb uşaqları ilə müvəqqəti yaşaması üçünTürkiyədə, İstanbulda yaşayan imkanlı azərbaycanlılardan dəstək gözləyir.
Ardını oxu...
Könül Bakupost.az -a açıqlamasında bildirib ki, rəsmi şəkildə boşanmaq, uşaqlarını saxlamaq və məktəbə aparmaq üçün yaşayış yeri üçün çalışır: “Mənə təcili olaraq, boşanma lazımdır. Əgər mən boşansam, uşaqlarıma daha çox dəstək ola bilərəm. Pasportumun vaxtı bitib. Mənə vəkil lazımdır ki, məhkəmə işlərimi həll etsin. Bunun üçün Bakıda vəkil tutub etibarnamə ilə vəkalət vermək istəyirəm. Hazırda küçədəyik. Bizə dedilər çıxın, çıxdıq. Əgər ev, iş olsa, mən uşaqlarımı başıma yığıb, işləyib özüm-özümü idarə edə bilərəm. Sənədlərim, boşanmam bitənə kimi. Ondan sonra rahat şəkildə ölkəmə qayıda bilərəm. Burda qadın, uşaq sığınacaqlarının sərt qanunları var. Mən neçə dəfə əvvəllər körpə uşaqlarla qaçıb orda qalmışdım. Orada telefonu əlimdən alıb, sanki türmədə saxlayırmış kimi saxlayırlar. Çölə çıxmağa icazə vermirlər. Mən isə sənəd işinin dalınca getməli, işləməli, uşaqları oxutmalıyam. Ona görə mənə təcili kiçik ev, sığınmağa yer və iş lazımdır. Qalan hər şeyi özüm edərəm. Burda qalmaqdan da çox qorxuram, Bakıya qayıtmaqdan da.

Ərimin psixoloji vəziyyəti pisdir. Ağlına düşsə, tapıb mənə nəsə edə bilər. Böyük qızımı qaçıra, uşaqları oğurlaya bilər. O şiddətə meyillidir və ərə getdiyim gündən məni döyüb, boğub və xəsarətlər yetirib. Bunu ailəsi də bilir, qardaşı da, polislər də”.

Ailəyə yardım etmək istəyənlər açağıdakı hesab nömrəsinə vəsait köçürə və ya Miqrasiya İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

TR27 0001 0016 1073 7700 8850 01

Könül Burhanuldeen Hussein

Ziraat bankası

Dünyapress TV

Xəbər lenti