Son vaxtlar evdən qaçan gənclərin sayı durmadan artır. Təəssüflər olsun ki, bunların arasında qızlar çoxluq təşkil edir. Belə bir sual ortaya çıxır. Səbəb nədir? Valideyn diqqətsizliyi, yoxsa gənclərin özbaşınalığı?
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, gənclərin evi tərk etməsinin bir çox səbəbləri ola bilər:
“Yeniyetmələrin evdən qaçmalarının səbəbi onların ailə münaqişəsi zəminində narahatlıq hissi, özünü təhlükədə qorumaq cəhdi və yaxud "azadlıq eşqi"- nə tutulmasıdır. Bu yaşda uşaqların beyni qarışıq olur. Mütləq dəstək və nəzarət olmalıdır. Bəzən valideynlə uşaq arasında soyuqluq olur ki, nəticədə hansısa problemini, narahatlığıni valideyninə deyə bilmir. Hətta ailə böyüklərindən qoruxduqları üçün qaçmaq məcburiyyətində qalırlar. Bəzən isə yeniyetmələr onların azadlığının məhdudlaşdırıldığını fikirləşirlər. Azadlıq anlayışının fərqli olduğunu zənn edirlər. Evdən getməklə azadlıqlarını əldə edecəklərini düşünürlər. Demək olar ki, çoxu evdən getdikləri üçün peşman olur. Xüsusilə işsiz, evsiz qaldıqda çətinlikləri başa düşürlər. Lakin peşman olsalar belə, utandıqları və çəkindikləri üçün geri qayıtmaqda çətinlik çəkirlər. Bu elə bir vəziyyətdir ki, nə valideyni övladına nəzarət etmədiyi üçün qınamaq nə də ki, məktəbdəki müəllimləri günahlandırmaq olur. Çünki müşahidə etsək görərik ki, yaxşı təhsili, daima maraqlanan valideyni olan uşaqlar belə evdən qaçmağa cəhd edirlər".
“Mən üç il əvvəl İkinci Qarabağ müharibəsi başlayanda zəfərin olacağına inanan Azərbaycan Ordusu və xalqını gördüm”.
Bu sözləri Baku TV-yə açıqlamasında türkiyəli jurnalist, “CNN Türk”ün şef redaktoru Fulya Öztürk deyib.
“İnsanlar o qədər inanırdılar ki, bu zəfərin əldə olunacağına, əslində, bu inanc qələbəyə səbəb oldu. Azərbaycan Ordusu çox güclü idi. Amma Prezident İlham Əliyevin inancı, “Nə oldu Paşinyan?”, “Dəmir yumruq” kimi sözləri bütün dünyada yaddaşlara həkk olundu. Mən insanların bunu unudacağına inanmıram”, - o qeyd edib. Ətraflı süjetdə:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva öz “Instagram” səhifəsində 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təşkil olunmuş atəşfəşanlıqdan görüntülər paylaşıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. Paylaşımda yazılıb: "Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva adamlarına göstəriş verib ki mənim facebook səhifəmə maneçilik etsinlər.Çünki mən,üzvü olduğum İSBAM təşkilatı,redaktoru olduğum boyukmillet.com saytı Aygün Əliyevanın haqsızlığından, onun işlədiyi agentlikdəki mənfi işlərə dəfələrlə toxunmuşuq.Görünür Aygün xanım tənqidə çox dözümsüzdür, ya da acizliyini göstərir.
Aciz olmasa, bu dərəcədə aşağı düşməzdi. Mən də deyirəm facebook hesabım niyə tez-tez əngəllənir. Axı adətən ermənilərə aid nəsə yazanda facebook yazılara qadağa qoyur, profili blok edir… Deməli yazım hədəfdən yan keçməyib. Aygün xanım özündə cəsarət tapıb cavab vermək əvəzinə əlaltılarına düşük işlər gördürür.Əngəlləyin səhifəmi. Yenisini açaram. Bu ağılla hara gedirsiniz? Bunların oyununu hörmətli həmkarlarımdan bir neçəsi dedi.Aygün Əliyeva, siz arxada iş çevirsəniz də mən mərdanə üzə deyirəm. Yox, üzünüzə deyə bilmirəm, çünki bizimlə görüşdən yayınırsınız. Amma buradan üzümü tutub deyirəm: Aygün Əliyeva, elə bilməyin kreslonuz əbədidir. Bir gün ondan yıxılacasınız. Onda yuxarılardakı dəstəkçiləriniz də köməyə çata bilməyəcəklər. Mən bildirirəm, sizin bu hərəkətinizdən sonra QHT Agentliyinin,şəxsən sizin fəaliyyətiniz barədə daha dərin araşdırmalar aparacam. Hər bir şikayətin, narazılığın izi ilə gedəcəm.
Ayıb olsun o kəslərə ki ortada oyun göstərirlər.Minnətçilərinizi də gördüm, “Azay Quliyevdən yazın, Aygünə toxunmayın” deyənlərin olduğunu da bilirəm. Ortada su bulandıran yaxası orden-medallı QHT rəhbərləri var. Onlara məətəl qalmışam. QHT Agentliyinə aid yazılarımı bəh-bəhlə bəyənib təriflər yağdırırdılar, özləri də sosial şəbəkələrdə oranı tənqid atəşinə tuturdular.İndi dönüb Aygün Əliyevanın yedəyində gedirlər,ona yan alıblar. Yəqin Aygün xanım QHT layihələrində onların işlərini səhmana salıb,ciblərini doldurub,əlləri pula çatıb.İndi də qulluğunda durmalıdılar…
Biz cənab Prezidentin tövsiyəsinə uyğun olaraq cəmiyyətdəki,dövlət orqanlarındakı mənfi halları diqqətə çatdırırıq. Ancaq bu kimi təzyiqlərlə qarşılaşırıq. Dostlarımın dediyi kimi,Aygünkimilər məni mənəvi terrora məruz qoymaq istəyirlər. Cənab Prezidentə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya,bütün güc strukturlarının rəhbərlərinə müraciiət edərək xahiş edirəm Aygün Əliyeva barədə,onun iş fəaliyyəti barədə araşdırma aparıb ölçü götürəsiniz. Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik! Teref.az
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, evinin həyətində bağda yatan qadının başına iş gəlib. Qadın ağzı açıq yatdığı zaman ağzından ilan mədəsinə daxil olub. Qadının yuxuda olarkən udduğu iddia edilən ilan endoskopiya üsulu ilə mədədən çıxarılıb.
Əməliyyat zamanı çəkilmiş görüntünü təqdim edirik:
Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib.
"DogruXeber.az" "Xezerxeber.az"a istinadən xəbər verir ki, müsahibin sözlərinə görə, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib. Bundan isə evləndikdən 10 il sonra xəbər tutur.
Deyir ki, həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.
Əliyar deyir ki, 2012-ci ildə evlənəndə, başına bunların gələcəyi, yatsa yuxusuna da girməzdi.
Müsahibim boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir. Bildirir ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı, bu halı qəbul etməyi tələb edir.
Məsələ ilə bağlı Əliyarın həyat yoldaşı Ruhəngiz xanımla da əlaqə saxladıq. O, ittihamı rədd etdi və bildirdi ki, deyilənlər yalandır. Bəs, hamının sizi ailənin böyük qızı hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib sualına isə, dedi ki, sənəddə necə yazılıbsa, həqiqət odur.
Hüquq müdafiəçisi Şamil Paşayev isə “Xəzər Xəbər”ə bildirdi ki, araşdırılma aparılıb, əgər ortada həqiqətən də sənədlərin saxtalaşdırılması faktı olarsa, vətəndaş məhkəməyə, həmçinin hüquq mühafizə orqanlarına müraciət edə bilər.
Prokurorluq tərəfindən araşdırılma aparılacaq. Həqiqətən, şəxs saxta sənədlə evlənibsə, bu cinayət işinin başlanması üçün əsas ola bilər.
“Friends” serialının ulduzu Metyu Perrinin ölümündən bir gün əvvəl hoteldə nahar etdiyi sirli qadın üzə çıxıb.
Bir neçə gün əvvəl evində cakuzidə ölü tapılan “Friends” (“Dostlar”) serialının Çandleri Metyu Perrinin ölümündən sonra bir çox nəzəriyyələr irəli sürülüb.
Onun ölümündən əvvəl paylaşımlarının birində “Mattman” ifadəsini işlətməsi də bəziləri tərəfindən yardım çağırışı kimi qəbul olunub. Sosial şəbəkələrdə məsələ ilə bağlı qızğın müzakirələr baş verib.
Həmçinin Metyu Perrinin ölümündən əvvəl bir qadınla yediyi nahardan foto yayımlanıb.
Nəhayət, həmin qadının kim olduğu ortaya çıxıb və o bu barədə TMZ telekanalına müsahibə verib.
Məlum olub ki, həmin qadın Atenna Krosbi adında 25 yaşlı modeldir.
Krosbi müsahibəsində “Mattman” ifadəsi ilə bağlı da fikrini bildirib. “Metyu həqiqətən Betmenlə (“Batman”) çox maraqlanırdı. O, hətta özünü “Mattman” adlandırırdı”, - deyə o qeyd edib
Krosbi Perrinin çox zarafatcıl bir adam olduğunu ifadə edib. O, Perrinin “Mattman” sözü ilə hansısa şüuraltı mesajlar verdiyi iddiasının həqiqətdən çox uzaq olduğunu vurğulayıb.
Gənc qadın Metyunun komiks həvəskarı olduğunu deyib. Atenna Krosbi ölümündən bir gün əvvəl həqiqətən Perri ilə “Bel Air” hotelində şam yeməyi yediyini bildirib. “Onun öldüyünü öyrənəndə sarsıldım”, - deyə o, kədərini dilə gətirib.
Krosbi Perrinin yemək zamanı son dərəcə nikbin və yüksək əhvali-ruhiyyədə olduğunu nəzərə çatdırıb və aktyorun ona yeni layihələri barədə danışdığını əlavə edib.
Atenna Krosbi Perrinin ölümünün faciəvi bir qəza olduğu qənaətində olduğunu da diqqətə çatdırıb.
Venesuela vətəndaşı olan Atenna Krosbi və 2021-ci ildə Yuta Universitetində təhsil alıb.
2023-cü ildə “Miss World America”da Yuta ştatını təmsil edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.
Bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Dəyişikliklərə əsasən, iki və ya daha çox arvadla birgə yaşayışın təbliğinə, bu cür məzmunlu fikir, ideya və ya çağırışların yayılmasına, habelə bu cür hərəkətlərə təşviq edilməsinə görə 405-810 dollar arası cərimə, yaxud 15 sutkayadək müddətə inzibati həbs nəzərdə tutulub.
Qanun həmçinin cinsə görə ayrı-seçkiliyin təbliğini və ictimai yerlərdə şəxsi identifikasiya etməyə imkan verməyən dərəcədə üzü örtməyi qadağan edir.