Ardını oxu...
Ermənistanın eks-prezidenti, "Hayastan" ("Ermənistan") seçki blokunun rəhbəri, Xocalı canisi Robert Köçəryanın gəlini, "Siruşo" ləqəbli müğənni Siranuş Köçəryan Azərbaycanın məşhur iş adamı ilə eşq yaşayır.

Bu haqda sosial şəbəkənin erməni seqmentində məlumat yayılıb. Sosial şəbəkə istifadəçilərinin iddiasına görə 42 yaşlı azərbaycanlı iş adamı Moskvada, həmçinin Varşava və Praqada böyük biznesə malik iş adamıdır. Moskvada yaşayan Suzanna Karapetyan adlı erməni sosial şəbəkə istifadəçisi isə bu fakta belə izah verib:

"Siruşo azərbaycanlı iş adamı ilə sevgili ola bilər. Bu inandırıcıdır. İlin yarıdan çoxunu Moskvada keçirən bu qız, əri ilə deyil tək yaşayır. Çox uzaqda yox mənimlə yaxın məhəllədə villada qalır. Və ən əsası onun hər gün getdiyi restoranın kimə məxsus olması gizlin deyil.

Onun Levonla münasibətlərinin pozulması mətbuatı çıxıbsa deməli torbada pişik var. Milyonçunun kimliyinə gəldikdə isə o, Moskvada məşhur restoranların birinin sahibidir." Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon və məşhur erməni müğənnisi, "Eurovision-2008" mahnı müsabiqəsinin iştirakçısı Siruşo 2009-cu ildə ailə qurublar.

Erməni müğənni ilə eşq yaşayan Azərbaycanlı iş adamı kimdir? – FOTOLAR - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
/baki.media/az
 
 
 
Ardını oxu...
Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass öz rəqibi Rişi Sunakı ölkənin növbəti Baş naziri postu uğrunda mübarizədə 22 faiz qabaqlayır.

Bunu Mühafizəkarlar Partiyasının keçirdiyi sorğunun nəticələri göstərib. «Opinium Research» sorğusu şənbə günü keçirilib. «Röyter» agentliyinə istinadla xəbəri «Ukrinform» yayıb.

Mühafizəkarlar Partiyasının 450 üzvündən kimin namizədliyini dəstəkləyəcəyi məlum olanlar arasında Trass 61 səs alıb, onun ən yaxın rəqibi keçmiş maliyyə naziri Sunak isə 39 səs toplayıb.

Sorğu göstərir ki, Trassın dəstəklənməsinin 3 əsas səbəbi Sunaka rəğbətin olmaması, XİN başçısına daha yüksək inam və onun Boris Consona sadiq qalmasıdır.

«Ukrinform»un xəbər verdiyi kimi, Britaniyanın istefaya gedən Baş naziri Boris Conson gələcəkdə öz postuna qayıtmaq niyyətindədir.
Ardını oxu...
Ögey oğlu ilə münasibət quran qadın növbəti dəfə hamilədir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ərinin oğluna aşiq olan rus fenomeni Marina Balmaşeva ögey oğlundan dünyaya gətirdiyi qızdan sonra ikinci körpəsini dünyaya gətirməyə hazırlaşır.


Ögey oğlu ilə xoşbəxt olduqlarını və ayrılmaq fikrində olmadığını bildirən Marina Balmaşeva ikinci övladına hamilə olduğunu sosial şəbəkə hesabında açıqlayıb.

Qadının bu paylaşımlarına izləyiciləri də maraqlı reaksiya verib. Bəziləri onu tənqid edib, bir qisim isə xoşbəxtlik arzulayıb.
 
Ardını oxu...
Bakıda aptek müdirini və onun otağında olan şəxsi bıçaqlayan yeznə və qayını məhkəmə qarşısına çıxarılıb.
TEREF “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində barələrində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılmış 25 yaşlı Mehdixan Ağayev və onun qayını Ramil Salmanova hökm oxunub. Mehdixan 2 il 6 ay, Ramil isə 2 il müddətə həbs cəzasına məhkum edilib.
Məhkəmə araşdırması zamanı bildirilib ki, hadisə bir neçə ay əvvəl Xətai rayonu M.Hadi küçəsində yerləşən “Natural” aptekdə baş verib.
Aptekin müdiri Azər Qulamov (bütün soyadlar şərtidir) realda olduğundan qat-qat çox satışın olduğunu görərək araşdırma aparıb və aptekdəki kameraları yoxlayıb. Bu zaman məlum olub ki, aptekin ətriyyat bölməsində satıcı işləyən Günel Ağayeva özbaşına olaraq post-terminal vasitəsilə alış-veriş olmadığı halda çoxsaylı satış çekləri çıxarıb. O, həmin çeklər vasitəsilə öz telefonuna yazdığı proqrama ƏDV-nin müəyyən edilmiş hissəsini geri qaytarıb. Bundan sonra aptek müdiri satıcını çağıraraq məsələni araşdırmaq istəyib.
Azər Qulamov ifadəsində deyib: “Aptekdə işləyən Günelin əmək müqaviləsi olmadığından ondan dəfələrlə şəxsiyyət vəsiqəsi tələb edilsə də, əvvəlcə vəsiqəsinin rayonda olduğunu deyirdi, daha sonra vəsiqəni gətirsə də, bir həftədən sonra xəstəliyi ilə əlaqədar müalicə almaq üçün gedəcəyini, qayıtdıqdan sonra əmək müqaviləsi bağlayacağını bildirdiyindən onunla razılaşdım. Bir qədər sonra apteklər şəbəkəsinin baş ofisindən zəng edib burada avtomobil satıb-satmamağımızı soruşaraq gün ərzində reallıqda satılmamış mallardan 30 000-75 000 manat olmaqla ümumilikdə 670 000 manat dəyərində kassa çekinin vurulduğunu bildirdilər.
Kamera görüntüləri vasitəsilə məsələni araşdıraraq həmin çeklərin kassada işləyən işçinin fasilədə olduğu vaxtlarda Günel tərəfindən vurulduğunu müəyyən etdim. Onu çağıraraq bu hərəkətin ayıb olduğunu, keçən ayın vergilərini artıq ödədiyimizi, bizə böyük ziyan dəydiyini, lakin bu ayın ödənişi üçün çekləri qaytardığı təqdirdə həmin ödənişləri geri qaytara biləcəyimi və bu məsələnin bitəcəyini bildirdi. Günel dediklərimi inkar etdi, kamera görüntülərini göstərib çeklərdən telefona bonusların gəldiyini dedim. Günel telefonu stolun üstünə qoyaraq baxmağı təklif etdi və heç bir bonusun olmadığını dedi. Həmin vaxt digər işçilər Günelin telefonunu tanıdıqlarından təqdim etdiyinin onun telefonu olmadığını və həmin telefonu yeni işlətməyə başladığını bildirdilər. İşçilər də Günelə videogörüntülərdəkinin onun olduğunu, kassadan satılmamış dərmanların çeklərini vurduğunu, etdiyi əməlin cinayət olduğunu bildirdikdən sonra Günel qaçıb getdi. Mən aptekdən çıxdıqdan sonra Günelin əri zəng edərək telefonu istədikdə ona aptekdə olmadığımı, məsələnin telefonda həll edilə biləcək məsələ olmadığını dedim”.
Bundan 1 gün sonra aptek müdiri işə gəldikdən sonra Günelin əri Mehdixan və qardaşı Ramil oraya gəlib. Azər həmin şəxslərə satıcının etdiyi hərəkətə görə 8 min manatadək əlavə pul ödəməli olduqlarını deyib və çeklərin geri qaytarılması təqdirdə bu məsələnin həll edilə biləcəyini deyib. Lakin həmin şəxslər israrla Günelə məxsus olan “Samsung” markalı telefonu tələb ediblər və münaqişə yaradıblar. Münaqişə zamanı Mehdixanla Ramil aptek müdirinə və onun otağında olan Natiq adlı şəxsə xəsarətlər yetirərək qaçıblar. Aptek işçiləri tərəfindən ilki tibbi yardım göstərildikdən sonra hər iki şəxs xəstəxanaya çatdırılıblar.
Məhkəmədə Azər Qulamov təqsirləndirilən şəxslərlə barışmadığını, ona dəymiş maddi ziyanın ödənilmədiyini, səhhətinin yenə pisləşdiyini və yenidən əməliyyat olunmalı olduğunu bildirib.
 
 
 
Ardını oxu...
Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınlar etiraz aksiyası keçirib.

Modern.az xəbər verir ki, bu barədə "Afgan Times" nəşri məlumat yayıb.

Qadınlar azadlıq, təhsil və işləmək hüququnun müdafiəsi üçün küçələrə çıxıblar. "Taliban" silahlıları aksiyaya sərt müdaxilə edib və etirazçılara atəş açıblar. Nümayişi dağıdarkən iki jurnalist yaralanıb.

Şahidlərin sözlərinə görə, jurnalistlərdən biri “Afgan Times”, digəri “Roidad News”un əməkdaşıdır.
 
Ardını oxu...
Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı -Report) döyərək ona xəsarət yetiriblər.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.

Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.

Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.

Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.

Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.
 
Ardını oxu...
Sahibəsi ilə birlikdə mahnı oxuyan pişik barədə kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Videonun müəllifinin sözlərinə görə, pişiyinin adı Maksiminodur.

Bununla bağlı yayılan videoda gənc qızın operadan bir hissə oxuyarkən pişiyin kamera qarşısına keçməsi əks olunub. Sahibəsi pişiyi qovmağa çalışsa da, o getmək istəmir və sanki özü oxuyurmuş kimi miyoldamağa başlayır.


Pişiyin videosu sosial şəbəkələrdə yayımlandıqdan sonra şərhçilər Maksiminonun “müğənnilik bacarığı”nı yüksək qiymətləndiriblər. İnsanlar zarafatla ev heyvanının operada böyük uğur qazana biləcəyini deyiblər.

Pişiyin sahibi əlavə edib ki, ev heyvanı diqqəti cəlb etməyi sevir və tez-tez onunla oynamaq üçün yüksək səslə miyoldayır.

Mənbə: NDTV
 
Ardını oxu...
Bakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün evsiz qalıb. Həmin evdə dörd nəsil yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq, küçələrdə qalmağa məcbur edilib. Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində, məhkəmələr bu ailənin haqqını tanıyıb. Şirkət isə məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.

Hazırda ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşan Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva bütün dövlət hüquq-mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər. Buna görə də Əliyevlər ailəsi həm evlərinin əllərindən alınmasına görə, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyəcan içində yaşayır.

Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “Problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu bildirib.

T.Əliyeva deyir ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb. Bildirir ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək, sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.

2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv.m ikiotaqlı köhnə mənzilin əvəzinə, onlara təmirsiz 60 kv.m yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə, hər ay Əliyevlərə 400 manat kirayəhaqqı ödəyəcəklərini müqavilədə qeyd ediblər.

Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALİBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışıblar.

T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.

T.Əliyeva bildirib ki, nəhayət, mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq, “MALİBO” MMC-nin ofisinə üz tutublar. Onlar şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət, mənzillərinin onlara təhvil verilməsini istəyiblər.

“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən, bizə nə mənzil, nə də kirayəhaqqı vermədilər. Məhkəmənin qərarı onlar üçün əsas deyil, hara istəyirsiniz, şikayət edin”.

Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üz tutublar.

“Cənab Prezident!

Xahiş edirik, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda qanunları saymır, qərarı icra etmir! “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”

P.S. Şikayətlə bağlı qarşı tərəflə dəfələrlə əlaqə yaratmaq istəsək də, zənglərimiziz cavabsız qaldı. Bununla belə, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
32gun.az
 
Ardını oxu...
Tanınmış jurnalist Günay Novruzqızıya vəzifə verilib.

Publika.az xəbər verir ki, G.Novruzqızı Aqrar Sığorta Fondunun mətbuat katibi təyin edilib.

Qeyd edək ki, o, uzun illər "Lider" TV-nin "Səda" informasiya proqramının aparıcısı olub.
 

Xalq artisti Flora Kərimova rəsmi instaqram hesabında 1 ildir Ukraynada həbsdə saxlanılan II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, o, insanları M. Qasımlıya dəstək olmağa çağırıb.

“Bu igidimiz – Qasımlı Misiri “İkinci Vətən” – Qarabağ müharibəsində içimizdən gələn sözləri dilinə gətirdiyinə görə hamımız sevərək izləyir, bölüşürdük. Bu gənc bir vətənsevər kimi xarici məmləkətdə isti yuvasını tərk edib, könüllü olaraq vətəninin dar günündə vicdanının səsi ilə sənin, mənim, Qarabağımızın intiqamını almağa gəlib, alıb da!

Bildiyim qədər ilə məhz bu sözlərinə görə ermənilər tərəfindən şərlənib. Azərbaycan oğlunun qürbətdə, dəmir barmaqlıqlar arxasında bir “dığa”ya görə mühakimə olunması azərbaycanlı olaraq məni çox məyus edir.

Hamımızın bacardığı nəsə var. Mənim gücüm səsimi, biganəsizliyimi sizlərə çatdırmağa çatır. Sizin də bacardığınız bir şeylər var. Heç nə əlinizdən gəlməsə belə, şəklini paylaşaraq dəstək ola bilərsiz. Necə ki, bu videonu hamımız paylaşırdıq. Demirəm ki, gedin Ukraynada məhkəmə önündə aksiya keçirin. Millət olaraq haray salaq, hakim də bilər ki, övladımız “yetim” deyil! Arxasında milləti var. Bunlar bir yana, əsas odur ki, darda olan həmyerlimiz bivec olan sosial şəbəkələri açanda görsün ki, könüllü qoruduğu vətənin xalqı da, milləti də dar günündə onun yanındadır, dayağıdır.

Qəribsəmə, Misir oğlum! Bağlı qapılar daim bağlı qalmayacaq. Kilidləri açılanda bil ki, bu məmləkətdə səni alqışı ilə qarşılayan mənlər var”, – deyə, Flora Kərimova yazıb.

https://www.instagram.com/p/ChCissXK_QO/?utm_source=ig_embed&ig_rid=dcbe4d05-8d06-4db6-9629-53211d11ca7e

Dünyapress TV

Xəbər lenti