Ardını oxu...
1950-ci ildə Çexiyada arxeoloqlar mağara sisteminin dərinliklərində basdırılmış parçalanmış kəllə aşkar etdilər. Kəllə yarıya bölündüyü üçün tədqiqatçılar skelet qalıqlarının iki fərqli insana aid olduğu qənaətinə gəliblər. Lakin bir neçə onilliklər sonra genom ardıcıllığını aparan alimlər belə qənaətə gəliblər ki, kəllə bir nəfərə - 45 min il əvvəl yaşamış qadına məxsusdur.

DogruXeber.az” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar onu mağara sisteminin üstündəki təpənin şərəfinə çex dilində "qızıl at" mənasını verən "qadın - Zlatý kůň" adlandırıblar. Onun DNT-sinin sonrakı təhlili qadının genomunda təxminən 3% Neandertal əcdadlarının olduğunu göstərib. Qadının genomunun indiyə qədər ardıcıllıqla tərtib edilmiş ən qədim müasir insan genomu olduğu da müəyyən edilib.
Alimlər həmin qadının mümkün görünüşünü bərpa edə biliblər.

Bunun üçün elm adamları onlayn məlumat bazasına daxil edilmiş kəllə sümüyünün bir neçə mövcud KT-skanından toplanmış məlumatlardan istifadə ediblər.
Ardını oxu...
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki sosial sığınacaqda yaşayan Tatyana Ağayeva dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Onun hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
 
Ardını oxu...
Şərq qadını nağıl qoşmağı da, həyatı nağıl etməyi də yaxşı bacarır. Həm öz həyatını, həm də mənsub olduğu xalqın yaşamını müsbət tərəfə dəyişən, “Şərqin kraliçası” adlandırılan Şeyxa Moza kimi.

Qətər əmirinin ikinci həyat yoldaşı Şeyxa Moza bin Nasir əl-Misnəd digər Şərq qadınlarından fərqli olaraq həyat tərzi, ictimai fəallığı, geyimi və gözqamaşdıran tərzi ilə fərqlənir.

Xanım Moza üçün istisnalar var. Digər Şərq qadınlarına qadağa olunanlar ona aid deyil. O, həmişə kölgədə qalan ərəb qadını stereotipini dağıdan qadınlardandır.

Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin ölkəsi üçün gördüyü işlərdə ikinci həyat yoldaşı Şeyxa Mozanın da əli var. Qətər əmiri bu ağıllı qadının ictimai həyatdakı fəallığını dəstəkləyir və onun fikri ilə hesablaşır. O, Qətərin idarəçiliyində söz sahibi olan dairələrdə xüsusi nüfuza malikdir. Hətta şayiələr gəzir ki, əmirin üçüncü dəfə evlənməsinin səbəbi hər kəsə Mozanın Şeyx üzərindəki hakimiyyətinin sərhədsiz olmadığını göstərmək üçün imiş. Amma bütün bunlara baxmayaraq, Moza ağlı, eleqantlığı və özünəməxsus şarmı ilə hər kəsi kölgədə qoymağı bacardı.
Şeyxa Moza müdrik bir qadın kimi öz gələcəyinin də qayğısına qalıb. O bilirdi ki, həyatı əri hakimiyyətdə olduğu müddətdə təhlükəsizdir. Bəs Həmədin birinci həyat yoldaşından olan oğlu taxta çıxandan sonra onun taleyi necə olacaqdı?

Moza illərlə çəkdiyi zəhmətinin bəhrəsini təhlükəyə atmamaq üçün ərindən tələb edir ki, gələcək varisin namizədliyinə yenidən baxsın. Nəhayət, Moza həyat yoldaşını oğulları Təmim bin Həmədi vəliəhd şahzadə etməyə inandırır. Şeyx isə həqiqətən də sevimli həyat yoldaşını razı salmaq üçün bu inanılmaz addımı atır.

Ətraflı Baku TV-nin araşdırmasında:

 
Ardını oxu...
İranda məcburi hicab tələbindən imtina edən şirkət işçilərinə cinayət işi açılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, “Taqçe” şirkətinin qadın əməkdaşlarının iş yerində hicab tələbinə riayət etməmələrinə dair sosial şəbəkələrdə şəkillərin dərc edilməsindən sonra bununla bağlı məhkəmə işi açılıb.
Ardını oxu...
Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-da baş verib:
“Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq şöbəyə dəvət ediliblər.

Araşdırmalarla məlum olub ki, onlar 5 ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.

 

Ardını oxu...
Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

DİA.AZ xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda 39 nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İş üzrə 43 nəfər şahid kimi tanınsa da, onlardan cəmi 4-ü məhkəməyə gəlib. Digərləri isə bildiriş göndərilsə də, prosesdə iştirak etməkdən yayınırlar.

Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

Qərarın icrası polisə həvalə edilib.

54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi.

M.Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.
 
Ardını oxu...
Aktrisa Pərvin Abıyeva “Sözbaz” maqazin verilişinə müsahibəsində səsləndirdiyi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb. Pərvin ailə qurmaq istəmədiyini bir daha etiraf edib:
“Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm”.

Təbii onun bu fikirləri sosial şəbəkələrdə daha çox qınağa səbəb olub. Çünki, efirdə bu cür fikirlərin səsləndirilməsi həm gənc nəslin tərbiyəsinə zərbə vurur, həm də ailə institutunu kökündən baltalayır, yüngül həyat tərzini təşviq edir.

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir:

“Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmaz.

Qadın deyəndə hər birimizdə ailə, uşaq assosasiyası yaranır. Çünki, tarix boyu qadının missiyası bu olub. Baxmayaraq ki, son dönəmlərdə ailə institutu çox böyük zərbələrə tuş gəlib. Hazırda Pərvin Abıyeva kimi düşünən xeyli qadın var. Onlar bütün məsuliyyətdən qaçaraq ancaq özləri üçün yaşayırlar”.

Psixoloq başqa bir vacib məqama da toxunub:

“Digər bir problem bəzi sənət adamlarının efirdə sənətindən yox, öz şəxsi həyatlarından daha çox danışmasıdır. Çünki, özündən daha çox danışan adamların sənətdə heç bir izi olmur. Onlarda tamaşaçının yaddında sənətləri olmadığı üçün fərdi fikirləri və maddi imkanları ilə yadda qalmaq istəyirlər. Bu mənada Pərvin Abıyevanın belə açıqlamalar verməsi başadüşüləndir”.
 
Ardını oxu...
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 32 yaşlı Turalə Aslanovanın intihar etməsi hadisəsi ilə bağlı adları hallanan şəxslər işdən çıxarılıb.


Teref.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dələduzluq işində adları hallanan Kəmalə Quliyeva və T.Aslanova ilə yaxın əlaqələrinin olduğu bildirilən Samir Cabbarlı vəzifədən azad ediliblər.

Bildirilib ki, bu işin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hər iki şəxs də araşdırmaların nəticəsində işdən çıxarılıblar.

Qeyd edək ki, prokurorluq binasından özünü ataraq intihar edən T.Aslanova DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyib. Onun dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra 2022-ci ildə tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.

T.Aslanovanın vəkili Emin Kiçibəyov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.Aslanova ölümündən əvvəl verdiyi ifadələrində aldığı pulları Kəmalə Quliyevaya verdiyini bildirib.
Ardını oxu...
CAR iki il ərzində Beynəlxalq Kosmik Stansiyaya iki qadın kosmonavt göndərəcəyini açıqlayıb.

Trend xəbər verir ki, Cənubi Afrika Milli Kosmik Stansiyasının baş icraçı direktoru Humbulani Mudau, ruslar tərəfindən inşa edilmiş kosmos tullantılarının araşdırılma mərkəzinin açılışında iki qadın kosmonavta təlim keçərək onları 2 il ərzində Rusiyanın Kosmik Agentliyi olan "Roskosmos" vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya göndərəcəklərini açıqlayıb.

Xatırladaq ki, "Roskosmos" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsurini "Soyuq MS-15" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərib.

Afrikadan kosmosa uçan ilk kosmonavt isə 2002-ci ildə Cənubi Afrikadan olan iş adamı Mark Şattlvort olub.
 
Ardını oxu...
Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

"İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, daha əvvəl Q.İbadoğlu ilə birlikdə onun həyat yoldaşının da saxlanıldığı bildirilirdi.
 

Dünyapress TV

Xəbər lenti