Ardını oxu...
Bakının Nizami rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, Bəhruz Nuriyev küçəsində 1993-cü il təvəllüdlü Aytən Nurəddin qızı Əliyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.
Qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
 
Ardını oxu...
“Rusiya qazı kəsir, qoy kəssin, erməni xalqı qazsız da yaşayar”.

TEREF.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bunu erməni general Qurgen Melkonyan deyib. O iddia edir ki, Rusiya qazı kəssə, ermənilər qazsız yaşayacaq.

Onun bu sözkləri ermənilərin qəzəbinə səbəb olub. Onlar Mulkonyanı “talançı və vecsiz” adlandırıblar:

“Təbii ki, Kəlbəcərdə (2020-ci ilə qədər – red.) ermənilərin evlərini qarət edən general bundan o qədər də narahat deyil. Çünki qışı ya Dubayda, ya da Rusiyadakı mehmanxanasında keçirəcək.

Xalq isə donub qalacaq və suveren Ermənistanda soyuq və aclığa görə təşəkkür edəcək”.
Ardını oxu...
Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ?
Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək.
Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi.
Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur.
1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi".
Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir.
Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir.
Ardını oxu...
Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi.
Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ?
Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Ceyhun Nabi
Teref.az
 
Ardını oxu...
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Gənc qız saxta erməni tarixini biabır etdi” adlı veriliş efirə gedib.
Verilişdə gənc erməni araşdırmaçı Ani Hakopyanın Ermənistanda azərbaycanlıların tarixi haqqında yazdığı məqaləsində obyektiv olmağa çalışmasına, gerçəyi çatdırmaq istəyinə yer verilib.
Araşdırmaçı azərbaycanlılara qarşı Ermənistanda törədilənləri qələmə alsa da, saxta erməni tarixçilərinin qurbanı kimi uydurma tarixi də təqdim edir:
“Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində çox sayda azərbaycanlı yaşayırdı. Qarabağ müharibəsindən sonra yaranmış gərgin Ermənistan-Azərbaycan vəziyyəti nəticəsində azərbaycanlı icması Ermənistan ərazisini tərk edib. XIX əsrin əvvəllərində azərbaycanlılar və tatarlar Ermənistan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdilər. XX əsrdə Ermənistanda tarix boyu yaşayan azərbaycanlılar ayrı-seçkiliyə məruz qalmağa başladılar”.
Verilişdə diqqətə çatdırılır ki, bu ifadələr, əslində, yalan dastanlar danışan tarix müəllimlərinə və tarixçilərə bir erməni qızının vurduğu solaxay şillədir.

 
Ardını oxu...
Çeçenistan prezidenti Ramzan Kadırovun qızı Ayşat Kadırova baş nazir təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.

Qeyd edək ki, buna qədər Ayşat Kadırova ölkənin mədəniyyət naziri postunu tuturdu.
 
Ardını oxu...
ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında Nyu-York Əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, Nyu-York Əyalətinin prokurorluğu erməni təxribatçının şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz cinayət məcəlləsinin beş maddəsi ilə, o cümlədən Ermənistandan olan Meri Çebonyana üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edilirdi. Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı şikayət üzrə prosesin davamını Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb. Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər prokurorluğa təqdim edib. Nyu-York Əyalətinin prokurorluğu toplanan dəliləri araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib və onun günahsız olduğuna xitam verib.
 
Ardını oxu...
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı türkiyəli tanınmış şair, Türk Ədəniyyatı Vəqfinin başqanı Sərhad (Serhat) Kabaklı (Əhməd Kabaklının qardaşı oğludur – red.) sosial şəbəkə hesabında qeyri-adi paylaşım edib.

Kult.az xəbər verir ki, o, illər öncə Qənirə xanımın ona öz arzusunu dilə gətirdiyini bildirib.

“Qiymətli qardaşım, keşkə Vəqfdəki Xocalı anma günündə mənə “Ağabəy, Xocalını alaq, Allah həmin gün mənim canımı alsın” deməsəydin…” – Kabaklı yazıb.

Şair bununla Qənirə xanımın özünü Xocalıya qurban dediyini xatırladıb.

Sosial şəbəkələrdə isə bu, heyrətlə qarşılanıb və Qənirə xanımın Vətəni nə qədər sevdiyi, bu arzunu necə içdən dediyi və Allahın bunu qəbul etdiyi haqda rəylər paylaşılmaqdadır.

Qeyd edək ki, Qənirə Paşayeva Ordumuzun antiterror tədbirlərindən və Qarabağdakı separatçı-terrorçuların tam təslim olduğunu elan etməsindən 3 gün sonra – 23 sentyabrda koma vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

28 sentyabrda – Qarabağdakı qondarma qurumun özünü buraxdığı və Ordumuzun Xocalıya girdiyi gün vəfat etdi.
 
Ardını oxu...
Bu sensasion açıqlama ilə tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov çıxış edib.
O, fikrini belə izah edib:
“Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri - hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi”.
Məhəmmədəli Qəribli
Teref.az
 
Ardını oxu...
Dörd gün öncə Qənirə Paşayevanın koma olması xabəri yayılmışdı, bu gün ölüm xəbəri yayıldı... Onu ekrandan tanıyırdım, o vaxtlar tanınan, ən reytinqli sayılan ANS-TV-nin efirindən. Sosial problemləri qaldıran, çox vaxt həllinə nail olan “İç xəbər” verilişinin ən istedadlı, tanınan müxbirlərindən idi, işini sevdiyi, can qoyduğu açıq-aydın görünürdü, duyulurdu.
1999-da ya 2000-cı illərin əvvəlində Press-Klubda tanış olduq, Azərbaycanın bütün ciddi mediasının müxbirləri Press-Klubdakı mətbuat konfranslarına gəlirdi, ANS-in müxbirləri də eləcə, bir dəfə də Qənirə gəldi. AzTv-dən 96-da ayrılmışdım, 98-ə kimi Internews International televiziya təşkilatında prodüser işləmişdim, o vaxtlar daha çox telejurnalist kimi tanınırdım, bəlkə də ona görə, ya da yoldaşımı tanıdığına görə Qənirəylə tez dostlaşdıq. ANS-çilər başqa telekanal əməkdaşlarına həmişə yuxarıdan aşağı baxırdılar, özəlliklə AzTV-yə, buna müəyyən əsasları da vardı, amma keçmiş AzTV işçisi olsam da, Qənirə, elə başqa müxbirlər də mənə fərqli münasibət göstərirdi, təbii.
Qənirə Paşayeva istiqanlı, səmimi idi, məni “qardaş” adlandırırdı, mən də ona “bacı” deməyə başladım.
Mətbuat konfransları başlamazdan əvvəl, ya iki konfrans arasında söhbət edirdik, o vaxtdan bir şəklimiz qalıb, Mətbuat Klubunun şüşə divarlı otağında oturmuşuq, amma üz-üzə yox, əks istiqamətlərdə yan-yana, o üzü obyektivə, mən arxası. O vaxtlar müxalif olan “Yeni Müsavat” qəzetinin fotomüxbiri, polis idarəsində pis döyüləndən bir neçə ay sonra dünyadan köçən Alim Kazımlının çəkdiyi şəkil. Görünür ki, poz vermirik, Alim pusub söhbətin şirin məqamını tutub, belə şeylərin ustasıydı, ona görə də canlı alınıb. Haradadır indi o şəkil? Allah sənə rəhmət eləsin, Alim!
Elə o söhbətlərin birində Qənirə mənə şikayət etdi ki, “İç xəbər”də bir belə süjetim gedib, baxılan, reytinqli verilişin ən fəal müxbirlərindən biriyəm:
- Proqram səviyyəsində reytinqim var, amma istədiyim, əsil tanınma yoxdur. Niyə?
Qənirəyə dedim ki:
- Əsil tanınma, şöhrəti siyasi verilişlər verir. Siyasi verilişlərdə iştirak etmədən də tanınmaq olar, əlbəttə, amma daha uzun və çətin yoldur.
Konfrans başlayırdı, kameramanı Qənirəni çağırdı, bizim konfrans zalına keçdilər.
O söhbətdən iki-üç həftə keçdi, ya bir-iki ay, dəqiq yadımda deyil, amma Qənirəni canlı yayımda efirə gedən, ən reytinqli “Nəzər-nöqtəsi”ndə aparıcı görəndə anladım ki, sözüm ağlına batıb. Özü hazırlıqlı və hazırcavab, sualları dəqiq və kəskin idi, verilişi yaxşı aparırdı, qısa zamanda uğur qazandı.
Artıq aparıcı olandan sonra da Press-klubdakı hansısa konfransa müxbir kimi gəlmişdi, həm “Xəbərçi”yə süjet götürdü, həm də çıxışçını verilişinə dəvət etdi. Aparıcılığı haqqında fikrimi soruşdu.
- Hər şey əladır, - dedim, - bir az vaxt lazımdır ki, canlı yayıma öyrəşəsən, daha sərbəst olasan, sıxılmayasan.
- Sıxılıram ki?
- Bir az var. Gərginliyin hiss olunur. Elə qaşqabaqlı olmağın nədəndir bəs?
Güldü:
- Özüm qaşqabaq tökürəm, yüngül görünməyim.
- Lazım deyil qaşqabaq. Ziyan edir sənə.
- Eləməsəm, adıma söz çıxaracaqlar.
- Ay qız, demirəm ki, ağzın qulağıvın dibində olsun! Amma qaşlarıvı elə çatma, sadəcə sakit, mülayim və təmkinli ol, verilişin sonunda, tamaşaçılarla sağollaşanda isə azca gülümsə.
Bu söhbətdən az sonra tamaşaçılar Qənirənin gülümsəməyini də gördülər.
Biz isə uzun müddət üz-üzə gəlmədik, bir də 2010-cu illərin əvvəlində, Qənirə işlədiyim AzadlıqRadiosuna, Xədicə İsmayılın verilişinə qonaq kimi gələndə görüşdük. Veriliş bitmişdi, artıq çıxıb gedirdi, qızlarla kandar söhbətini görüb, əlimdəki yazını yarımçıq qoyaraq qapıya yaxınlaşdım ki, həm salamlaşım, həm vidalaşım. Qənirə artıq jurnalistikadan getmişdi, Heydər Əliyev Fondunda işləyirdi, Azərbaycan toplumunun fərqli kəsimlərindəydik, hakimiyyət və müstəqil-müxalif, bəlkə də ona görə münasibətlərimizdə əvvəl olmayan, aramızı kəsən məqamlar, çalarlar yaranmışdı? Amma əvvəlki kimi, xoş üzlə, səmimi təbəssümlə məni dindirdi:
- Necəsən? Elə bil arıqlamısan, sınıxmısan? Sənə burada pis baxırlar?
- Yox, yaxşı baxırlar, Qənirə. Arıqlıq da sağlamlıqdır, ayda azı 2 gün ac qalıram.
Həqiqətən ayda 2-3 gün ac qalırdım, amma daha Qənirəyə demədim ki, Press-Klub, "Реальный Азербайджан" -"Gündəlik Azərbaycan" bağlanandan sonra neçə iş yeri dəyişmişəm, AzadlıqRadiosuna gəlməzdən əvvəl isə Şəmkir rayonunun dağlarında, geoekspedisiyada, ayağımda əskəri çəkmə təpik döyürdüm. Heydər Əliyev Fondinda işləyən keçmiş həmkarıma bunu deməyin nə mənası vardı? Həm də şikayət kimi çıxardı...
Davamı var.
Çingiz Sultansoy
Teref.az
 

Dünyapress TV

Xəbər lenti