Təhsil müəssisəsində rəhbərliyin küçə söyüşləri... - VİDEO
DogruXeber.az: - Rəsmi xəbərlərdə "inkişaf"etdiyi deyilən müasir Azərbaycan təhsilinin daha bir "üz qarası" cəmiyyətə açıqlandı.
Bakının daha bir məktəbində bir neçə müddətdir davam edən daxili qalmaqal mətbuata ayaq açdı.

Belə ki, Bakı şəhər Yasamal rayonunun Cəfər Cabbarlı adına 161 saylı tam orta məktəbində bir neçə ay öncəyə qədər texniki işçi olduğunu və artıq məcburi işdən çıxma ərizəsi yazdırılaraq, işdən çıxarıldığını deyən Zülfiyyə adlı xanım "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Həmçinin, agentliyin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı " proqramı ilə canlı telefon bağlantısı yaradılan Zülfiyyə xanım bildirir ki; - "Mən bir neçə ildir 161 saylı məktəbdə texniki işçi idim. Bu ilin avqust ayının 1-də məzuniyyətə çıxdım. Oğlum ön cəbhədə hərbi xidmətdədir. Məzuniyyət müddətində oğlumu görmək üçün yanına getməyə hazırlaşırdım, məktəbdən zəng gəldi ki, "məktəbə gəl".
Dedim, - "gələ bilmərəm, işlərim çoxdur, oğlumun yanına gedirəm".

Gedib-gələndən sonra məktəbin direktoru Ruhiyyə Tağıyeva məni yenidən yanına çağırdı, getdim. Otağına girən kimi mənə, çağırışına getmədyim üçün çox təhqiramiz sözlər dedi.
Dedim, "dövlətin qanunu var, mən qanuni şəkildə məzuniyyətdə idim".

Ruhiyye Tagiyeva, "Dövlət kimdir, mən sənə deyirəm "gəl", Mən direktoram, nə desəm etməlisən" deyə, aqressiv şəkildə şəxsimə aşağılayıcı sözlər dedi. Heç nə demədən, otaqdan çıxdım. Səhəri gün məni təkrar bir də otağına çağırdı. Bu dəfə isə təkrar təhqir edəcəyini bildiyim üçün telefon səsyazanını işə saldım, otağa elə girdim. Otağa girən kimi, direktor Ruhiyyə xanım təxmin etdiyim kimi yenidən məni yenə də şərəf və ləyaqətimi alçaldan, aşağılayıcı sözlərlə təhqir etməyə başladı. Mən sadəcə ona cavab verdim.



Sonra mənə dedi, -"ərizəni yaz çıx". Mən buna etiraz etdim. Ruhiyyə Tağıyeva ərizəmi yazmadığım halda, "70-in C bəndi ilə işdən qovmaq"la təhdid etdi. Mən də məcburiyyət qarşısında qalaraq, ərizə yazıb, işdən çıxdım.".



Qeyd edək ki, sosial medialarda yayılan məlumatlara görə sözügedən direktor Ruhiyyə Tağıyeva rəhbərlik etdiyi məktəbdə keçirilən tədbirlərdən birində şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərkən, nə direktor özü, nə də yanında əyləşən digər şəxslər ayağa qalxmayıb. Amma, söz veriləndə ayağa qalxıb 2-3 kəlimə "tamadasayağı" çıxış edib və sözü müavininə verib, əyləşib.

Məlumatla Bağlı şəhər Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladığımız zaman da bizə bildirildi ki, tədbirdə şəhidlərin xatirəsinə qarşı hörmətsizlik etdiyinə görə sözügedən direktora töhmət verilib. Baxmayaraq ki, Ruhiyyə Tağıyeva bununla bağlı mətbuat nümayəndələrinə "o tədbir deyildi, tədbir öncəsi hazırlıq idi, tədbir ondan sonra keçirilib" deyə bir açıqlama verib. Lakin, məktəbin redaksiyamıza müraciət edən keçmiş işçisi Zülfiyyə xanım direktorun açıqlamasının doğru olmadığını bildirdi.

P.S: Yeri gəlmişkən, Zülfiyyə xanımın iddiaları ilə bağlı 161 saylı məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə telefon əlaqəsi saxladıq. Ruhiyyə xanım Zülfiyyə xanımın iddialarını etiraf etdi və bildirdi ki, "Məni çox əsəbləşdirmişdi, ona görə ağzımdan o sözlər çıxdı".

Yuxarıda sizə təqdim etdiyimiz videolinkdə diqqət etdinizsə, Zülfiyyə xanım direktor barəsində daha böyük bir şokedici faktı da açıqladı. Xanım bildirdi ki, "Ötən il 3A sinifinin rəhbəri analıq məzuniyyətinə gedib. Lakin, onun adı məzuniyyətdə deyil, işdə gedib, əmək haqqını isə direktor Ruhiyyə Tağıyeva özü alıb.".

Doğrudur, biz bu barədə "DogruXeber.az" redaksiyası olaraq, Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinə məlumat verdik. Lakin, aydın məsələdir ki, direktorları təyin edən də, işdən çıxaran Elm və Təhsil Naziridir. Amma, heç onun da bu barədə hər hansı bir tədbir görəcəyinə adamın inanmağı gəlmir. Çünki, bundan əvvəl bu cür qanunsuz əməlləri olan, adı korrupsiyada hallanan məktəb direktorlarının işində qalmağa davam etdiyini, adi bir töhmət, yaxud yerdəyişmə ilə "söhbəti bağladığı"nı da az görmədik.

Necə deyərlər, "bığdan götürüb, saqqala qoyurlar". Dəyişən sadəcə iş otağı olur. İnsan eyni, vəzifə, səlahiyyət eyni. Yəni, həmin əməllərini davam etdirməsi üçün əlverişli fürsət.

Ruhiyyə xanıma da bir dəfə töhmət verilib, gözləyək görək növbəti addımda onu hansı məktəbə transfer edəcəklər?!

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə gün əvvəl 211 saylı orta məktəbin direktoru barəsində də Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova telefon vasitəsilə şəxsən məlumat vermişdik. Eyni zamanda məlumatla bağlı materialları və məmulatları rəsmi blankda Cəsarət Valehovun votsap ünvanına göndərmişdik.

Bundan qısa müddət sonra 211 saylı orta məktəbin direktoru Həcər Mahmudova işindən azad edildi və 30 nömrəli orta məktəbə direktor təyin edildi. Ancaq, maraqlıdır ki, Bakı şəhər Təhsil İdarəsi məlumatımızdan sonra atılan bu addımlar barəsində ilk olaraq, bixs digər saytlardan birinə məlumat verib.

Bəlli ki, özləri də verdikləri qərarın nə qədər gülünc bir qərar olduğunun fərqindədirlər və bu barədə verəcəyimiz suallarla üzləşmək istəmədilər. Ya da təhsil başda olmaqla bütün qurumlarda baş verən bütün qanunsuzluqlar və özbaşınalıqlar barəsində gerçəkləri ictimailəşdirdiyimiz üçün rəsmi açıqlamanı da bizə deyil, gerçəkləri deyil, şəxsi maraqları naminə birtərəfli fəaliyyət göstərən saytlara verməyi tərcih ediblər.

Amma, səbəb nə olursa olsun, məlumat verən biz olduğumuz üçün, görülən tədbirlər barəsində məlumat verməli olduqları da bizik.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Dünyapress TV

Xəbər lenti