Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... -
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə etməsi haqda məlumat vermişdik.

Xatırladaq ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzili və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib. (daha ətraflı BURADAN tanış ola bilərsiniz).
İş üzrə AFN.az-a danışan mənbə yeni detallar verib. Məlum olub ki, B.Yusifov saxta yolla aldığı mənzillərdən 32-sini artıq Şakir Göyüşov adlı şəxs (onun haqqında bir qədər sonra məlumat verəcəyik-red.) vasitəsilə satıb. Qalan 25 mənzil və 1000 kv.m qeyri-yaşayış sahəsini özününküləşdirmək üçün isə məhkəməyə müraciət edib: “O, 2013-2014-cü illərdə həmin mənzilləri qanuni yolla alan vətəndaşlara problem yaratmaqdan çəkinmir. Hətta açıq-aşkar bildirir ki, məhkəmələrə təzyiqlər edəcək və işi öz xeyrinə həll edəcək. Özünün Respublika Ağsaqqallar Şurasındakı vəzifəsindən istifadə edir və bunu da gizlətmir”.
Mənbə bildirir ki, B.Yusifov bütün bu əməlləri təkbaşına etmir. Onu bu işlərdə dəstəkləyən şəxs Avşarov Rza Muxtar oğludur. R.Avşarov xalq rəssamıdır. O, xalq artisti Muxtar Avşarovun oğludur. R.Avşarovun (onun da arxasında yüksək vəzifəli şəxslərin dayandığı bildirilir-red.) dəstəyinə arxalanan B.Yusifov ələ keçirdiyi başqa bir şirkəti – “Təbriz” MTK-nı da “Çinar AN” MTK-nın vəziyyətinə salıb: “Ayna Sultanova heykəlinin yaxınlığında Nofəl Hacıyevə aid olan 1 bloklu binanın tikintisinin tamamlanmamasına səbəb B.Yusifovun yol verdiyi qanunsuz əməllərdir. Belə ki, vaxtilə həmin ərazidə “Təbriz” MTK-ya məxsus 4 bina tikilməli idi, 3-ü tikilib, 1-nin tikintisinə isə “Cıdır düzü”nun barısına yaxın olduğu üçün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev icazə verməyib. Bu icazəni B.Yusifov R.Avşarov vasitəsilə təmin edib. Onun qarşılığında N.Hacıyev onlara “Təbriz” MTK-ya məxsus binanın 12-ci mərtəbəsindən 716 kv.m-lik 7 mənzil, 7-ci mərtəbəsindən isə 92 kv.m-lik 1 mənzil verib. Onlar ümumilikdə “Təbriz” MTK-dan 38 evi alıblar. Hansı ki, həmin mənzillər əvvəlcədən başqalarına qanuni yolla satılıb. Sonradan həmin vətəndaşların iddiası əsasında N.Hacıyev həbs edilib. Beləliklə, B.Yusifovun N.Hacıyevə etdiyi təzyiqlər nəticəsində daha bir bina tikilməmiş qalıb. “Təbriz” MTK-ya dəyən zərər ümumilikdə 8 550 000 manat hesablanır. Yəni 38 mənzil orta hesabla 150 kv.m-dan ümumilikdə 5700 kv.m edir ki, onun da 1500 manatdan dəyəri 8,5 milyon manatdan artıq edir. “Çinar AN” MTK-ya dəyən 4 580 000 manat (4400 kv.m mənzil – 3080000 manat, 1000 kv.m qeyri-yaşayış sahəsi – 1 500 000 manat) zərəri də üzərinə gəldikdə ümumilikdə iki iş adamına 13 130 000 manat ziyan deməkdir. Yəni Ağsaqqallar Şurasının sədr müavini, özü də iş adamı olan B.Yusifov biznesini belə “böyüdür”.

Yuxarıda qeyd etmişdik ki, B.Yusifov qanunsuz yolla əldə etdiyi mənzilləri Ş.Göyüşov adlı şəxs vasitəsilə satır. Araşdırmalar göstərir ki, B.Yusifovun yanında olan bu şəxs də qalmaqallı adamdır. Belə ki, bir neçə il öncə onun haqqında mediada ciddi ittihamlar özünə yer alıb. “Azadlıq” qəzetində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti şöbəsinin sədri Islam Hüseynovla bağlı iddialar yazılıb və haqqında yazılanlara münasibət bildirən İ.Hüseynov Ş.Göyüşovun adını hallandırıb. O bildirir ki, Şakir Göyüşov bütün pullarını kartda uduzub indi hamını təhdidlə məşğuldur: “Bircə istəyi də odur ki, təki hardansa pul əldə etsin”. B.Yusifovun məhz belə bir adamla əlbir olması təəccüb doğurmaya bilməz. Axı o, Azərbaycan Ağsaqqallar Şurasını təmsil edir.
İstər əvvəlki yazılarda, istərsə də bu yazıda qeyd edilənlərlə bağlı mövqe almaq üçün B.Yusifova etdiyimiz zəng cavabsız qaldı. R.Avşarovun Azərbaycan Rəssamlar İttifaqından verilən, Ş.Göyüşovun isə şikayətçi tərəfindən bizə təqdim edilən nömrəsinə zəng çatmadı. Hər bir halda yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq. //reportyor.info//
 

Bölmənin digər xəbərləri

07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Dünyapress TV

Xəbər lenti