Bakıda maşın parklama yerlərindən kim pul yığdırır?
Tanınmış jurnalist Məhəmmədəli Qəribli Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin keçmiş rəisi Nizami Qocayev haqqında maraqlı məlumat yayıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, jurnalist bildirib ki, Qocayev Bakıdakı maşın parklanma yerlərindən qanunsuz olaraq pul yığmaqla məşğuldur.

O qeyd edib ki, hazırda təqaüddə olan sözügedən şəxs bunun üçün MMC yaradıb və yığılan bütün pullar da həmin hesaba köçürülür. “Ona görə qanunsuz deyirəm ki, Bakı şəhərinin bütün park yerləri Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2018-ci il tarixli 1902 saylı fərmanı əsasında Bakı Nəqliyyat Agentliyinin balansına verilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən küçələrdə müvafiq tarif müəyyən edilənə qədər parklamanın ödənişsiz olmasına dair müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur”.

Məhəmmədəli Qəribli yazır ki, artıq 5 ildir ki, şəhərdə qanunsuz avtoparkinq xidməti göstərdiyi iddia olunan “Çinar Avtoparkinq” MMC-nin sahibi kimi Vergilər Nazirliyinin informasiya bazasında (VÖEN 1306356451) Qocayev Nizamı Mehralı oğlunun adı göstərilir. “Bu azmış kimi, parklanma yerlərinə pul yığmaq üçün təyin etdikləri adamlara çox insafsız plan qoyurlar. Bir balaca yerdən günə 50-60 manat pul tələb edirlər”.

O misal olaraq oğlu və həyat yoldaşı onkoloji xəstə olan şəxslərdən birinin dediklərini də qələmə alıb. “Həmin kişi deyir ki, planı ödəyəndən sonra ona evə aparmağa heç nə qalmır. Ailənin yeganə qazanc gətirəni də odur. Adam məcbur qalıb Mehriban Əliyevaya şikayət yazıb. Özünün dediyinə görə, onu Nərimanovda qəbul ediblər və deyiblər ki, get, bundan sonra heç kimə ödəniş etmə, ailəni dolandır. Kişi sevincək gəlib, iki gün özünə işləyəndən sonra, Nizami Qocayevin pul toplayan qocu dəstəsinin üzvü olan Səbuhi adlı şəxs gətirib ora iki – üç nəfər danışa bilməyən (lal )adamları qoyub və deyib ki, bundan sonra ərazidə pulu onlar yığacaq. Kişi məcbur qalıb əvvəlki şərtlə razılaşıb. Amma qoçular bununla kifayətlənməyib, zavallı kişinin gündəlik planını 42 manatdan 50 manata qaldırıblar. İndi kişi qorxusundan deyir ki, bala, adımı heç yerdə çəkmə. bu dəfə gəlib məni döyərlər”.

Jurnalist apardığı araşdırma nəticəsində müəyyən edib ki, Nizami Qocayev bu fəaliyyəti yerli bələdiyyələrlə əlbir olaraq həyata keçirir. “Yığılan puldan onların büdcəsinə kiçik həcmdə pul ödəməklə Prezident Fərmanı ilə daban-dabana zidd olan fəaliyyətini güya “leqallaşdırdığını” zənn edir”.

Nizami Qocayevin də mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Dünyapress TV

Xəbər lenti