İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı” -
Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə , onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta olunmayıblar. Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən imtina edilir.
Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin bütün dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişindən asılıdır. Onu da, vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. Anlamaq olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ?
Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra yol xərcinin ödənməsinə söz verilir. 1-ci dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir. Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir. Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki, AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır.
Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” . Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək zorunda qalıb.
Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də, heç demə, uçuşa test qadağası ləğv olunubmuş.
Məğrur Bədəlsoy
P. S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunsuzluğunu “uçuş testinə” görə ödənişin xidmətlər zərfinə daxil olunmaması ilə izah edir. Lap tutaq ki, belədir, bəyəm bu yekəlikdə Agentliyin xaricdə müalicəyə gedən Qarabağ qazisinə 40 manatlıq güzəşt etmək hüququ da zərfə salınmayıb. Dılğır bir test niyə belə baha xərc tələb etsin ki?!Eyni zamanda, Qarabağ qazilərinin hərbi tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmalarına da “zərf qadağası” qoyulub. Dövlətin bütün tibb müəssisələrini dövlət məmurları hansı qanunla, hansı bazarda, hərracda satın alıblar ki, bizim xəbərimiz yoxdur? Qarabağ qazisinə müalicə , sağlamlığın qorunması lazımdır, müalicəyə bürokratik qadağa qoyulması yox!
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_20221024_121233.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_20221024_120708.jpg
 
 
 

Bölmənin digər xəbərləri

07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO

Dünyapress TV

Xəbər lenti