Bakının mərkəzində aksiya keçiriləcək :
Bakının Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" MTK sakinləri ilin-günün bu vaxtında susuzluqla imtahana çəkilir. Binadan mənzil alan 165 ailə özünü Kərbəla çölündə hiss etməkdədir. Bu problemlə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət olunsa da, indiyə kimi tədbir görülmür. Sakinlər qeyd edirlər ki, bundan əvvəlki rəhbərliyin dövründə, məsələ Baş Prokurorluğun nəzarətində olanda texniki şərt verilmişdi, amma icra olunmadı. Texniki şərtim verilməsinə əsasən sayğaclar quraşdırılmadı. Daha sonra "Azərsu" Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Sakinlər Agentlik sədri Zaur Mikayılova bu dəfə müraciət ediblər, amma hələ də bina su üzünə həsrət qoyulub, verilən texniki şərtə əsasən sayğaclar qoyulmayıb. Vətəndaşlar güman edirdi ki, yeni rəhbərlik onların müraciətinə baxacaq, ancaq nəticəsi yoxdur. Əksinə, sakinlərə deyilib ki, əvvəl verilən texniki şərtin vaxtı guya keçib. İndi də yeni texniki şərt verməyi cəhənnəm əzabına çeviriblər. Bununla bağlı Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, onlar bu həftə "Azərsu" qarşısına toplaşaraq aksiya keçirəcəklər, su sayğaclarının quraşdırılmasını xahiş edəcəklər. Onlar bildirirlər ki, Zaur Mikayılov vətəndaşların müraciətlərini qulaqardı edir və bu qədər ailəni susuz qoyub. Halbuki agentlik bir binaya texniki şərt verilməsini istəsə həyata keçirə bilər. Əvvəla, hər bir vətəndaşın su ilə təmin olunmaq haqqı var və dövlət insanların kommunal tələbatını yerinə yetirməlidir. İkincisi, su vermək imandan, insanlıqdandır. Bununla Zaur Mikayılov 165 ailəni sevindirmiş olacaq, onların duasını eşidəcək, savab bir iş görəcək. Yəni məsələnin həm hüquqi, həm mənəvi tərəfləri var. Prezident məmurları təyin edərkən onlara xalqla işləməyi tapşırır. Amma görünür ki, Zaur Mikayılov vətəndaşları prezidentdən narazı salmaq fikrinə düşüb. Əgər elə olmasaydı, bir binaya texniki şərt verilməsi kimi bir məsələni bir su içimi qədər asanlıqla həll edərdi. Amma görünür ki, agentlik və rəhbərliyi vətəndaşları etiraz aksiyası keçirmək həddinə çatdırmaqdadır. Bu isə əhalini hökumətdən narazı salmaq deməkdir. Sakinlər isə deyirlər ki, onlar dövlətin siyasətini dəstəkləyən ailələrdir və heç bir gərginlik yaratmaq niyyətləri yoxdur. Sadəcə, "Azərsu" onları bu yerə gətirib çıxarıb. Axı nə çətin işdir ki əvvəl verilən texniki şərti reallaşdırmaq?! Elə bu qurumun işi odur ki, sayğac quraşdırılan mənzillərin sayı artsın. Buna görə hər bir ailə ödəniş edəcək, yenə dövlətə faydası olacaq. Hamı necə, bu binada yaşayanlar da o şəkildə su ehtiyaclarının qarşılanmasını istəyirlər. Artıq 2025-ci ildir və belə bir əsrdə Bakının Yeni Günəşli kimi ərazisində bir binanın su problemi ilə üzləşməsi gülüncdür. Dünya texniki tərəqqidədir, bizsə su dərdindən danışırıq. Buna da səbəbkar Zaur Mikayılov və onun komandası, eləcə də əvvəlki rəhbərlikdir. Amma Zaur Mikayılov əvvəlki rəhbərlikdən fərqlənmək, müsbət xal qazanmaq həvəsində görünmür. Bu səbəbdən vətəndaşlar "Azərsu" qarşısında toplaşıb şikayət edəcəklər və səslərini media vasitəsi ilə dövlətə, prezidentə çatdıracaqlar. İnkar başqa çarə qalmadığını söyləyirlər və buna məcbur olublar. Çünki insanların gündəlik su tələbatını ödəməmək sosial fəlakətdir. Ona görə də texniki şərtin verilməsi Zaur Mikayılovun daha 165 ailənin sevincinə səbəb olacaq, o cümlədən agentlik sədri 165 ailədən də müsbət rəy qazanacaq.
AnaXeber.info
 

Bölmənin digər xəbərləri

07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Məktəb direktoru Sahil Babayevə pul yığır? Sumqayıtdan ilginc müraciət
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Dünyapress TV

Xəbər lenti