“Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalicə aldığı "Medilife” klinikasında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, mərhumun həyat yoldaşı müraciət ünvanlayıb və Ceyhun Süleymanovun ölümü ilə bağlı bəzi məlumatları paylaşıb.

"Yoldaşım 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də səhər saatlarında Bakıxanov qəsəbəsində yerləşən "Stimul” klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşım "Stimul” klinikasına müayinə olunmaq məqsədilə gedib. Klinikada narkoz həkimi olmadığı üçün onu həmin ərazidə yerləşən "Medilife” klinikasına yönləndirirlər. Həmin klinikada heç bir analiz edilmədən, həkim yoxlanışı aparılmadan dərhal yoldaşımın bağırsağını 3-4 dəfə yuyurlar.

Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edib deyib ki, klinikadadır və vəziyyəti yaxşıdır, bağırsaqları tam yuyulandan sonra evə qayıdacaq. Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Daha sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə, evlə danışandan sonra yenə bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs, xəstə ayılmır.

21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qurumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədər bu işi aparan Sabuncu Rayon Prokurorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladım və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə etinazsız və laqeyd yanaşılmasın. Bu ölüm işində təqsirkar və səbəbəkar olan hər kəs araşdırılaraq cəzalandırılsın.

Mənim səhhətimlə bağlı problemlərim var, heç bir yerdə işləmirəm. Qayınatam və qayınanam ağır xəstədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə kömək edəsiniz ki, 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin”.
 

Bölmənin digər xəbərləri

07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO

Dünyapress TV

Xəbər lenti