“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir. Yanvarın 22-də Bizim.Media-da ““Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB?” başlıqlı yazı dərc ediləndən sonra redaksiyamıza sözügedən bağçanın daha bir neçə işçisi müraciət edərək, onların da adına kredit götürüldüyünü iddia ediblər.

Onların bildirdiklərinə görə, bağça müdiri Xanım Əliyeva Rüxsarə Əliyevadan əlavə, bağçada işləyən daha 6 nəfərin adına da onlardan xəbərsiz “Azpulmat” və “Manato” kredit təşkilatı vasitəsilə kredit götürüb.

Həmin 6 nəfərdən biri, “Evim” uşaq bağçasında müəllim işləmiş Səbirə Nəcəfovadır. O bu gün öyrənib ki, adına “Azpulmat”-dan 70 manat, “Manato”-dan isə 235 manat kredit götürülüb.

Səbirə Nəcəfova Bizim.Media-ya açıqlamasında deyib ki, zərərçəkən Rüxsarə Həsənova vəziyyət barədə onu xəbərdar edib, o da bundan sonra “MilliÖn” aparatından borcunun olub-olmadığını yoxlayıb, görüb ki, adına 98 manat 51 qəpik borc var. Bu gün isə “Azpulmat”-ın ofisinə gedərək məlumatı dəqiqləşdirib və məlum olub ki, 14 noyabr 2024-cü ildə adına kredit götürülüb”.

Səbirə Nəcəfova da krediti Xanım Əliyevanın götürdüyündən əmindir. Çünki təşkilat ona pulun götürüldüyü gün təqdim olunan şəkillərini göstərib. Səbirə Nəcəfova görüb ki, bu müdirin otağında çəkilən fotolardır.

“Ötən ilin oktyabr ayından həmin bağçada işləyirdim. Xanım Əliyeva noyabrın 14-ü otağına çağırıb dedi ki, işlə bağlı müqavilə üçün SİMA proqramından qeydiyyatdan keçməliyik, şəxsiyyət vəsiqəsinin və mənim şəklimi çəkdi. Daha sonra isə müqavilənin yenilənməli olduğunu, diplomun şəklinin düşmədiyini və s bahanələr deyərək məni yenidən otağına çağırıb şəklimi çəkdi. Pulu həm mənim nömrəmlə, həm də mənim telefonumla götürüb. Çünki telefonu məndən alıb dedi ki, şifrəsini aç burada qalsın, mən qeydiyyatı həll edəcəm. Sən də get, uşaqlarla maraqlan. Mən də müqaviləni həll edəcəyi üçün güvəndim, telefonu orada qoydum.

Telefonuma “Azpulmat”-dan şifrə də gəlib, o özü həll edib, mesajı silib. Mesajlar bölməsinə baxdım, şifrənin gəldiyi mesajı tapa bilmədim. Təxmini dekabr ayının sonu, yanvar ayının əvvəli yenidən otağına çağırdı. Mənə dedi ki, müqaviləni yeniləyirik, bu dəfə isə şəklimi öz telefonuyla çəkdi. Şəxsiyyət vəsiqəmi üzümün yanında tutmağımı, sağa-sola baxmağımı istədi”.

“Bəs sizin nömrənizlə qeydiyyatdan keçilibsə, borc ödənmədiyi günlərdə sizə zəng gəlməyib” sualına gəlincə Səbirə Nəcəfova “əlavə məbləğ ödənərək tarix uzadıldığı üçün mənə zəng edilməyib”,-deyə müsahibimiz açıqlayıb.

Səbirə Nəcəfovanın sözlərinə görə aylardır əməkhaqqı almır, üstəlik aldadıldığını bildiyi üçün bu gün işdən ayrılıb:

“Azpulmatın ofisindən çıxdıqdan sonra bağçaya getdim, çünki hələ də orada işləyirdim. Amma bu hadisədən sonra bu gün işdən çıxdım. Bağçada dedilər ki, müdir xəstədir gəlməyib. Ancaq anası Leyla Əliyeva orada idi, deyilənə görə, onun bu olanlardan xəbəri yoxdur. Bizə dedi ki, borcunuz bu gün ödəniləcək, sabah isə 2 aydır atılmayan maaşınız köçürüləcək. Çünki maaşım ən son noyabr ayında ödənib. Digər işçilərdən 3-4 aydır ki, maaşını almayanlar var.

Orada aşpaz işləmiş Yeganə xanımla danışdım, onun adını “Azpulmat”-da yoxladıq, borc çıxmadı. Ancaq “Manato”da 352 manat 88 qəpik məbləğdə borcu var. Müdirə zəng etdim və haqqımı tələb edəcəyimi bildirdim. İşçilərin tez-tez işdən çıxmasının səbəbi maaşların gecikdirilməsidir. Çıxanların da maaşlarını vermədən yola salır”.

Xatırladaq ki, Xanım Əliyeva dünən saytımıza açıqlamasında iddiaları rədd etsə də, sonradan şikayətçi Rüxsarə Həsənovanın adına olan borcu ödəyib. Bu gün isə Səbirə Nəcəfovayla danışarkən əməli boynuna alıb. Hətta gün ərzində hər kəsin borcunu ödəyəcəyini vəd edib.

Maraqlıdır, Xanım Əliyeva 6 nəfərin adına xırda məblğlərdə niyə kredit götürüb? Məqsədi nə olub?

Bu suallar açıq qalır...

Onu da bildirək ki, ötən gün sözügedən məsələ ictimailəşdiyinə görə Xanım Əliyeva “İnstagram”dakı səhifələrində “Evim” uşaq bağçasının adını dəyişərək, “Nağıllar dünyası” adı ilə əvəzləyib. Bu gün müdirin valideynlərə verdiyi məlumata əsasən isə bağça sabahdan fəaliyyətini dayandırır.

Qeyd edək ki, şikayətçilərin bir neçəsi artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Yazıda qarşı tərəfin növbəti dəfə mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737644428_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737644428_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737644429_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1737644429_5.jpg
 

Bölmənin digər xəbərləri

07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə
07 May 2025 Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. - Hələ nazir olacağı da deyilir...
07 May 2025 Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…
06 May 2025 “Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”:
06 May 2025 Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
06 May 2025 Lənkəranda bələdiyyə sədri fermerlərin işləməsinə imkan vermir (VİDEO)
06 May 2025 Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?
06 May 2025 Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi VİDEO
05 May 2025 Qaraçuxur qəsəbəsində RİH-nin əmri ilə baş tutan "qəsbkarlıq" - Su verilmir, bahalı su çənləri qanunsuz götürülür...
05 May 2025  Məmurların növbəti TENDER HOQQABAZLIĞI... - TƏFƏRRÜAT
05 May 2025 Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO
05 May 2025 Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...
05 May 2025 Səhiyyə nazirliyində XUDMANİ SAXTAKARLIQ... - qanun-manun hərləyənmi var?
05 May 2025 Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT
04 May 2025 Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO
03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu

Dünyapress TV

Xəbər lenti