Ardını oxu...
Yerin altında gizlədilməyə çalışılan "karyera yüksəlişi..."

Dekabrın 20-də Prezident İlham Əliyev idarəetmə sisteminin orta nəsil məmurlarından birini, Vüsal Aslanovu "Bakı Metropoliteni"nin yeni sədri təyin etdi.

Bundan sonra müxtəlif media orqanlarında Aslanovla bağlı dosye yarışı başlandı.

Ortaya atılan və ya düzəldilən avtobiorqfiyadan görünür ki, Aslanov 23 yaşından səhnəyə atılıb. Bu dosyedə onun rolu və yüksəlişi elə təqdim edilir ki, bu sürətlə heç Zenonun məşhur aporiyasındakı kimi "Axilles tısbağaya çata bilmir".
Ardını oxu...
Düzəldilən dosye ifadəsini təsadüfən işlətmirik, çünki Aslanovun mediaya və informasiyanın gücünə necə həssas yanaşdığı çoxlarına bəllidir.

Vüsal Aslanovla bağlı düzəldilən və təqdim edilən dosyedə nə yazılır?

Onun həyat və "yaradıcılığı"na nəzər yetirdikdə mediadakı dosye yarışında qeyd olunur: "Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb.

Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.

2004-2013-cü illərdə "Azərinşaatservis” MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

ADY-də çalışdığı müddətdə bir neçə komissiyaya rəhbərlik edən V.Aslanov sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olub".

Keçmişindən imtina, yoxsa doyse təmizləmə?

Maraqlıdır ki, Aslanovun "tərtəmiz" dosyesində onun mərc oyunlarından sayılan "Topaz"la bağlı fəaliyyəti qeyd olunmur. Halbuki bununla bağlı mediada xeyli məlumat var.

Həmin məlumatlarda bildirilir ki, 2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə "qanuni ünvanı" adlandırılan "Topaz”da belə demək mümkünsə, əldəyişikliyi olub. İdman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb.

Yayılan məlumatlarda vurğulanırdı ki, "Topaz” "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçib və Qurbanov "top"u Aslanovun əlinə verib, yəni bütün nəzarət ona həvalə edilib...
Ardını oxu...
Həmin dövrdə isə "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub.

Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı keçib.

Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb.

Aslanov da ondan 2 il öncə - Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur...

"Arqument.az"ın araşdırmalarına görə, həmin dövrdə "Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulova olub.

Vəsilə Abdulova isə Cavid Qurbanovun ən yaxın kadrı sayılıb, amma Aslanov Qurbanova da beət etməyib, onun öz yolu və istiqaməti olub...
Ardını oxu...
Artıq 20 gündür ki, Aslanov Bakı Metropoliteni"nində, daha obrazlı desək, yeraltı dünyada rəhbərdir. Amma bir şeyi unudur: internet əsridir, yerin altında da nəyisə gizlətmək olmur, necə ki məşhur aporiyada deyilir: "Uçan ox tərpənməzdir, çünki zaman ayrı-ayrı indilərdən ibarətdir..."

Mənbə: Arqument.az
 
 
 
Ardını oxu...
Azərbaycanda ali təhsil sistemində maliyyə şəffaflığının olmaması korrupsiya risklərini artırır. Hesablama Palatasının zamanla bu istiqamətdəki apardığı auditləri zamanı ortaya çıxan nöqsanlar da buna sübutdur.

Gununsesi.info-nun xəbərinə görə, Palatanın 2024-cü ildə apardığı yoxlamalarında da bir çox ali təhsil müəssisələrində nöqsanlar aşkarlayıb. Yoxlamalar əsasən, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) əhatə edib.

Hesablama Palatası BDU VƏ NDU nəticələrini saytında dərc etsə də, nədənsə UNEC-lə bağlı aparılan yoxlamaların nəticələrinin ictimaiyyətdən gizlənildiyi görünür.

Saytımızın araşdırmasına görə, UNEC-də daha ciddi maliyyə pozuntuları aşkarlanıb.

Məlumata görə, audit Universitetin dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən daxil olan vəsaitlərini, satınalmalarla bağlı prosedurları əhatə edib. Məlum olub ki, mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını baş verib, ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməyib, debitor borclar yaranıb. Bundan əlavə ən ciddi nöqsanlar satınalmalar üzrə aşkarlanıb.

Lakin Gununsesi.info-nun UNEC-in audit nəticələri barədə Hesablama Palatasına göndərdiyi sorğuya cavab verilməyib.

Qeyd edək ki, UNEC 2017-ci ildən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Universitetinin nizamnamə fondu 49 milyon 521 min 759 manat təşkil edir. İqtisad Universitetinin Nizamnaməsinə əsasən, onun əmlakı nizamnamə fondundan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən daxil olan vəsaitdən formalaşdırılır.

Ümumiyyətlə, dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitlər universitetlərin aktivləri sırasında olsa da, bu sahə qeyri-şəffaflıq hökm sürür. Belə ki, hər il dövlət büdcəsindən ailə təhsil müəssisələrinə 300 milyon manat vəsait ayrılır. Bu vəsait əsasən 2 istiqamətə yönəlir: Birincisi, dövlət sifarişi ilə oxuyan tələbələrin maliyyələşdirilməsinə, ikincisi, tələbə təqaüdlərinin ödənilməsinə. Təəssüf ki, büdcə sənədində ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bölgüsü təqdim edilmir.

Beləliklə, ali təhsil müəssisələrinin maliyyələşməsində və gəlirlərin formalaşmasında hesabatlılığın olmaması korrupsiya risklərini artırır.

Hesablama Palatasının Bakı Dövlət Universitetində apardığı yoxlamalardan məlum olur ki, BDU-nun illik gəliri 160 milyon manatdan çoxdur. Belə ki, auditdə 2022-2023-cü tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 milyon manat və məxaric olunmuş 173,5 milyon manat məbləğin əhatə etdiyi, dövrün sonunda 28,2 mln. manat qalıq məbləğinin formalaşdığı qeyd edilir.

Universitetin xərclərinin, əsasən, sosial xarakterli olduğu göstərilir.

Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olub. Bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. Bakalavr səviyyəsində təhsil alanlar yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2 milyon 522,8 min manat təhsil haqq üzrə debitor borc yaranıb. Bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil edib.



“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil edib. Faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1 manata qarşı 3,3 manat xərc çəkilib.

Naxçıvan Dövlət Universitetində aparılan yoxlamalarda isə müəyyən edilib ki, ali təhsil müəssisəsində müasir idarəetmə prinsipləri tətbiq olunmayıb. Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmayıb. Nəticədə təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib. 1159 nəfər əcnəbi tələbə üzrə 6 milyon 69,1 min manat təhsil haqqı borcu yaranıb. Onlar bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılıb.

Bundan əlavə, dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmayıb. Həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib. Bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi isə maliyyə hesabatlarında 2 milyon 194,3 min manatlıq zərər müəyyənləşdirib.

Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib.

Satılalmalar, təmir-tikinti işləri, eləcə də əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hesablama Palatası 2024-cü ilin İş planına əsasən keçirdiyi nəzarət tədbirləri nəticəsində keçmiş “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası”, hazırda isə Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsdə nöqsanlar aşkar edib.

Bu barədə 2024-ci il iyulun 25-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilən zaman məlumat yayıldı.

Çox maraqlıdır ki,yayılan bu məlumatda ali təhsil müəssisəsində nə kimi nöqsanların aşkar edildiyi açıqlanmır və “sirr” kimi saxlanılır. Görəsən Hesablama Palatasının bu məlumatları yaymamaqda hansı maraqları var?
Ardını oxu...
Neçə vaxtdır deyirlər ki, guya, gömrükdə işlər qaydasına düşür. Amma şahidi olduqlarımız bunu demir, açıq-aşkar görürsən ki, narazı yük sahiblərinin sayı getdikcə daha da artır. Gömrük məntəqələrinin hamısı vətəndaş narazılıqlarının əsas ünvanları kimi xarakterizə olunur.

Deyilənlərin təsdiqi olaraq, elə, “Meyvəli” Gömrük Terminalı kimi tanıdığımız Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yük sahiblərinin başlarına gətirilənləri izləmək kifayətdir. Bu barədə gündən-günə artan şikayətləri eşidənsə tapılmır ki, tapılmır. Bunu biz yox, xaricdən mal gətirən iş adamları kimi, adi vətəndaşlar da deyirlər…

…Onsuz da, Azərbaycana gətirilən bütün avtomobillərin və maşın ehtiyat hissələrinin gömrük rəsmiləşməsini həyata keçirən Lökbatan ərazisindəki bu gömrük terminalının adı heç vaxt yaxşı yöndən çəkilməyib. Xatırlayırsınızsa, hələ 2022-ci ilin əvvəlində burada həbslər də həyata keçirildi. Həmin vaxt Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutan Səfər Mehdiyevin yaxın qohumu — bacısı oğlu, Komitədəki Audit Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Asiman Cəfərovla şərikli biznes quran gömrük polkovnik-leytenantı Davud Cəfərov və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən külli miqdarda rüşvət alarkən tutuldular.

Onda, “Meyvəli”-yə bir müddət öncə rəis təyin olunan Səfər Mehdiyevin bacısı yoldaşının qohumunun özü də, idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində, bu gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürdüyünə görə saxlanıldı. Qadın ilkin dindirmə zamanı, bundan əvvəl də, rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirdi. Həmin məlumatda onların birbaşa post rəisinin tapşırığı ilə hərəkət etdikləri deyilirdi.

İndinin özündə də, belədir. Post rəisinin tapşırıqları baş verən bütün qanunsuz hərəkətlərə və özbaşınalıqlara rəvac verir. Necə deyərlər, “balıq başdan iylənir”. Bunlara görədir ki, post əməkdaşlarının çoxu sanki bir korrupsioner dəstənin üzvləri kimi özlərini tanıdıblar. Konkret desək, terminal işçiləri bu gün də istədikləri tərzdə işlərini davam etdirir, vətəndaşların başına oyun açmaqdan çəkinmirlər. İşlərində olan bütün əyintilər gözləri qarşısında baş verdiyi üçün, yük sahibləri bunları bizə narahatlığın doğurduğu ehtiyatla çatdırırlar. Deyirlər ki, etirazçıların adlarını bilsələr, sonadək “günlərini göy əskiyə bükəcəklər.

Bu “bacarıqlı” dəstənin ayrı-ayrı vətəndaşların ciblərini soymaları bir yana, onların xaricdən buraya gəlib çatan yükləriylə sanki bir düşmən malı kimi rəftar edirlər. Etirazçı mal sahiblərinin günlərlə burada ləngidilən, hətta xüsusi bir səliqəylə qablaşdırılan yüklərini, iyrənc məqsədlərinə çatmayan gömrük əməkdaşları xüsusi bir kobudluqla açır, ayaqlar altına tökürlər. Nəticədə, yüklərin içində olan çox qiymətli maşın ehtiyat hissələri sınıq-salxaq vəziyyətdə sahiblərinə qaytarılır.

Bu, inkarolunmaz faktdır və birinə şahidliyi özümüz etmişik — bu aqibəti yaşayan sumqayıtlı Əflatun Orucoğlunun “Meyvəli”-dəki gömrük əməkdaşları tərəfindən sınıq-salxaq vəziyyətə salınan qiymətli mallarının foto-görüntülərini sübut kimi, dərc etdiyimiz bu yazıya əlavə olaraq veririk. Görün, bu dəstə nə qədər ağını çıxardıbsa, “Araz” Media Qrupunun Baş direktoru olan bu Azərbaycan vətəndaşının başına belə bir oyun gətirməklə, ona düz 2000 dollar ziyan vurmaqdan çəkinməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Ölkəyə maşın gətirən insanlar bəyannamə təsdiqini vaxtında götürə bilmirlər ki, gedib maşınlarına nömrə alsınlar. Bu gecikməyə görə də, vətəndaş hər saata, hər günə görə, əlavə olaraq xeyli miqdarda dayanacaq pulu ödəməyə məcbur edilir. Maşın ehtiyat hissələrinin verilməsi isə, günlərlə yubadılır ki, günahkarlar ciblərini doldura bilsinlər. Etiraz edənlərin isə, vay halına, Əflatun müəllimdən betər müsibətlə üzləşməyə düçar edilirlər”, — deyə, digər etirazçılar bizə çatdırdıqları şikayətlərində bu sözləri xüsusi olaraq vurğulayırlar.

Bu ciddi məsələni Dövlət Gömrük Komitəsinin, eləcə də, “Meyvəli”-nin rəhbər şəxsləri ilə dəfələrlə aydınlaşdırmaq cəhdlərimiz isə, boşa çıxır. Amma yaxşı bilirik ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, avtomobillərin gətirilməsinə məhdudiyyət müəyyənləşsə də, ehtiyat hissələrinin gətirilməsinə münbit şərait yaradılmalıdır. Di gəl ki, nəinki “Meyvəli”-də, ölkə sərhədlərində yaradılan digər 99 gömrük postunun hamısında da, bunu nəzərə alan yoxdur. Çoxsaylı vətəndaş şikayətləri də, bunu deməyə əsas verir.

“Artıq, həmin postlardakı korrupsioner komandalar tam olaraq formalaşıb və hər kəsin başında rahatca “turp əkirlər”. Belə edirlər ki, onların işinə əngəl yaratsınlar. Çünki törətdikləri bu qanunsuzluqlarla, bu sahədə nüfuz sahibi olan monopolistlərə kömək etmiş olur, onların daha çox varlanmalarına şərait yaradırlar. Görün, korrupsioner dəstələr belə iyrənc mexanizmi necə qurublarsa, bütün əməllərinin dəhşətini adi vətəndaşlar yaşayırlar.

Ümid edirik ki, ölkə rəhbərinin ciddi göstərişi ilə, bu gömrük postlarında da, tezliklə təmizləmə əməliyyatları başlayacaq, vətəndaşın və dövlətin cibinə girənlər layiqli cəzalarını alacaq və nəhayətdə, yük sahibləri gömrükdən əngəl olmadan keçərək, rahat nəfəs ala biləcəklər” — şikayətçilərin etiraz məktublarının sonu ümidverici bu sözlərlə tamamlanır.

Bu vacib məsələnin ciddiliyini nəzərə alıb, mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa da hazırıq.

(DİQQƏT! Əflatun Orucoğlunun yükləri üçün rəsmən xərclədiyi məbləğlər isə, belə olub)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
araz.az
 
Ardını oxu...
"Bərdədə biz kasıbların başına oyun açırlar..."

Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 48-də yaşayan Hüseynova Sevinc Nəriman qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Hüseynova Sevinc Nəriman qızı, bildirirəm ki, 2021-ci ilin mart ayından “Dost” iş mərkəzində fəhlə kimi çalışmağa başlamışam. Dəfələrlə əmək haqqım kəsilib. Məsələ ilə bağlı oktyabr ayında prokurorluğa müraciət etdim. “Jek” müdiri Rauf Qafarov və müavini İldırım Quliyev şəxsi maşınları ilə 2-ci pambıq zavodunun qarşısına gələrək, məni orada hədələdi. “Darıxma gör sənin başına nə oyun açacağıq”, - dedilər. Halbuki, mən sadəcə əmək haqqımın kəsilməsinə etiraz etmişdim. Bundan öncə isə bir-iki dəfə mərkəzin əməkdaşı Rəhim Əliyevə dedim ki, mənim əmək haqqımı qaytar. O icə cavab verdi ki, “ölən ölüb, get işinlə məşğul ol”.

Sonra mənə deyirdilər ki, hara istəyirsən şikayət et, heç kəs bizə heç nə edəsi deyil.

Şikayət etdiyim üçün icra başçısı Vidadi İsayev məni 8 sutka həbs etdirdi. Halbuki, mən sadəcə olaraq öz halal əmək haqqımı tələb etmişdim. Vidadi İsayevdən kim haqqını istəyir, ona divan tutur.

Hər şeydən bezmişəm, ölüm həddinə gəlib çıxmışam. Haqqımı istədiyim üşün 5 dekabr 2024-cü il tarixində işimə xitam verdilər. Evdə 2 məktəbli uşaq var.

Onu da qeyd edim ki, bütün qohum-əqrabalarının, oğlanlarının adları işdə olsa da, heç biri işə gəlmir. Hərəsinin əlində bir neçə kartı var.

Haqsızlıq baş alıb gedir. Kimin əli kimin cibindədir, bəlli deyil.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, bu məsələlərin araşdırılması ilə bağlı göstəriş verəsiniz. Bərdədə biz kasıbların başına oyun açırlar”.
 
Ardını oxu...
"Cari ildən etibarən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin oğlu ABŞ-ın dünyaca məşhur Harvadrd Universitetində təhsil almağa başlayıb. Aşağı bal yığdığı üçün dövlət proqramından bəhrələnə bilməyən övladını “öz pulu ilə” oxutmağa qərar verən Sənyar Abdullayev, bunun üçün yenə ənənəvi üsuldan istifadə edib. O, gözdən əlil vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəməklə Harvarddakı övladının təhsil problemini həll edib". "DİA-AZ" xəbər verir ki, bu ittihamın yer aldığı məqalədə daha sonra yetərincə məntiqli məqamlara da diqqət çəkilir. Yəni hər halda, Səmyar Abdullayevə ulu babalarından xəzinə mirası qalmayıb ki, belə bahalı həyatı təmin edə bilsin...

Göndərilən məqalədə daha sonra deyilir: "Onu da qeyd edək ki, Səmyar Abdullayevin oğlunun illik təhsil haqqı 50 min ABŞ dollarıdır. Bundan başqa, o, dövlət proqramı əsasında təhsil almadığı üçün yataqxana, yemək, nəqliyyat və digər xərclərini də öz qarşılayır ki, bu da hər ay üçün 15-20 min dollar arasında əlavə xərc deməkdir. Bir sözlə, Səmyar Abdullayevin oğlunun bir aylıq təhsil haqqı gözdən əlil vətəndaşlarımıza 70 min dollara başa gəlir. Bu pulun hər qəpiyi əlil vətəndaşlarımızın boğazından kəsilir.

Hüquq-mühafizə orqanlarının bu faktı araşdırmasına ciddi ehtiyac var. Səmyar Abdullayev isə aşağıdakı suallara cavab verməlidir:

1.Oğlunu Harvard kimi məşhur və bahalı universitetdə hansı vəsait hesabına oxudur? Bu qədər böyük pulun mənbəyi nədir?
2.Ona yardım üçün müraciət edən gözdən əlil vətəndaşlara “imkan yoxdur”, “dövlət vəsait vermir”, “mən özüm sizdən də pis yaşayıram” deyən Səmyar Abdullayev necə olur ki, “birdən- birə” oğlunu Harvard kimi universitetdə oxudacaq qədər varlanır?"

Hər halda ortada ciddi və məntiqli suallar var. Gələn dəfə mövzu ilə bağlı daha ətraflı məlumat təqdim edəcəyik... Bizi izləməyə davam edin...
Ardını oxu...
DogruXeber.az: - Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynamalıdır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.Dövlət qulluqçusunun bütün fəaliyyətinin müvafiq qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənməsinə baxmayaraq onun prinsipiallığından, işgüzarlığından və səriştəsindən də çox şey asılıdır. Qanunların icrası lazımınca təmin edilməli, qanunlar işləməli, real həyatda onlara əməl olunmalıdır. Bu baxımdan dövlət qulluqçularının üzərinə xüsusi məsuliyyət düşür. Ancaq müasir Azərbaycan reallığında dövlət qulluğunda çalışanlar arasında üzərinə düşən məsuliyyəti dərk etməyənlər vardır. Çünki bu məsələdə korrupsiya, qohumbazlıq siyasəti önə çıxır. Belə olan halda “dövlət qulluğuna namizədin” savadı da, ondan götürülən imtahanın nəticəsinin legitimliyi də sual altına düşür.İnternet üzərindən araşdırma apardıqda,Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin haqqında mediada xeyli tənqidi fikirlər dərc olunub. Bildirilir ki, o, nazir Fərid Qayıbovun qohumu olduğuna görə özündən çox razıdır. Ətrafına yalnız özünün möhtəkir siyasətinə dəstək verən adamları yığır, gənclər arasında idmanın inkişafına vicdanla xidmət edən təcrübəli məşqçi və müəllimləri isə sıxışdırıb mövqelərindən uzaqlaşdırır, onların uğurlarını mənimsəyir. Hətta idarə rəisinin özündən müştəbehliyi o səviyyəyə çatıb ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı ilə də yola getmir, rayonun ictimai tədbirlərinin təşkilati işlərinə dəstək verməkdən boyun qaçırır.Şəhid və qazi ailələrinə belə diqqət gösdərmir.Mediatv.az saytının redaksiyasına daxil olan ilginc məlumata görə, hazırki vəzifəsinə təyin olunana qədər dövlət qulluğunda işləmək təcrübəsi olmayan Teymur Babazadə Ukrayna universitetlərindən birinin diplomunu alıb.Araşdırmalara əsasən, Ukraynada ali təhsil alan şəxslərin böyük əksəriyyəti əsasən Azərbaycanda ali məktəbə daxil olmaq arzusu baş tutmayan, qəbul imtahanlarında 20-30 bal toplayan şəxslərdir.Görəsən Teymur Babazadə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında neçə bal toplayıb və bunu cəmiyyətdən niyə gizlədir? Müharibə şəraitində yaşayan, korrupsiyanın tüğyan etdiyi Ukraynada illərdir, xarici ölkələrdən olan abituruyentləıri imtahansız, yalnız orta təhsil almasını təsdiqləyən attestatla ali məktəbə qəbul edirlər. Təki təhsil haqqını ödəsin.Teymur Babazadənin nə Ukraynada təhsil almaq üçün xarici dil bilməsi, diplomunun da Azərbaycanda nostrifikasiya olunduğu barədə məlumat əldə edə bilməmişik.Digər tərəfdən Dövlət qulluğunda rəhbər vəzifələr tutmaq üçün, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak etməli,yüksək nəticələr gösdərib sertifikat almağı vacib şərtlərdən biridir.Redaksiyamıza daxil olmuş məlumata görə Teymur Babazadə nə Dövlət qulluöuna imtahan verib ,nə də ki sertifikat alıb. Sözsüz ki, bu suallara cavab tapmaq üçün redaksiya olaraq aidiyyati qurumlara sorğu ilə müraciət edəcəyik.

Sözardı: Azərbaycanda qohum evlilikləri mənfi fəsadlarının olması fərziyyəsi ilə qadağan olunub. Gerçəklik budur ki, idarəetmə işində qohumbazlığa söykənən korrupsiyanın da xoşagəlməz nəticələri ortadadır – ancaq qadağan olunmur. //Mediatv.az
Ardını oxu...
“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi əməlimlə göstərmişəm.

Verdiyim sözə sadiq qalmışam. Bizim prinsipimiz az danışıb çox iş görməkdir. Bu günə qədər hər zaman qapımız bütün seçicilərin üzünə açıq olub."

"DogruXeber.az" xəbər verir ki, parlament seçkiləri öncəsi canfəşanlıq zamanı bu sözləri idmançı deputat Ülvi Quliyev müsahibəsində deyib.

2005-ci ildən bəri Milli Məclisdə oturan, fəaliyyətsizliyi ilə Nəsimi və Yasamal sakinlərini özündən narazı salan, seçkiqabağı pafoslu cümlələri ilə sanki ilk dəfə namizədliyini irəli sürmüş kimi özünü cəmiyyətə fərqli sırımağa çalışan biznesmen deputat Ülvi Quliyev, yerli medianın məlumatına görə, deputat ola bilməmə ehtimalını da düşünərək, paytaxt rayonlarından birinə icra başçısı gedə bilmək üçün əlaqələr qururmuş.

İşini ehtiyatlı tutmaq, bütün ehtimalları nəzərə alıb ona hazır olmaq əsl biznesmenlərə xas xüsusiyyətdir.

Yeri gəlmişkən, idmançı deputatın oğlu Orxan Quliyev 18 yaşından Londonda ailə üzvlərinin adalarının baş hərflərindən ibarət olan "GUANO LTD" şirkətini təsis edib. Həmçinin Türkiyədə eyni adlı "GUANO DANIŞMANLIK TİCARET LİMİTED Şirkəti"nin, "LOĞMAN -3" KİÇİK MÜƏSSİSƏSİ-nin, “DİLER İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ Cəmiyyəti-nin, Sankt-Peterburqda “Xoçu kebab” və “Xoçu şaşlık” restoranlar şəbəkəsinin, "NEO GROUP Ltd" ticarət şirkətinin, İngiltərədə "MARKETING SOLE PROJECT LTD" şirkətinin və daha bir neçə bizneslərin də Orxan Quliyevin olduğu deyilir.

18 yaşından iş həyatına atılmaq və birbaşa bu qədər nailiyyətlər əldə etmək Azərbaycan məmurlarının övladları üçün artıq normal sayılır. Xatırlayırsınızsa, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun da 15 yaşından və eləcə də Ziya Məmmədovun oğlunun bir neçə şirkət rəhbəri olduqları barəsində də məhz araşdırmaçı jurnalist Cavanşir Həsənli rəsmi faktlarla birlikdə məlumatlar yayımlamışdı. Bütün bunlar isə ölkənin pullarının dövlətin məmurları tərəfindən xaricə axıdılması deməkdir. Eyni zamanda, Ülvi Quliyevin "az danışıb, çox iş gördüyü"nün sübutudur.

Milli Məclisdə illərdir" ağzına su alıb oturan", təmsil etməli olduğu rayonun sakinlərinin problemlərini dilinə gətirməsə də, özünə ölkədə və ölkə xaricində "topdağıtmaz" səltənətlər qurub-yaradacaq qədər çox çalışıb.

Növbə vəzifə səlahiyyətlərinə - yəni vətəndaş problemlərinə gəlincə Ülvi müəllim dərhal keçir Ağsaqqal moduna və problemləri aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb, tələb etmək yerinə, vətəndaşlara məsləhət verir ki, "bu bizim işimiz deyil, ona filan qurum baxır".

Məsələn, təqribən bir ay əvvəl Yasamal rayonunda Yeni Yasamal 2, Dairəvi yol, birinci döngə küçəsinin bir qrup sakinləri redaksiyamıza müraciət edərək, sözügedən küçənin - "Alimlərin binasına gedən yol" adlandırılan yolun təmirsiz olduğundan, yağışda palçıqdan, günəşli havada isə hər maşın keçəndə toz-duman içində olduğundan gileyləndilər.

Biz də öz növbəmizdə Yasamal sakinlərininin bu problemini aidiyyatı qurumlar qarşısında tələb etməli olan deputat Ülvi Quliyevin köməkçisi ilə telefon əlaqəsi saxlayıb məsələni diqqətinə çatdırdıq. O, xahiş etdi ki, məsələni rəsmi şəkildə Milli Məclisə göndərək.

Onu da etdik. Lakin, bir neçə gün sonra köməkçi müraciəti rəsmi istədiyinə baxmayaraq, özü telefonla bizimlə əlaqə saxlayıb, həmin yolun "Gəncə alım" MTK və "188" MTK-ya gedən yol olduğuna görə onların təmir etməli olduğunu dedi.

Təbii ki, bu "cavab" bizi qane etmədi. Sanki biz deputatdan bu işi kimin etməli olduğunu soruşmuşduq.

Deyir, "biz işimizi gördük. Bizim işimiz yazıb göndərmək idi, etdik".

Hörmətli Ülvi müəllim, yazıb göndərmək üçün deputat olmağa ehtiyac yoxdur. Yerli sakinlər özləri bizə yazıb göndəribsə, demək ki, bunu özləri də bacarır. Elə biz özümüz də yazıb hətta möhürlə, blankla aidiyyatı qurumlara göndəririk.

Qaldı ki, qurumların reaksiyasına, o da ayrı bir dərd. Əgər filan qurumlar öz işlərini icra edəcək olsaydılar, inanın ki, bu xalqın sizlərə ehtiyacı olmazdı, Ülvi müəllim. Necə deyərlər, siz necə, digər məmurlar - qurum rəhbərləri də elə. Səlahiyyətlərindən başqa hər işi görürlər.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Bakı Neft-Energetika Kolleci 16.12.2024-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Kollecin "Cari təmir işlərinin satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 54.354 manat, qalibi isə "MM İNŞAAT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinə görə şirkət kollecin binalarında 9.86 m (2) ağacdan olan pəncərəaltı taxtaları çıxaracaq, həmib sahəyə 20 mm qalınlığında beton verəcək, 27.5 m sahədə PVX-dan pəncərəaltı lövhələrin qoyacaq (daş divarlarda,qalınlığı 0,51 m qədər), həmin sahədə PVX löhvələri quraşdıracaq, 33.78 kvadratmetr sahədə kərpic divar və tavanlardan suvağı qoparacaq, sahəni əhəng məhlulu ilə hamarlayacaq, daha sonra bu sahəni polivinilasetatlı suemulsiya tərkiblərlə rəngləyəcək, 22 ədəd led divar və tavanda led platformaları sökəcək, sökülən plafonların yerinə 22 ədəd plafon quraşdıracaq, 683 kvadrat metr sahədə divar və tavandan suvağı sökəcək, 441 kvadrat sahədə beton və daş səthlərin cuvayacaq, 242 kvadrat metr sahədə karkas hazırlayacaq, şpatliyovka, suemulsiya tərkiblə rəngləyəcək, yağlı boyalarla rənglənmiş döşəmələri əliflə siləcək, 146 metr plastmas plintusu söküb yeniləyəcək, 242 kvm sahədə 10 mm qalınlığında laminasiya olunmuş taxtadan örtük işləri görəcək, 6 ton tikinti tullantıları təmizləyəcək, əl ilə yükləyəcək və daşıyacaq.

Ardını oxu...
Bakı Neft-Energetika Kollecinin sözügedən tenderdə qalib elan etdiyi "MM İNŞAAT GROUP" MMC 2021-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ağayev Mirkamal Əhməd oğludur.

Kollecdə tikinti işləri aparacaq "MM İNŞAAT GROUP" MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, müvafiq lisenziya və sertifikatları, faktiki ünvanı, əlaqə telefonları barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Şirkətin adı dövlət satınalmalarında neqativ proseslərdə hallanır.

Bu şirkətin hüquqi ünvanı da qeyri dəqiqdir - Nərimanov rayonu, Nəcəf Nərimanov ev 5D.

Ağayev Mirkamal Əhməd oğlunun adına daha bir MMC təsis edilib - "MM İNŞAAT COMPANY” MMC. Bu şirkətin də adı neqativ əməliyyatlarında hallanır.

Maraqlıdır ki, "MM İNŞAAT GROUP" MMC Bakı Neft-Energetika Kollecinə yad təşkilat deyil. Belə ki, Kollec 2022-ci ilin iyun ayının 23-də "Tikili və avadanlıqların cari təmiri" lotu üzrə yekun vurduğu satınalmada "MM İNŞAAT GROUP" MMC-ni qalib elan edib. Beləliklə iki il öncə də şirkətlə Kollecin arasında 46.885 manatlıq işbirliyi olub.

Fəaliyyət profili barədə heç bir məlumat olmayan "MM İNŞAAT GROUP" MMC-nin hansı meyarlara əsasən Bakı Neft-Energetika Kollecinin sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra şübhələr yaradır.
Ardını oxu...
Ata Babayev

Bakı Neft-Energetika Kollecinin direktoru vəzifəsini müvəqqəti icra edən Ata Babayevdir.

Kollec 17 ixtisas üzrə kadr hazırlayır. Kollecdə ümumilikdə 1650 tələbə təhsil alır. Qlobal.az məsələ ilə bağlı Bakı Neft-Energetika Kollecindən mövqe öyrənə bilməyib.
Ardını oxu...
Vazeh Əskərov

Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir. Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərovdur. Kollecin keçirdiyi satınalmaya Dövlət Neft və Sənaye Universiteti də mövqe bildirməyib.

Ardını oxu...
Qlobal.az Bakı Neft-Energetika Kollecinin fəaliyyətinin nə zaman audit olunması barədə Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasından 2022-2024-cü illərdə Bakı Neft-Energetika Kollecində audit aparılmadığı bildirildi.

Cahandar Laçınlı

Qlobal.az
Ardını oxu...
“Torpaq kralı” Mübariz Vəliyev başçı da ola bilər, məhbus da...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bələdiyyə seçkilərindən sonra
tutduğu postu tərk edəcək. Buna səbəb icra başçısının uzun müddətdir ki, ciddi sağlamlıq
problemi yaşamasıdır.
Zakir Fərəcovun gedişi icra hakimiyyəti daxilində başçı postuna iddialı olan namizədlərin
aktivləşməsinə səbəb olub. Bunlardan biri də “torpaq kralı” Mübariz Vəliyevdir.
Mübarizə Vəliyev uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon
şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədən istifadə edərək yüz hektarlarla torpaq sahəsi,
milyonlarla manat məbləğində pul qazanıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron
rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən onun barəsində üç dəfə həbs qətimkan tədbiri
seçilsə də, son anda həbsdən xilas ola bilib.
Bu gün Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə
icra nümayəndəsi vəzifəsində çalışan Mübariz Vəliyev, Zakir Fərəcova yaxın şəxslərdən hesab
olunur. O, icra başçısının yer aldığı rəsmi səfərlərin çoxunda iştirak edir.
Mübarizə Vəliyev 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olarkən də ciddi
qanun pozuntularına yol verib, ekologiyaya divan tutub.
Mübariz Vəliyevin qanunsuz əməlləri haqqında məlumatlı olan bəzi şəxslər hsab edir ki, Zakir
Fərəcovun gedişi Mübariz Vəliyevin yüksəlişi yox, sonu ola bilər. Zakir Fərəcovun gedişindən
sonra Mübariz Vəliyevlə bağlı bütün faktların rəqibləri tərəfindən əlaqədar qurumlara təqdim
edilməsi ehtimalı böyükdür. Bu isə Mübariz Vəliyev üçün sadəcə vəzifə iddiasının deyil, həm də
azadlığın sonu ola bilər.
Məqalədə qaldırırlan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF

 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub. Ona görə yox ki, rüşvət və başqa qanunsuz hallara yolla verilib. Ona görə ki, bu qeyri-qanunu prosedurda adları keçən və Həbibbəyliyə cinayət ortaqlığı etmiş şəxslər hələ də azadlıqdadır.

S.Həbibbəyli deyib ki, hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.
Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Bundan öncə də oxşar hadisə olmuşdu. Naxçıvan MR-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyü yerli-yataqlı bildirmişdi.

S.Həbibbəyli ifadəsində Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova hər il minimum 30 milyon dollar çatdırdığını söyləyib. Generalın sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub. Maraqlıdır, bu ifadədən sonra Vasif Talıbov ətrafında nə kimi hüquqi tədbirlər aparılmalıdır?

Polkovnik Mirzə Cəlilova gəldikdə o, rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. Cəlilov həmin pullardan hər rüb 10 min manat götürdüyünü etiraf edib. Qalan pullar isə rəhbərliyə çatdırdığını deyib. Bu qədər açıq, detallı ifadələrə baxmayaraq hər iki ifadə üzrə saxlanılan, istintaqa cəlb edilən hələ ki, yoxdur.

M.Cəlilovun verdiyi ifadələrdən sonra general Arzu Rəhimov və digərləri saxlanılmalıdırmı? Hüquq bu haqda nə deyir?
Ardını oxu...
Vasif Talıbov və Arzu Rəhimov

Globalinfo.az-a danışan vəkil Mehman Muradlının sözlərinə görə, sabiq rəislərlə bərabər V.Talıbov və A.Rəhimov da həbs olunmalıdırlar.

O deyib ki, istintaq orqanlarının pulların Talıbovla Rəhimova hansı səbəbdən çatdırılması ilə bağlı sual verib-verməməsini də aydınlaşdırmaq lazımdır:

“Vasif Talıbov pulu niyə tələb edib, o pullar onlara hansı formada təqdim olunub və s. kimi məsələlərin hamısı öz əksini tapmalıdır. Ondan sonra V.Talıbov artıq cinayət məsuliyyətinə cəlb olunmalı və istintaq hərəkəti davam etməlidir. O, bir neçə maddə üzrə ittiham olunur. Həm vəzifə səlahiyyətlərini aşması, həm də korrupsiya cinayətləri ilə bağlı iddia var. Hətta Talıbovla bağlı bir neçə maddə üzrə cinayət təqibi başlana bilər”.

Arzu Rəhimova gəldikdə isə, vəkilin fikrincə, burada həm Vasif Talıbov, həm də Arzu Rəhimov saxlanılmalıdır:
Ardını oxu...
Mehman Muradlı

“Adam ifadəsində deyir ki, aldıqları “qeyri-rəsmi rüsumlardır”. Belə bir rüsum anlayışı yoxdur. O sözü o vaxt DGK-nin sabiq sədri Tahir Əliyev gətirmişdi. Demişdi ki, iki cür rüsum yığılır, biri rəsmi, biri qeyri-rəsmi. Belə bir rüsum olmadığı üçün onlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, Səhət Həbibbəylinin 4 il ərzində Vasif Talıbova verdiyi illik rüşvətin ümumi məbləği 1 milyard 500 milyon edir. Bu, olduqca ciddi məbləğdir. Dövlətin və vətəndaşın soyulmasıdır.
 

Dünyapress TV

Xəbər lenti