Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - Palatadan açıqlama
Bakı Neft-Energetika Kolleci 16.12.2024-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Kollecin "Cari təmir işlərinin satınalınması" lotu üzrə keçirdiyi satınalmanın məbləği 54.354 manat, qalibi isə "MM İNŞAAT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Satınalma müqaviləsinə görə şirkət kollecin binalarında 9.86 m (2) ağacdan olan pəncərəaltı taxtaları çıxaracaq, həmib sahəyə 20 mm qalınlığında beton verəcək, 27.5 m sahədə PVX-dan pəncərəaltı lövhələrin qoyacaq (daş divarlarda,qalınlığı 0,51 m qədər), həmin sahədə PVX löhvələri quraşdıracaq, 33.78 kvadratmetr sahədə kərpic divar və tavanlardan suvağı qoparacaq, sahəni əhəng məhlulu ilə hamarlayacaq, daha sonra bu sahəni polivinilasetatlı suemulsiya tərkiblərlə rəngləyəcək, 22 ədəd led divar və tavanda led platformaları sökəcək, sökülən plafonların yerinə 22 ədəd plafon quraşdıracaq, 683 kvadrat metr sahədə divar və tavandan suvağı sökəcək, 441 kvadrat sahədə beton və daş səthlərin cuvayacaq, 242 kvadrat metr sahədə karkas hazırlayacaq, şpatliyovka, suemulsiya tərkiblə rəngləyəcək, yağlı boyalarla rənglənmiş döşəmələri əliflə siləcək, 146 metr plastmas plintusu söküb yeniləyəcək, 242 kvm sahədə 10 mm qalınlığında laminasiya olunmuş taxtadan örtük işləri görəcək, 6 ton tikinti tullantıları təmizləyəcək, əl ilə yükləyəcək və daşıyacaq.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736486921_1.jpg
Bakı Neft-Energetika Kollecinin sözügedən tenderdə qalib elan etdiyi "MM İNŞAAT GROUP" MMC 2021-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ağayev Mirkamal Əhməd oğludur.

Kollecdə tikinti işləri aparacaq "MM İNŞAAT GROUP" MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, müvafiq lisenziya və sertifikatları, faktiki ünvanı, əlaqə telefonları barədə açıq internet resurslarında heç bir məlumat yoxdur.

Şirkətin adı dövlət satınalmalarında neqativ proseslərdə hallanır.

Bu şirkətin hüquqi ünvanı da qeyri dəqiqdir - Nərimanov rayonu, Nəcəf Nərimanov ev 5D.

Ağayev Mirkamal Əhməd oğlunun adına daha bir MMC təsis edilib - "MM İNŞAAT COMPANY” MMC. Bu şirkətin də adı neqativ əməliyyatlarında hallanır.

Maraqlıdır ki, "MM İNŞAAT GROUP" MMC Bakı Neft-Energetika Kollecinə yad təşkilat deyil. Belə ki, Kollec 2022-ci ilin iyun ayının 23-də "Tikili və avadanlıqların cari təmiri" lotu üzrə yekun vurduğu satınalmada "MM İNŞAAT GROUP" MMC-ni qalib elan edib. Beləliklə iki il öncə də şirkətlə Kollecin arasında 46.885 manatlıq işbirliyi olub.

Fəaliyyət profili barədə heç bir məlumat olmayan "MM İNŞAAT GROUP" MMC-nin hansı meyarlara əsasən Bakı Neft-Energetika Kollecinin sifarişçi olduğu satınalmada qalib elan edilməsi bir sıra şübhələr yaradır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736487030_1.jpg
Ata Babayev

Bakı Neft-Energetika Kollecinin direktoru vəzifəsini müvəqqəti icra edən Ata Babayevdir.

Kollec 17 ixtisas üzrə kadr hazırlayır. Kollecdə ümumilikdə 1650 tələbə təhsil alır. Qlobal.az məsələ ilə bağlı Bakı Neft-Energetika Kollecindən mövqe öyrənə bilməyib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736487030_2.jpg
Vazeh Əskərov

Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərir. Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərovdur. Kollecin keçirdiyi satınalmaya Dövlət Neft və Sənaye Universiteti də mövqe bildirməyib.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736487030_3.jpg
Qlobal.az Bakı Neft-Energetika Kollecinin fəaliyyətinin nə zaman audit olunması barədə Hesablama Palatasından mövqe öyrənib.

Hesablama Palatasından 2022-2024-cü illərdə Bakı Neft-Energetika Kollecində audit aparılmadığı bildirildi.

Cahandar Laçınlı

Qlobal.az

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti