"Topaz"dan "Metropoliten"ə: Aslanov uda-uda gedir...
Yerin altında gizlədilməyə çalışılan "karyera yüksəlişi..."

Dekabrın 20-də Prezident İlham Əliyev idarəetmə sisteminin orta nəsil məmurlarından birini, Vüsal Aslanovu "Bakı Metropoliteni"nin yeni sədri təyin etdi.

Bundan sonra müxtəlif media orqanlarında Aslanovla bağlı dosye yarışı başlandı.

Ortaya atılan və ya düzəldilən avtobiorqfiyadan görünür ki, Aslanov 23 yaşından səhnəyə atılıb. Bu dosyedə onun rolu və yüksəlişi elə təqdim edilir ki, bu sürətlə heç Zenonun məşhur aporiyasındakı kimi "Axilles tısbağaya çata bilmir".
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736569462_1.jpg
Düzəldilən dosye ifadəsini təsadüfən işlətmirik, çünki Aslanovun mediaya və informasiyanın gücünə necə həssas yanaşdığı çoxlarına bəllidir.

Vüsal Aslanovla bağlı düzəldilən və təqdim edilən dosyedə nə yazılır?

Onun həyat və "yaradıcılığı"na nəzər yetirdikdə mediadakı dosye yarışında qeyd olunur: "Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb.

Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.

2004-2013-cü illərdə "Azərinşaatservis” MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

ADY-də çalışdığı müddətdə bir neçə komissiyaya rəhbərlik edən V.Aslanov sərmayələrin idarə olunması, hüquq, rəqəmsallaşma həlləri və korporativ idarəçilik istiqamətlərinə cavabdeh olub".

Keçmişindən imtina, yoxsa doyse təmizləmə?

Maraqlıdır ki, Aslanovun "tərtəmiz" dosyesində onun mərc oyunlarından sayılan "Topaz"la bağlı fəaliyyəti qeyd olunmur. Halbuki bununla bağlı mediada xeyli məlumat var.

Həmin məlumatlarda bildirilir ki, 2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə "qanuni ünvanı" adlandırılan "Topaz”da belə demək mümkünsə, əldəyişikliyi olub. İdman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb.

Yayılan məlumatlarda vurğulanırdı ki, "Topaz” "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçib və Qurbanov "top"u Aslanovun əlinə verib, yəni bütün nəzarət ona həvalə edilib...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736569462_2.jpg
Həmin dövrdə isə "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub.

Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı keçib.

Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb.

Aslanov da ondan 2 il öncə - Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur...

"Arqument.az"ın araşdırmalarına görə, həmin dövrdə "Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulova olub.

Vəsilə Abdulova isə Cavid Qurbanovun ən yaxın kadrı sayılıb, amma Aslanov Qurbanova da beət etməyib, onun öz yolu və istiqaməti olub...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-01_1736569463_3.png
Artıq 20 gündür ki, Aslanov Bakı Metropoliteni"nində, daha obrazlı desək, yeraltı dünyada rəhbərdir. Amma bir şeyi unudur: internet əsridir, yerin altında da nəyisə gizlətmək olmur, necə ki məşhur aporiyada deyilir: "Uçan ox tərpənməzdir, çünki zaman ayrı-ayrı indilərdən ibarətdir..."

Mənbə: Arqument.az
 
 
 

Bölmənin digər xəbərləri

11 May 2025 Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
10 May 2025 "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
10 May 2025 Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma başladı (Video)
10 May 2025 "Belə pis cıxmasın, hara gedib o pullar?" - JURNALİST BAŞÇIDAN SORUŞUR...
09 May 2025 Dələduzla hakim arasında nə kimi əlaqə var? - ŞİKAYƏT
09 May 2025 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
09 May 2025 "Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
09 May 2025 ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
09 May 2025  AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
08 May 2025 Təhsil siyasəti, yoxsa ticarəti ? - VİDEO
08 May 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə...
08 May 2025 Müğənni Vüsal Əliyev uşaqlıq dostundan aldığı borcu on ildir niyə qaytarmır? - İTTİHAM VAR..
08 May 2025 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisinin atası və onun məşhur lombardı cərimələndi
08 May 2025 Daha bir başçının adı QALMAQALDA... - HƏBS OLUNUR?
08 May 2025 Biləcəridə Bələdiyyə binasında şikayətçiləri qovdular- Video
08 May 2025 «Gold Residense» MMC XALQLA ÜZ-ÜZƏ... - "Ümidimiz Prezidentdir..."
08 May 2025 DÖVLƏT İMTAHAN MƏRKƏZİNDƏ NƏLƏR BAŞ VERİR? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
08 May 2025 Kanalizasiya suları içində itib-batan Sulutəpə... - VİDEO
07 May 2025 Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR
07 May 2025 Ağdamda direktor şagirdi dərsə buraxmır - direktorun yalanını ifşa etdiyinə görə

Dünyapress TV

Xəbər lenti