Ardını oxu...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin müdir müavini Samir Yusif oğlu Əmirovun diplomunu təsdiqləməyib.

TEREF Pravda.az-a istinadla xəbər veririk ki, Samir Əmirov Türkiyənin Ege Universitetində radio, televiziya və sinema fakültəsində təhsil alıb.

Onun departament rəhbəri Ceyhun Nağıyevlə dost olduğu bildirilir, əvvəllər özəl şirkətlərdən birində çalışıblar. Həmin vaxt Samir Əmirov dostu Ceyhun Nağıyevin müdiri olub. ADY-də isə vəzifələri yerini dəyişib. S.Əmirov departament rəhbərinin müavini olmaqla yanaşı, ADY-də Təlim və İnkişaf Mərkəzinin də müdiridir.

Məsələ ilə əlaqədar Pravda.az-ın əməkdaşı Samir Əmirovla əlaqə saxlasa da, o, münasibət bildirməkdən imtina edib: “Bu məsələ ilə bağlı heç bir məlumat verən deyiləm. Ümumiyyətlə, nə məsələdir, məni niyə belə narahat edirsiniz? Sizə nömrəmi kim verib? Nömrəm axı mətbuatda yoxdur. Sualınızla əlaqədar elə nömrəmi aldığınız şəxsə müraciət edin”.

"DİA-AZ" bildirir ki, əslində bu faktın özü yetərlidir ki, “Azərbaycan Dəmir Yolları” sistemində cərəyan edən olayların mahiyyətindən xəbərdar olasan. Yəni təkcə kadr təyinatında saxtakarlıq müşahidə olunmur, eyni zamanda büdcə vəsaitinin xərclənməsi, keçirilən tenderlər və daha böyük yeyinti imkanları... bu gün cənab Rüstəmovun əsas şakərlərindən birinə çevrilib, desək, yanılmarıq...

Əgər bu fakt həqiqəti ehtiva edirsə, “Azərbaycan Dəmir Yolları”nda təkcə diplomu saxta olanlar yox... saxta diplomluları görəvə gətirənlər də işlərindən kənarlaşdırılmalıdırlar. Çünki belə bir TƏHLÜKƏLİ TƏYİNAT heç də qarşılıqsız ola bilməz...

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
"Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Qurbanovun rektor təyin olunmasından sonra universitet özünün ən çətin dövrünü yaşayır. Təhsil müəssisəsində özbaşınalıq geniş vüsət almaqdadır. Bu vəziyyətin ən bariz nümunəsi Baytarlıq Təbabəti fakültəsinə qanunsuz təyin edilmiş dekan Şəlalə Zeynalovanın fəaliyyəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu ifadələr sözügedən ali təhsil ocağının tələbələri adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra bildirilir: "Bildirmək istəyirik ki, Baytarlıq Təbabəti fakültəsində çoxlu sayda tələbələr ikinci təhsil alırlar .Həmin tələbələrin əksəriyyəti dərsə gəlmədikləri halda Şəlalə Zeynalova onların imtahan sessiyalarında iştirakına şərait yaradıb. Məsələn:
• Baytarlıq təbabəti Əczaçılıq ixtisası üzrə ikinci kurs tələbəsi Mehman dərsə gəlmədiyi halda imtahanlara buraxılmışdır.Belə tələbələri saymaqla bitirmək olmur.
• Magistratura pilləsində təhsil alan tələbələrdən, Şəlalə Zeynalovanın işlədiyi Hacıqabul və Şəmkir quşçuluq fabrikində çalışan şəxslər, dərsə gəlmədikləri halda imtahanlara buraxılmış və yüksək qiymətləndirilmələrində ona havadarlıq edilmişdir.
• İkinci kurs baytarlıq ixtisası üzrə tələbə Adışirin, bütün fənlərdən davamiyyət limiti ni aşdığı halda, imtahanlara buraxılmış və qiymətləri Şəlalə Zeynalova tərəfindən yazılmışdır.
• Əczaçılıq ixtisasında oxuyan türk tələbə Mehmet Şeyhanlı dərslərdə bir gün də iştirak etmədiyi halda, yaxın rəfiqəsi tyutor Xatirəyə tapşıraraq imtahanlara buraxdırmışdır.
• 5-ci kurs tələbəsi Ramil Şərifov Bakıda yaşadığı üçün dərsə qatılmamış, uzun müddətli saxta xəstəlik arayışı təqdim etmiş və bu arayış Şəlalə Zeynalova tərəfindən qəbul edilmişdir. Söz yox ki nəyinsə müqabilində edilmişdir.

Hörmətli cənablar, fakültədə tələbələr arasında ciddi ayrı-seçkilik mövcuddur. Əksər tələbələr yalnız bir neçə günlük dərsə gəlməməyə görə belə ciddi cəzalandırıldığı halda, Dekana yaxın olan tələbələrin uzun müddət dərsə gəlməməsi göz ardı edilir,çünki onlardan pul alır..."

DAVAMI VAR...

Bizi izləməyə davam edin...
 
Ardını oxu...
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun rayon, şəhər icra hakimiyyətlərində keçirdiyi antikorrupsiya əməliyyatlarında üzə çıxardığı faktlardan biri də, Mənzil-Kommunal Təsərrüfatı Birliklərində işləyən işçilərin maaş kartlarının vəzifəli şəxslərdə qalması, ştat siyahısında olan şəxslərin yarısından çoxunun işə çıxmamasıdır.

Maraqlıdır ki, bu barədə xeyli cinayətlər ifşa olunsa, cinayətləri törədən şəxslər ağır şəkildə cəzalansa da, eyni hallar başqa-başqa şəxslər tərəfindən təkrar törədilir.

Bu günlərdə sosial şəbəkələrdə yayılan faktlar da bunu deməyə əsas verir.

Həm də, məsələn, elə o məlum olur ki, Nərimanov Rayon İcra Hakimiyyəti də həbslərdən, ifşalardan dərs çıxarmayıb.

Görəsən, Elgin Şirin oğlu Həbibullayev, yəni, çox hörmətli başçı nəyə və kimə arxalanır?!

Konkret olaraq Nəriman rayonunda bu halların baş verməsindən onun xəbəri yoxdurmu?

Varsa, qarşısını almağa gücü çatmırmı?

Adamın inanmağı gəlmir ki, o boyda rayonda, o boyda çox hörmətli, izzətli başçı belə halların baş verməsinə yol versin…

Hələlik bir az da ritorik olan suallarımızın cavabını bilmirik, amma 41 yaşlı Ruhiyyə Rüstəmovanın belə cinayətlərin qurbanı olduğunu dəqiq bilirik.

Ruhiyyə Rüstəmova Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində dalandar vəzifəsində işləyir.

Gununsesi.info-nun xəbərinə görə, o deyir ki, rəsmi iş vaxtının səhər saat 7 –də başlamasına baxmayaraq, onlardan artıq 8-ə qədər bütün işləri bitirməkləri tələb olunur. Buna görə də hər saat səhər 4-də, hələ dan yeri sökülməmiş işə başlamalı olurlar.

Qısa haşiyə çıxaraq oxucuların diqqətinə bir şeyi də çatdırmaq istəyirik:

Statistikaya baxılsa, adı səhərə yaxın olsa da, gecənin o qaranlığında nə qədər qəzalar olub və o qəzalarda dünyasını dəyişən insanlar da məhz həmin saatda işləməyə məcbur edilən şəxslərdir.

Belə ki, Ruhiyyə Rüstəmova işə qaranlıqda başladığı kimi, elə qaranlıqda da bitirdiyini deyir. Buna səbəb isə, müdirinin ondan öhdəliyində olmayan küçələri də süpürməyi tələb etməsidir.

O, həmçinin deyir:

“Əlavə işə görə heç bir əlavə ödəniş ödənilmir.”

“Nərimanovda 50-60 yerdə zibil qabları var, onları cəmi 4 nəfər təmizləyir. Bütün kartlar, pullar cibə gedir. İndi də həyət işçlərini çıxardıblar. Bizdən bir neçə yol işçisini də şərləyib işdən atıblar. İndi əlavə yolları bizim üstümüzə yükləyərək maaş kartları alırlar.”,-deyə Ruhiyyə Rüstəmova bildirib.

O, bütün bunların necə həyata keçməsini də izah edib:

“Öz tanışlarının adlarını yazdırırlar, yoxlama gələndən gələnə həmin adamları tökürlər ora ki, guya bunlar buranın işçisidir. Yoxlama gedəndən sonra da yenə həmin 4 nəfər qalır.”

Ruhiyyə xanım sonda haqlı bir sual da ünvanlayır:

“Niyə mən yer süpürməliyəm, amma bunun pulunu başqası yeməsidir?!”

O, əlavə olaraq bayramlarda da işlədiyini, lakin buna görə də əlavə pul almadığını bildirir, üstəlik, işinin ağırlığı onun səhhətinə də mənfi təsir göstərdiyi bildirir.

Onu da qeyd edək ki, Elgin Həbibullayev, ümumi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti haqqında, fəaliyyətləri barəsində çoxsaylı narazılıqlar var ki, bunları bilmək üçün mediada və sosial şəbəkədə yazılan hallara baxmaq kifayət edir.

Əslində, bu və bənzəri qanun pozuntuları kifayət edir ki, bu rayon icra hakimiyyəti barəsində tədbir görülsün…

Gununsesi.info
 
Ardını oxu...
Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi rəhbərlikdən şikayətçidir.

Mərkəzin Dezinfeksiya bölməsinin müdiri Yaqut Abdullayeva Bizim.Media-ya 20 ilə yaxındır çalışdığı müəssisədə onun adından saxta sənədlərə imza atıldığını deyib.

Şikayətçi rəhbərliyi qanunsuzluqda ittiham edir:

“Adımdan Baş İdarəyə saxta hesabatlar verilir, idarə də o hesabatları Səhiyyə Nazirliyinə göndərir. Nazirliyin özünə bununla bağlı şikayət eləmişəm, lakin nəticə olmur. Məcbur edirlər ki, mən saxta sənədlərə imza atım. Onu etmədiyim üçün nizam-intizamı pozmaqla bağlı töhmət verirlər. Dövlət əleyhinə olan heç bir sənədə imza atmıram. Əmək funksiyalarım pozulur”.

O, əlində saxta sənədlərin olduğunu iddia edir:

“Bu sənədlər infeksion xəstəliklərin gedişatı haqqındadır. Mənim iştirakım olmadan bunlar icra olunub, amma sənədlər mənim adımdan göndərilib. Biz məktəblərə, bağçalara, fərdi evlərə də dezinfeksiya işləri ilə bağlı gedirik. Olmayan işlərin hesabatını mən dövlətə necə verim? Bizim işimiz dezinfeksiyadır, həmin işdə iştirak etmədiyimiz halda necə yalandan iştirak etdiyimizi yaza bilərik?! Getmirik, bəs dərmanlar hara gedir? Bunlar qanuni şəkildə oğrudurlar”.

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Xalidə Hüseynova ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında bütün bunların iftira olduğunu bildirib:

“Mən bir ildir təyin olunmuşam, bura təyin olunanda mənə məhz bu xanımla dil tapa biləcəyimi soruşmuşdular. 25 ildir əvvəl həkim, bir ildir də rəhbər vəzifəsindəyəm. Bu xanımı hamı iftira atmasına görə tanıyır. Heç bir sənədə mən onun adından qol çəkməmişəm. O, bütün qurumlara müraciət edib və mən özüm yoxlama təşkil etmişəm ki, burda heç bir yeyinti etməmişəm, saxta sənədə imza atmamışam. Yoxlama gəldi və nə qədər problem vardısa, xanımın öz bölməsindən çıxdı”.

O bildirib ki, şikayətçi Yaqut Abdullayeva 11 dəfə anbara müraciət edib, dərmanlar alıb:

“Ola bilər ki, ocaqlara gedib, dezinfeksiya işləri aparıb, amma bununla bağlı heç bir akt və jurnallarda qeydiyyat aparılmayıb. Yoxlamanı Baş İdarə apardı, aşkarlanan nöqsanlarla bağlı ona töhmət verildi. İl ərzində bütün sənədləşmə səhvdir, 11 yerə getmək üçün dərmanlar götürülüb və həmin dərmanların hara işlənməsi barəsində heç bir məlumat yox idi. O, sadəcə qarşı tərəfi gözdən salmağa çalışır.

Baş Prokurorluğa şikayət edib ki, guya mən tibbi maskalarla bağlı yeyinti edirəm, amma yoxlama gəldi ki, hər şey yerindədir. Olmayıb ki, mən onun hansısa iştirak etmədiyi prosesdə onun iştirak etdiyini yazım. İftira atır ki, mən işçilərə deyirəm ki, onunla danışmayın. Əksinə mən işçilərə tapşırıram ki, siz onunla mehriban olun, danışın”.
Ardını oxu...
Bu gün paytaxtda, həmçinin regionlarda fəaliyyət göstərən elə təhsil müəssisələri var ki, onlar müasir standartlara cavab verəməməklə yanaşı, bir sıra qanunsuzluqlara, özbaşınalıq və neqativ hallara yol verirlər.

Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Belə təhsil müəssəsindən biri də regionda fəaliyyət gösdərən Quba Dövlət Sosial-İqtisad Kollecidir.Bu barədə redaksiyamıza daxil olmuş məlumatda deyilir. Daxil olmuş məlumatda vurğulanır: Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verilir. Kollecimizdə qış semestr imtahanları başladığından rüşvət yığımına start verilib.

Kollec rəhərliyi tələbələrdən imtahanlar üçün rüşvət yığmağı şöbə müdirləri vasitəsi ilə həyata keçirir. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Rüşvət verən tələbənin imtahan blankı müəllimin iştiraki ilə cavablandırılır və şöbə müdirinə geri qaytarılır. Kollecin direktoru Xanım Bayramovanın əmri ilə “imtahan qərargahı” fəaliyyət göstərir. Yaradılan “imtahan qərargahı” formal xarakter daşıyır,o yalnız sənədləşmə üçündür.İmtahan qərargahının harda yerləşməsi və kimin rəhbərlik etməsi haqda heç bir tələbədə məlumat yoxdur.

Bundan əlavə daxil olmuş məlumatda vurğulanır ki, ötən 2024-ci ildə Kollec tərəfindən keçirilmiş satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verilmişdir. Kollecə guya avadanlıqlar alınması və təmir işləri ilə bağlı müxtəlif tender müsabiqəsi (Kotirovka sorğusu) keçirərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə səbəb olub. Əslindər alınan avadanlıq (əgər alınıbsa) və təmir işlərinin görülməsi üçün dəyərindən qat-qat yüksək qiymət göstərilərək dövlət vəsaiti mənimsənilib.

Daxil olmuş informasiyalarla bağlı kollec rəsmlərinə sual ünvanlasaq,deyilənlərin şər-böhtan olduğunu və kolecin ideal vəziyyətdə fəaliyyət gösdətrdiyini bildirirlər.Biz kimin döğru,kiminin yalan olduğunu deyə bilmərik.Bütün bu informasiyalarla bağlı təhsil nazirliyinin baş bilənləri və aidiyyatı qurumlarla aydınlıq gətirməyə çalışacağıq.

xalq.az
 

     

Ardını oxu...
Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlar tərəfindən keçirilən şübhəli satınalmalar barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlara rast gəlmək olar. Şəhər İcra Hakimiyyətinə tabeli Mənzil Kommunal Təsərrüfat Birliklərinin adı bu baxımdan daha çox hallanır. Amma bu günlərdə belə bir şübhəli satınalma Bakı şəhər İcra Hakimiyyətinin özündə keçirilib.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Sair torpaq, tikili və avad-nın cari təmir xərcləri”,“Əsas fondlara xid. haqqı xərcləri”,“İstehlakyönlü müxt. xid-r”,“Sair xərclər”və“Maşın və avad-nın əsaslı təmiri”mad-rinə aid olan xid-nin satn-sı üzrə 26.11.2024 -cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqədə “SAFMEREN LN 2024” Məhdud Məsuliyyəti Cəmiyyəti qalib secilib və 89.138 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 27.12.2024-cü il tarixdə dərc edilib.
Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Yanacaq və sürtkü mat-nın al-sı”, “Nəql. vasit-nin cari təmir xərcləri” və “İst. enerjisi (yanacaq) haq-n öd-si”mad-nə aid olan mal-mat-ın al-sı və alınmış mal-mat-ın quraş-sı üçün xid-lərin göst-si üzrə 25.11.2024 -cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqədə “SAFMEREN LN 2024” Məhdud Məsuliyyəti Cəmiyyəti qalib secilib və 67.400 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 25.12.2024-cü il tarixdə dərc edilib.
Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərlə bu şirkəti iki kotirovka sorğusunun qalibi seçib və ümumi olaraq 156 534 manat məbləğində iki satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bəlkə də artıq bağlayıb. Qeyd edək ki, bu MMC son aylar bir sıra dövlət qurumları tərəfindən yayılan məlumatlrda hallanan bir nəfər tərəfindən yaradılan onlarla şirkətlərdən biridir. Əvvəlcə rəsmi məlumatlara baxaq.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFMEREN LN 2024” (VÖEN: 1506750211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.04.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İLHAM MƏMMƏDOV, ev 10, m. 149, qanuni təmsilçisi kimi isə Çarçarov Elnur Rafiq oğlu qeyd olunub.
Rəsmi məlumatdan göründüyü kimi MMC cəmi 6 ay olar dövlət qeydiyyatına alnıb. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC yeni yaradılmasına baxmayaraq 24.12.2024-cü ildə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən keçirilmiş ehtiyyat hissələri mallarının satınalınması üzrə kotirorovkanın qalibi olub və 24.448,3 manat məbləğində müqavilə bağlayıb. Bu da MMC-nin uyğunluq göstəriciləri barədə şübhələri artırır.
Bəs Bu MMC haqqında daha nə kimi məlumatlar.
“SAFMEREN LN 2024” MMC-nin adı elektron mediada şübhəli satınalmalarda hallanır. Belə ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin qanuni təmsilçisi Elnur Çarçarov tərəfindən həm öz adına həm bacısının adına eyni tarixlərdə, fərqli ünvanlarda çoxsaylı şirkətlər təsis olunub. Bu şirkətlərin hamısının şübhəli satınalmalarda iştirak etdiyi iddia olunur.
Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır:
“Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
“Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
“Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
“Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
“Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı;
“Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı;
“Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
“Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.
Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti də ona tabeli qurumlar kimi adına onlarla MMC olan bir şəxslə şübhəli işbirliyinə başlayıb. Maraqlıdır ki, İcra Hakimiyyətinin Satınalma Komissiyası “SAFMEREN LN 2024” MMC-ni qalib seçərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin meyarlarına heç əməl etməyib.

Aktualinfo.org
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil yollarında təhlükəli vəziyyət hökm sürür. Xırdalanın mərkəzindəki əsas yollarda belə piyada zolaqları silinib.

Problemlə bağlı Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın illərdir həll olunmayan yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da heç bir tədbir görülməyib.

Xırdalan sakini Aqil Həmidov bildirib ki, icra hakimiyyəti bu problemləri həll etməkdə maraqlı deyil:

“Xırdalanda Abşeron rayon İcra Hakimiyyəti binasının qarşında piyada zolaqı silinib. Hər gün o yoldan uşaqlar istifadə edib məktəbə, baxçaya gedirlər. Bu xüsusilə uşaqlar üçün çox təhlükəlidir. İcra başçısı maşından düşəndə bu mənzərəni görməlidir axı”.

Digər sakin Elnur Əliyev isə bildirib ki, Xırdalanda hər yerdə vəziyyət belədir:

“Evimizin yanında, M.Hadi küçəsindəki vəziyyətin şəkillərini çəkib AYNA-ya göndərmişəm. Amma reaksiya vermirlər. Hər gün uşağım oradan keçib məktəbə gedir. Allah eləməsin, bir hadisə baş versə AYNA-nı partladıb həbsə gedəcəm”.

Sakinlər bildirib ki, Xırdalanın əksər yollarında piyada nişanını külək aşırdıb, düzəldən isə yoxdur:

“Həm piyada zolağı silinib, həm də piyada nişanı aşıb. Təsvir edin ki, o yoldan keçmək necə təhlükəlidir. Yaxınlarda bir piyadanı həmin yerdə maşın vurdu, dünyasını dəyişdi. Gözləyirlər bu kimi ölümlər artsın, ondan sonra bir tədbir görsünlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində avtomobil yollarında təhlükəli vəziyyət hökm sürür. Xırdalanın mərkəzindəki əsas yollarda belə piyada zolaqları silinib.

Problemlə bağlı Tribunainfo.az-a yazan sakinlər bildirib ki, Xırdalanın illərdir həll olunmayan yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da heç bir tədbir görülməyib.

Xırdalan sakini Aqil Həmidov bildirib ki, icra hakimiyyəti bu problemləri həll etməkdə maraqlı deyil:

“Xırdalanda Abşeron rayon İcra Hakimiyyəti binasının qarşında piyada zolaqı silinib. Hər gün o yoldan uşaqlar istifadə edib məktəbə, baxçaya gedirlər. Bu xüsusilə uşaqlar üçün çox təhlükəlidir. İcra başçısı maşından düşəndə bu mənzərəni görməlidir axı”.

Digər sakin Elnur Əliyev isə bildirib ki, Xırdalanda hər yerdə vəziyyət belədir:

“Evimizin yanında, M.Hadi küçəsindəki vəziyyətin şəkillərini çəkib AYNA-ya göndərmişəm. Amma reaksiya vermirlər. Hər gün uşağım oradan keçib məktəbə gedir. Allah eləməsin, bir hadisə baş versə AYNA-nı partladıb həbsə gedəcəm”.

Sakinlər bildirib ki, Xırdalanın əksər yollarında piyada nişanını külək aşırdıb, düzəldən isə yoxdur:

“Həm piyada zolağı silinib, həm də piyada nişanı aşıb. Təsvir edin ki, o yoldan keçmək necə təhlükəlidir. Yaxınlarda bir piyadanı həmin yerdə maşın vurdu, dünyasını dəyişdi. Gözləyirlər bu kimi ölümlər artsın, ondan sonra bir tədbir görsünlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” tikinti materialları satış ticarət mərkəzində qanunsuz fəaliyyət mövcuddur. Belə ki, dəfələrlə vergilər nazirliyinə, Fövqəladə hallar nazirliyi və sair dövlət qurumlarına müraciət olunsa da yekunda həmin dövlət qurumları adıçəkilən ticarət mərkəzinin mövqeyini müdafiə etmişlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, həm vergilər nazirliyi, həm də fövqəladə hallar nazirliyi həmin ticarət mərkəzini müəyyən məbləğdə cəriməlyib, ancaq heç bir nəticəsi olmayıb və bu gün də həmin qanunsuzluqlar daha qabarıq şəkildə davam edir .Ticarət mərkəzində fəaliyyət göstərən mağazalarda kassa aparatları yoxdur,satılan mallar kassaya vurulmur,alıcılara hər-hansı qəbz verilmir. Alıcılara verilən fakturalar saxtadır və heç bir dövlət qurumları ilə uyğunluq təşkil etmir. Mağazalarda işləyən işçilərin əmək müqaviləsi yoxdur və bu da vergidən yayınma hallarının baş verməsinə səbəb olur. Eyni zamanda tacirlər arasında alqı-satqı zamanı pulun ödənilməsi kartdan -karta ödənilməklə həyata keçirilir ki, bu da qanunla qadağandır.
Ümumiyyətlə,”Eurohome” girişdən çıxışadək qanunsuz işlərlə məşğuldur və burada qara mühasibatlıq yolu ilə hər gün dövlətin milyonlarla maliyyə vəsaitləri ogurlanır, dövlət büdcəsindən yayındırılır.Bu ticarət mərkəzi Azərbaycan dövlətinin maliyyə sisteminə qarşı fəaliyyət göstərir.
“Eurohome” Dərnəgül filialındada eyni qanunsuz əməlləri həyata keçirir. “Eurohome” ticarət mərkəzi “AF HOLDİNQƏ” daxildir.Holdinqin rəhbəri Azay Möhnətovdur.

Redaksiyadan: Adıçəkilən ticarət mərkəzində baş verən digər qanunsuz işlərlə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə həmin faktları yenidən izləyicilərimizə təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik…
cumhuriyyet.az

 
Ardını oxu...
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördək bəslənən gölü yerli sakinlərin ciddi etirazı ilə qarşılanmaqdadır…

«Təzadlar»a daxil olan şikayət məktubu və əlavə edilmiş foto və videogörüntülər təəssüf hissi yaradır. Məlum olur ki, İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov bir vaxtlar rayonunun Talıstan Bələdiyyəsinin sədri işləyərkən «Burda mənəm, Bağdadda kor Xəlifə» fəlsəfəsini əsas tutaraq səlahiyyətindən qanunsuz formada istifadə etməyə başlayıb. Sitat: «…O, istədiyini edirdi, kəsdiyi başa sorğu-sual yox idi. Belə ki, o, Talıstan Bələdiyyəsinə aid «Ceyil» adlanan ərazidə torpağın təyinat və strukturunu dəyişdirərək orada özünə balıq və qaz, ördək bəsləmək üçün süni göl yaradıb, bu gün də həmin göldən qanunsuz istifadə edir. Həmin ərazi isə kənd sakini Qubadov Şikar Qubad oğluna məxsusdur. Lakin M.Süleymanov həmin əraziyə yiyələnib. O, həmçinin kəndin cənub ərazisində 4 ha torpaq sahəsini zəbt edərək əkin-biçinlə məşğuldur. Kənd sakinləri isə həyətyanı torpaq sahəsi istəyəndə deyirlər ki, torpaq sahəsi qalmayıb… Hazırda da həmin sahə əkilib… Kəndin şimal hissəsində isə Şahdağ Milli Parkına məxsus olan meşə fondunun bir hissəsini zəbt edərək özü üçün «Forest» Ailəvi İstirahət Mərkəzi yaradıb. Həmin istirahət mərkəzini Mahmud Süleymanovun yaxın qohumu Teymur Quliyev işlədir...» və sair.

Ardını oxu...
Maraqlıdır, niyə bəzi rəhbər şəxslər onlara verilən səlahiyyəti şəxsi ehtiyaclarının təminat aləti kimi qəbul edirlər? Doğrudanmı onlar ölkə Prezidentinin tövsiyyələrindən xəbərsizdirlər? Yoxsa, özlərini görməzliyə və ya eşitməzliyə vururlar?

Redaksiyaya daxil olmuş digər xüsusatlar isə tərəfimizdən araşdırılır.

Mahmud Süleymanovun da məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırıq.
Ardını oxu...
«Təzadlar»dan: Azərbaycan Cinayət Məcəlləsinin 188-ci maddəsində deyilir:

«Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma:

-188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, strukturunu dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma: -8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma: -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə: -üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

-188.4.1. təkrar törədildikdə;

-188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə: -5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti