Ardını oxu...
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Suraxanı rayonuna hələ ı Əziz Əzizov başçııq etdiyi dönəmlərdə yazmışdıq. Burada o zaman hasara alınaraq ticarət məgsədi ilə tikinti işlərinə başlanılması barədə məlumatı ictimaiiyyətə çatdırmışdıq. Bir sıra aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi göstərilən ünvanda tikinti işlərinin aparılmasına göz yumdu.

Məlum olduğu kimi Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 8 iyul 2024-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə başçı vəzifəsinə Adil Əliyev təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Adil Əliyev vəzifə başına keçər-keçməz Suraxanıda qanunsuz tikililərin sayı artıb. Məlumata görə o, başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılıb. Yəni. əvvəlki başçının daş qoyduğu torpağa Adil Əliyev də daş qoymağa başlayıb.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.

Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.

Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə bu qanunsuz tikinti işinin aparılmasına israrlıdır.
Ardını oxu...
Ardını oxu...
Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin kimlər tərəfindən başladıldığını öyrənməyə çalışdıq. Lakin heç bir məlumat əldə edə bilmədik. Yalnız onu öyrənə bildik ki, tikinti işlərinə Adil Əliyevin qeyri rəsmi tapşırığından sonra başlanılıb. Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına verilmiş icazəyə aydınlıq gətirilməsi üçün göstəriş verəcək.
Aktualinfo.org
 
Ardını oxu...
“Kids Academy by British School” bağçasının Nəsimi filialı ilə bağlı şikayət var.

Bu barədə Sfera.az-a vətəndaşlardan biri məlumat verib.

O qeyd edib ki, bağçanın meydançası uyğun olmayan yerdə salınıb.

“Bağça meydanının yerləşdiyi ərazidə dəmiryolunun mühafizə xətti, yüksək gərginlikli elektrik naqilləri var. Düz elektrik naqillərinin altında uşaqlar üçün meydança, “besedka” quraşdırılıb. Eyni zamanda meydançanın ətrafı da gigiyenik şəraitə uyğun deyil”, – şikayətçi bildirib.

Vətəndaşın paylaşdığı görüntülərdə bağça ərazisinin ətrafında Nəsimi 45 MMC, Xətai prospekti 38 ünvanın yerləşən çoxmənzilli binaya məxsus zibil qutularının olduğu görünür:

“Hansı ki, onlar camaata xidmət göstərdiklərini deyirlər. Amma zibillik də pis vəziyyətdədir. Bəlkə bir həftədir, nə zibil aparılır, nə də digər işlər görülür. Maraqlıdır ki, bağçaya pul ödəyən valideynlərə bu vəziyyət necə xoş gəlir”.

 
Ardını oxu...
Amerikada yaşayan tele-aparıcı Qənirə Ataşova sosial media hesabında saxta həkimlərlə bağlı daha bir açıqlaması ilə diqqət çəkib.

O, İnstaqramda hekayə bölümündə plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında bu sözləri yazıb: Saxta doktor Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğul imiş. Reklamdan cərrahlığa bir addım…” İddialara görə, Səma Qasımovanın tibbi təhsili olmaması bildirilir.
Ardını oxu...
XALQ.AZ xəbər verir ki, hətta artıq sosial şəbəkələrdə səhifələrin bağlayıb. Hətta çalışdığı klinikanın həkim siyahısında adı çıxarılıb.
Ardını oxu...
Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasına əsasən, Qasımova Səma Yaşar qızının nə tibb sahəsində təhsili, nə də sertifikasiyası haqqında məlumat mövcuddur. Dövlət Reyestrində və “Tələbə-Məzun” sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni onun heç bir ali və ya orta ixtisas təhsil yoxdur.
Ardını oxu...
Məlumatda qeyd olunur ki, Səma Qasımova 2024-cü ilin əvvəlində o plastik cərrah kimi liposaksiya əməliyyatları edir, ilin son günün də isə Səma Qasımovanı “ mükafatı alaraq “ İlin dermatoloqu” elan edilib. Bəli, düz eşitdiniz, diplomu olmayan birisi dermatologiya sahəsində ilin ən yaxşısı seçilib…”
Ardını oxu...
Səma Qasımova əməkdaşımıza açıqlamasında bildirib ki, mənim vəkilim heç kəsə açıqlama verməyə icazə vermir. Əməkdaşımızın tibbi təhsiliniz var sualına isə Səma Qasımova bildirib ki, bütün bunlar açıqlanacaq.
 
Ardını oxu...
Bir neçə gün əvvəl "DİA-AZ" olaraq redaksiyamıza göndərilən və ilginc iddiaların yer adlığı bir məqaləni diqqətinizə təqdim etdik. Həmin məqalədə maraqlı faktlar da var idi ki, sonradan böyük rezonansa nədən oldu. Elə bu səbəbdən məqaləni olduğu kimi təkrar xatırladırıq:

***

"Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu Xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nın Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır.
Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanıb. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir işbazları ilə sövdələşən general onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Əvəzində bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı şıdırğı alverini öz rəhbərliyindən – Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətdən bir qəpik də olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinə, yaxın çevrəsinə gün ağlayır.
Generalın Müşfiq və Araz adındakı qardaşları heç harda işləmədiləri halda “Range Rover” və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gələn yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “əmək fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik".

***

Qeyd edək ki, bu yazıda iddia olunanlarla bağlı qarşı tərəfin rəyini öyrənməyə çalşşsaq da görünür, deyiləcək sözləri olmadıqlarından daha çox hədə dili ilə danışmaq fikrinə düşdülər ki, bununla bağlı redkasiyamıza edilən telefon nömrələrini də qeydə almışıq. Bu azmış kimi hörmətli Müzəffər Pirizadə cənabları "DİA-AZ"ın "TikTok" səhifəsini də TROL ATƏŞİNƏ tutaraq özü barəsində müsbət fikirlər yazdırmağa daha çox maraqlı göründü. Sanki bu yolla deyilənlər təkzib olunmuş oldu.

Özü haqqında müsbət rəylər yazdıran generala bu işin əslində bir neçə şəxs tərəfindən xidmət olaraq göstərildiyi də şübhəsiz idi. Yəni ənənəvi üsulla kimlərsə Pirizadəni aldadaraq "əşi problem həll olunub" qənaətini formalaşdırmağa çalışıblar.

Problem isə ciddidir və təbii ki, gərəkən qurumlar yuxaırda iddia olunanları araşdıracaqlar. Bu zaman isə "cənab general, görürsünüz, xalq sizi sevir... rəylər nə qədərdir" deyə yazanlar daköməyə çatmayacaq, onların absurd rəyləri də...

Biz isə araşdırmalarımızı davam etdiririrk və bu yöndə yeni yazımız olacaq. Bizi izləməyə davam edin...

P.S. Hə... onu da qeyd edək ki, həmin o trolların rəylərinin bəzilərində öz ailələrinə aid söyüşlər var ki, biz də eyni qaydada onlara və əzizlərinə şamil edirik...
Ardını oxu...
Bakıda Nəsimi rayonunda baxçanın həyətində kafe açıldı.

XALQ.AZ xəbər verir ki, Bak şəhəri Nəsimi rayonu Mustafa bəy Topçubaşov küçəsində yerləşən 76 saylı körpələr evi uşaq bağçasının həyəti kafe üçün kimə satılıb?

Məlumata görə bağçanın həyətində “FOOD TİME” adlı kafe açılıb. Kafenin girişi Topçubaşov küçəsində olsada umumi ərazizisi 76 saylı baxçanın həyətində yerləşi . Bununla bağlı baxçadan açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, Nəsimi İcra hakimiyyətinin keçmiş icra başçısı Asif Əsgərov millət vəkili seçildikdən sonra başçı vəzifəsinə təyinat olmayıb.

Nəsimi rayon icra hakimiyyətindən bu barədə heç bir açıqlama almaq mümkün olmadı
 
Ardını oxu...
Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin son günlərində daha bir tenderi yekunlaşdırıb. 20.12.2024-cü il tarixdə Nümayəndəlik “Vedibasar İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Yardımlı şəhərində bir sıra yaşayış binalarında aparılacaq əsaslı təmir qarışılığında “Vedibasar İnşaat” MMC-nə 51.743 manat ödəməli olacaq.
İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir…
Əvvəla, Yardımlının rayon mərkəzini (İndiki halda Yardımlı şəhəri. Red.) görənlər həm də, onu bilirlər ki, burada yaşayış binalarından danışmaq yumşaq desək çətin məsələdir. Müxtəlif səbəblərdən rayon mərkəzində kütləvi yaşayış müşahidə edilmir ki, yaşayış binalarıda sıralansın. Və bu binaların təmirinə də, vaxtaşırı dövlətin pulu xərclənsin…
Bu əməkdaşlıqda diqqət çəkən digər faktor Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi “Vedibasar İnşaat” MMC ilə bağlıdır. Heç də az olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)
İnternet üzərindən apardığımız araşdırmalarla yalnız önu öyrənə bildik ki, “Vedibasar İnşaat” MMC-nin hüquqi ünvanı Samux rayonu, Seyidlər, qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Şirkət 15.11.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 manatdır.
Ünvanı Samux rayonunda olan və məlum potensiallara malik olması şübhə doğuran bir şirkətin Yardımlı rayonunda yaşayış binalarını əsaslı edəcəyinə kimsə inanırsa, əmindirsə özü bilər…

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.
Belə olan halda yumşaq desək “Vedibasar İnşaat” MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur… Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi İlham Rzayev dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? İlham Rzayevin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.
Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”…
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)
***
Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də “Vedibasar İnşaat” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.
“Vedibasar İnşaat” MMC ilə bağlı durum məlumdur: qeyd etdiyimiz kimi, bu şirkətin hansısa bir əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab İlham Rzayevəisə7 sualdan ibarət online sorğu ünvanladıq… Ötən ayın 20-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, İlham müəllim bizimlə telefon danışığında sorğumuza tezliklə cavab verəcəklərini bildirdi.
Cənab İlham Rzayevə xatırlatmaqda fayda var ki,hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…
Dövlət büdcəsi də, hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…
Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)
Mövzunun davamı olacaq.
 
Ardını oxu...
Qəbələ rayonu Kiçik Əmili kənd sakini Şəhid anası Bayramova Dilbər Ağaşirin qızı tərəfindən

MÜRACİƏT

Mən Şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət edirəm.
Xahiş edirəm şikayətimi obyektiv araşdırıb bizi təhqqir edib alçaldan Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz.
23 dekabr 2024-cü il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının terapeya şöbısində stasionar müalicə olunuram. Oğlum İntiqam əşyalarımı gətirəndə avtomobilini xəstəxananın həyətində saxlayıb ki, aparmaq asan olsun. Bunu görən həkim Fikrət Cəfərov oğlumu acılayıb üstünə qışqırıb ki, avtomobili orada saxlamaq olmaz. Oğlum İntiqam ona izah edib ki, müalicə olunan xəstə anamın yanına əşyalarını gətirmişəm tez təhvil verib gedirəm. Həkim Fikrət Cəfərov səsin başına atıb səs-küy yaradıb. Sonra mən ona irad bildirdikdə “şəhid anası olmursan nə olursan ol orada maşın saxlamaq olmaz” deyə yüksək səslə bizi təhdid etdi.Mən həkim Fikrət Cəfərovun belə həyasızlığına görə sanki şoka düşdüm.
Qeyd edim ki, oğlum İntiqam 4 ikldir ki, mühafizə polisində işləyirdi və Qəbələ Rayon Mərkəzi Xəstəxanasında xidmətə çıxırdı. Bir neçə dəqiqəlik avtomobili ərazidə saxladığı üçün həkim Fikrət Cəfərov bizi təhdit etdiyi bəs deyilmiş kimi oğlum İntiqamı xəstəxanadan işdən uzaqlaşdırdı.
Mən bunu şəhid ruhuna təhqir, hörmətsizlik və ədəbsizlik hesab edirəm.Oğlum İntiqamın avtomobili bir neçə dəqiqə orada dayanmaqla dünya dağılmayacaydı və burada heç bir qanun pozuntusuda yoxdur. Sadəcə direktor müavini Fikrət Cəfərov özünü kollektivə və camaata göstərmək üçün belə bir kobud hərəkətlər etdi.
Mənim övaldım Coşqun Ənvər oğlu Bayramov Vətən müharibəsində torpaqlarımızlın azadlığı uğurunda canından keçdi ki, Fikrət Cəfərov kimi yaramaz özünə var dövlət toplayıb rahat yaşasın, Şəhid ailəsini təhqqir etsin, xidmətdən kənarlaşdırsın ?
Belə bir qanunsuzluqla üzləşsəmdə ümidimi üzməmişəm ona görə ki, Azərbaycan Respublikasının İlham Əliyev kimi ədalətli Prezidenti və Mehriban Əliyeva kimi mərhəmətli birinci xanımı var. Siz daima Şəhid ailələrinə diqqət və qayğı göstərirsiniz. İnanıram ki, bu müraciətimi obyektiv araşdırıb lazımı tədbirlər görəcəksiniz.
Hər bir həkim və ya hər hansı dövlət qulluqçusu etik davranış kodeksinə riayət etməklə vətəndaşlarla mehriban davranmalıdır.
Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in İcraçı direktoru cənab Vüqar Qurbanovdan xahiş edirəm şikayətimi obyektiv araşdırıb Şəhid ailəsi ilə kobud rəftar edib təhqir etdiyi üçün Qəbələ Rsyon Mərkəzi Xəstəxanasının direktorunun müavini həkim Fikrət Cəfərovun barəsində qanunu tədbirlər görəsiniz
 
Ardını oxu...
"Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, bu Xidmətin “Akif Çovdarovu” kimi tanınan Taleh Bəşirov yeni il gecəsini yaxın ətrafı ilə birlikdə Xankəndidə yüksək təmtaraqla qeyd edib. Şəhid qanı hesabına azad edilən şəhərdə yeni il gecəsi yaxın ətrafına böyük ziyafət verən şöbə müdiri, ziyafət iştirakçılarına 30 min manatlıq viskilər, o cümlədən, nadir ov əti məhsulları təqdim edib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məaqlədə daha sonra bildirilir: "Xankəndi azad ediləndən dərhal sonra Əmlak Məsələləri Dövlət Xidmətindəki vəzifəsindən istifadə edərək şəhərdəki ən baxımlı vilalardan birini zəbt edən Taleh Bəşirov, yeni il gecəsi yaxınlarından birinə dəyəri 300 min manat olan avtomobil hədiyyə edib. Şöbə müdiri yeni il gecəsi ilk badəsini isə nə ölkə başçısının, nə də qazilərin deyil, keçmiş müdiri, Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubovun sağlığına qaldırıb. Taleh Bəşirov bildirib ki, Elçin Yusubov onun ağsaqqalıdır və həyatdakı bütün uğurlarına, əldə etdiyi bütün sərvətlərə görə Elçin Yusubova borcludur.

Şöbə müdiri Elçin Yusubovun sayəsində Xankəndi, Ağdərə və Xocalıda külli ixtiyar sahibi olduğunu, bütün yaxın çevrəsinin bu ərazilərdə daşınmaz əmlak sahibinə çevrildiyini bildirib. Xatırladaq ki, Taleh Bəşirovun adı ölkə mediasında ilk dəfə “Range Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Taleh Bəşirov Əmlak Məsələləri Dövlət Xidmətində həyata keçirdiyi çoxsaylı çirli maliyyə əməliyyatları, ağlasığmaz qanun pozuntularına görə bu qurumun “Akif Çovdarovu” ləqəbini qazanıb".
 
Ardını oxu...
"Sahil - S İnşaat" tikinti firmasında vaxtilə vəzifə tutmuş və mənzil alan 165 ailəni dələduzluq edərək aldatmış Pənah Kərimovun ev dustaqlığına buraxılması payçılarda ciddi etiraz doğurmaqdadır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevə bu işin verilməsindən sonra elə ilk iclasda Pənah Kərimovu azad etməsi bütün femidaya, məhkəmə-hüquq sisteminə tüpürməkdir. Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Pənah Kərimovun ev dustaqlığına buraxılması əsassız qərardır və hakim Elnur Nuriyevin çıxardığı qərardada etiraz olaraq Prezident Administrasiyası, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası önündə toplaşıb aksiya keçirəcəklər. 165 ailəni fırıldağa yol verərək, bir mənzili bir neçə adama sataraq yüzminlərlə vəsaiti mənimsəmiş Pənah Kərimovun azadlıqda olması birmənalı şəkildə qəbul edilmir. Sakinlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciətdə qeyd ediblər ki, iş əvvəl hakim Əli Məmmədovda olub. Onun prosesə sədrlik etdiyi dövrdə Pənah Kərimovun vəkili dəfələrlə vəsatət qaldırıb ki, təqsirləndirilən şəxs ev dustaqlığına buraxılsın. Lakin hakim Əli Məmmədov vəsatətlərin heç birini təmin etməyib. Çünki Pənah Kərimovun sərbəst buraxılmasına heç bir əsas yox idi və onun dələduzluğa yol verməsi istintaq müddətində sübut olunub: "Hələ o zaman Pənah Kərimov bizi təhdid edirdi. Məhkəmə proseslərində zərər çəkənləri hədələyirdi ki, başınıza oyun açacam, azadlığa çıxıb mənzillərinizi əlinizdən alacam. İndi belə bir şəxsi hakim Elnur Nuriyev ev dustaqlığına buraxıb. Biz qərardan narazıyıq və prokurorluğun protest verməsini, Pənah Kərimovun həbsə qaytarılmasını istəyirik. Çünki bu adam şirkətə şərik gələnə qədər binada hər hansı problem, fırıldaq, bir mənzilin bir neçə şəxsə satılması yox idi. MTK rəhbəri Taley Alaverdiyevdir, binanın 2018-ci ildə tikintisi başlanıb, 2021-ci ildə Pənah Kərimov ona şərik olan kimi dələduzluğa, fırıldağa əl atdı. İndi hər ikisi həbsdə cəzasını çəkməlidir. İstintaq materialları sübut edir ki, Pənah Kərimov vətəndaşları aldadıb, pulunu mənimsəyib".
Müraciətdə o da deyilir ki, Pənah Kərimov sayğaclar üçün hər sakindən 5 min manat tələb edib və istintaq dövründə sakinlərin yazdığı izahatlarda bu məsələ öz əksini tapıb: "Bizə deyirdi ki, ya 5 mini verin, ya da evinizi əlinizdən alacam. Halbuki sayğaclar dövlət qurumları tərəfindən ödənişsiz qoyulur. Bütün bu özbaşınalıqlar, Pənah Kərimovun hədə-qorxu gəlməsi, insanlardan pul tələb etməsi istintaq materiallarında var. Ancaq hakim Elnur Nuriyev belə bir dələduzu açıb buraxır, bizi təhdidlərlə üz-üzə qoyur. Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı yoxlanılsın, bu qərarı niyə verdiyi əsaslandırılsın. Öyrənilməlidir ki, hakim qərar çıxararkən hansısa maddi maraq güdüb, yoxsa Pənah Kərimova ürəyi yanıb. Hər halda, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu ev dustaqlığına buraxmaq istəyi ədalətli olmaqdan irəli gəlməyib. Ədalətli hakim aldadılan 165 ailəni müdafiə edir, dələduzu deyil. Deməli, Elnur Nuriyev pul iyini hiss edib və ilk iclasda onu azad edib. Biz bununla bağlı toplaşıb şikayətimizi çatdıracağıq. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb. Bu adam bir neçə cinayət törədib və heç bir halda, ev dustağı ola bilməz. Yəni cəzasını həbsdə çəkməlidir. Çünki bir mənzili bir neçə şəxsə satıb, dəfələrlə insanları təhdid edib, təzyiq və hədə yolu ilə pul istəyib, ona görə də hər biri ayrılıqda cinayət işi sayılır. Odur ki, Pənah Kərimovun azadlıqda gəzməsi təhlükəlidir. Eyni zamanda, dövlətin, onun hüquq sisteminin və məhkəməsinin adına xələl gətirmək, vətəndaşlarda hakimlərə, məhkəmələrə inamsızlıq yaratmaqdır.
Biz prezidentimizə və dövlətimizə inanırıq. Ümid edirik ki, hakim Elnur Nuriyevin bu səhvi düzəldiləcək. Çünki dələduzun yeri həbsxanadır".

Anaxeber.info
Ardını oxu...
"Bakı Metropoliteni” QSC-də ciddi yoxlamalar aparılır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə aparılan yoxlamalar əsasən son 3-4 ildə "Bakı Metropoliteni”nin stansiyalarında görülən təmizlik işlərinə və infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsinə ayrılan vəsaitləri əhatə edir.

Dövlət büdcəsindən bu sahələrdə görülən işlərə milyonlarla vəsait ayrılmağına baxmayaraq, pulların düzgün xərclənmədiyi, külli miqdarda mənimsəmələrin olduğu iddia edilir.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sözügedən işlərini son bir neçə ildə "TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirib.

Bu məqsədlə Metropoliten ilə "TAİS İKF" MMC arasında 2019-cu ilin noyabr ayında "Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında ""Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması" lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında ""Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması" lotu üzrə 1.001.445 manatlıq müqavilə imzlaanıb.

QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edib.

Lakin dövlət satınalmalarında göstərilən bu rəqəmin dəfələrlə şişirdildiyi vurğulanır.

Qeyd edək ki, "Tais İKF" MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Xatırladaq ki, hələ bir neçə il öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə bağlı videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi. O metropolitendə təmizlik sahəsində çalışan işçilərin Rafail adlı şirkət rəhbərinin bağında işlədiyini bildirirdi.

Qeyd edək ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Hüseynov vəzifəsindən azad edildi.

Qlobal.az məsələ ilə bağlı nə "Bakı Metropoliteni” QSC-dən nə də "Tais İKF" MMC-dən mövqe öyrənə bilməyib.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

Qlobal.az
 
 
 

Dünyapress TV

Xəbər lenti