Ardını oxu...
“SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Suraxanı rayonu 101 nömrəli tam orta məktəb də bu gün 27.12.2024-cü il tarixində “YARMARKA”keçirilməsi baş tutacaq idi. Məktəbdə fəaliyyət göstərən şagird parlamentinin təşkilatçılığı ilə “xeyriyyə yarmarkası” adı altında keçirilməsi nəzərdə tutulan yarmarkada siniflərdə yaradılan vatsap qruplarında xəbər verilib ki, şagird və valideynlər əl işləri, ev yeməkləri, kitab, oyuncaq və digər məhsullar hazırlayıb məktəbə gətirsinlər və bunlar təhsil ocağında satılacaq, əldə olunan vəsait isə hara isə xeyriyyə adı altında gedəcək.

Nəzərinizə çatdıraq ki, Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin direktoru Xəyalə xanım Əzizova xəbərlə bağlı heç bir açıqlama verə bilmədi. Xəyalə xanıma verdiyimiz "BU YARMARKA NƏYƏ HESABLANIB? ƏGƏR GƏTİRİLƏN EV YEMƏKLƏRİNDƏN HƏR HANSISA ZƏHƏRLƏNMƏ HALI BAŞ VERƏRDİSƏ KİM MƏSULİYYƏT DAŞIYACAQDI?" sualına sadəcə olaraq "KEÇİRİLMƏSİ PLANLAŞDIRILAN YARMARKANI DAYANDIRMIŞAM" - deyərək, cavab verdi.

Bu cür ciddi məsələyə cavab verməyə çətinlik çəkən məktəb direktoru Xəyalə xanım Əzizova görəsən “XEYRİYYƏ YARMARKASI” adı ilə keçirilək olan naməlum tədbirdən hansı vəsaiti toplamağı düşünürdü? Axı məktəb bazar deyil, ay Xəyalə xanım.
 
 
 
Ardını oxu...
"Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu Xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nın Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanıb. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir işbazları ilə sövdələşən general onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Əvəzində bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı şıdırğı alverini öz rəhbərliyindən – Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətdən bir qəpik də olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinə, yaxın çevrəsinə gün ağlayır.
Generalın Müşfiq və Araz adındakı qardaşları heç harda işləmədiləri halda “Range Rover” və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gələn yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “əmək fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik".

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...
 
Ardını oxu...
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbində, matəm ərəfəsində utancverici tədbir təşkil edilib. Tribunainfo.az xəbər verir ki, bu gün məktəbdə aylığın Tədbirlər Planına uyğun olaraq, ibtidai sinif müəllimi Səbinə Mürşüdova “3e” sinfində “Başqa mədəniyyətlərə münasibət” mövzusunda dərs keçib.
Rusiyanın vurduğu, təyyarəmizdə həlak olanların heç üçü çıxmamış, şagirdləri rəngarəng geyindiriblər və Kreml lideri Vladimir Putinin olduğu fotonun əks edildiyi divar qəzeti hazırlayıblar.

Qeyd edək ki, Azərbaycanda 26 dekabr matəm günü elan olunub. Ertəsi isə Putinin fotosu ilə al-əlvan tədbir təşkil olunur. Bu da ciddi ictimai narazılıq doğurub.

Xalq Rusiyadan üzrxahlıq gözlədiyi vaxtda, “5-ci kolon”un arzularını məktəblərdə ifadə edənlər var.

Xatırladaq ki, təyyarə Rusiyaya məxsus “Pantsir S1” özüyeriyən raket sistemi ilə vurulub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Regionlarda vətəndaşların şikayətlərini dinləməyən,onların haqlı şikayətlərini 'qulaqardına"vuran yerli məmurların yarıtmaz fəaliyyəti ciddi etirazlara səbəb olur.

Zaqatalanın Mazıx kəndinin sakinlərinin də məmur sarıdan bəxtləri gətirməyib.Redaksiyamıza müraciət edən sakinlər təmsil olunduqları regionda problemlərini həll edəcək dövlət qurumu,onları dinləyəcək məmur tapa bilmirlər.Kənd sakinləri bildirirlər ki,onlara məxsus əkin sahələrinin ətrafı"zibil poliqonuna"çevrilib.Ümumşəhər zibilxanası sakinləri sözün həqiqi mənasında"zibilə"salıb.Kimyəvi tullantılar,mənşəyi bəlli olmayan zəhərli maddələr gündəlik olaraq bu zibilxanaya daşınır və açıq havada saxlanılır.Üfunət iyi pəncərələrimizdən evimizə daxil olur.Bu azmış kimi,zibilliklər genişləndikcə onları yandırmaq məcburiyyətində qalırlar.Əsl dəhşət bu zaman yaşanır.Ətrafdakı əkin sahələrimiz və kəndin yaşayış sahələri yanğından sonra əmələ gələn naməlum qara təbəqə ilə örtülür.COP29 kimi beynəlxalq ekoloji tədbirə ev sahibliyi edən ölkəmizdə belə halların baş verməsi heç də ürəkaçan hal deyil.Rayon rəhbərliyi və aidiyyatı qurumlar baş verənləri seyr etməklə işlərini bitmiş hesab edirlər.Acınacaqlı vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur.
Məlumat üçün bildirək ki,rayon rəhbərliyinin problemə etinasız yanaşması vətəndaşları dövlət başçısına müraciət etməyə vadar edib.Ümid edirik ki,bundan sonra kənd sakinlərinin problemi həll olunacaq.

Stimulxeber.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.
Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məəslədə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub.
Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir.
Qeyd edək ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.
Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.

azfakt.com
 
Ardını oxu...
Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli Landmark Biznes Mərkəzinin hərraca çıxarılması barədə məlumat yayılıb.

Manset.az-ın məlumatına görə, Landmark Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.

Belə ki, Şikayətçi "Libra" MMC (xarici şirkət) bildirir ki, ona qarşı qərəzli mövqe, haqsızlıq var və hələ də davam edir.

Belə ki, hazırda Cəmiyyətə məxsus Landmark Biznes Mərkəzi "İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən satılması üçün hərraca çıxarılmışdır.

Həmin Cəmiyyətin əvvəllər adı "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC olmuş, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilmişdir.

"Libra" MMC-dən bildirilmişdir ki, əldə olunmuş məlumata əsasən, cəmiyyət barasində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adı çəkilən təşkilat uzun müddət fəaliyyət göstərməmişdir. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.

Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.

Qeyd olunanlara əsasən, "Libra" MMC Azərbaycan Respublikası Ədliyye Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.
 
 
 
Ardını oxu...
Milli Onkologiya Mərkəzi 2 tenderə yekun vurub. "DİA-AZ" xəbər verir ki, tibbi qurum tenderlərin qalibləri ilə toplamda 15 000 000 manat dəyərində müqavilələr imzalayıb.

Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.

Qeyd edək ki, “SAK Engineering” MMC-nin nizamnamə kapitalı 40 AZN təşkil edir və qanuni təmsilçisi Malik Mehtiyev Namiq oğludur.

Xatırladaq ki, "AZƏRİ MED"in deputat Kəmaləddin Qafarova məxsus olması barədə mətbuatda yüzlərlə təkzibolunmaz materiallar- araşdırmalar var.
Ardını oxu...
Bu fakt da təsdiqləyir ki, Milli Onkologiya Mərkəzinin direktor müavini olan Kəmaləddin Qafarov minlərlə insanımızın ah-nalə içində keçirdiyo onkoloji xəstəlikləri özünün şəxsi biznesinə çevirib və kimsə onun inhisarçı səddini aşmaq itqidarında deyil. Hər halda, görünəni budur...
 
Ardını oxu...
Ölkəmizdə bəzi qurumlar kimi Həmkarlar İttifaqları adlanan təşkilatın da varlığı ilə yoxluğu ancaq vətəndaşlardan, üzvlərdən ödəniş tələb edərkən hiss olunur. Belə ki, dövlət orqanlarında çalışan vətəndaşların əməkhaqqından hər ay müəyyən miqdarda vergi tutulur, lakin tutulan pulun hara və necə xərcləndiyi heç kimə məlum deyil. Elə ötən gün redaksiyamıza bu barədə bir qrup müəllim tərəfindən şikayət daxil olub.
Onlar bildirib ki, hər ay Həmkarlar İttifaqları tərəfindən maaşlarından 2 faizlik üzvlük haqqı tutulur. Bu pulun sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və digər xidmətlər üçün sərf olunacağı deyilsə də, şikayətçilər bu günədək qeyd olunan xidmətlərin heç birindən yararlana bilmədiklərini vurğulayıblar.
Rəsmi məlumata görə, ölkənin ümumtəhsil müəssisələrində 150 min müəllim fəaliyyət göstərir. Orta əməkhaqqının 900 manat olduğunu və hər müəllimin aylıq maaşından 2 faizlik üzvlük haqqının tutulduğunu nəzərə alsaq, bu, aylıq 2 milyon 700 min, illik isə 32 milyon 400 min manat deməkdir. Bu isə heç də az məbləğ deyil. Hələ digər dövlət müəssisələrində çalışan vətəndaşlardan tutulan vergiləri demirik. Burada söhbət milyonlardan gedir. Lakin bu milyonların hara və necə xərcləndiyi heç kimə məlum deyil.
Maraqlıdır, bu qədər vəsait hara sərf olunur? Əgər müəllimlər bu imkandan yararlanmırsa, nə üçün onlardan hər ay bu qədər vəsait tutulur?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Publika.az-ın suallarını cavablandırdı.
O bildirdi ki, Həmkarlar İttifaqlarının fəaliyyəti işçilərin hüquqlarını qorumaq, onların sosial rifahını artırmaq və peşəkar inkişafını dəstəkləmək məqsədini daşımalıdır:
“Müəllimlərin maaşından hər ay 2 faizlik üzvlük haqqının tutulması bu məqsədlərin həyata keçirilməsi üçün maliyyə bazası yaradır. Azərbaycanda 150 min müəllimin olduğunu nəzərə alsaq, bu, illik təxminən 32 milyon manata yaxın böyük bir məbləğin toplanması deməkdir. Bu rəqəm ciddi sosial proqramlar həyata keçirmək, müəllimlərin həyat şəraitini yaxşılaşdırmaq və onların peşəkar inkişafına dəstək vermək üçün kifayət qədər böyük potensiala malikdir. Lakin şikayətlər göstərir ki, bu vəsaitlərdən effektiv və şəffaf istifadə edilməməsi müəllimlər arasında narazılığa səbəb olur”.

K.Əsədovun sözlərinə görə, Həmkarlar İttifaqlarının əsas funksiyası yalnız maliyyə toplamaqdan ibarət olmamalıdır:
“Bu vəsaitlərin toplanmasının məqsədi onlardan müəllimlərin sosial ehtiyaclarına xərclənməsini təmin etməkdir. Məsələn, dünya təcrübəsində həmkarlar ittifaqları vasitəsilə işçilər üçün sanatoriya göndərişləri, bayram tədbirləri, mədəniyyət proqramları və peşə təlimləri təşkil edilir. Almaniyada həmkarlar ittifaqları işçilərin sağlamlıq və təhsil sahələrindəki ehtiyaclarını ödəmək üçün xüsusi proqramlar həyata keçirir. İtaliyada müəllimlər üçün həmkarlar ittifaqları vasitəsilə güzəştli səyahət paketləri və təqaüd proqramları təşkil edilir. Azərbaycanda bu cür layihələrin həyata keçirilməməsi isə həmkarlar ittifaqının fəaliyyətində ciddi boşluqların olduğunu göstərir.
Beynəlxalq statistikaya əsasən, inkişaf etmiş ölkələrdə həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində işçilərin 70%-dən çoxu sosial dəstək proqramlarından yararlanır. Bu proqramlar təkcə sağlamlıq və mədəni fəaliyyətləri deyil, həm də təhsil materialları, peşəkar inkişaf kursları və hüquqi müdafiəni əhatə edir. Azərbaycanda isə müəllimlərin bu xidmətlərdən istifadə edə bilmədiyi, toplanan vəsaitlərin şəffaflığı barədə məlumatın olmadığı bildirilir. Bu, həmkarlar ittifaqlarına olan inamı sarsıdır və onların əsas funksiyasını sual altına alır”.
Ekspert onu da əlavə etdi ki, 150 min müəllimdən hər ay toplanan vəsait illik büdcə baxımından həmkarlar ittifaqına böyük imkanlar yaradır:
“Bu vəsaitlə sanatoriya göndərişləri təşkil etmək, müəllimlər üçün təlimlər və konfranslar keçirmək, bayram tədbirlərində iştirak üçün bilet və ya hədiyyələr təmin etmək mümkündür. Əgər bu addımlar atılmırsa, bu, həmkarlar ittifaqının fəaliyyətində ciddi çatışmazlıqların olduğunu göstərir. Müəllimlər haqlı olaraq soruşurlar: bu qədər vəsait nəyə sərf olunur?
Maliyyə şəffaflığı həmkarlar ittifaqlarının fəaliyyətinin əsas prinsiplərindən biri olmalıdır. Bu səbəbdən illik hesabatlar ictimaiyyətə təqdim edilməli, toplanan vəsaitlərin hansı məqsədlər üçün sərf edildiyi aydın şəkildə göstərilməlidir. Şəffaflıq olmadan həmkarlar ittifaqlarının cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir. Məsələn, Skandinaviya ölkələrində həmkarlar ittifaqları hər il işçilər qarşısında hesabat verir və bu, onların işçilərlə etibarlı münasibət qurmasını təmin edir.
Nəticə olaraq, həmkarlar ittifaqının müəllimlər üçün real dəyər yaratması üçün aşağıdakı addımlar atılmalıdır: maliyyə şəffaflığı təmin edilməli, sanatoriya və sağlamlıq proqramları təşkil olunmalı, müəllimlər üçün mədəni və peşəkar inkişaf tədbirləri keçirilməlidir. Bu addımlar həm müəllimlərin sosial rifahını artıracaq, həm də həmkarlar ittifaqına olan etimadı bərpa edəcək. Əgər bu cür tədbirlər həyata keçirilməzsə, həmkarlar ittifaqlarının mövcudluğunun məqsədəuyğunluğu sual altına düşəcək. Belə bir vəziyyətin qarşısını almaq üçün dərhal tədbirlər görülməsi vacibdir”.
Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Gülnar Süleymanova
 
 
 
Ardını oxu...
Redaksiyamiza Cəlilabad rayonundan daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Cəlilabad sakini, iş adamı kimi tanınan Əsgərov Cəfər Sahib oğlu Cəlilabad rayonunda "at oynadlr". Bu şəxs Cəlilabad rayonun Darılıq və Güneyli kəndləri ərazisində olan müxtəlif vətəndaşlara məxsus paybəlli torpaqları zəbt edib və o, torpaqlarin bir hissəsində qeyri- qanuni olaraq mal-qara tövlələri salıb.
Ardını oxu...
Redaksiyamıza daxil olan digər bir şikayət məktubunda deyilir ki, "Əsgərov Cəfər Sahib oğlu 2012-ci ildən Qaradağ rayonunda yerləşən "Çənlibel" ərazisində mişar daşı istehsalı ilə məşğul olur. Qeyri- qanuni olaraq əhəng daşı yatağında daş kəsir, ərazidə qeyri- qanuni qazıntı işləri aparmış və hazırda da aparmaqdadir. Bu şəxs Əmək Məcəlləsinin qanunların gobud şəkildə pozaraq işçiləri qanunsuz işlədir (Yəni onları rəsmiyyətə salmır, iş saatından çox işlədir) , vergidən yayınır və s..

Cəfər deyir: "Mənim arxamda Cəlilabadın İcra başçısı Rafiq müəllim durub və heç kim mənə heçnə edə bilməz.
Ardını oxu...
P.S Ekologiya və Təbii Sərvətləri Nazirliyi yanında Mineral Xammal Ehtiyyatları Agentliyi hara baxır?

Məgər onlar bu qanunsuzluqları görmür, ya özlərin görməməzliyə vururlar?

Görünür cənab Prezidentin ekoloji problemlər haqda dediyi çıxışlar bunlara yetərincə yaxşı təsir etməyib və elə bil, qış yuxusuna gediblər.

Sözügedən şikayət barədə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə .. sorğular göndərəcəyik.

Əsgərov Cəfər barəsində araşdırmamız davam edir.

Qarşi tərəfin mövqeyin həmişə kimi dinləyib dərc etməyə hazırıq

Qaynarxeber.az

Dünyapress TV

Xəbər lenti