Ardını oxu...
Hörmətli redaksiya!

Əvvəlcədən bildirirəm ki, sizə ünvanladıgım bu məktubda qeyd etdiyim bütün faktlar rəsmi sənədlər əsasındadır və istənilən vaxt həmin sənədləri təqdim edə bilərəm!

***

Mən Suriyada baş verənləri hər kəs kimi həm sevinc, həm də ürək agrısı ilə izləyirəm və dəhşətə gəlirəm. Öz xalqına əzab vermək üçün heç bir memarın aglına gəlməyən bir proyekt- yerin üstündəki türmənin altında türmə proyekti- düşünmək üçün, insana mühəndislik biliyi deyil, insanlıga hədsiz nifrət hissi olmalıdır. Bəşər Əsəd bu cinayətkar əməlini dünyadan gizlin bir formada həyata keçirmişdir. Onun suqutundan sonra adı Bəşərin götürüldüyü bəşəriyyət, onun bu əməllərinə təkcə təəcübünü ifadə etmək üçün deyil, həm də onun bu bəşəri cinayətlərinə nifrətini ifadə etmək üçün hələ də söz axtarışındadır.

Dünyanın on bir iqlim qurşagının doqquzunun oldugu Azərbaycanda Bəşər olmasa da, Bəşərə bənzərlərin olmaması yəqin ki mümkün deyilmiş. Yəqin ona görədir ki, bütün bəşəriyyətdən fərqli olaraq, mən bu halı düz üç ildir dogma vətənimiz Azərbaycanda yaşayıram. Amma gizlində deyil!

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hakimiyyətinin düz gözü önündə. Belə ki mənim torpagımın Şəhadətnaməsi başqa yerdə özbaşına tikilmiş fərdi evə Çıxarış verilməsi üçün Əmlak Komitəsi Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən saxta yolla istifadə edilmiş, mənə məxsus torpaq sahəsi belə desək, Şəhadətnaməsiz qalmışdır!

Məhkəməyə müraciət etdikdən sonra məhkəmə müəyyən etmişdir ki, mənim imzam saxtalaşdırılaraq mənim Şəhadətnaməm əsasında mənə məxsus torpaq sahəsindən kənarda guya mən iki mərtəbəli villa tikmişəm və onu başqasına satmışam. Məhkəmə bütün halları araşdırıb, həmin evə dair çıxarış və sair sənədləri etibarsız oldugu üçün ləgv etmiş, Ekspertizanın rəyi əsasında göstərilən sxem üzrə mənim öz torpagım üzərində , yəni fərdi evdən kənarda mülkiyyət hüququmu bərpa etmək haqqında qətnamə qəbul etmişdir. Həmin iş üzrə Ali Məhkəmə də qərar vermiş və iş icra olunması üçün icra məmuruna göndərilmişdir.

Əlbəttə, qətnamədə və qərarda məhkəmənin şərhi,əsaslandırdıgı halları izah etmək fikrim yoxdur. Çünki yeddi hakim tərəfindən verilmiş, birinci instansiya Məhkəməsinin Qətnaməsi, Apelyasiya Məhkəməsinin Qətnaməsi və Ali Məhkəmənin Qərarının yazıldıgı vərəqlərin sayı ümumilikdə 68 vərəqdir.

Bu arada Şeyx Şamilin ruslarla döyüşəndən sonra həbs olunub qatarla Sibirə göndərilərkən işlətdiyi bir ifadə yadıma düşür.

Şeyx Şamil bir aydan çox yol getdikdən sonra konvoydan soruşur ki, bu getdiyimiz ərazi hamısı Rusiyanın ərazisidir? Biləndə ki, Rusiyanın ərazisidir, Şeyx Şamil deyir: mən bilsəydim Rusiya bu qədər böyükdür, heç vaxt onunla vuruşmazdım.

Eynilə mən də Ali Məhkəmə Qərarının icra edilməsinə başlandıgı gündən bəri getdiyim yol, məndə də eyni ilə Şeyx Şamilin fikrinə bənzər fikir yaradır. Mən bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi (Əmlak Məsələləri Dövlət Xidməti - red.) verir, mən bu yola çıxıb məhkəməyə üz tutmazdım.

Fikrimin necə yayınıq oldugu yazdıgım məktubdan da hiss olunacaq dərəcədə oldugunun fərqindəyəm. Amma bu halı məndə yaradan təkcə Bəşər Əsəd məktəbinin mühəndislik nəzəriyyəsi deyil, eyni nəzəriyyənin daşıyıcısı Əmlak Komitəsinin Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz İlman oglu Babayevdir. Həm də təkcə o da deyil...

Mühəndis olaraq Ramiz Babayevin Bakının yeni yaşayış məntəqələrində sehirli çubugu ilə yol üçün nəzərdə tutulmuş, dəyəri on milyonlarla ölçülən hektarlarla torpaq sahələrini “paketləyib” həzm edərək, əvəzində Sakarya çayı kimi qıvrılan, Hamasın yeraltı tunelləri enində cıgır qoymaq, küçələri dalana çevirmək, yaşayış məntəqələrini çıxılmaz labirintə çevirmək bacarıgı haqqında danışmaq fikrim yoxdur. Çünki bu iş tək bir mühəndisin bacarıgı çərçivəsində deyil. Ramiz Babayev Ali Məhkəmə Qərarı ilə mənə məxsus boş torpaq sahəsi üzərində mülkiyyət hüququmu qeydiyyata almaq əvəzinə, başqa şəxsin yaşadıgı evin altında mənə torpaq sahəsinə dair Çıxarış və plan-ölçü (kadastr) sənədi vermiş və icra məmuruna bəh-bəhlə Məhkəmə qərarını icra etdiyi barədə məktub göndərmişdir. Əlbəttə, əvvəlcə mənməmnunlugumu gizlədə bilmədim və ona məhkəmə qərarını belə operativ şəkildə icra etdiyinə görə təşəkkür də etdim.

Amma sən Ali Məhkəmə qərarını say, görək Əmlak Komitəsi nə sayır. Sonradan bəlli oldu ki hektarlarla torpaqlardan gözü doymayan Babayev, sən demə mənim Şəhadətnaməsiz qoyduqları boş torpagımın özünü də başqa şəxsə satıbmış. (Eynilə “vay küpəmin başı yarımçıq qalan əhvalıma vay” misalında oldugu kimi).

Diqqət çəkən bir məqamsa ondan ibarətdir ki, mənim torpagımı sövdələşdiyi şəxs, Ramiz Babayevin indi getdiyi yolu neçə illər əvvəl getmiş, yəni vəzifəsindən sui istifadə etməklə Dövlət Əmlakını külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və dələduzluq maddəsi ilə 12 il həbsə məhkum olunmuş şəxsdir... Belə yerdə deyirlər “Taylı Tayını tapar”.

Ona görə də mənə verdiyi çıxarışı mənə məxsus boş torpagıma deyil, başqa şəxsin yaşadıgı evin altına veribmiş. O evin ki, vaxtilə mənim şəhadətnaməmi, yəni mülkiyyət hüququmu həmin evə çıxarış vermək məqsədi ilə saxta yolla istifadə edilmiş və mənim torpagım şəhadətnaməsiz qalmışdır. Yəni belə çıxır ki, mənim indi heç torpagım da yoxdur və mənim torpagım, başqa şəxsin faktiki yaşadıgı evin altındadır.Babayev belə hesab edir ki sən demə, məhkəmə mənim torpaq sahəsi üzərində mülkiyyətim dedikdə faktiki yaşayış olan həmin evin( villanın) altını nəzərdə tutubmuş...

Yəni Məhkəmə qərarına qədər şəhadətnaməsi satılsa da heç olmasa boş torpagım var idi. Məhkəmə qərarından sonra, indiki halda isə Ramiz Babayev onu da əlimdən alıb! Səbəbsə Ali Məhkəmə Qərarına olan qəzəbidir...

Ona görə ki, Ali Məhkəmə onun hesab etdiyi kimi, onun icazəsi olmadan, onun özünün sahibi hesab etdiyi torpagı haqqında qərar vermişdir...

Ümumiyyətlə, heç bir mübaligəsiz deyə bilərəm ki, Ramiz Babayev hesab edir ki Bakı şəhəri onun şəxsi mülküdür! Onun Ədliyyə və Məhkəməyə olan münasibəti və onlara olan davranışı bunu deməyə tam əsas verir. Mühəndisin bu fəlsəfi düşüncəsinin nədən qaynaqlandıgı yəqin ki hər kəs üçün anlaşılandır. Lakin ən dəhşətlisi budur ki, hakim məhkəmə qərarını inkar etdiyinə görə məhkəməyə dəvət almış Ramiz Babayevdən Ali Məhkəmə qərarı əsasında mənə verdiyi torpaq sahəsinə dair çıxarışın hansı torpaga aid oldugunu soruşduqda, o çox rahat və inamlı ifadə ilə “başqa şəxsin yaşadıgı fərdi evin altına”, yəni “mövcud olmayan” torpaq sahəsinə deyə cavab verir. Bir sözlə belə çıxır ki Ramiz Babayev mənim olmayan mülkiyyətimi dövlət qeydiyyatına almışdır.

Bu cavabı sətiraltı mənada “ Ali Məhkəmə Qərarını başqasının yaşadıgı fərdi yaşayış evinin altında dəfn etmişəm” kimi də başa düşmək olar.

Ramiz Babayevin mənə təqdim etdiyi , olmayan mülkiyyətin Dövlət qeydiyyatı haqqında Çıxarışın dəyəri, mənimçün adi bir kagız parçası oldugu kimi, sən demə Ramiz Babayev üçün də Ali Məhkəmə Qərarının dəyəriı adi kagız parçasından başqa bir şey deyilmiş. Əslində bu cavab da o qədər təəcüb dogurmur. Çünki bu hal cəzasıslıqdan cəsarət sindromudur.

Ən təəcüblüsü odur ki bu cavabın qarşısında hakimlər təccüblənmir ya da “təəcüblənə bilmir”. Ona, bu “fəaliyyətinə” görə bir il əvvəl 1500 manat , bu il isə 1200 manat cərimə təyin olunur.Yəni pulunu ödə “fəaliyyətə” davam et! Pul da ki nə pul? Dəryada bir damla. Dəyişən cərimənin məbləgidir, dəyişməyənsə Ramiz Babayevin” idarəçilik əleyhinə fəaliyyəti”...

Qərarın icrasını uzatdıqca olunan cərimənin məbləgi də azalır. Belə çıxır ki Ramiz Babayev daha dörd il də Məhkəmə Qərarını icra etməsə, Məhkəmə onu heç cərimə də etməyəcək. Bir sözlə Bəşərin bəşəriyyəti təəcüb qoyan türmənin altında türmə nəzəriyyəsi bu gün də dünyanın gözü bir yana, bizim yekun Qərar vermiş Məhkəmənin gözü qarşısında qüvvədədir. Görünənsə odur ki, bu nəzəriyyə Əmlak Komitəsində hələ uzun müddət qüvvədə olacaq.

Sizcə, Bəşər Əsədin öz vətəndaşına yerin altında verdiyi “yaşam hüququ” ilə Əmlak Komitəsinin vətəndaşa yerin altında verdiyi “mülkiyyət hüququ” arasında fərq varmı? Məşhur Atalar sözümüz olan “Birənin qanın aldın-canın aldın” ifadəsini yada salsaq, heç bir fərqi yoxdur!

...Tək bir məsələdə cavab tapmaga çətinlik çəkirəm. Bu ölkədə, mənim kimi yer altında “mülkiyyət hüququ” olanların və ya hüquqları dəfn olunanların sayı, Bəşərin yer altındakı türmədə saxladıqlarının sayından çoxdur ya az?

Amma tək bildiyim odur ki, Bəşər getdi, amma Ramiz Babayevin timsalında bizim “Bəşərlər”in həm müəllimləri həm də şagirdləri hələ də iş başındadırlar... Düşünəndə ki, “yaxşı” müəllimin şagirdləri ondan daha çox “bilikli” olur,gələcəyimizi düşünərkən insan dəhşətə gəlir...

Belə çıxır ki, Əmlak Komitəsinin gələcək nəsillərə yerin yeddinci qatında mülkiyyət hüququ qeydiyyata almaq haqqında gizlin planları da ola bilər.

Bu illər ərzində əmin oldum ki, qanuni qüvvədə olan,lakin şəxsi maraqlar ucbatından icra olunmayan, dövlət adından tanınan neçə-neçə insanın haqqları yatan, Hüquqi Dövlətdə Ədalət mühakiməsinin yekun Qərarı olan Məhkəmə Aktları, Əmlak Komitəsinin zirzəmilərində dəfn edilib və əbədiyyətə qovuşmuşdur! İş Qiyamətə qaldı...

TANRI DÖVLƏTİMİZİ QORUSUN !!!

A.V.Vəliyev

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
hurriyyet.az
Ardını oxu...
Qəbələ rayonu, Yeni Dızaxlı kənd sakini Cəlilov Ağakərim Abdulkərim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçiməktubunu olduğu kimi dərc edirik:

“Yay aylarında kəndimizdə elektrik xətlərini kabelləşmə ilə əvəz etməyə başladılar. İşıq idarəsinin işçisi, mühəndis Əmirfətov Elxan kənd camaatından xahiş etdi ki, işıq idarəsinin maliyyə imkanları məhdud olduğu üçün, hər bir abonent öz küçəsinə çəkilən dəmir elektrik dirəyini özü basdırsın. Kənd sakinləri 80-90 faiz dirəkləri özləri basdırıb.

Qeyd edim ki, mən də bizim küçəyə gələn işıq xəttini üçün özüm sement, qum alıb basdırdım. Həmin işə 45 manat vəsait xərclədim.

Xətti çəkməyə başlayanda, bizim tranformatorun yanına təzə, müasir tipli transformator da qoydular. Bizim köhnə tranformatordan kəndin təxminın 60 abonenti istifadə edir. Amma bizim transformator xəttimiz kənddə ən qəzalı xətdir.

Təxminən 5-6 aydır yeni işıq xəttimizin hazır olmasına baxmayaraq, onu yeni transformatora qoşmayıblar. Soruşanda da hər dəfə bir bəhanə edirlər.

Kənddə abonentlərin çoxuna yeni, müasir işıq sayğacları qoyublar. Həmin işıq sayğaclarında borc olanda işıq yanmır.

Vurğulayım ki, yeni sayğaclarda işığa görə heç kəsin borcu yoxdur. Hər ay kənd camaatı 3-4 min manat işıq pulu ödəyir. Buna baxmayaraq, işıqlı dünyada işığa həsrət qalmışıq. Demək olar ki, kənddə hər gün işığı bir neçə dəfə söndürüb-yandırırlar. 11.12.2024-cü il tarixdə saat 13:30 da işığı söndürüb, 16:50-də yandırdılar. Dekabrın 12, 13, 14-də hər gün işığı yandırıb söndürürlər.

Bir sözlə, Yeni Dizaxlı kəndində işıq çox aşağı səviyyədədir”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadəyə məlumat verilib. Pərvanə xanım araşdırıb, məlumat verəcəyini bildirdi.

Aynurə MUSTAFAYEVA
 
Ardını oxu...
İcra başçısı İlqar Abbasov bacanığı Etibar Yolçuyevi vəzifəsindən çıxardı.
Şirvan şəhər İcra Hakimiyyəti başçısının yeni köməkçisi təyin edilib.
xəbər verir ki, icra başçısı İlqar Abbasov bu vəzifəni Barxudar Barxudarova həvalə edib. Bildirək ki, Barxudar Barxudarov Suraxanı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışıb. İlqar Abasov Şirvan icra başçısı təyin edildikdən sonra işindən ayrılıb və qısa müddət sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsinə təyinat alıb.
Məlumata görə Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsindən rüşvətə qalmaqalına görə çıxarılıb. Rüşvətə görə işdən çıxarılan Barxudarov qısa vaxtdan sonra müddət sonra Şirvan şəhər İcra Hakimiyyəti başçısının yeni köməkçisi təyin edilib.
Qeyd edək ki, Şirvan şəhər icra başçısının köməkçisi vəzifəsində İlqar Abasovun bacanağı Etibar Yolçuyevi işləyirdi. Son günlər Etibar Yolçuyevin adının mətbuatda tez-tez hallanmasına görə icra başçısı İlqar Abbasov bacanağını köməkçi vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.
AzFakt.com
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 


 
Ardını oxu...
Sabunçu rayon icra hakimiyyətinin başçısı olan və oliqarx məmur kimi məşhurlaşan Adil Vəliyev barəsində qalmaqallı məlumatlar yayımlanmaqda davam edir.

Rəsmi tədbirlərdə etdiyi pafoslu çıxışlarında ağız dolusu qanundan danışan Vəliyevin rəhbərliyi altında çalışan səlahiyyətli şəxslər qazi, veteran, şəhid ailəsi, xəstə, sağlam fərq qoymadan - qanuni-qanunsuz tikinti aparmaq istəyən hər kəsin "cibinə girmək"də olduğu deyilir.

"DogruXeber.az" olaraq, xüsusi vurğulamaq istəyirik ki, bu nə Sabunçu rayonu üçün xüsusi, nə də sözügedən rayonun barəsində yeganə məlumat deyil.

Xatırladaq ki, hələ 2019-cu ilin ikinci yarısında Sabunçu rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama aparılmış və icra hakimiyyətinin Həbib adlı işçisi iş otağındakı seyfində tapılan 280.000 (iki yüz səksən min) manatla birlikdə həbs edilmişdi. Qısa müddət sonra yayılan məlumatlarda isə korrupsiya cinayətilə həbs edildiyi deyilən Həbib məhkəmə qərarı ilə azadlığa buraxıldı.

Sosial medianın məlumatına görə Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınırdı, onun azadlığa buraxılmasında isə məhz Vəliyevin məhkəmə qərarına müdaxilə etdiyi deyilirdi.

Bundan əlavə, 2023-cü ilin sonlarında Adil Vəliyevin qısa zamanda vəzifədən gedəcəyi barədə məlumatlar dərc edildi. Lakin, Vəliyevin "qoruyucu mələyi", ya da "şəxsi büdcəsi" bu xəbəri də yalan çıxarmağa nail ola bildi.

Bütün bu olanlara nəzər saldıqda, adam Adil Vəliyevin jurnalist Əvəz Zeynallının məhkəməsində işlətdiyi ifadəyə haqq qazandırır - "Elə bil Azərbaycanda yaşamırsınız".

Demək ki, konstitusiyasına zidd olaraq, məmur olduğu halda həm də biznesmen olan Adil Vəliyevlərin olduğu Azərbaycanda qanunsuz işlərin maneəsiz mövcudluğu təəccüblü doğurmur.

Qeyd edək ki, bu ifadəni jurnalist Əvəz Zeynallının məhkəməsində Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev işlədib.

Belə ki, o, qanunsuz tikintinin aparılması ilə bağlı suala, - "Hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur: “İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər”, deyə cavab verib.
Vəkilin “Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualını isə Vəliyev rişxəndlə, - “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” deyə cavablandırıb.

Bir dövlət məmurunun, bir qurum rəhbərinin dilindən eşidilən bu cümlə həm gülüncdür, həm iyrəncdir, həm də ki, qorxunc. Bu eyni zamanda, öz konstitusiyası olan müstəqil dövlət üçün dəhşətli xəbərdarlıqdır.

Söhbət qanunsuz tikintilərdən düşmüşkən, özünün ifadəsində tikinti qanunsuz olduqda, İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalı olduqlarını deyən, hətta praktikada bir sıra hallarda müdaxilə edib sökdüklərini etiraf edən icra başçısına bizim də xatırlatmaq istədiyimiz bir olay var.

Bir ildən çoxdur ki, Sabunçu rayonu Zabrat 1 qəsəbəsində, Balaxanı qəsəbəsində, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində, Bakıxanov qəsəbəsində aparılan qanunsuz tikintilər, eləcə də Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan 3 mərtəbəli iaşə obyekti barəsində dəfələrlə təkrar-təkrar Sabunçu rayon icra hakimiyyəti də daxil olmaqla, bütün aidiyyatı qurumlara rəsmi sorğular göndərib, qanuni tədbirlər görmələrini xahiş edirik. Lakin, nədənsə sözügedən icra hakimiyyəti həmin iaşə obyektinin tikintisi aparılarkən, ifadəsində qeyd etdiyi kimi nə işi dayandırdı, nə məhkəməyə müraciət etdi, nə də etiraf etdiyi istisnalar kimi müdaxilə edib sökdürdü. Sözügedən obyektin tikintisi çoxdan başa çatdırılıb. Tikintinin maneəsiz davam etdirilməsi və başa çatdırılmasına isə yerli icra hakimiyyəti başda olmaqla, bütün aidiyyatı qurumlar - FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Əmlak Məsələləri üzrə Dövlət Xidməti məsələni bir-birinin üzərinə atıb vaxt qazandırmaqla özləri şərait yaratdılar.

"Ov ovlayıb, quş quşlayan" nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova sözü keçmir?
Bu qanunsuz işdə dövlət qurumları "yaxasını kənara çəkir" - Bəs günahkar kimdir ? // FOTO
Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi - VİDEO
Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO
Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO
Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
"Ov ovlayıb, quş quşlayan" nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova sözü keçmir?
"Ov ovlayıb, quş quşlayan" nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova sözü keçmir?

Demək ki, Adil Vəliyevlərin mövcud olduğu və "meydanı boş görüb, at oynatdıqları" Azərbaycanda belə halların var olması təəccüblü olmamalıdır.

Qeyd edək ki, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş və bu gün də fəaliyyət göstərən 3 mərtəbəli iaşə obyekti barəsində heç bir dövlət qurumu tədbir görmür. Redaksiyamıza daxil olan məlumata görə obyektin sahibi olan iş adamı, bəzi şəxslərin yanında, - "Mən işimi yuxarılarla görürəm" deyə, mətbuatda yazılan məlumatların onu zərrə qədər narahat etmədiyini vurğulayıb.

Görünür, sahibkarlara qanunsuz işlər görmələri üçün şəxsi maraqları xatirinə icazə verən həmin o, "yuxarı"lar barəsində, daha yuxarıların qanuni tədbir görülməsi zəruridir.



Ümüd edirik ki, ölkə başçısı ən qısa zamanda rəhbərlik etdiyi rayonun ərazisində sahibkarlara və torpaq sahəsi alıb, ev tikdirən siravi vətəndaşlara "racon kəsdiyi" deyilən biznesmen icra başçısı barəsində lazımi qərar qəbul edəcək.

Qeyd: Qarşıdakı günlərdə "Qonşudan qalma dala" prinsipilə fəaliyyət göstərən və icra başçısı təyin edildiyi qısa müddət ərzində rəhbərlik etdiyi rayonun əsasən də imtiyazlı sakinləri arasında narazılıq yaradan, onların gözündə "qəddar padşah" obrazına çevrilən adaş - Suraxanı rayonunun "qət-təzə" icra başçısı barəsində oxşar məlumatları dərc edəcəyik.

Diqqətiniz bizdə olsun.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
“SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Suraxanı rayonu 101 nömrəli tam orta məktəb də bu gün 27.12.2024-cü il tarixində “YARMARKA”keçirilməsi baş tutacaq idi. Məktəbdə fəaliyyət göstərən şagird parlamentinin təşkilatçılığı ilə “xeyriyyə yarmarkası” adı altında keçirilməsi nəzərdə tutulan yarmarkada siniflərdə yaradılan vatsap qruplarında xəbər verilib ki, şagird və valideynlər əl işləri, ev yeməkləri, kitab, oyuncaq və digər məhsullar hazırlayıb məktəbə gətirsinlər və bunlar təhsil ocağında satılacaq, əldə olunan vəsait isə hara isə xeyriyyə adı altında gedəcək.

Nəzərinizə çatdıraq ki, Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin direktoru Xəyalə xanım Əzizova xəbərlə bağlı heç bir açıqlama verə bilmədi. Xəyalə xanıma verdiyimiz "BU YARMARKA NƏYƏ HESABLANIB? ƏGƏR GƏTİRİLƏN EV YEMƏKLƏRİNDƏN HƏR HANSISA ZƏHƏRLƏNMƏ HALI BAŞ VERƏRDİSƏ KİM MƏSULİYYƏT DAŞIYACAQDI?" sualına sadəcə olaraq "KEÇİRİLMƏSİ PLANLAŞDIRILAN YARMARKANI DAYANDIRMIŞAM" - deyərək, cavab verdi.

Bu cür ciddi məsələyə cavab verməyə çətinlik çəkən məktəb direktoru Xəyalə xanım Əzizova görəsən “XEYRİYYƏ YARMARKASI” adı ilə keçirilək olan naməlum tədbirdən hansı vəsaiti toplamağı düşünürdü? Axı məktəb bazar deyil, ay Xəyalə xanım.
 
 
 
Ardını oxu...
"Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu Xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nın Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanıb. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir işbazları ilə sövdələşən general onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Əvəzində bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı şıdırğı alverini öz rəhbərliyindən – Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətdən bir qəpik də olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinə, yaxın çevrəsinə gün ağlayır.
Generalın Müşfiq və Araz adındakı qardaşları heç harda işləmədiləri halda “Range Rover” və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gələn yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “əmək fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik".

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...
 
Ardını oxu...
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbində, matəm ərəfəsində utancverici tədbir təşkil edilib. Tribunainfo.az xəbər verir ki, bu gün məktəbdə aylığın Tədbirlər Planına uyğun olaraq, ibtidai sinif müəllimi Səbinə Mürşüdova “3e” sinfində “Başqa mədəniyyətlərə münasibət” mövzusunda dərs keçib.
Rusiyanın vurduğu, təyyarəmizdə həlak olanların heç üçü çıxmamış, şagirdləri rəngarəng geyindiriblər və Kreml lideri Vladimir Putinin olduğu fotonun əks edildiyi divar qəzeti hazırlayıblar.

Qeyd edək ki, Azərbaycanda 26 dekabr matəm günü elan olunub. Ertəsi isə Putinin fotosu ilə al-əlvan tədbir təşkil olunur. Bu da ciddi ictimai narazılıq doğurub.

Xalq Rusiyadan üzrxahlıq gözlədiyi vaxtda, “5-ci kolon”un arzularını məktəblərdə ifadə edənlər var.

Xatırladaq ki, təyyarə Rusiyaya məxsus “Pantsir S1” özüyeriyən raket sistemi ilə vurulub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Regionlarda vətəndaşların şikayətlərini dinləməyən,onların haqlı şikayətlərini 'qulaqardına"vuran yerli məmurların yarıtmaz fəaliyyəti ciddi etirazlara səbəb olur.

Zaqatalanın Mazıx kəndinin sakinlərinin də məmur sarıdan bəxtləri gətirməyib.Redaksiyamıza müraciət edən sakinlər təmsil olunduqları regionda problemlərini həll edəcək dövlət qurumu,onları dinləyəcək məmur tapa bilmirlər.Kənd sakinləri bildirirlər ki,onlara məxsus əkin sahələrinin ətrafı"zibil poliqonuna"çevrilib.Ümumşəhər zibilxanası sakinləri sözün həqiqi mənasında"zibilə"salıb.Kimyəvi tullantılar,mənşəyi bəlli olmayan zəhərli maddələr gündəlik olaraq bu zibilxanaya daşınır və açıq havada saxlanılır.Üfunət iyi pəncərələrimizdən evimizə daxil olur.Bu azmış kimi,zibilliklər genişləndikcə onları yandırmaq məcburiyyətində qalırlar.Əsl dəhşət bu zaman yaşanır.Ətrafdakı əkin sahələrimiz və kəndin yaşayış sahələri yanğından sonra əmələ gələn naməlum qara təbəqə ilə örtülür.COP29 kimi beynəlxalq ekoloji tədbirə ev sahibliyi edən ölkəmizdə belə halların baş verməsi heç də ürəkaçan hal deyil.Rayon rəhbərliyi və aidiyyatı qurumlar baş verənləri seyr etməklə işlərini bitmiş hesab edirlər.Acınacaqlı vəziyyət sakinlərin haqlı narazılığına səbəb olur.
Məlumat üçün bildirək ki,rayon rəhbərliyinin problemə etinasız yanaşması vətəndaşları dövlət başçısına müraciət etməyə vadar edib.Ümid edirik ki,bundan sonra kənd sakinlərinin problemi həll olunacaq.

Stimulxeber.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər.
Şirvandan daxil olan məlumatda bildirilir ki, Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar strateji torpaq sahəsini başçının köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun ələ keçirdiyi iddia edilir. İlk öncə Orxan İbrahimovun ərazini ələ keçirməsi barədə sosial şəbəkədə məlumatlar yayılmasına baxmayaraq, sonradan məlum oldu ki, başçı müavinin bu məəslədə icra başçısının tapşırığı ilə hərəkət edib və bu məsələdə ən aktiv rol alan şəxslərdən biri də başçının köməkçisi və bacanağı Etibar Yolçuyev olub.
Yayılan məlumatlarda zəbt edilən ərazinin Sabirbad rayonundan olan bir qazinin adına sənədləşdirildiyi iddia edilir.
Qeyd edək ki, İlqar Abbasov Suraxanıda icra başçısı olarkən Etibar Yolçuyevi başçının müavini təyin edib. Suraxanıda bütün tikinti və söküntü işləri, o cümlədən bütün gəlirli sahələr başçının bacanağının nəzarətində olub. İlqar Abbasov Şirvana təyinat aldıqdan sonra isə Etibar Yolçuyev müavin vəzifəsindən azad edilib və İlqar Abbasov bu dəfə onu Şirvanda özünə köməkçi təyin edib.
Qeyd edək ki, Şirvanda “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsinin zəbt edilməsinin təfərrüatlarını daha geniş şəkildə oxucularımıza təqdim edəcəyik.

azfakt.com
 
Ardını oxu...
Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli Landmark Biznes Mərkəzinin hərraca çıxarılması barədə məlumat yayılıb.

Manset.az-ın məlumatına görə, Landmark Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.

Belə ki, Şikayətçi "Libra" MMC (xarici şirkət) bildirir ki, ona qarşı qərəzli mövqe, haqsızlıq var və hələ də davam edir.

Belə ki, hazırda Cəmiyyətə məxsus Landmark Biznes Mərkəzi "İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən satılması üçün hərraca çıxarılmışdır.

Həmin Cəmiyyətin əvvəllər adı "Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC olmuş, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilmişdir.

"Libra" MMC-dən bildirilmişdir ki, əldə olunmuş məlumata əsasən, cəmiyyət barasində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adı çəkilən təşkilat uzun müddət fəaliyyət göstərməmişdir. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.

Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.

Qeyd olunanlara əsasən, "Libra" MMC Azərbaycan Respublikası Ədliyye Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.
 
 
 

Dünyapress TV

Xəbər lenti