Daha öncə mediada pis mənada hallanan Astara şəhər 4 saylı tam orta məktəbdən gələn xəbərlər, bu dəfə dözülməz dərəcədə dəhşətlidir!
Bəribaşdan qeyd edək ki, əslində, direktor Hüseynovanın zorakılıqları əvvəldən mövcud imiş. Məktəbin yenidən işə qayıdan psixoloqu Yunis Dürüst, bütün sübutları yığaraq, Elm və Təhsil Nazirliyinə və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciətlər edib, lakin təəssüf ki, nəticəsiz qalıb. İndisə, konkret sübutlar aşkara çıxdığı üçün müstəqil QHT olan “Təhsil Araşdırmalar Mərkəzi” məsələyə əl atmalı olub.

Bəli, görüntülər və səslər hər şeyi deyir, əlavə etməyə ehtiyac yoxdur. Aşkar olan budur ki, direktor Rəna Hüseynova və onun müavini Nigar Novruzova ikilisi-özlərini təhsil qabaqcılı kimi yox, mafiya, quldurbaşı kimi hiss edirlər! Hər halda, hətta azyaşlı şagirdlərə belə, rəhm etməyən şəxslərin hansı ləyaqətindən, mənəvi üstünlüklərindən danışmaq olar?!…
Onlar, məktəbin rəhbər işçisi və psixoloqunun qanuni və əsaslı etirazına məhəl qoymurlar, hətta kameradan belə, çəkinmirlər. Kamera qarşısında uşağı döyürlərsə, görün, kamera olmayanda nələr edirlər!

Sual olunur: Yalnız mənfi göstəricilərə sahib olan, özbaşına Rəna Hüseynovanı görəsən 10 ildir ki, kimlər direktor saxlayır? Görəsən, cənab Emin Əmrullayev bu biabırçılıqları, şagirdlərin döyülməsini yenəmi görməzdən gələcək? Axı, deyilir ki, vəziyyətlə bağlı nazir aylar öncədən xəbərdar edilib.
Üstəlik də, görünən budur ki, problem çoxşaxəli və dərindir. Çünki, məsələ təkcə bullinq və şagirdlərə zorakılıq deyil. Rəna Hüseynovanın, ən vacib fənn olan riyaziyyat dərsində uzun-uzadı telefonla danışması, yaxud da ümumiyyətlə, dərsinə girməməsi, onun nəinki direktorluğa, bütövlükdə təhsilə yararlı olmadığını sübut edir.

Hər halda problem artıq ictimaləşdiyinə görə, media olaraq, işin sonuna qədər getmək borcumuzdur.

Qeyd: Dəhşətli vəziyyətlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən reaksiya almaq cəhdimiz nəticəsiz qaldı.

Xeberciniz.biz

Ardını oxu...
 
Ardını oxu...
Bir həftə əvvəl Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırıldı. "DİA-AZ" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilirdi: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Yəni göründüyü kimi, Nəsir Məmmədov postunda uzun çəkmədi... Və bu da ortaya ilginc iddiaların atılmasına nədən olub.

"DİA-AZ" bildirir ki, bu barədə jurnalist Sima Babayeva maraqlı paylaşımı ilə diqqət çəkib. Onun açıqlamasında deyilir:

"Dövlət başçısının sərəncamı ilə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov geri çağırılıb.
Onun adı çirkli işlərdə hallanırdı. Kişinin oğlu səfirliyi alverxanaya çeviribmiş. 20 dollara verilməli olan vizanı astronomik qiymətə-500 dollara sırıyırmış.
Bu işdə ona müəyyən firmalar vasitəçilik edib... Nəsir Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin deputatı Hicran Hüseynovanın kürəkənidir.
Cəmi bir il idi səfir göndərilmişdi. Gedən kimi özünə yaxşı qazanc yeri tapıb. Necə deyərlər,uşaqda fərasətə bax.Mən də deyirəm qaynanası nə yaxşı bu son aylar Fransada mülk alıb kompleks tikdirir, qiyməti 10 min manat olan brend dəri çanta götürür.
Sən demə, xanımın pulunun üstünə pullar gəlirmiş.Bir sözlə,kürəkəndən "yarıyıbmış". Amma sevinci çox çəkmədi..."
 
Ardını oxu...
Şəki rayonu, Yeni Çələbixan köçkünlər qəsəbəsində məskunlaşan Abdullayev Əbdül Nurqələm oğlu özünüməşğulluq proqramından yarımayanlardan biridir. ANAXEBER.INFO xəbər verir ki, Laçın rayonundan olan Əbdül Abdullayevin sözlərinə görə, ona 21 baş heyvan verilib, lakin hamısı xəstə çıxıb. Vətəndaş bildirir ki, öz cibindən dava-dərmana xərc çəkib, 200 manat məsrəf edib, indi də aptekə borcu qalmaqdadır, amma heyvanlar sağalmayıb. Ona təklif olunub ki, yeni heyvanları alsın, sadəcə, razılaşmayıb. Bilib ki, növbəti dəfə zərərə düşəcək. "Bir dəfə başına gəldi, 200 manat xərcim çıxdı, hələ də aptekin pulunu ödəyə bilməmişəm. Biz kasıb adamlarıq, istədik ki, dövlətin özünüməşğulluq proqramından istifadə etməklə bir gün ağlayaq, müavinətə möhtac olmayacaq. Amma bizə xəstə heyvanlar verildi, nəticəsi də budur. Biz dövlətimizdən kömək gözləyirik".
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara xəstə heyvanlar verilməsi iddialarını bölüşmür. Deputat Siyavuş Novruzov da qeyd etdi ki, heyvanlar xəstədir və ölür. Bunun davamı olaraq, onlarla sübut, şikayət, video müraciət təqdim olunub, amma Sahil Babayevin nazirliyi heç nə olmamış kimi işinə davam etməkdədir.

Azər Talıbov
Anaxeber.info
Ardını oxu...
 
Ardını oxu...
Tikinti sektorunda illərdir fəaliyyət göstərən "UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirən şirkət kimi tanınır. Lakin son zamanlar bu şirkətin adı neqativ məsələlərdə hallanır.

"Upsilon” MMC-nin təsisçisi İlkin Məmmədovdur. Onun İmişlidən olduğu bildirilir.
Ardını oxu...
İlkin Məmmədov
Şirkət rabitə işlərinin görülməsi üçün "Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Belə ki, "Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi üçün dövlətdən ayrılan vəsait hesabına işçilər cəlb edib və onlara normal məbləğdə əməkhaqqı vəd edib.

Söhbət rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçidən gedir. Onlar aylardır ki, rayon-rayon, qapı-qapı gəzib gördükləri işin əməkhaqqısını ala bilmirlər.

İşçilərin bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaş üzü görmür. Şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
İşçilər onlara həvalə olunan işi vaxtında təhvil verdiklərini bildirirlər.

"Upsilon” MMC-nin direktoru İlkin məmmədovun yaxın qohumu Fikrət Qafarovdur.
Ardını oxu...
Fikrət Qafarov
Fikrət Qafarov həmçinin şirkətin maliyyə işlərinə nəzarət edir, bundan əlavə bu işə Qasım adlı bir şəxs də cəlb olunub.

"Upsilon” MMC isə ilin sonunadək təhvil-təslim prosesini yekunlaşdıracağı və işçilərin maaşlarını tam ödəyəcəyini söz versə də, bu günə kimi sözünə əməl etməyib.
Hətta haqqında dəfələrlə ərizə və şikayətlər yazılsa da, müxtəlif televiziya kanallarında yayımlanıb, media mənsublarında dərc olunsa da, bu vecsiz şirkət yenə heç nəyi vecinə almayıb.

"UPSİLON” şirkətilə 15 mart 2024-cü ildən əmək müqaviləsi bağlayaraq işə başlayan Bakı sakini İlham Məmmədov dəfələrlə ərizə və şikayət dolu məktublarla müxtəlif yerlərə müraciət edib, lakin yenə də ona vəd edilən 1800 manat əmək haqqı, 250 manat öz maşınına görə xərc, yanacaqla təminat və ezamiyyət xərcini ala bilməyib.

Daha bir şikayətçi Məmmədov Pərviz Qarabağda, işğaldan azad olmuş Ağdamın Uzundərə ərazisində işləyib. Pərviz Ağdamda işləyib pulunu ala bilməyən işçilərin adından günlərlə şirkətin qapısına gəlib getsə də, qapını açmırlar, telefonları söndürüb, heç bir cavab vermirlər.

Hətta əməkhaqqı verilmir deyə işdən çıxan işçilərin əmək kitabçalarını özlərinə qaytarmırlar. Məsələ ilə bağlı Əmək Müfəttişliyi şirkəti cərimə etsə də, nəticə yoxdur.

Onlar təkcə rabitə işçilərinin deyil, yüzlərlə adamın haqqını vermir. Əlimizdə olan məlumata görə, şirkət hətta öz ofis işçilərinə külli miqdarda pul borcludur və verməməkdə israrlıdır.

Görüləcək işlərlə bağlı müqavilə əsasında mal-material aldıqları şəxslərə, yaxud şirkətlərə yüz minlərlə – 150 min, 50 min, 60 min, 30 min manat borcları var. Məlumata görə, şirkət bazara 3 milyon yarım borcludur.

İlkin Məmmədov və yaxın ətrafı hesaba gələn pulları (hesablarında sərəncam var) nağdlaşdırmaq üçün özlərinə əlaltılar da tapıblar. Pulları Aygün adlı mühasibin və İnsan Resursları üzrə mütəxəssis Aytacın hesabına 5-6 min manat köçürərək mənimsədiyi iddia edilir.

Daha bir məlumata görə, pullar şirkət rəhbərliyində olan çoxlu sayda şəxsiyyəti məlum olmayan "işçilər”in adlarına kartlara vurularaq çıxarılıb.

Bu maxinasiyalara, maliyyə fırıldaqlarına getməyən işçilər, mühasiblər "maddə ilə işdən qovulmaq”la şantaj olunurlar. Onlardan biri də Fuad adlı mühasibdir ki, hal-hazırda şirkət rəhbərliyi tərəfindən şantaj olunur.

Bir sözlə, "UPSİLON” şirkətində özbaşınalıq baş alıb gedir, dövlətin qanunları sayılmır, işçilərin hüquqları tam şəkildə pozulur.

Şirkətin boclu qalmadığı şirkətləri isə barmaqla saymaq olar. "Mətanət A”, "Kontakt Home” və bu kimi böyük şirkətlər "Upsilon” MMC-dən narazıdır, hətta məhkəməyə müraciət ediblər.

Etibarlı mənbədən aldığımız məlumata görə, şirkət rəhbərliyi bütün əmlaklarını öz adlarından çıxarıb qohumlarının adlarına yazdırıb ki, həbs olunsalar, heç nə əllərindən alınmasın, müsadirə olunmasın.

Şirkət rəhbərliyi artıq arendaya götürdüyü ofisdən qovulub, özləri isə qaçıb gizləniblər, telefonlara da cavab vermirlər.

Mənbə: interpress

Qarşı tərəf mövqe bildirə bilər.
TEREF
Ardını oxu...
TƏBİB (Şamaxı HMK) tibbi xidmətdən də imtina edir, imtinanı qərarını
verməkdən də
10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilməməsindən
məhkəməyə müraciətə də qadağa qoyulub
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun
10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson
xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki
olaraq tibbi xidmətdən imtina edir. Hətta xidmətdən imtina barədə
qərarı da verilmir ki, yuxarı orqana, yaxud məhkəməyə müraciət
edilsin. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə
xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına
aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib.
(?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət
Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək
yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və
qərəzlə xəstənin durumuna göz yumub. Halbuki həmin gün Ağsudan 2
həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə
vurulub.
Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab
verməkdən belə imtina edir . Halbuki tibb xidmətinin xəstənin ağır
durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir.
TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı
şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab
verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik
təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını
ƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktubla
bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın
qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı
aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən
gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik
təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik
polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson
xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu
11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə
baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə
təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana,
məhkəməyə şikayət verilə bilsin?
Ardını oxu...
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə,
TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş
şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi
yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan ,
sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə
atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın
xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək?
Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-
ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi
təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in,
Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu
məsələyə baxmaq isə prokurorluğun boynundadır.
3 aya yaxındır yataq xəstəsinin ailə üzvləri xidmətdən imtina
qərarını tələb edirlər, təqdim olunmur. Ailənin başçısı tibbi
xidmətdən də məhrum edilib, hüquqi xidmətdən -məhkəmə
müdafiəsindən də.
Pir Həsənli
Adları çəkilən şəxs və qurumlarında mövqeyiini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
"Azərbaycan Dövlət Aqrar Universiteti bu gün tam olaraq bazar qaydaları ilə idarə olunur. Əgər əvvəlki rektor İbrahim Cəfərovun vaxtında ADAU inkişaf edirdisə, indi, yəni Zəfər Qurbanovun dövründə ancaq tənəzzül etməkdədir". Bu barədə"DİA-AZ"ay göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra bildirir: "Zəfər Qurbanov ADAU-nu rəsmən bazara çevirib. Burda yerlibazlıq, qohumbazlıq qaydaları hökm sürür.
Zəfər Qurbanov bir yana, prorektorlar da ayrıca olaraq özlərinə xanədan qurublar. Prorektor Əhməd müəllim əməlli-başlı oliqarxa çevrilib.
Dekan Şəlalə xanımın öz şəbəkəsi var... O da bir ayrı problemdir.
Beynəlxalq şöbənin ancaq adı var. Ordakıların nə aqrardan anlayışları var, nə də hansısa xarici dili bilirlər.
Zəfər Qurbanov ADAU-nu elə həddə çatdırıb ki, hamı əvvəlki rektorun ölənlərinə rəhmət oxuyur".

Davamı MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
Azərbaycandakı feminist hərəkatı ilə bağlı yeni və diqqətçəkən iddialar ortaya çıxıb.

“Baku TV”-nin ötən gün paylaşdığı məlumatlar isə bu sahədə maliyyə mənbələrinin, əlaqələrin və şəxsi maraqların gündəmə gəlməsinə səbəb olub. Xüsusilə illərlə xarici qrantlarla dəstəklənən feminist hərəkatına bağlı bəzi şəxslərin fəaliyyətinin detallarının üzə çıxması ictimaiyyətdə geniş müzakirələrə yol açıb.

Həmin hərəkatı maliyyələşdirən və ona dəstək verən şəxslərdən biri də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin və “FemACT” Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədovadır. 1995-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirən xanım Məmmədova sonralar, daha dəqiq isə 1999-cu ilin dekabr ayında Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbi və “Hunt Alternatives” təşkilatının Qadınlar və İctimai Siyasət Proqramının qlobal təşəbbüsü olan “Women Waging Peace”in təsisçilərindən biri olub.

Sözügedən məsələdə oxların Pərvanə Məmmədova və rəhbərlik etdiyi “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinə tuşlanması isə normaldır. Çünki xanım Məmmədovanın adıçəkilən feminist aksiyalarına nə az, nə çox 700 min manatdan çox vəsait xərclədiyi iddia olunur.

İndi isə gələk məsələnin qəribə tərəfinə: az öncə də yazdığımız kimi, P. Məmmədova həm də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və göründüyü kimi, burada sədr müavinidir. Azərbaycan reallığında isə bəllidir ki, nazir və nazir müavinin razılığı olmadan heç kim həmin ictimai şuralarda fəaliyyət göstərə bilməz. Amma maraqlıdır ki, belə bir şəxsin illərlə xaricdən Azərbaycana pul daşıması və dövlətin də bunları bilməsi fonunda onu nazir Emin Əmrullayevə təqdim edən kimdir? Yəni Pərvanə Məmmədova cənab Əmrullayevin hansı müavininin qohum-əqrəbasıdır ki, məhz onun əli ilə bu şəxs ictimai şuraya üzv seçilməklə qalmayıb, hələ-hələ sədr müavini də keçib?

Əldə etdiyimiz məlumatlardan biri isə budur ki, xanım Məmmədova nazir müavini Həsən Həsənliyə yaxınlığı ilə bilinir. O Həsən Həsənli ki, ötən ilin 31 yanvarında elm və təhsil nazirinin müavini təyin olunub. Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışan cənab Həsənli daha sonra 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır?

Əslinə qalsa, suallarımız çoxdur. Ən əsas sualımız isə budur ki, nə üçün belə bir şəxs feminizmə açıq dəstək verməklə yoxlanılmadan İctimai Şuranın üzvü olub? Ümumiyyətlə, Qarabağ savaşı ərəfəsində ermənilərin “soyqırımı”na məruz qaldığını, blokadada olduğunu iddia edən bu kütlənin maliyyə donorluğunu edənlər hansı haqla, hansı üzlə xalqın gələcəyini formalaşdıran bir yerdə – Elm və Təhsil Nazirliyində vəzifə tuturlar? Bəs belə bir şəxsin feminist fəaliyyətləri və xarici maliyyə dəstəkləri dövlət qurumlarında yoxlanılmadan necə o bu mövqeyə gətirilib? Bu, təkcə şəxsi tanışlıq və ya qohumluq əlaqələrinin nəticəsidir, yoxsa…

Yenicag.az
 
Ardını oxu...
Prezident İlham Əliyevin sərəncamı ilə dünən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Vüsal Aslanov təyin edilib.

Metro ölkə paytaxtında ən böyük infrastruktura malik olan mühüm ictimai nəqliyyat vasitəsidir. 1967-ci il noyabrın 6-da istifadəyə verilmiş Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 17-18 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Başa çatmaqda olan 2024-cü ilin birini yarısında bi rəqəm 113.2 milyon nəfər olub. Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib.

Metroda 4500-ə qədər işçi çalışır, ilin birinci yarısında orta aylıq əmək haqqı 1300 manata yaxın olub.

Maliyyə göstəricilərinə gəldikdə, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min manat, ilin əvvəlində vergi borcu 17.2 milyon manat, yığılmış zərəri 560 milyon manatdan çox olub. Bu il dövlət büdcəsindən QSC-yə 50.1 milyon manat subsidiya ayrılıb ki, buna da səbəb metropolitenin sərnişindaşımadan əldə etdiyi vəsaitlərin xərcləri qarşılamadığı göstərilir.

Metro daşınması üzrə tariflər Tarif Şurası tərəfindən tənzimlənir. 2023-cü ilin əvvəlindən bir gedişin qiyməti 30 qəpikdən 40 qəpiyə qədər yüksəldilib, bu da 21.94 mln. manatlıq əlavə gəlir gətirib. Bu ilin 30 iyununda isə gedişhaqqı daha 10 qəpik artırılaraq 50 qəpiyə çatdırılıb. Hesablamalara əsasən, bu artım metro üçün 11.32 mln. manat əlavə gəlir deməkdir. Bu da 2024-cü ildə təqribən 90 mln. manatlıq cəmi gəlir gözləntisidir.

Azərbaycan İnvestisiya Holdinqinin tərkibində olan “Bakı Metropoliteni”nin inkişafı ilə bağlı nə qədər vəsait ayrıldığı və xərcləndiyi barədə məlumatlar tapmaq çətindir. 2022-ci ildə Holdinqin baş icraçı direktoru Ruslan Əlixanov bildirib ki, Bakı metrosunun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib. "2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb", - deyə Ruslan Əlixanov deyib.

Dünən, QSC-nin sədri Zaur Hüseynovun sərəncamı oxunmazdan bir qədər əvvəl qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov mətbuata bildirib ki, “Bakı Metropoliteni”nin Bənövşəyi xətti üzrə inşa edilən, şərti adı “B-4” olan metro stansiyasının tikintisi dayandırılıb. O buna səbəb kimi vəsait çatışmazlığını göstərib.
Ardını oxu...
Qeyd edək ki, perspektiv plana əsasən, Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. 2022-ci il dekabr ayının 23-də xəttin "Xocəsən" elektrik deposu və "Xocəsən" stansiyası istismara verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır.


Bəxtiyar Məmmədovun bəhs etdiyi “B-4” stansiyası Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə yerləşir. QSC-nin məlumatına görə, Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.

““B-4” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq. Zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində üç eskalator üçün yer ayrılıb. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator quraşdırılacaq...” – məlumatda qeyd olunur.
Ətraflı

“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tenderlər də medianın diqqətini çəkib. Məsələn, 2021-ci ilin iyunun 10-da qurum beş sərnişin vaqonunun təmiri üzrə açıq tender keçirib. Məlumatda müasir vaqon təmiri sexinə malik metropolitenin yenidən bu işləri şübhəli özəl şirkətə etibar etdiyi qeyd olunur.

Bildirilir ki, dövlət satınalmaları reyestrinə əsasən müsabiqədə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib gəlib: “İş aşağıdakıları əhatə edir: vaqonların ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, ikiqat akril boya ilə rənglənməsi, antikorroziya boyası, kuzovun bərpası, ikiqat akril boya ilə boyanması, salonun tam yığılması və işıqlandırılmasının modernləşdirilməsi. İş 666,2 min manat (391,8 min dollar) həcmində qiymətləndirilib və 30 may 2022-ci il tarixinədək başa çatdırılmalı idi. Tenderə buraxılmaq üçün şərtlərdən biri son iki ildə göstərilən fəaliyyət sahəsində təcrübənin olmasıdır. Ancaq tenderdə iştirak edən digər iddiaçılar barədə məlumat verilmir”.

Daha sonra qeyd olunub ki, Metropoliten özünün 2014-2017-ci illərdə tikilmiş vaqon təmiri bazasının olduğunu gizlətmir: “Burada Rusiya istehsalı olan vaqonların təmiri ilə bağlı bütün işlər görülür. Ancaq məlum olmayan səbəblərdən metropoliten vaqonların təmiri üzrə işləri satın alır. 2019-cu ilin iyununda ilk açıq tenderdə həmin şirkət (“Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət) qalib gəlib. Onunla 2 milyon 87,7 min manat (1 228 min dollar) dəyərində müqavilə bağlanıb. “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN 1701930271) haqda hər hansı açıq məlumat yoxdur. Ona görə də onun bu işlərdə ixtisaslaşdığı şübhəlidir. Şirkət 2016-cı ildə Bakıda 10 manat kapital ilə yaradılıb. Direktoru Rafiq Kərəm oğlu Məmmədovdur. 2019-cu ildə “Nəqliyyat Təmir-Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyət iki müqavilə üzrə metropolitenin avtomobillər və digər maşın və mexanizmlər üçün ehtiyat hissələrinə olan 1 milyon 652,5 min manatlıq tələbatını ödəyib. 2018-ci ilin iyununda bu şirkətə 384,6 min manat məbləğində (ƏDV nəzərə alınmaqla) analoji müqavilə verilib”.

“Turan” informasiya agentliyi qeyd edib ki, “Nəqliyyat Təmir-Təchizat” MMC-nin həmin il üzrə 45 993 manat məbləğində vergi borcu var: “Bu da formal olaraq dövlət satınalmalarında iddiaçılar üçün yolverilməzdir”.

20.04.2022-ci il tarixində Dövlət Satınalma Portalında isə iki tender müqaviləsi bağladığı barəsində məlumat dərc edilib.

Belə ki, TOO “Ticarət evi ЕПК – Qazaxıstan” (VÖEN – 070140008823) ilə bağlanan 41 250 manatlıq “81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan ehtiyat hissələri” müqaviləsi və “AKB LenSpetsavtomatika” MMC (VÖEN – 780101001) ilə bağlanan 50 127 060 (Əlli milyon yüz iyirmi yeddi min altmış) manatlıq “Hərəkət tərkibləri üçün idarəetmə dövrələri avadanlığı” müqaviləsi barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Bu barədə daha çox faktlar təqdim etmək olar. Ehtimal etmək olar ki, Zaur Hüseynovun vəzifədən çıxarılması ölkənin strateji nəqliyyat infrastrukturunda korrupsiya, özbaşınalıq və s. neqativ hallarla bağlı ola bilər. Son zamanlar mediada və sosial şəbəkələrdə bu qurumdan şikayətlər xeyli artmışdı. Qeyd olunurdu ki, qatarların tunellərdə qalması, daşıma qrafikinin tez-tez pozulması, idarəçilikdə yol verilən nöqsanlar paytaxtın artan tələbatının qarşılana bilməməsinə gətirib çıxarıb.

Onu da vurğulamaq yerinə düşər ki, dövlətin böyük vəsaitlər, subsidiyalar xərcləməsinə baxmayaraq astronomik zərər içində olan “Bakı Metropoliteni QSC” ən zəif inkişaf göstəricilərinə malikdir. Bunu son 15 ildə tikilib istifadəyə verilmiş metrostansiyaların sayı, onlarda tez-tez yaranan problemlər də təsdiq edir...
Ardını oxu...
Gözləyək, görək, yeni sədr Vüsal Aslanov dövrü Bakı metrosu, onun xidmətindən istifadə edən milyonlarla sərnişin üçün nə ilə yadda qalacaq.

Rasim Əliyev

“AzPolitika.info”
 
Ardını oxu...
Bir neçə həftə bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bəzi deputatların əhaliyə xəstə heyvanlar verilməsi ilə bağlı iddialarına etiraz etdi. O, konkret olaraq bildirdi ki, deputat Siyavuş Novruzun xəstə heyvanlarla bağlı çıxışı əsassızdır. Nazirin sözlərinə görə, təqdim olunan hər bir aktiv, hər bir heyvan haqqında video-çəkiliş aparılır, təqdim olunma günündə onlar sayta yerləşdirilir.

Üstəlik, S.Bababyev əlavə etdi ki, bu zaman Qida Təhlükəsizliyi Agentliyinin idxal sənədləri, xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da olur. “İstənilən fərd bizə demədən özləri daxil olub, ad-soyadını daxil edib saytda baxa, orada yerləşdirilən video-çəkilişləri görə bilərlər”, - deyə nazir vurğuladı. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istər xaricdən, istər də daxili bazardan alınan heyvanları yoxlayıb, onlara sağlamlıq arayışı verir. Daha sonra həmin heyvanlar 15 gün karantinə alınırlar. Məhz bundan sonra vətəndaşlara paylanılır.

Sahil Babayev Milli Məclisdəki çıxışı belə deməyə əsas verir ki, vətəndaşlara verilən heyvanların xəstə olmamasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məsuliyyət daşımır, bütün məsuliyyət Qida Təhlükəsizliy Agentliyinin üzərinə düşür. O, dolayısı ilə bildirdi ki, əgər vətəndaşlara verilən heyvanlar xəstədirsə, yaxud yeni sahibinin evinə çatandan az sonra ölürsə, buna Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir.
Maraqlıdır, qarşı tərəf - Qida Təhlükəsizlik Agentliyi nazirin bu ittihamlarını nə qədər əsaslı hesab edir? Bu və digər suallara cavab tapmaq üçün Qida Təhlükəsizlik Agentliyinə göndərdik. Agentliyin “Hürriyyət”in sorğusuna verdiyi cavabı oxucularımıza təqdim edirik:

“Müraciətinizə cavab olaraq bildiririk ki, xaricdən keçə bilən xəstəliklərdən qorunmaq üçün nəzarət tədbirləri görülür. Heyvanlar idxaldan sonra baytarlıq müayinəsindən keçir. Sağlam olduğu təsdiqləndikdən sonra təyinatı üzrə daşınır. Daşınma zamanı müvafiq sertifikatla təmin edilir.

Yemləmə, saxlama və zoogigiyenik şəraitlə bağlı təmin edilməsi heyvan sahibindən aslıdır ki, tələfatda bu amillər rol oynayır.

Qeyd edək ki, bu heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkarlanmamışdır”.

Qida Təhlükəsizlik Agentliyinin bu cavabından başa düşülür ki, burada bütün məsuliyyəti AQTA-nın üzərinə atmaq olmaz. Görünür, Sahil Babayev öz məsuliyyətini kimlərləsə bölüşmək istəyir. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Amma Qida Təhlükəsizlik Agentliyinin cavabından da aydın olur ki, bu qurum ancaq xaricdən gətirilən heyvanlara sağlamlıq arayışı verir. Yerli bazardan alınan heyvanlar isə AQTA-nın iştirakı olmadan, məhz nazirlik əməkdaşlarının nəzarəti altında əhaliyə paylanılır.

Jalə FAMİLQIZI

Hurriyyet.az
 
 


 
Ardını oxu...
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

XALQ.AZ Palataya istinadla xəbər verir ki, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi həyata keçirilib.

Bildirilib ki, audit çərçivəsində Kür-Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib:

“Qiymətləndirmələrlə audit obyekti tərəfindən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin fəaliyyəti ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi müəyyən edilsə də, aşağıdakı nəticələr də əldə olunmuşdur.

Son illərdə qlobal səviyyədə problemlərin yaranmasına səbəb olan iqlim dəyişikliklərinin təsirini azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş mühüm strateji sənədlərdə su ehtiyatlarının formalaşması ilə bağlı mövcud vəziyyət, torpaqların deqradasiyasına qarşı mübarizə, eləcə də su resurslarının idarə edilməsi tədbirləri, kollektor-drenaj sisteminin fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmış və su qıtlığı şəraitində su ehtiyatlarının düzgün idarə edilməsi ilə həmin ehtiyatlardan səmərəli istifadə olunması, torpaqların şorlaşması səbəbindən deqradasiyaya uğraması kimi məsələlər və həyata keçirilməli olan müvafiq tədbirlər nəzərdə tutulsa da və suvarılan torpaqlarda şorlaşma səviyyəsi azalsa da, həmin tədbirlərin qismən icra edilməsinin də təsiri ilə Kür-Araz ovalığında ümumilikdə zəif, orta və güclü dərəcədə şorlaşmış torpaq sahələrinin xüsusi çəkisi respublika üzrə 2019-cu ildəki, müvafiq olaraq, 29,2%, 24,2% və 24,1% göstəricilərindən, 2024-cü ildəki, müvafiq olaraq, 34,1%, 29,1% və 24,4% göstəricilərinədək artmışdır. Belə vəziyyət qeyd edilən istiqamətlərdə mövcud problemlərin hələ də aktual olduğunu göstərmişdir.

Sovet dönəmində mövcud olmuş dren-kollektor şəbəkəsinin sonrakı dövrlərdə balansa qəbul edilməsi zamanı həmin sistem elementlərinin balans mənsubiyyətinin dəqiqləşdirilməməsi ölkə üzrə kollektor-drenaj şəbəkəsinin 92-93%-nin yerləşdiyi Kür-Araz ovalığında sahibsiz dren-kollektorların mövcudluğuna şərait yaratmış, bu hal isə həmin dren-kollektorların baxımsız qalmasına, istismar zamanı müxtəlif çətinliklərin və problemlərin həllində mübahisələrin yaranmasına səbəb olmuşdur.

Audit olunan dövrdə kənar dövlət maliyyə nəzarətinin obyekti və tabeli qurumlar tərəfindən uzunmüddətli fəaliyyət hədəflərinin müəyyən edildiyi Strateji Planları olmamış, fəaliyyət illik istismar tədbirləri planı əsasında həyata keçirilmişdir. İstismar tədbirləri planı tabeli qurumların təqdim etdikləri tələbat göstəriciləri azaldılmaqla təsdiq olunmuş, sonradan həmin plan göstəriciləri faktiki icra göstəricilərinə uyğunlaşdırılmaqla azaldılaraq dürüstləşdirilmişdir. Nəticədə illik plan göstəricilərinin yüksək səviyyədə icra olunduğu görünsə də, tabeli qurumların tələbat göstəricilərinin aşağı səviyyəli icrası istismar tədbirlərinin lazım olan vaxtda icra edilməməsinə və dren-kollektor şəbəkəsinin istismarı üzrə həyata keçirilən tədbirlərin dar çərçivədə həyata keçirilməsinə səbəb olmuşdur.

Qrunt sularının sahələrdən kənarlaşdırılmasında əsas rol oynayan və sovet dönəmində tikilmiş ilkin qapalı drenlərin əhəmiyyətli hissəsinin dağılması və son dövrlərdə qapalı ilkin dren şəbəkəsinin əsaslı təmiri və bərpası istiqamətində maliyyə vəsaitlərinin ayrılmaması şəraitində həmin şəbəkənin, eləcə də nasos stansiyalarının bir hissəsinin nasaz vəziyyətdə olması müvafiq ərazilərdə qrunt sularının səviyyəsinin artımı və ətraf ərazilərdə torpaq sahələrinin təkrar şorlaşması ilə nəticələnmişdir.

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi (Sabirabad rayonu üzrə II mərhələ)” layihəsi çərçivəsində 15950 ha sahədə suvarma və dren-kollektor şəbəkələri qurulsa da, həmin ərazinin böyük massivlərində heç bir əkin aparılmamış, həyata keçirilmiş əkinlər isə, torpaq yuma işlərinin həyata keçirilməməsinin də təsiri ilə, seyrək olmuş, qeyd edilənlər görülmüş işlərin və sərf olunmuş vəsaitlərin qənaətbəxş nəticələr vermədiyini göstərmişdir.

Layihə çərçivəsində suvarma suyunun Kür çayından kanala vurulmasına xidmət edən nasos stansiyasının su qəbuledicisinin Kür çayının kritik səviyyəsinə adekvat olmayaraq nisbətən yuxarı hissədə yerləşməsi çayın səviyyəsinin düşdüyü hallarda nasos stansiyasının davamlı fəaliyyət göstərə bilməməsi risklərini və əlavə xərc potensialını yaratmış, ərazidəki drenaj nasos stansiyasının işlək vəziyyətdə olmaması yığıcı kalektorlarda toplanan dren sularının səviyyəsinin qalxmasına və şor suların təkrar əkin sahələrinə sızmasına səbəb olmuşdur.

Torpaqlara meliorativ nəzarətin həyata keçirilməsi məqsədini daşıyan rejim müşahidə quyularının əsaslı təmirinə vəsait ayrılmaması dağılmış və ya dolmuş quyuların istismara qaytarılmasını mümkünsüz etmiş, 2023-cü ilin sonuna 8692 rejim müşahidə quyusundan 5756 quyu və ya bütün quyuların 66,2%-i rejimdə olmuş, 2936 quyu və ya quyuların üçdə biri dağılma və ya dolma səbəbindən rejimdən çıxmışdır. İşlək quyuların say göstəricisinin tədricən azalması işləməyən quyuların xidmət etdiyi əkin sahələrinin meliorativ nəzarətdən kənarda qalması ilə nəticələnmişdir.

Bir sıra rayonlarda, məsələn, İmişli, Saatlı və Bərdə rayonlarının bəzi hissələrində kollektor sularından duzsuzlaşdırılma aparılmadan suvarma məqsədləri üçün istifadə edilməsi ərazilərin müxtəlif səviyyəli təkrar şorlaşmasına səbəb olmuşdur. Bununla belə, kollektor sularının minerallıq səviyyəsinin aşağı olması duzsuzlaşdırıldıqdan sonra, eləcə də duzsuzlaşdırılma aparılmadan Xəzər dənizinə axıdılan kollektor sularının minerallıq səviyyəsinin suvarma suyuna yaxın və ya ona uyğun olması həmin sulardan təkrar istifadə, həmçinin gəlir potensialının olmasını deməyə əsas vermişdir. Yetərli sayda və yerlərdə hidropostların olmaması isə ötürülən suyun dəqiq miqdarının müəyyən edilməsinə mane olmuşdur.

Toplayıcı kollektorlardan təmizlənməmiş çirkab sularının axıdılması məqsədilə istifadə olunması (məsələn, Yevlax, Kürdəmir və Sabirabad rayonlarında), sonradan isə həmin kollektorların kənd təsərrüfatı və məişətdə istifadə edilən su hövzələrinə axıdılması hallarına rast gəlinmişdir. Belə hallar kollektorların vahid sistem kimi fəaliyyət göstərməməsi və su hövzələrinin çirkləndirilməsi ilə yanaşı, kollektorların istismarı zamanı zəruri ölçmələrin nəticələrinin etibarlılığını sual altında qoymuş, çirkab sularının dren-kollektor şəbəkəsinə, oradan isə şirin su hövzələrinə axıdılması həmin hövzələrin suyundan sonrakı istifadə zamanı əhalinin sağlamlığı üçün təhdidlər yaratmışdır. Bundan başqa, çirkab sularının kollektorlar vasitəsilə kənarlaşdırılması Kİİ-lərin və SSİ-lərin fəaliyyət dairələrinə aid olmayan istiqamətlərdə məsrəflərinə səbəb olmuşdur.

01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724,9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569,6 ha sahədə (13,4%) fəaliyyət göstərən 76-sı (12,6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılmış, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməmişdir. Qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməmiş, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnmişdir.

KTN-nin məlumatına əsasən respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6%-i, sahə baxımından 85,4%-i Kür-Araz ovalığında, həm say, həm sahə, həm də qeydiyyatsız fəaliyyət baxımından əksər hissəsi isə coğrafi cəhətdən daha çökək ərazidə yerləşən və buna görə də ərazisi şorlaşmaya daha çox məruz qalan Neftçala və Salyan rayonlarında yerləşir ki, bu da qrunt sularının yatma dərinliyinin az, şorlaşma riski yaradan duzların miqdarının çox olduğu və qrunt suların torpaq səthinə yaxın yerləşdiyi həmin ərazilərdə balıqçılıq təsərrüfatlarının da fəaliyyətinin təsiri ilə torpaqların şorlaşma səviyyəsinin artımına səbəb olur.

Bundan başqa, araşdırmalar balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığını göstərmiş, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verilmişdir. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün kifayət etməsi baxımından real deyildir.
 
 
 

Dünyapress TV

Xəbər lenti