İran son qalasını itirdi: Cənubi Qafqaza hansı təsirləri olacaq?
İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu.
Suriyada Bəşər Əsədin 24 illik hakimiyyətinə son qoyuldu. Əsəd hakimiyyətinin sonu Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Düzdür, proses Əsədlə başlamayıb və ibni Hafizin şəxsiyyəti bu prosesdə o qədər önəm kəsb etmir. Qlobal güclər Yaxın Şərq və bütün dünyanı yenidən dizayn edir. Geosiyasi qarşıdurmaların kəskinləşdiyi yeni dövrdə müttəfiqliklər qurbanlar tələb edir.
Suriya İranın Yaxın Şərqdəki son qalası idi. Obama dövründə İrana qarşı sanksiyaların yumşalması ilə molla rejiminin maliyyə vəsaitlərinə çıxış əldə etməsindən sonra rəsmi Tehran Yaxın Şərqə yetərincə nüfuz edə bilmişdi. Cənub qonşumuzun proksi qüvvələr hesabına qurduğu sədlər son bir ildə dağıldı. İranın Livanda, Qəzzadakı qüvvələri gücdən salındı və yaxud sıradan çıxarıldı deyə bilərik. Bütün bunlar həm də İranda daxili siyasi təlatümlərlə eyni anda baş verirdi. Yəni, İranın özü də yeni dünya nizamına transformasiya olmağa hazırlaşırdı.
İranın maraq dairəsinin mərkəzi nöqlərindən biri də Cənubi Qafqazdır. Zaman-zaman Tehran rejimi Qafqazda gedən proseslərə də müdaxilə etməyə çalışıb. Bir çox hallarda regional əməkdaşlığın qurulmasına qarşı maneə kimi çıxış edib. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə İranın qəti mövqeyi Ermənistanın əlini qüvvətləndirən əsas məqamlardan idi. Tehran "qırmızı xəttimizi keçməyin", "şirin quyruğu ilə oynamayın" dediyi bir vaxtda İran güc itirirdi. İran proksi qüvvələri ilə yeni axına qarşı müqavimət göstərsə də, yekunda bu onun üçün ağrılı nəticələr doğurdu. Tehran rejimi indi Suriyada yeni qüvvələrlə anlaşaraq oyun qurmağa çalışır.
Bəs Yaxın Şərqdə dayaqlarını itirmiş İran hakimiyyəti Cənubi Qafqaz siyasətini yenidən dizayn edəcəkmi?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan və keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sputnik Azərbaycana danışıblar.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, bu İranın təkcə Yaxın Şərqdə mövqelərini itirməsi demək deyil, bu bütövlükdə İran hakimiyyətinin qlobal miqyasda nüfuzdan düşməsi, təsir imkanlarının məhudlaşması deməkdir:
"Bu həm də İranın yenilənməsi üçün məqam və fürsətdir. Rəsmi Tehranın yaxın Şərqdəki mövqelərini itirməsi onun üçün yenilənməyə bir stimul olmalıdır. Əgər İran hakimiyyəti yeni şəraitdə yenilənməyə, yeni xarici siyasi konsepsiyaya keçməzsə, növbəti proseslərin hədəfi ola bilər".
Siyasi şərhçinin sözlərinə görə, Tehran hakimiyyətinin Gürcüstan və Azərbaycanda dayaqları vasitəsilə bir sıra istək və iddialarını həyata keçirməyə cəhd göstərdiyini nəzərə alsaq, deyə bilərik ki, son baş verənlər İran hakimiyyətinin Cənubi Qafqazdakı dini, siyasi, ideoloji təbliğatına və dayaqlarının zəifləməsinə təsir göstərəcək:
"Çünki hər iki ölkədə Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin İslam inqilabı doktrinasının yayılması təbliğ olunur. Azərbaycanda da İslam respublikası yaratmaq niyyətində idilər. İranın ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam Ocaqnejadın ölkədən çıxarılması hadisəi göstərir ki, Tehran hakimiyyəti Azərbaycanda şəbəkələşmiş kolona malik idi. Bu kolonun bir ucu Şama, digər isə Quma gedib çıxırdı. Suriyanın da təslim olması ilə Tehran hakimiyyətinin tərəfdarı olan qüvvələr arasında müəyyən məyusluq yaranacaq".
Ekspertin qənaətinə görə, Bəşər Əsəd İran hakimiyyəti ilə son zamanlar hesablaşmayıb, onun xəbərdarlıqlarını və təkliflərini nəzərə almayıb.
"Hətta Bəşər Əsədin İsraillə münasibətlərinin normallaşması üçün Rusiyanın vasitəçi olması ilə bağlı iddialar var. Bu vasitəçiliyin hansı özəlliklərinin olması bəlli deyil. Görünən odur ki, həmin anlaşmalar nəticəsində Bəşər Əsədin özünə və ailəsinə toxunulmayıb", - siyasi şərhçi qeyd edir.

Sədrəddin Soltan onu da bildirir ki, Cənubi Qafqazda bundan sonra Tehran hakimiyyətinin uğur qazanmaq ehtimalı aşağı düşür:
"Bu həm də onu göstərir ki, İran hakimiyyətinin həmin qüvvələri saxlamaq üçün maliyyə vəsaitləri çatmır. Yəni həmin qüvvələrin Tehran hakimiyyətinə inamı azalacaq. İran Yaxın Şərqdə mövqeləri itirdiyi kimi, Cənubi Qafqazda nüfuzunu itirir. Zəngəzur dəhlizinə bağlı İranın mövqeyi bundan sonra nəzərə alınmayacaq. Torpağın sahibi Ermənistandır. Ermənistan dəhlizin açılmasına razılıq verərsə, İranın müdaxiləsi mümkün olmayacaq. Tehran hakimiyyəti belə müdaxilələrə görə, Livanda, Qəzzada, Suriyada cəzalandırıldı".
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirir ki, illərdir İran hakimiyyətinin həm daxili, həm də xarici siyasəti ciddi tənqid olunub:
"Xüsusən də onun beynəlxalq layihələri ilə bağlı narazılıqlar vardı. İranın İsrailə qarşı müqavimət hərəkatı yaratmaq layihəsi ən çox tənqidə məruz qalanlardan idi. Bununla yanaşı Aralıq dənizinə qədər coğrafiyada geniş şiə koridoru yaratmaq planları qlobal narahatlıq yaradırdı. Artıq indiki şəraitdə İranın bu layihələri davam etdirməsi üçün iqtisadi, siyasi imkanları mövcud deyil. Görünən odur ki, illərlə yaradılan infrastruktur iki il ərzində tam olaraq sıradan çıxarıldı".
Keçmiş XİN rəhbəri əmindir ki, indi İran daha çox daxili məsələlərlə məşğul olacaq.
"İran İslam İnqilabının ideyalarının ixracı o qədər də fəal olmayacaq, bəlkə də tamamilə gündəmdən çıxarılacaq. İranla əməkdaşlıq əsasında ortaya çıxan regional layihələr isə daha çox aktuallıq qazanacaq. Bura Şimal-Cənub dəhlizi və "3+3" əməkdşalıq platforması daxildir. İran bu layihələrdə fəallığını artırmağa çalışacaq. İranın nüvə proqramı ilə bağlı sazişin əldə olunması üçün də İran fəallığını artıracaq. İstisna etmirəm ki, İranın Azərbaycan-Ermənistan münasibətlərindəki mövqeyi də dəyişəcək. Ermənistanla İranın dırnaqarası dostluğu artıq aktuallığını itirəcək", - Tofiq Zülfüqarov qeyd edib.

 

Bölmənin digər xəbərləri

03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

Dünyapress TV

Xəbər lenti