Naxçıvanda yeni "islahat"-lar:
Dekabrın 27-də Naxçıvan şəhərində yerli mədəniyyət nazirliyi və dövlət filarmoniyasının təşkilatçılığı ilə, konsert keçirilib. Heydər Əliyev sarayında baş tutan konsertə kifayət qədər bilet satılmadığı üçün, zal boş qalıb. Belə olan halda, büdcə təşkilatı rəhbərlərinə tapşırıq verilib ki, təcili zalı doldursunlar. Onlar da əməkdaşlarına zəng edərək, konsertə gəlmələrini tələb ediblər. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a konsertə məcburi çağrılan əməkdaşlar məlumat verib.
Mədəniyyət sahəsində çalışan Naxçıvan şəhər sakini B. Məmmədova deyir ki, konsertə çağrılmamışdan öncə, internetdə prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəflinin çıxışına baxırmış:
" Fuad müəllim deyirdi ki, Naxçıvanda məmur özbaşınalığına son qoyulur, kiminsə kefinə görə təyin etdiyi qanun və qərarlar ləğ olunur. Buna çox sevindim ki, artıq bizi kimsə əsassız yerə incitməyəcək, heç nəyə məcbur etməyəcək. Bu sevincim cəmi bir saat çəkdi. Çıxışdan bir saat sonra müdir zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlib, yerləri doldurmaq lazımdı. Etiraz etmək istədim, dedi ki, onluq deyil və bu göstəriş Ali Məclisdən gəlib. Konsertə getməyəcəyim təqdirdə işdən çıxarılacağımla hədələdi. Məcbur qalıb, getdim. Mən iki körpə uşaq anasıyam. İşdən gəlib, onlarla vaxt keçirmək istəyirəm. İstəmədiyim konsertə niyə məcburi aparılmalıyam? Hansı qanunda yazılıb ki, iş saatından sonra işçini harasa aparmağa məcbur etmək olar? "
Naxçıvan şəhər məktəblərinin birində işləyən, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, onları da məcburi konsertə çağırıblar:
"İşdən evə yenicə çatmışdım. Direktor zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlməlisiz. Həmin gün vacib işlərim olsa da, məcbur qalıb, getdim. Təxminən 20-25 idarədən 400 nəfərə yaxın adam toplaşmışdı. Bizi iş vaxtından sonra məcburi istismar edirlər. Birinci konsert dekabrın 23-də olmuşdu. Kifayət qədər bilet satıldığından, güman edirdilər ki, bu dəfə də zal dolacaq. Bunu əksini gördükdə, biabır olmasınlar deyə, zalı büdcə təşkilatlarının hesabına doldurduar. Sağ olsunlar ki, biletlərin pulunu bizə ödətmədilər".
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti